Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                     Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: .....                     Özgür Özel CHP Qrup sədri seçilib .....                     Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır .....                     ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                     Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? .....                     İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? .....                     Qorxu və "kapitalizm imperiyası” .....                     AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? .....                     "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." .....                     "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib .....                     Müharibə başlarsa İran hansı ölkələri vuracaq? .....                     Demoqrafik rəqabət: .....                     Türkiyə Avropa birincisidir .....                     Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU .....                     Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? .....                     Komitə sədri onu özünə müşavir təyin etdi .....                     Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ .....                     “Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” .....                     Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir .....                     “Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” .....                     "Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." .....                     "Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." .....                     Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı .....                     “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... .....                     "Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb .....                     Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb .....                     "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." .....                     "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" .....                     CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: .....                     Erməni şərabı və konyakı Rusiya bazarından yığılır .....                     Belarusda nüvə təlimləri: .....                     Hüseyn Məmmədova yüksək vəzifə verildi .....                     Cənubi Qafqaz uğrunda böyük OYUN .....                     "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" .....                     Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb .....                     "Bu, Kamal müəllimin şəxsi fikridir..." .....                 

İcra başçıları ciddi nəzarətdə - NƏ BAŞ VERİR?
Tarix: 5-11-2025, 09:18 | Çap et

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin oktyabrın 30-da DTX tərəfindən saxlanılmasından sonra rayon rəhbərlərinin başının üstünü alan “qara buludlar” bir qədər də sıxlaşıb. İcra başçıları ilə bağlı əməliyyatların davam edəcəyi və yeni həbslərin olacağına dair iddiaların ardı-arası kəsilmir.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradovun və daha bir neçə vəzifəli şəxsin noyabrın 1-də saxlanılmasından sonra bu ehtimallar bir qədər də qüvvətlənib. Bildirilir ki, yerli icra hakimiyyəti başçılarının fəaliyyətinə nəzarət bir qədər də gücləndirilib. Məsələn, icra başçılarına və rəhbərlikdə təmsil olunan məmurlara bir sıra məhdudiyyətlər tətbiq edilib. Onlara çalışdıqları rayonları icazəsiz tərk etmək qadağan olunub. (mənbə: mətbuat.az).

Bəllidir ki, rayonda işləyən icra başçılarının əksəriyyətinin ailəsi Bakıda yaşayır. Onlar həftənin cümə günü paytaxta gəlir və birinci gün işlərinin başına dönürlər. İndi isə ciddi zərurət olmadığı halda onlara işlədikləri rayonları tərk etməmək tapşırılıb. “Bu isə o deməkdir ki, hüquq-mühafizə orqanları fəaliyyətində ciddi qanunsuzluqlara yol verən, vəzifə səlahiyyətlərindən sui-istifadə edən, rüşvət və korrupsiya ilə məşğul olan məmurların qapısını həftənin bütün günləri döyə bilər”, - deyə xəbərdə bildirilir.

Yeri gəlmişkən, hazırda ölkəmizdə icra başçısı olmayan rayonların sayı 4-dür. Bunlar Balakən, Qax, Bakı şəhərinin Nəsimi və Naxçıvan Muxtar Respublikasının Culfa rayonlarıdır. Qax Rayon İcra Hakimiyyətində iyun ayında əməliyyat keçirilib və icra başçısı M.Şəkiliyev həbs edilib. O, qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur. Bakının Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı postu da 2024-cü ildən etibarən boşdur. 2023-cü il avqustun 31-də Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev vəzifəsindən azad edilib. O, 2019-cu il aprel ayının 2-dən bu postda çalışırdı. İki ildən çoxdur Culfa rayonuna icra başçısı təyin edilməyib.

Son dövrlər icra hakimiyyətlərində aparılan əməliyyatlar və həbslər bu strukturlarda uzun müddət vəzifədə qalan məmurlarla bağlı müəyyən sualları gündəmə gətirib. Belə ki, həbs olunan icra başçılarının əksəriyyətinin 10 ildən artıq müddətdə rəhbər vəzifədə çalışması bu postlara vaxt məhdudiyyətinin tətbiqi barədə müzakirələri gücləndirib. Yəni onlara da, məsələn, diplomatlar kimi maksimum 5 illik rotasiya qaydası tətbiq edilə bilər.

O da faktdır ki, işğaldan azad edilən bölgələrdə Prezidentin nümayəndəlikləri sınaqdan keçirilir və onların fəaliyyəti özünü doğruldub. Ekspertlər növbəti mərhələdə icra hakimiyyətlərinin ləğvi və bütün səlahiyyətlərin nümayəndəliklərə ötürülməsi ehtimalını müzakirə edirlər.

İcra başçılarına nəzarət mexanizminin təkmilləşdirilməsi də gündəm mövzularından biridir. Rəsmi sənədlərdə 3-7 min manat maaş alan icra başçılarının lüks həyatı haqlı suallar doğurur. Onu da qeyd edək ki, icra başçıları dövlət tərəfindən başqa imtiyazlarla da təmin olunurlar - xidməti avtomobil, tibbi sığorta, sanatoriya göndərişləri və s. Eyni zamanda onlar çox vaxt vəzifələrindən sui-istifadə edərək özləri üçün ultra komfort şərait yaradırlar. Bəzi icra başçıları Avropa ölkələrində özlərinə mülk alır, biznes qururlar. Onlar əsasən hökumətdə daha iri məmurların yaxın ətrafına daxildirlər və tutduqları post da həmin şəxslərin nüfuzu hesabına əldə olunub.

Bəs nəzarət mexanizmini necə təkmilləşdirmək olar? Özlərini rayonun “padşahları” hesab edənlərin səlahiyyətləri azaldılması mümkündürmü?

Hüquqşünas Qulamhüseyn Əlibəylinin “Yeni Müsavat”a bildirdiyinə görə, ölkənin idarəetmə sistemində ciddi dəyişikliklərə ehtiyac var. Onun fikrincə, icra hakimiyyəti sistemində müəyyən dəyişikliklər olub, amma problemləri həll etməyib: “Yerlərdə hakimiyyətin dəyişməsi mexanizmi artıq köhnəlib və işə yaramır. İndiki mexanizm özünü faktiki olaraq doğrultmur. Məlumdur ki, konstitusiyaya əsasən, yerlərdə icra hakimiyyətini prezidentin təyin etdiyi icra başçıları idarə edir. Amma rayon və şəhər idarəetmə sistemindən tədricən regional idarəetmə sisteminə keçmək lazımdır. Bunu bir sıra ekspertlər də təklif kimi irəli sürür və dəstəkləyirlər. Yəni mərkəzi hakimiyyətlə yanaşı, iqtisadi zonalar üzrə regional idarəetmə orqanları yaradılmalıdır”.

Q.Əlibəyli hesab edir ki, eyni zamanda şəhər və rayon icra hakimiyyətlərinin səlahiyyətləri tədricən bələdiyyələrə verilməlidir: “Bunu birdən-birə etmək problem yaradacaq. Ona görə də mərhələli şəkildə addımlar atılmalıdır. Həmçinin bələdiyyələrin səlahiyyətləri artırılmalı, onların seçki praktikasında ciddi dəyişikliklər olmalıdır. Çünki indi bələdiyyələr de-fakto icra hakimiyyətlərindən asılı vəziyyətdədir. Bütün bu mexanizmlərə keçidi asanlaşdırmaq üçün həm də yerli icra başçılarının təyinatına diqqət artırılmalıdır”.

Hüquqşünasın sözlərinə görə, kadrlar seçilərkən onların korrupsiyaya meylli olub-olmaması nəzərə alınmalıdır: “Yəni kadr təyinatı zamanı namizədlər ciddi şəkildə araşdırılmalıdır. Kimisə hansısa səbəbdən vəzifəyə təyin etmək sonda korrupsiyaya səbəb olur, yerli camaatın da onun fəaliyyətindən narazılığına gətirib çıxarır. Ümumiyyətlə, daxili siyasətdə bir çox islahatlara zərurət var. Azərbaycanın xarici siyasəti kifayət qədər uğurludur, lakin daxildə bu problemlərin aradan qaldırılması zamanıdır. Çünki müəyyən vaxt keçdikdə idarəetmənin yenilənməsi vacibdir. Əks təqdirdə, mənfi nəticələrini verir. Bunun üçün konstitusiya dəyişikliklərinə də ehtiyac görmürəm və sadəcə, islahatlar həyata keçirməklə idarəetmədə müsbət nailiyyətlər əldə etmək mümkündür”.

Qeyd edək ki, Azərbaycanda 10 icra başçısı rüşvət və mənimsəmə ittihamı ilə həbs olunub. Onların bəzilərinin cəzası qismən azaldılıb, biri azadlığa çıxıb, biri isə həbsdə koronavirus xəstəliyindən vəfat edib. Bundan başqa, onlarla başçı müavini, baş memar və müxtəlif vəzifəli şəxslər istintaqa cəlb olunub. Bu həbslərin davamı istisna deyil.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Bu gün, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Bu gün, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Bu gün, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
Bu gün, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Bu gün, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Bu gün, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Bu gün, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Bu gün, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Bu gün, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Bu gün, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Bu gün, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Bu gün, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Bu gün, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Bu gün, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Bu gün, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Bu gün, 11:44
Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Bu gün, 11:41
Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Bu gün, 11:38
Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Bu gün, 11:14
“Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Bu gün, 11:11
Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:00
“Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Bu gün, 10:59
"Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Bu gün, 10:54
"Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:47
"Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
Bu gün, 10:46
Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Bu gün, 10:23
“Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Bu gün, 10:19
"Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Bu gün, 10:07
Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:06
"Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Bu gün, 09:57
"Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Bu gün, 09:49
CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Bu gün, 09:47
Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Bu gün, 09:45
Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Bu gün, 09:43
Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:37
Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Bu gün, 09:36
"Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Bu gün, 09:23
Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Bu gün, 09:07
"Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Bu gün, 07:37
Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Bu gün, 07:34
Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Bu gün, 07:27
Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Bu gün, 07:25
Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:46
1 həftədir su borusu partlayıb... - GİLEY
Bu gün, 03:29
Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24
Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18
"Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10
1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04
" Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru