Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                     Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: .....                     Özgür Özel CHP Qrup sədri seçilib .....                     Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır .....                     ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                     Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? .....                     İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? .....                     Qorxu və "kapitalizm imperiyası” .....                     AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? .....                     "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." .....                     "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib .....                     Müharibə başlarsa İran hansı ölkələri vuracaq? .....                     Demoqrafik rəqabət: .....                     Türkiyə Avropa birincisidir .....                     Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU .....                     Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? .....                     Komitə sədri onu özünə müşavir təyin etdi .....                     Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ .....                     “Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” .....                     Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir .....                     “Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” .....                     "Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." .....                     "Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." .....                     Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı .....                     “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... .....                     "Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb .....                     Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb .....                     "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." .....                     "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" .....                     CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: .....                     Erməni şərabı və konyakı Rusiya bazarından yığılır .....                     Belarusda nüvə təlimləri: .....                     Hüseyn Məmmədova yüksək vəzifə verildi .....                     Cənubi Qafqaz uğrunda böyük OYUN .....                     "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" .....                     Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb .....                     "Bu, Kamal müəllimin şəxsi fikridir..." .....                 

Qələbədən beş il sonra: Sülhün hansı mərhələsindəyik? - İNCƏLƏMƏ
Tarix: 12-11-2025, 06:50 | Çap et

Azərbaycan noyabrın 8-də Qələbənin beşinci ildönümünü qeyd etdi.

Əlbəttə, o vaxtdan çox şey dəyişib. Bir zamanlar viran qoyulmuş şəhər və kəndlər bu gün müasir infrastruktur, “ağıllı” texnologiyalar və “yaşıl enerji” həlləri ilə yenidən qurulur. Məcburi köçkünlər doğma torpaqlarına qayıdırlar. Düzdür, hələ kütləvi köç yoxdur. Görünür, bunun səbəbi Qarabağın geniş ərazilərinin hələ də minalardan tam təmizlənməməsidir.

Çoxları razılaşır ki, Azərbaycan döyüş meydanında ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Cənubi Qafqazda davamlı sülhün və regional əməkdaşlığın qurulması istiqamətində ardıcıl addımlar atır. Azərbaycan regionda sabitlik, əməkdaşlıq və dayanıqlı inkişaf naminə Ermənistan Respublikası ilə münasibətlərin normallaşdırılması prosesində suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsipləri əsasında fəal iştirak edir. Bu baxımdan, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında keçirilmiş sammit mühüm hadisə kimi qiymətləndirilir.

Lakin eyni zamanda, Azərbaycanın rəhbərliyinin sülh prosesindəki rolu barədə fərqli fikirlər də səsləndirilir. Bu kontekstdə Bakının hələlik Ermənistanla sülh sazişi imzalamağa tələsməməsi, eləcə də paytaxt məhkəməsində Qarabağ separatçılarının rəhbərləri ilə bağlı məhkəmə proseslərinin davam etməsi tez-tez qeyd olunur.

Sual yaranır: bu gün Ermənistan və Azərbaycan hansı mərhələyə gəlib çıxıb? Nəticələri qənaətbəxş saymaq olarmı? Axı tərəflər hələ də tamhüquqlu sülh sazişinə gələ bilməyiblər. Proses çox uzanmayıb ki?

Pressklub.az suallarına tanınmış ekspertlər cavab veriblər.

Siyasi elmlər doktoru, fəlsəfə elmləri namizədi, diplomat Tatyana Poloskova (Rusiya) ondan başlayıb ki, Ermənistan konstitusiyasında dəyişiklik edilməyənə qədər Bakı İrəvanla sülh müqaviləsi imzalamamalıdır.

Hamıya məlumdur ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı birbaşa ərazi iddiaları mövcuddur. Hətta əgər Paşinyan və Ermənistan hakimiyyəti indi Azərbaycanla sülh sazişi imzalasa belə, bu, gələcəkdə onun yerinə gələn istənilən liderə həmin sazişi “qanunsuz” adlandırmaq imkanı verir, çünki sənəd ölkənin əsas qanununa – konstitusiyaya zidd olacaq. Paşinyan dəfələrlə bəyan edib ki, əvvəlcə konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçirməyi, sonra digər təşəbbüsləri irəli sürməyi planlaşdırır – məncə, bu, Prezident İlham Əliyevin dediyi kimi, onun “ev tapşırığıdır”. Qoy Paşinyan bu məsələni elə hüquqi çərçivəyə gətirsin ki, Ermənistan konstitusiyası sülh sazişinin imzalanmasına imkan versin.

Bilirsiniz, elə ölkələr var ki, sülh sazişi olmadan da normal yaşayır və əməkdaşlıq edir. Elə hallar da olub ki, sülh müqavilələri imzalanandan sonra müharibələr başlayıb. Yəni hüquqi normalar bir cür yaşayır, dövlətlərin real həyatı isə başqa cür. Bunu da nəzərə almaq lazımdır.

Bakıda Qarabağ separatçılarının liderləri ilə bağlı məhkəmə proseslərinin davam etməsinə gəlincə, xatırladaq ki, Ermənistan heç vaxt Qarabağı müstəqil dövlət kimi tanımayıb. Deməli, Bakıda sadəcə separatçı bir ərazinin rəhbərləri mühakimə olunur – həmin ərazi Azərbaycanda yerləşirdi, orada qanlı cinayətlər törədilib, narkotrafik və silah alveri kimi qanunsuz fəaliyyətlər baş verib. Burada təəccüblü nə var? Və bu, Ermənistanla münasibətlərə necə təsir edə bilər?

Əgər bu, Ermənistandakı bəzi insanlara xoş gəlmirsə, bu o demək deyil ki, bu məqamlar Ermənistanla Azərbaycan arasında sülh prosesinə ciddi təsir göstərə bilər”, – politoloq bildirib.

O əlavə edib ki, hazırda çox mühüm hadisələr baş verir: “Məsələn, Zəngəzur dəhlizi. Bu, həm Azərbaycan, həm Ermənistan, həm də digər ölkələr üçün zəruri olan bir dəhlizdir. Əgər bu gün müəyyən sülh razılaşmaları olmasaydı – baxmayaraq ki, onlar hələ sülh müqaviləsi ilə rəsmiləşdirilməyib – Zəngəzur dəhlizi də mümkün olmazdı. Yükdaşımalar üçün yollar açılıb, bir çox addımlar atılır. Bəli, proses yavaş gedir, amma çox köhnə düyün açılır.

Məncə, Ermənistan əhalisinin əksəriyyəti Azərbaycanla sülhdə yaşamaq istəyir. Onlar müharibədən yorulublar. Ən əsası isə bu müharibənin – istər “soyuq”, istər “isti” – heç bir perspektivi yoxdur. Buna görə də mən nəticələri sadəcə qənaətbəxş yox, kifayət qədər sürətli hesab edirəm.

Sülh sazişinə gəlincə, ümumiyyətlə, beynəlxalq müqavilələrə mən bir növ çərçivə, format kimi baxıram – onlar tez-tez pozulur. Əsas olan reallıqdır. Müqavilə vaxtı gələndə imzalanacaq. Ermənistan konstitusiyasını qaydaya salıb ərazi iddialarından imtina edən kimi bu baş verəcək”, – Poloskova fikrini tamamlayıb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin direktoru, diplomat Fərid Şəfiyev də hesab edir ki, prosesin “uzanmasından” danışmaq doğru deyil.

Ümumiyyətlə, sülh və barışıq çox uzunmüddətli prosesdir. Bu, müxtəlif regionlarda fərqli vaxtlarda başa çatıb. İkinci dünya müharibəsindən sonra da hər şey dərhal sabitləşmədi. Müharibənin başa çatması hələ uzunömürlü sülh demək deyil. Məsələn, Fransa və Almaniya arasında münasibətlərin normallaşdırılması barədə imzalanan məşhur Yelisey sazişi 1961-ci ildə – müharibədən 16 il sonra bağlanıb.

Düşünürəm ki, bizdə də bu proses kifayət qədər uzun olacaq. Baş verənləri unutmaq olmaz, amma keçmişin əsirinə çevrilmək də düzgün deyil. Məncə, bizim yanaşmamız da elə budur.

Nəticələrə gəlincə, əsas məqsədlərimizə nail olmuşuq – ərazilər azad edilib. Qərb mətbuatında bəzi tənqidi yazılar görürəm, amma onlar həmişə olub. İllərlə bizi tənqid edənlər bu gün də tənqid edirlər – bu, onların işidir.

Məncə, bərpa prosesinin yavaş getməsi fikri yanlışdır, kifayət qədər sürətlə infrastruktur yaradılır. Əlbəttə, minaların təmizlənməsi böyük problemdir. Əhalinin qayıdışı isə ümumilikdə uzun prosesdir. Çünki köçkünlər Birinci Qarabağ müharibəsindən sonra Bakı və digər yerlərdə məskunlaşıblar. Biz insanları məcbur qaytara bilmərik. Əks halda yenə tənqid hədəfinə çevrilərik. Məncə, bu proses mərhələli şəkildə gedəcək – minaların təmizlənməsi, yeni imkanların açılması ilə paralel.

Ümumiyyətlə, bu, unikal vəziyyətdir – biz tamamilə dağıdılmış torpaqları bərpa edirik, orada heç nə qalmayıb. Hətta İkinci dünya müharibəsini xatırlayaq: o vaxt da çox şey dağıdılmışdı, amma almanlar işğal etdikləri ərazilərdə bu qədər barbarlıq etməmişdilər – bütün infrastrukturu yerlə-yeksan etməmişdilər. Bu səbəbdən bərpa prosesi çox vaxt aparacaq”, – ekspert vurğulayıb.

Onun sözlərinə görə, hələ heç nədə gecikmirik: “Bizim üçün əsas məsələ nəticənin uzunömürlü olmasıdır. Bəli, Paşinyan indi ümumilikdə bizim təklif etdiyimiz sülh gündəliyini dəstəklədiyini deyir. Amma revanşist qüvvələr onu devirmək, hər şeyi geri çevirmək, münaqişəni yenidən alovlandırmaq istəyir. Təəssüf ki, bu prosesdə maraqlı olan üçüncü qüvvələr də var. Biz isə siyasətimizi yalnız Paşinyan üzərində qura bilmərik.

Düzdür, indi o, 2019-cu ildə səhv etdiyini etiraf edir, amma təsəvvür edin, əgər 2020 və ya 2023-cü illərdə hərbi əməliyyatlar başqa cür nəticələnsəydi, Paşinyan bu gün tam fərqli danışardı.

Bunu da nəzərə almaq lazımdır. Bizə uzunmüddətli sülh perspektivi və Ermənistanın münaqişə gündəminə qayıtmaması lazımdır. Məhz buna görə ATƏT-in Minsk qrupu bağlanır və məhz buna görə konstitusiya dəyişiklikləri zəruridir. Bəli, daxili siyasi gərginlik səbəbindən bu, bəlkə də seçkilərdən sonra baş verəcək. Paşinyan təbii ki, referendumu təkcə Azərbaycanla bağlı məsələlər üçün keçirmək istəmir – o, ümumilikdə konstitusiyanın dəyişməsinin vacibliyindən danışır. “Dördüncü Respublika”, “real Ermənistan” kimi tezislər irəli sürür. Bu da təbiidir: seçkiqabağı mərhələdə referendumun geniş mövzuları əhatə etməsi Paşinyana siyasi baxımdan sərfəlidir – beləliklə, o, göstərmək istəyir ki, dəyişikliklər yalnız Bakının təzyiqi ilə aparılmır” – Şəfiyev yekunlaşdırıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Bu gün, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Bu gün, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Bu gün, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
Bu gün, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Bu gün, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Bu gün, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Bu gün, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Bu gün, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Bu gün, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Bu gün, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Bu gün, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Bu gün, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Bu gün, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Bu gün, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Bu gün, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Bu gün, 11:44
Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Bu gün, 11:41
Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Bu gün, 11:38
Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Bu gün, 11:14
“Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Bu gün, 11:11
Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:00
“Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Bu gün, 10:59
"Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Bu gün, 10:54
"Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:47
"Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
Bu gün, 10:46
Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Bu gün, 10:23
“Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Bu gün, 10:19
"Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Bu gün, 10:07
Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:06
"Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Bu gün, 09:57
"Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Bu gün, 09:49
CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Bu gün, 09:47
Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Bu gün, 09:45
Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Bu gün, 09:43
Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:37
Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Bu gün, 09:36
"Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Bu gün, 09:23
Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Bu gün, 09:07
"Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Bu gün, 07:37
Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Bu gün, 07:34
Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Bu gün, 07:27
Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Bu gün, 07:25
Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:46
1 həftədir su borusu partlayıb... - GİLEY
Bu gün, 03:29
Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24
Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18
"Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10
1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04
" Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru