Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                     Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: .....                     Özgür Özel CHP Qrup sədri seçilib .....                     Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır .....                     ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                     Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? .....                     İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? .....                     Qorxu və "kapitalizm imperiyası” .....                     AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? .....                     "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." .....                     "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib .....                     Müharibə başlarsa İran hansı ölkələri vuracaq? .....                     Demoqrafik rəqabət: .....                     Türkiyə Avropa birincisidir .....                     Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU .....                     Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? .....                     Komitə sədri onu özünə müşavir təyin etdi .....                     Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ .....                     “Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” .....                     Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir .....                     “Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” .....                     "Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." .....                     "Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." .....                     Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı .....                     “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... .....                     "Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb .....                     Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb .....                     "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." .....                     "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" .....                     CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: .....                     Erməni şərabı və konyakı Rusiya bazarından yığılır .....                     Belarusda nüvə təlimləri: .....                     Hüseyn Məmmədova yüksək vəzifə verildi .....                     Cənubi Qafqaz uğrunda böyük OYUN .....                     "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" .....                     Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb .....                     "Bu, Kamal müəllimin şəxsi fikridir..." .....                 

Avropa Parlamentinin QARIN AĞRISI... - NƏ BAŞ VERİR?
Tarix: 1-11-2025, 09:18 | Çap et

Avropa Parlamenti Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı sənəd dərc edib. Sənəddə “Dağlıq Qarabağda müharibələr”, Ermənistanla Azərbaycan arasındakı münasibətlərin hazırkı vəziyyəti, Aİ-Ermənistan və Aİ-Azərbaycan ikitərəfli münasibətləri araşdırılır.

Bakı və İrəvan arasında uzunmüddətli sülh ehtimalına toxunan sənəddə qeyd olunur ki, Paşinyan hökuməti Qarabağdakı məğlubiyyətindən sonra daxildə artıq xeyli siyasi kapital sərf edib. Bildirilir ki, Paşinyanın siyasi zəifliyi mart ayında Gümrüdə keçirilən yerli seçkilərdə onun “Vətəndaş Müqaviləsi” partiyasının zəif çıxışı ilə nümayiş etdirilib: “Lakin hökumətin ictimai dəstəyinin azalmasına baxmayaraq, siyasi rəqibləri hələ də geridə qalırlar. Xüsusilə də konstitusiya ilə bağlı Bakıya hər hansı güzəşt 2026-cı ilin iyun ayında keçiriləcək parlament seçkiləri öncəsi müxalifət tərəfindən fürsət kimi istifadə olunacaq”.

Sənəddə bu xüsusda deyilir: “Prinsipcə, yeni konstitusiya səs çoxluğu ilə və qeydiyyatdan keçmiş seçicilərin ən azı 25%-nin iştirakı ilə ümumxalq referendumunda təsdiqlənməlidir. Dəyişikliklər Azərbaycanın təzyiqinin nəticəsi kimi qəbul edilərsə, bu rəqəmi əldə etmək çətin olacaq. Ermənistanın son parlament seçkilərində seçicilərin yarısından bir qədər azının iştirak etdiyini nəzərə alsaq, müxalifət sadəcə boykot kampaniyasına başlaya bilər ki, bu da seçici yorğunluğu ilə birlikdə referendumun etibarsız elan edilməsinə gətirə bilər. Belə bir ssenarinin qarşısını almaq üçün hökumətin eyni gündə parlament seçkiləri və referendum keçirə biləcəyi və ya alternativlər axtara biləcəyi güman edilir. Bu kontekstdə Ağ Evdəki 8 avqust sammitinin nəticələri çox vacibdir. Digər oyunçular, xüsusən də Avropa İttifaqı və Türkiyə eyni dərəcədə vacib rol oynaya bilərlər”.

Qardaş Türkiyənin mövqeyi və səyləri bəlli. Bəs 2-ci Qarabağ müharibəsi və antiterror əməliyyatından sonra Azərbaycana qarşı olduqca qərəzli, riyakar mövqe tutan və nəticə etibari ilə inam-etibarı itirən Aİ və onun əsas qurumu Avropa Parlamenti bundan sonra böyük sülhə töhfə verə bilərmi? Verərsə, necə? Elə isə nədən sənəddə Ermənistan konstitusiyasının dəyişdirilməsi Bakıya güzəşt kimi təqdim edilir? Əgər söhbət konstitusiyanı beynəlxalq hüquqa uyğunlaşdırmaqdan və qonşu ölkəyə ərazi iddiasından rəsmən imtinadan gedirsə, bunun harası Azərbaycana güzəştdir?

Nəhayət, Paşinyan parlament seçkiləri ilə referendumu eyni gündə keçirmək qərarı verə bilərmi? Nəticə nə olar?

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda keçiriləcək parlament seçkilərində nəyin bahasına olursa-olsun qalib gəlmək üçün Rusiya özünün bu ölkədəki əlaltılarını hərəkətə gətirib: “Demək olar ki, bütün qüvvələri birləşdirməyə cəhdlər göstərilir. Əvvəlki müxalifətin seçkilərdə Nikol Paşinyana qalib gəlmək şansının olmamasını nəzərə alaraq Rusiya kilsəni də, sahibkarları da bu proses qoşub və yeni bir lider ətrafında blok yaradıb parlament seçkilərinə getmək istəyir. Təbiidir ki, Qərb də hərəkətə keçməlidir, fəallaşmalıdır və nəyin bahasına olursa-olsun Nikol Paşinyanın seçkidə qalib gəlməsinə çalışmalıdır. Çünki bu təkcə Ermənistan, hətta bölgəmiz üçün əhəmiyyətli bir hadisə deyil, eyni zamanda, qlobal səviyyədə bu çox mühüm bir hadisədir. Rusiyanı Cənubi Qafqazdan çıxarmaq və onun təsirini azaltmaq üçün Ermənistanda seçkiləri Paşinyanın rəhbərlik etdiyi siyasi təşkilat udmalıdır. Avropa Parlamentinin dərc etdiyi sözügedən sənədlər də bu istiqamətdə atılan addım kimi qiymətləndirilməlidir. Deməli anlayırlar ki, Ermənistanda məğlubiyyət Rusiyanın Cənubi Qafqazda gücünün artmasına, mövqelərinin möhkəmlənməsinə gətirib çıxara bilər”.

A.Səmədovun sözlərinə görə, seçkiqabağı kampaniya dövründə Paşinyanın rəqibləri, təbiidir ki, yeni Konstitusiyanın qəbulundan və guya bu addımın Azərbaycanın diktəsi ilə atılmasından gen-bol danışacaqlar: “Baxmayaraq ki, 2018-ci ildən Nikol Paşinyan yeni Konstitusiyanın qəbul edilməsinin zəruriliyindən danışır. Ancaq siyasətdə yalan danışmaq, həqiqəti təhrif etmək əksər siyasətçilərin əsas peşəsinə çevrilib. Bu səbəbdən Ermənistandakı müxalifət Ruspərəst qüvvələr ləyaqətli davranışları ilə qətiyyən seçilməyən şəxslərdir. Bu amili qabardıb Paşinyanın nüfuzunu azaltmağa cəhd göstərəcəklər. Ona görə də Avropa Birliyi, Avropa Parlamenti müəyyən narahatlığını ifadə edir. Çox təəssüf ki, Ermənistan cəmiyyətində də Konstitusiyanın Azərbaycanın təzyiqi ilə dəyişdirilməsini, yeni ana qanunun qəbul olunmasını düşünənlər az deyil”.

Həmsöhbətimiz qeyd etdi ki, Avropa Parlamentinin bundan sonra Azərbaycan-Ermənistan arasında sülhə töhfə verməsi mümkün deyil: “Heç buna ehtiyac da yoxdur. Çox təəssüf ki, indiyə qədər Avropa Parlamenti də, müəyyən mənada son dövrlər Avropa İttifaqının digər rəhbər orqanları da sülhə mane olan addımlar atdılar. Bu səbəbdən Azərbaycan Avropa İttifaqını vasitəçilik missiyasından uzaqlaşdırdı. Artıq sülh müqaviləsinin imzalanması üçün bütün addımlar atılıb, yalnız Ermənistan Konstitusiyasından Azərbaycana qarşı iddialarının çıxarılması şərti qalıb ki, sülh sazişi imzalansın. Bu səbəbdən Avropa Parlamentinin yardımına heç bir ehtiyac yoxdur. Bizə mane olmasınlar, kömək eləməsələr də olar”.

Ekspert onu da dedi ki, Ermənistanda referendumun parlament seçkiləri ilə eyni gündə keçirilməsi ehtimalı yoxdur: “Çox güman ki, Paşinyan belə bir addımı atmayacaq. Əsas hədəf, hətta yeni Konstitusiyanın qəbulundan da daha vacib hədəf Paşinyan üçün parlament seçkilərində qalib gəlməkdir. Əgər Konstitusiya dəyişikliyi üçün referendum parlament seçkiləri ilə eyni vaxtda keçirilsə bundan Nikol Paşinyana qarşı kifayət qədə istifadə oluna bilər. Yəni əsas kampaniya Paşinyanın bu addımının əleyhinə qurular və xalqda da belə bir rəy yaranar ki, əslinə qalsa parlament seçkisi Konstitusiyaya münasibətlə bağlı bir referendumdur. Yəni xalqın münasibətində referendum seçkilərdən önə keçə bilər ki, bu da son nəticədə Paşinyanın daha az səs almasına gətirib çıxara bilər”.

A.Səmədov sonda vurğuladı ki, əgər Qərb, Avropa dövlətləri, ABŞ Paşinyanın seçkidə qalib gəlməsi üçün ən azı Rusiya qədər fəallıq göstərsələr, əllərindən gələni etsələr son nəticədə həm Paşinyanın qalib gəlməsi mümkün ola bilər, həm də ardınca keçiriləcək referendumda yeni Konstitusiyanın qəbul olunması xalqın səsverməsi ilə təsdiqlənər və ardınca da sülh müqaviləsi imzalanar: “Odur ki, Qərb Gürcüstan dərslərindən nəticə çıxartmalıdır, Gürcüstanda buraxdığı səhvləri diqqətlə araşıdmalıdır və Ermənistanda belə bir vəziyyətin yaranmasına qətiyyən imkan verməməlidir. Rusiya Ermənistanda Gürcüstan ssenarisini işə salıb və orada ”İvanişvili-2 variantı"nı reallaşdırmaq xətti götürüb. Qərb bunun qarşısını almalıdır. Əks halda Ermənistanı da Gürcüstanın taleyi gözləyə bilər".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Dünən, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Dünən, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Dünən, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
Dünən, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Dünən, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Dünən, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Dünən, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Dünən, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Dünən, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Dünən, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Dünən, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Dünən, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Dünən, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Dünən, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Dünən, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Dünən, 11:44
Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Dünən, 11:41
Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Dünən, 11:38
Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Dünən, 11:14
“Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Dünən, 11:11
Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Dünən, 11:00
“Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Dünən, 10:59
"Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Dünən, 10:54
"Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 10:47
"Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
Dünən, 10:46
Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Dünən, 10:23
“Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Dünən, 10:19
"Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Dünən, 10:07
Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Dünən, 10:06
"Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Dünən, 09:57
"Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Dünən, 09:49
CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Dünən, 09:47
Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Dünən, 09:45
Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Dünən, 09:43
Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 09:37
Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Dünən, 09:36
"Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Dünən, 09:23
Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Dünən, 09:07
"Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Dünən, 07:37
Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Dünən, 07:34
Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Dünən, 07:27
Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Dünən, 07:25
Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Dünən, 03:46
1 həftədir su borusu partlayıb... - GİLEY
Dünən, 03:29
Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Dünən, 03:24
Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Dünən, 03:18
"Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Dünən, 03:10
1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Dünən, 03:04
" Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Dünən, 03:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru