Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                     Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: .....                     Özgür Özel CHP Qrup sədri seçilib .....                     Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır .....                     ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                     Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? .....                     İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? .....                     Qorxu və "kapitalizm imperiyası” .....                     AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? .....                     "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." .....                     "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib .....                     Müharibə başlarsa İran hansı ölkələri vuracaq? .....                     Demoqrafik rəqabət: .....                     Türkiyə Avropa birincisidir .....                     Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU .....                     Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? .....                     Komitə sədri onu özünə müşavir təyin etdi .....                     Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ .....                     “Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” .....                     Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir .....                     “Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” .....                     "Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." .....                     "Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." .....                     Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı .....                     “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... .....                     "Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb .....                     Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb .....                     "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." .....                     "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" .....                     CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: .....                     Erməni şərabı və konyakı Rusiya bazarından yığılır .....                     Belarusda nüvə təlimləri: .....                     Hüseyn Məmmədova yüksək vəzifə verildi .....                     Cənubi Qafqaz uğrunda böyük OYUN .....                     "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" .....                     Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb .....                     "Bu, Kamal müəllimin şəxsi fikridir..." .....                 

Son mənzilin kvadratı Ağ Şəhərdəki evlərin kvadratından da bahadır... - QƏBİR BİZNESİ
Tarix: 6-11-2025, 09:24 | Çap et

…Hər kəs bir gün dünyasını dəyişir. Amma indiki zamanda yaşamaq da, ölmək də çox bahadır… Qəbiristanlıqlarda qiymətlər “od tutub yanır”, dəfn xərcləri isə elə səviyyəyə çatıb ki, ölüsü də, dirisi də əzab çəkir. Burada insan doğmasını itirəndə təkcə ölü dərdi yox, həmçinin “pul dərdi” də yaşayır. Bu, açıq-aşkar qəbiristanlıq mafiyasının cibinə işləyən sistemdir və insanların narazılığı hər gün getdikcə artır. Heç bir dövlət rüsumu yoxdur, amma pul tələb olunur. Dəfn üçün verilən pula görə heç bir sənəd, qəbz verilmir.

Biz hər fürsətdə “Avropada belədir” deyirik. Bəs görəsən, o “nümunə götürdüyümüz” Avropada və s. ölkələrdə qəbiristanlıqlar da bazara çevrilibmi? Orada da torpağın altına girmək üçün qiymət cədvəli asıblarmı? Əgər doğrudan da belə bir nümunə mövcuddursa, bizdə də bu sahədə dövlət rüsumları tətbiq edilməli, şəffaf mexanizm qurulmalıdır. Bax, həqiqət budur: bizdə icra hakimiyyətləri və qəbirstanlıq dəllalları ölülərin hesabına qazandıqları pullarla evlər, bahalı maşınlar alır, kef içində yaşayırlar. Bəlkə də heç ölənə “rəhmət” də demirlər.

Qəbir yeri od qiymətində

Əhmədlidə yerləşən qəbiristanlıqlardan birinin “şef”inə zəng edib qiymətləri öyrənməyə çalışdıq. Lakin telefonda “qiymət demirik” cavabını aldım. Bununla kifayətlənməyib, Suraxanı rayonu ərazisindəki “Dədə Qorqud” qəbiristanlığına üz tutdum. Buranın müdiri Ümid adlı şəxsdir. O, qiymətlər barədə verdiyim suallardan yayınırdı.

Qeyd edək ki, Ümid kişinin oğlu İkinci Qarabağ müharibəsində şəhid olub və bundan sonra o, həmin qəbiristanlığa müdir təyin edilib. Qiymət barədə israrla soruşduqda isə “rəh­mətə gedən şəxsin sənədlərini gətirin, o zaman baxarıq” cavabını verdi. Bildirdim ki, “yaxın tanışımız dünyasını dəyişib, ailəsi hazırda çox çətin vəziyyətdədir, maddi imkanı yoxdur, ona görə əvvəlcədən qiyməti öyrənmək istəyirik”. O da qəti şəkildə bildirdi ki, ölən adamın sənədini göstərməsəniz qiymət deyə bilmərəm. Ümid kişinin son sözü bu oldu ki, ən ucuz yer Hövsan qəbiristanlığındadır, yaxşısı budur ora gedin.

Aparılan araşdırmadan sonra öyrəndik ki, Bakının bəzi qəbiristanlıqlarında bir qəbir yeri 3 min manatdan başlayır, bəzi hallarda isə 10 min manata qədər yüksəlir. Xüsusilə “İkinci Fəxri Xiyaban” kimi məkanlarda qiymətlər daha yüksəkdir.

Bu rəqəmlər hər kəsi şoka sala bilər. Çünki söhbət ticarət obyektindən, torpaq sahəsindən, mənzildən, ofisdən getmir — söhbət ölünün son mənzilindən gedir. O mənzil ki, sahəsi uzaq başı 2 kvm.- dir.

Maraqlısı isə odur ki, həmin yerlərin heç biri şəxsi mülkiyyət kimi qeydiyyata düşmür. Qəbirlərə də “çıxarış” verilmir. Pulunu ödəyirsən, amma sənə aid olan yeganə sənəd, qəbzin özüdür.

Bakı Şəhərində həm ölmək, həm də yaşamaq üçün torpaq tapmaq çətindir. Amma insan həyatda çox şeyi planlaşdıra bilir — yalnız bir şeyi bilmir: harada öləcəyini və harada dəfn olunacağını.

Ölülər üçün ayrılan torpaq, bəzən dirilərin yaşadığı torpaqdan çox bahalı olur…

Bəli, düz başa düşdünüz: ölülər üçün nəzərdə tutulmuş qəbiristanlıqlarda qəbir yerlərinin eni cəmi bir, uzunluğu isə adətən 2 metr olur (2 metrdən uzun olanlara çox nadir hallarda rast gəlinir). Yəni, ümumi sahəsi təxminən 2 kvadratmetr belə etmir. Bununla belə, həmin ərazi sahəsi şəhərin mərkəzində yerləşən mənzillərin 1 kvadratmetrin qiymətindən baha başa gəlir.

Bir insanın həyatı boyu ev almağa gücü çatmaya bilər. Amma ən sonda belə, ona 2 kvadratmetrdən də az torpaq baha qiymətə satılır. Elədir ki, var: qəbiristanlıq paytaxtın ən bahalı torpaq bazarıdır.

Sanki qəbiristanlıq bir gəlir obyektinə çevrilib

Qəbirqazanlar öz zəhmətinə görə pul alsa da, sakinlərin dediyinə görə, onların da qazandıqlarından müəyyən pay “yuxarıya” gedir. Qəbiristanlığın yiyəsi kimdir, bilirsinizmi? Kim olacaq? Əlbəttə, ərazi üzrə Rayon İcra Hakimiyyətləri və onları təyin etdikləri qəbiristanlıq müdirləri. Elə davranırlar ki, sanki qəbiristanlıq onların şəxsi obyektidir. Qəbirqazanlardan, dua oxuyan mollalardan bəlkə də oradakı dilənçiləri də “tasa” otuzdurublar. Meyit belə, kimsənin əlində qazanc vasitəsinə çevrilib.

Ölü yiyəsi borc altında qalırsa…

Bəli, elədi ki var. İnsan öləndə belə, yaxınları onun dəfnini necə təşkil edəcəyini, pulu haradan tapacağını düşünür. Bəzən elə ailələr var ki, dəfn xərclərini qarşılamaq üçün borc alırlar. Həyat boyu çətinlik çəkən insanlar öləndə də rahatlıq tapmır. İnsanların gəliri, pensiyası, maaşı normal olarsa, bu qədər ağır vəziyyət yaşanmaz. Deyirəm, vallah, insana rahat ölməyə də imkan vermirlər. Adam can verir, amma fikri hələ də cibində, borcunda, torpağında qalır. Düşünür ki, ay Allah, mən öləndən sonra ailəm, yaxınlarım ağır yük altında qalacaq — harda basdıracaqlar, o pulu haradan tapacaqlar, qəbir yeri ala biləcəklərmi? İnsan bu torpaqda öləndə belə, rahatlıq tapmır, çünki ölüm də bahalaşıb. Yaşamağın da, ölməyin də, bir sözlə, hər şeyin qiyməti var. Amma indi insanlar ölümü də cibinə baxıb planlaşdırır. Vallah, adam mat qalır bu vəziyyətə. Ölüdən də pul umarlar? Yəni, biz mentaliteti və ağlımızı bu qədər itirmişik? Maddiyyat bu qədərmi bizi əsir edib?

Heç olmasa, torpaq pulsuz olsun…

Dövlət üçün xidmət etmisən, hər şeyini vermisən, amma ömrünün axırında ölürsən və torpağın altına getmək üçün pulunu verib getməlisən. Heç olmasa, ən azı öləndə iki metr torpağı insana pulsuz vermək olmaz? Bəli, bu açıq-aydın soyğunçuluq və haqsızlıqdır. Bəli, illərlə xidmət edən vətəndaş, nəhayət, torpağa qarışmaq istəyəndə belə “qiymət cədvəli” ilə üzləşir.

Bu torpaq, bu vətən onsuz da onların zəhməti, alın təridir. Amma indi vəziyyət elədir ki, ömrün son dayanacağı da “ödənişli xidmət”ə çevrilib. Ölüm isə insanın həyatındakı son dayanacaqdır – rahatlıq, sükunət yeri. Amma görünür, bizdə bu son dayanacaq da pulludur. Əlbəttə, yaşamaq üçün pul lazımdır, ancaq həm də ölmək üçün də pul Tələb edilir. İnsan ömrünün sonunda rahat torpaq tapmırsa, deməli, bu torpaq artıq insana yox, pula xidmət edir. Ölüm ticarətə çevrilib, qəbiristanlıqlar isə vicdanın yox, şəxsi marağın ölçüldüyü bazara… Bu bazara nəzarət edən kiçik məmurlara bəzi mətləbləri anlatmağın da vaxtıdır…

Elşad FƏRMANOĞLU - tezadlar.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Bu gün, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Bu gün, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Bu gün, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
Bu gün, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Bu gün, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Bu gün, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Bu gün, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Bu gün, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Bu gün, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Bu gün, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Bu gün, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Bu gün, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Bu gün, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Bu gün, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Bu gün, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Bu gün, 11:44
Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Bu gün, 11:41
Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Bu gün, 11:38
Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Bu gün, 11:14
“Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Bu gün, 11:11
Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:00
“Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Bu gün, 10:59
"Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Bu gün, 10:54
"Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:47
"Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
Bu gün, 10:46
Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Bu gün, 10:23
“Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Bu gün, 10:19
"Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Bu gün, 10:07
Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:06
"Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Bu gün, 09:57
"Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Bu gün, 09:49
CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Bu gün, 09:47
Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Bu gün, 09:45
Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Bu gün, 09:43
Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:37
Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Bu gün, 09:36
"Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Bu gün, 09:23
Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Bu gün, 09:07
"Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Bu gün, 07:37
Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Bu gün, 07:34
Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Bu gün, 07:27
Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Bu gün, 07:25
Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:46
1 həftədir su borusu partlayıb... - GİLEY
Bu gün, 03:29
Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24
Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18
"Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10
1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04
" Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru