Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                     Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: .....                     Özgür Özel CHP Qrup sədri seçilib .....                     Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır .....                     ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                     Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? .....                     İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? .....                     Qorxu və "kapitalizm imperiyası” .....                     AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? .....                     "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." .....                     "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib .....                     Müharibə başlarsa İran hansı ölkələri vuracaq? .....                     Demoqrafik rəqabət: .....                     Türkiyə Avropa birincisidir .....                     Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU .....                     Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? .....                     Komitə sədri onu özünə müşavir təyin etdi .....                     Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ .....                     “Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” .....                     Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir .....                     “Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” .....                     "Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." .....                     "Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." .....                     Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı .....                     “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... .....                     "Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb .....                     Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb .....                     "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." .....                     "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" .....                     CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: .....                     Erməni şərabı və konyakı Rusiya bazarından yığılır .....                     Belarusda nüvə təlimləri: .....                     Hüseyn Məmmədova yüksək vəzifə verildi .....                     Cənubi Qafqaz uğrunda böyük OYUN .....                     "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" .....                     Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb .....                     "Bu, Kamal müəllimin şəxsi fikridir..." .....                 

Bakının AvroNestlə bağlı kritik qərarı - ŞƏRH
Tarix: 5-11-2025, 09:24 | Çap et

“Bu gün çox təəssüf ki, Avropa Parlamenti Avropa İttifaqının digər institutları kimi AvroNest platformasını da şantaj və təzyiq vasitəsinə çevirib”. Bu fikirlər Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin AvroNest Parlament Assambleyasının qətnamələrinə cavab bəyanatında əksini tapıb.

Bəyanatda qeyd olunur ki, bəzi avroparlamentar deputatlar qətnamələrin mətnlərinə Gürcüstan cəmiyyəti üçün tamamilə qəbuledilməz və qıcıq doğuran qeydlər əlavə ediblər: “Qətnamələrdən birində 2024-cü ilin parlament seçkiləri "saxtalaşdırılmış", xalq tərəfindən seçilmiş hakimiyyət isə “özünü elan etmiş” adlandırılır. Həmçinin polis əməkdaşlarına və dövlət institutlarına hücum etmiş, barələrində məhkəmənin ittihamedici hökmləri çıxarılmış şəxsləri “siyasi məhbuslar” kimi təqdim edir ki, bu da qanunun aliliyi prinsiplərinə ziddir".

Ş.Papuaşvilinin sözlərinə görə, Avropa Parlamentində bu qüvvələrin düşmənçilik və dar düşüncəli yanaşmasını nəzərə alaraq, Gürcüstanın Daimi Parlament Nümayəndəliyi AvroNestin gələcək sessiyalarında iştirak etməyəcək. Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili də deyib ki, AvroNest platforması artıq ölkənin milli maraqlarına xidmət etmir.

Qeyd edək ki, AvroNest Avropa İttifaqı ilə Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Ukrayna və Belarusun parlamentarilərinin birgə əməkdaşlığına əsaslanan qurumdur. Bu təsisat beynəlxalq dialoq üçün yeni platformalar yaratmaq cəhdi idi. Lakin qərarsızlıq, qərəzli diskurs və ikili standartlar bu təsisatı yararsız bir quruma çevirdi. Azərbaycan dəfələrlə bu qurumdakı haqsız qərarlara görə fəaliyyətini dayandırmaq istəyib. Son olaraq AvroNest Parlament Assambleyasının oktyabrın 28-dən 30-dək İrəvanda keçirilən iclasında Azərbaycan parlamentinin nümayəndə heyəti iştirak etməyib. Nümayəndə heyətinin rəhbəri Tahir Mirkişili deyib ki, AvroNest PA-nın yarısını təşkil edən Avropa Parlamentinin qəbul etdiyi sənədlər, bəyanatlar Azərbaycanın dövlət suverenliyinə, ərazi bütövlüyünə qarşıdır, regionda gedən sülh prosesini dəstəkləmir, əksinə, regionda düşmənçiliyin davam etməsində maraqlı olan qüvvələrin dəyirmanına su tökür.

Yada salaq ki, Azərbaycan ötən ilin yanvarından, Gürcüstan isə bu ilin yanvarından AŞ PA-dakı fəaliyyətini dayandırıb. Hər iki ölkəyə qarşı irəli sürülmüş ittihamların motivi aşağı-yuxarı eynidir. Azərbaycanda insan haqlarının pozulması mövzusunda şərtlər irəli sürülüb. Avropa Şurası Gürcüstandan isə ötən ilin oktyabrında bu ölkədə keçirilmiş parlament seçkilərinin nəticələrinin ləğvini, qanunsuz aksiyalarda tutulanların azadlığa buraxılmasını, yeni parlament seçkilərinin keçirilməsini tələb etdiyi üçün Gürcüstan nümayəndə heyəti də fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. Azərbaycan və Gürcüstanın yoxluğunda AŞ PA-da “söz haqqı olan” yeganə Cənubi Qafqaz dövləti Ermənistan qalır.

Azərbaycan hər zaman beynəlxalq qurumlarda təmsil olunmağa və ikitərəfli əməkdaşlığa üstünlük verib. Ancaq dövlət və milli maraqlara təhdid, qərəz varsa, o zaman Prezident İlham Əliyev çox doğru qərarlar qəbul edir. Heç bir qurum və ya dövlət Azərbaycana diktə edə bilməz və rəsmi Bakı tam müstəqil, beynəlxalq normalara uyğun fəaliyyət göstərir.

Bəs Gürcüstandan sonra Bakının AvroNestlə bağlı kritik qərarı nə ola bilər?

Deputat Arzuxan Əlizadə “Yeni Müsavat”a xatırlatdı ki, Azərbaycan bəlli səbəblərdən AŞ PA-da fəaliyyətini qeyri-müəyyən müddətə dayandırmaq qərarı verib, çünki səsvermə hüququ əlindən alınıb. Onun sözlərinə görə, təbii ki, ədalətsiz bir qərar verilmişdi və Azərbaycanın cavabı adekvat idi. Deputat yada saldı ki, Azərbaycan və Ermənistan AŞ PA-ya eyni vaxtda qəbul olunub, lakin bu Qərb təsisatının ölkələrə münasibəti eyni olmayıb: “Hər iki ölkə AŞ PA-ya qəbul olunanda biri digərinin ərazisini işğal altında saxlayırdı. Ancaq 20 il ərzində AŞ PA Ermənistana işğalçı siyasətinə görə heç bir sanksiya tətbiq etmədi. Elə ki Azərbaycan torpaqları azad etdik, bizə sanksiya qoyuldu”.

Deputat AvroNest tədbirində iştirakdan imtinanın da məhz bu ədalətsiz qərarlarla bağlı olduğunu vurğuladı. Avropa Parlamentinin erməni hərbi caniləri siyasi girov hesab etdiyini deyən A.Əlizadə bildirdi ki, belə olan halda onun bir qolu sayılan AvroNestin tədbirində iştirakımız düzgün olmazdı: “Son illər Avropa təsisatlarında türkofobiya və islamofobiya ilə "silahlanmış" qruplar var. Onlar erməni cinayətkarları öz siyahılarına salır, bu qatilləri müdafiə edir, işi siyasiləşdirir, ümumiyyətlə, ermənipərəst mövqe sərgiləyirlər. Çünki həmin qruplar erməni lobbisinə bağlıdır. Biz də buna haqlı olaraq sərt təpki göstərmişik. Eyni ədalətsiz mövqe Gürcüstana qarşı da var. O baxımdan hər şey qarşı tərəfin münasibətindən asılı olacaq. Əgər Avropa təşkilatları Azərbaycana ədalətsiz yanaşmasını davam etdirsə, dəyişən nə isə olmayacaq. Lakin mənə elə gəlir ki, yaxşılığa doğru bir irəliləyiş müşahidə olunur".

Onun fikrincə, Qərb təsisatları ilə əlaqələr normallaşacaq, çünki Azərbaycan Avropa İttifaqının üzvü olan 10 ölkə ilə strateji tərəfdaşlıq sənədi imzalayıb, “Qoca qitə”nin bazarına qaz nəql edir, beynəlxalq nəqliyyat kommunikasiyalarının açılması perpektivi var və ölkəmizin sanbalı, nüfuzu da getdikcə daha da artmaqdadır: “Bu da onları bizimlə hesablaşmağa məcbur edir. Azərbaycan mühüm beynəlxalq logistikanın keçdiyi yolda yerləşir. Biz həm də Avropanın bir parçasıyıq, Şərqlə Qərb arasında körpü rolu oynayırıq. Ona görə də Avropa bizimlə münasibətləri pozmamalıdır, siyasətinə korrektə etməlidir. Eyni zamanda Azərbaycan da dostlarının sayını artırmalıdır. Düşmənlərin sayını artırmaq asandır, amma düşməni də dosta çevirməyi bacarmalıyıq. Fikrimcə, Azərbaycan Prezidenti uğurlu xarici siyasət yürüdür, beynəlxalq arenada mühüm işlər görüb, ölkəmizə münasibətin köklü şəkildə dəyişməsində böyük rolu olub, ona görə Avropa Parlamenti, AŞ PA kimi təsisatlarla əlaqələrin yaxşılaşması da qaçılmazdır. Sadəcə, bu prosesi sürətləndirmək lazımdır. İlk növbədə qarşı tərəfi ədalətli qərarlar verməyə məcbur etməliyik, amma milli maraqlardan geri çəkilməmək şərti ilə...”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Bu gün, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Bu gün, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Bu gün, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
Bu gün, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Bu gün, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Bu gün, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Bu gün, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Bu gün, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Bu gün, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Bu gün, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Bu gün, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Bu gün, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Bu gün, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Bu gün, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Bu gün, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Bu gün, 11:44
Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Bu gün, 11:41
Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Bu gün, 11:38
Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Bu gün, 11:14
“Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Bu gün, 11:11
Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:00
“Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Bu gün, 10:59
"Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Bu gün, 10:54
"Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:47
"Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
Bu gün, 10:46
Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Bu gün, 10:23
“Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Bu gün, 10:19
"Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Bu gün, 10:07
Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:06
"Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Bu gün, 09:57
"Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Bu gün, 09:49
CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Bu gün, 09:47
Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Bu gün, 09:45
Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Bu gün, 09:43
Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:37
Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Bu gün, 09:36
"Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Bu gün, 09:23
Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Bu gün, 09:07
"Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Bu gün, 07:37
Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Bu gün, 07:34
Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Bu gün, 07:27
Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Bu gün, 07:25
Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:46
1 həftədir su borusu partlayıb... - GİLEY
Bu gün, 03:29
Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24
Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18
"Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10
1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04
" Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru