ABŞ-də hava limanında nəqliyyat vasitəsi ilə terminal toqquşub, xəsarət alanlar var .....                     Burda müştəri məmnuniyyəti: SIFIR! .....                     SOCAR-dan işdən qovuldunuz..: HƏYAT BİTMƏYİB! .....                     Prezidentin göstərişinə belə əməl edirsə... .....                     Azərbaycan su qıtlığına nə dərəcədə hazırdır? .....                     ABŞ Senatı hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib .....                     Azərbaycanın tranzit jesti: Ermənistan üçün yeni fürsətlər açır .....                     Ramiz Mehdiyevin gömrükdəki adamı hələ də iş başındadırsa... .....                     İşdən çıxmış direktor Prezidentdən KÖMƏK İSTƏDİ .....                     Yeni il ərəfəsində əfv gözlənilir? .....                     "Gözlərimin içinə baxan o deyil" .....                     Ev dustaqlığında olan Ramiz Mehdiyev bayram günlərini necə keçirir? .....                     Tanınmış müğənninin toyda biabırçı canlı İFASI .....                     İqtisadiyyatımızı 2026-cı ildə nə gözləyir? .....                     ABŞ İsraillə münasibətlərin normallaşdırılmasında Suriyaya dəstəyini təsdiqləyib .....                     "Böyük Ermənistan" ideologiyasının yerini "real Ermənistan" tutur .....                     “Enerjitəchizat Construction” MMC-nin vergi borcu 3,5 milyon manatı ötüb .....                     Adil Kərimlini KİM HƏDƏFƏ ÇEVİRİB? .....                     "Mən Mədəniyyət Nazirliyinə bu məsələdə tənqidi yanaşanları təqdir edirəm..." .....                     Ermənistanda "Honq Konq qripi" aşkarlandı .....                     Bu, İran xalqına qarşı düşmənçilik üçün bəhanədir .....                     Talibandan qaçan əfqan Azərbaycanda HƏBS OLUNDU .....                     Zelenskiyə yaxın iş adamı ölkədən qaçdı .....                     Şəbnəm buna görə 30 min dollar qonorar alıb .....                     İcra başçıları toya nə qədər pul yazdırır? .....                     Şimali Kiprin yeni prezidenti ilk səfərini Türkiyəyə edəcək .....                     Rusiyalı ulduz azərbaycanlı oğlanla bağlı paylaşım etdi .....                     Qəzetlərin KİTABI BAĞLANIR... .....                     Zaqatalada AİLƏ MÜNAQİŞƏSİ .....                     "Mən oxumağa başlayanda zalda sakitlik idi, elə diqqətlə qulaq asırdılar ki..." .....                     Putinin kinayəsi və yumoru .....                     "Robert De Niro mənim dostumdur" .....                     10 noyabr: Ermənistan üzərində tarixi qələbə .....                     Paşinyan Ermənistan ordusunun rəhbər heyəti ilə müşavirə keçirib .....                     Abşeron rayonunda 8 Noyabr - Zəfər Günü ilə bağlı şəhid ailələri ilə görüş keçirilib .....                     “Nar”da bu axşam daha bir avtomobil sevinci! .....                     "Sertifikatlaşdırma və Metrologiya Mərkəzi" auditor seçir .....                     Bu, Astana üçün əhəmiyyətlidir... .....                     Xalq şairi sənəd paylaşdı, üsyan etdi: “Prezidentin siyasətinə ziddir” .....                     Mədəniyyət Nazirliyi qalmaqallı paylaşımı sildi .....                 

İqtisadiyyatımızı 2026-cı ildə nə gözləyir? - BELƏ HARA GEDİRİK?
Tarix: Bu gün, 06:17 | Çap et

Yeni ilin başlanmasına iki aydan da az vaxt qalır.

Cari ildə ölkə iqtisadiyyatının inkişafı istiqamətində bir sıra addımlar atılıb. Təsadüfi deyil ki, ölkə başçısı AMEA-nın 80 illik yubileyində də bu istiqamətdə bir sıra məsələlərə toxunub:

"Bizim iqtisadi göstəricilərimiz çox müsbətdir. Düzdür, ümumi daxili məhsul çox artmır. Bunun da əsas səbəbi neft hasilatının obyektiv səbəblərə görə aşağı düşməsidir. Ancaq bu gün iqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsi qeyri-neft sektordur.

Bu, bizim ümumi iqtisadiyyatımızın əksəriyyətini təşkil edir. Bu gün dünyanın aparıcı reytinq agentlikləri - iki aparıcı beynəlxalq reytinq agentliyi bizim kredit reytinqimizi qaldırıb və bunu investisiya reytinqinə uyğun səviyyədə artırıb. Bu, əlbəttə ki, ölkəmizdə gedən iqtisadi islahatların təzahürüdür.

Çünki bu gün bizim iqtisadiyyat sağlam iqtisadiyyatdır. Biz heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq siyasi müstəqilliyi də gücləndirir. Bizim xarici borcumuz çox aşağı səviyyədədir. Sirr deyil ki, bir çox inkişaf etmiş ölkələrdə xarici borc o ölkələrin ümumi daxili məhsulunun (ÜDM) yüz faizini, bəlkə də daha çox təşkil edir.

Bizdə isə bu, cəmi 6 faizdən bir qədər çoxdur. Bizim valyuta ehtiyatlarımız ildən-ilə artır və bu il də əhəmiyyətli dərəcədə artıb, 80 milyard dolları ötüb. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 16 dəfə çoxdur.

Biz əgər istəsək, xarici borcumuzu bir neçə ay ərzində sıfırlaya bilərik. Yəni bu göstəriciyə görə Azərbaycan bu gün dünya miqyasında aparıcı yerlərdədir. Əlbəttə ki, iqtisadi və maliyyə dayanıqlılığı bizə imkan verir ki, böyük investisiya layihələrini icra edək".

Qarşıdan gələn yeni ildə ölkə iqtisadiyyatının inkişafında daha hansı yeniliklər müşahidə olunacaq?

Məsələ ilə bağlı Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədrinin müavini Azər Badamov "Cebheinfo.az"-a bildirib ki, 2026-cı ildə makro iqtisadi artım 2,5-3,5 %, infilyasiya isə 4-5 % olacağı proqnozlaşdırılıb:

"ÜDM isə 134,1 milyard manat, qeyri-neft ÜDM-in payı 101,7 milyard manat olmaqla ümumi ÜDM-in 75,8 % səviyyəsinə çatacağı proqnozlaşdılır. Yeni ildə Azərbaycan iqtisadiyyatının daha bahalı və rəqəmsal bir struktura keçid dövrünün yaşayacağı gözlənilir. Neft sektorunda cari ildə müəyyən azalmaların baş verməsi və gələcəkdə neft-qaz resurslarının azalacağını nəzərə alaraq ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişaf etdirilməsi və büdcə gəlirlərinin əsasən qeyri-neft sektoru üzərinə keçid edilməsi dövlətin əsas prioritetinə çevrilib.

Bir neçə il əvvəl başlanmış qeyri-neft sektorunun diversifikasiyası siyasətinin daha genişləndirilməsi və müasir dövrün çağırışlarına uyğun meydana gəlmiş yeni sahələrin inkişaf etdirilməsi əsas trendinə çevrilib. Bu baxımdan, innovasiyalı kənd təsərrüfatı, turizm, İKT, sənayenin müasir əsaslar üzərində qurulması, süni intelektin tətbiqi sahələrinin genişləndirlməsi gələn ilin əsas istiqamətləri olacaq".

Onu sözlərinə görə, Prezident İlham Əliyevin AMEA-nın 80 illiyi yubileyi iclasında etdiyi çıxışda alimlərin qarşısında vəzifələr qoyanda hansı istiqamətlərin iqtisadiyyatımız üçün əsas olduğuna geniş aydınlıq gətirib:

"Dövlət başçısı daha elm tutumlu texnoloji, rəqəmsal, süni intelekt və geologiya sahələrin inkilaf etdirlməsində alimlərin də iştirak etməli olduğunu bildirdi. Belə ki, 2026-cı ildə qeyri-neft iqtisadiyyatının əsas 4 istiqaməti prioritet olaraq qalacaqdır. Birinci istiqamət kənd təsərrüfatı sektorudur. Çünki kənd təsərrüfatı sektorunun inkişaf etdirilməsi ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynayır. Bu baxımdan, 2026-cı ildə innovasiyalı və ağıllı kənd təsərrüfatının qurulması istiqamətində fəaliyyətlər davam etdiriləcək.

İxrac yönümılü sahələrin inkişaf etdirlməsi istiqamətində işlərin genişləndirilməsi vacibdir. Çünki ölkənin ixrac potensialının artması iqtisadiyyatın möhkəmlənməsinə töhfə verir. Məhz 2026-cı ildə pomidor, fındıq, meyvə, pambıq, balıqçılıq və digər sahələrin inkişaf etdirilməsi prioritet olacaqdır. Bildirim ki, Vergi Məcəlləsində edilləcək dəyişikliyə əsasən, 2026-cı ildən balıqçılıq sahəsi də vergilərdən azad olunur. Beləliklə deyə bilərik ki, qarşıdan gələn ildə kənd təsərrüfatında artımın 4-5 % olacağı reallığa çevriləcək.

İkinci istiqamət 2026-cı ildə əsas mərhələsini yekunlaşdırmaq ərəfəsində olan “Rəqəmsal Azərbaycan” strategiyasının qazandırdığı imkanlardır. Belə ki, elektron hökuməti xidmətlərinin tam inteqrasiyası və vergi-maliyyə əməliyyatlarının rəqəmsallaşdırılması sürətlənəcək və bu da İKT ixracı artım templəri ilə artacaq".

Üçüncü istiqamətə gəldikdə isə millət vəkili bildirib ki, turizm sektorunun inkişaf etdirlməsini qeyd edə bilərik:

"Turizm xidmətlərinin ixracı ölkə iqtisadiyyatına ən çox valyuta gətirən sahələrdən biridir. Ona görə də dünya turizm bazarında böyük rəqabət mövcuddur. Azərbaycan da beynəlxalq turizm bazarından müəyyən pay almaq niyyətindədir.

2026-cı ildə ölkəmizə 3 milyondan çox turistin gələcəyi planlaşırılır. Bunun üçün görülməli işlər də çoxdur. Azərbaycanın təbii imkanları ilin dörd fəsilində turistləri qəbul etmək imkanını verir. Bu baxımdan, işğaldan azad edilmiş ərazilərdə, Xəzərsahili zonalarda yeni istirahət mərkəziləri və otellərin tikintisi gələn ildə də davam etdirilməsi gözləniləndir. Dördücü istiqaməti isə sənaye və “yaşıl enerji” sektorunu qeyd edə bilərik.

2026-cı ildə Sənaye Zonalarda yeni istehsal sahələrinin istifadəyə verilməsi, neft-qaz kimyası sənayesinin modernləşdirilməsi və ixracyönümlü məhsulların çeşidlərinin genişləndirilməsi qarşıdan gələn ildə əsas prioritetlər olaraq qalmaqdadır.

Azərbaycan “yaşıl enerji” sektorunun inkişaf etdirlməsi ilə bağlı hədəflərini müəyyənləşdirib. 2030-cu ilə qədər ölkədə istehsal olunan elektrik enerjisinin 35 %-i “yaşıl enerji” üzərinə keçirilməsi hədəfləri icra olunmaqdadır. Belə ki, “Masdar” və “ACVA Pover” şirkətlərinin investisyaları ilə tikilən külək və günəş stansiyaların əhatə dairəsi genişlənir. Həm də “yaşıl enerji”nin ixrac edilməsi ilə bağlı hədəflərimiz 2026-cı ildə də prioritet olaraq qalacaq.

Ümumiləşdirilərək deyə bilərik ki, 2026-cı ildə Azərbaycan iqtisadiyyatı daha balanslı və rəqəmsal bir struktura keçid dövrünü yaşayacaq və qeyri-neft sahələri iqtisadi artımın əsas mənbələri olacaqdır".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ-də hava limanında nəqliyyat vasitəsi ilə terminal toqquşub, xəsarət alanlar var
Bu gün, 08:23
Burda müştəri məmnuniyyəti: SIFIR! - "Utanmırlar..."
Bu gün, 07:34
SOCAR-dan işdən qovuldunuz..: HƏYAT BİTMƏYİB! - bu hüquqlarınız da var...
Bu gün, 07:27
Prezidentin göstərişinə belə əməl edirsə... - BU NƏDİ BELƏ?
Bu gün, 07:22
Azərbaycan su qıtlığına nə dərəcədə hazırdır? - AKTUAL
Bu gün, 06:59
ABŞ Senatı hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib
Bu gün, 06:56
Azərbaycanın tranzit jesti: Ermənistan üçün yeni fürsətlər açır - İNCƏLƏMƏ
Bu gün, 06:55
Ramiz Mehdiyevin gömrükdəki adamı hələ də iş başındadırsa... - BUNA GÖRƏ DƏ...
Bu gün, 06:52
İşdən çıxmış direktor Prezidentdən KÖMƏK İSTƏDİ - MÜRACİƏT
Bu gün, 06:42
Yeni il ərəfəsində əfv gözlənilir? - Komissiya üzvündən AÇIQLAMA
Bu gün, 06:33
"Gözlərimin içinə baxan o deyil" - Fotosessiya
Bu gün, 06:31
Ev dustaqlığında olan Ramiz Mehdiyev bayram günlərini necə keçirir? - İLGİNC
Bu gün, 06:22
Tanınmış müğənninin toyda biabırçı canlı İFASI - VİDEO
Bu gün, 06:20
İqtisadiyyatımızı 2026-cı ildə nə gözləyir? - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:17
ABŞ İsraillə münasibətlərin normallaşdırılmasında Suriyaya dəstəyini təsdiqləyib - KİV
Bu gün, 06:12
"Böyük Ermənistan" ideologiyasının yerini "real Ermənistan" tutur - AKTUAL
Bu gün, 06:08
“Enerjitəchizat Construction” MMC-nin vergi borcu 3,5 milyon manatı ötüb - TƏFƏRRÜAT
Bu gün, 06:05
Adil Kərimlini KİM HƏDƏFƏ ÇEVİRİB? - NƏ BAŞ VERİR?
Bu gün, 06:02
"Mən Mədəniyyət Nazirliyinə bu məsələdə tənqidi yanaşanları təqdir edirəm..." - REAKSİYA
Bu gün, 05:57
Ermənistanda "Honq Konq qripi" aşkarlandı
Dünən, 18:02
Bu, İran xalqına qarşı düşmənçilik üçün bəhanədir - Laricani
Dünən, 18:00
Talibandan qaçan əfqan Azərbaycanda HƏBS OLUNDU - "...arvadımın yanına gedirdim"
Dünən, 17:48
Zelenskiyə yaxın iş adamı ölkədən qaçdı – NABU əməliyyatına 2 saat qalmış...
Dünən, 17:46
Şəbnəm buna görə 30 min dollar qonorar alıb - Video
Dünən, 17:32
İcra başçıları toya nə qədər pul yazdırır?
Dünən, 17:30
Şimali Kiprin yeni prezidenti ilk səfərini Türkiyəyə edəcək - KİV
Dünən, 17:28
Rusiyalı ulduz azərbaycanlı oğlanla bağlı paylaşım etdi - Bunu yalnız o bacardı
Dünən, 17:19
Qəzetlərin KİTABI BAĞLANIR... - BÜDCƏ YÜKÜ?
Dünən, 17:17
Zaqatalada AİLƏ MÜNAQİŞƏSİ – Əmi qardaşı oğlunun əmlakını yandırdı
Dünən, 16:45
"Mən oxumağa başlayanda zalda sakitlik idi, elə diqqətlə qulaq asırdılar ki..."
Dünən, 16:43
Putinin kinayəsi və yumoru - VİDEO
Dünən, 16:39
"Robert De Niro mənim dostumdur" - Emin Ağalarov
Dünən, 16:34
10 noyabr: Ermənistan üzərində tarixi qələbə - AKTUAL
Dünən, 16:27
Paşinyan Ermənistan ordusunun rəhbər heyəti ilə müşavirə keçirib
Dünən, 16:16
Abşeron rayonunda 8 Noyabr - Zəfər Günü ilə bağlı şəhid ailələri ilə görüş keçirilib - FOTO
Dünən, 16:13
“Nar”da bu axşam daha bir avtomobil sevinci! - DİQQƏT!
Dünən, 16:10
"Sertifikatlaşdırma və Metrologiya Mərkəzi" auditor seçir
Dünən, 15:40
Bu, Astana üçün əhəmiyyətlidir... - GƏLİŞMƏ...
Dünən, 15:35
Xalq şairi sənəd paylaşdı, üsyan etdi: “Prezidentin siyasətinə ziddir” - HÖRMƏTSİZLİKDİR...
Dünən, 15:31
Mədəniyyət Nazirliyi qalmaqallı paylaşımı sildi
Dünən, 15:27
"O, Paşinyandan sonra baş nazirlik üçün hazırlaşır" - ŞƏRH
Dünən, 15:24
ABŞ problemlərini həll edir, İsrail əlaqələrini gücləndirir, Qazaxıstan isə... - İNCƏLƏMƏ
Dünən, 15:22
"Həmin aparıcılar uşaqlarımızı zəhərləyirlər" - ETİRAZ
Dünən, 15:16
Gəncədə ər arvadını baş nahiyəsindən bıçaqlayıb - TƏFƏRRÜAT
Dünən, 15:14
İşbaz məmurların TƏHLÜKƏLİ SAYĞAC ƏMƏLİYYATI... - BU NƏDİ BELƏ?
Dünən, 15:09
Böyrəyini satışa çıxaran müğənnimizlə bağlı VACİB AÇIQLAMA: Həbs oluna bilər, çünki... - TƏFƏRRÜAT
Dünən, 14:59
Trampdan heyrətləndirəcək addım – 50 il sonra ilk dəfə
Dünən, 14:55
Ukraynada korrupsiyaya qarşı genişmiqyaslı əməliyyat keçirilir - Ukrayna mətbuatı
Dünən, 14:47
Karapetyan "Elektrik şəbəkələri"ni idarə etməkdən məhrum edilə bilər
Dünən, 13:23
Azərbaycan iki hücumla bu sistemlərimizi tamamilə məhv etdi - “Şərəfim var”
Dünən, 13:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru