Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                     Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: .....                     Özgür Özel CHP Qrup sədri seçilib .....                     Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır .....                     ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                     Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? .....                     İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? .....                     Qorxu və "kapitalizm imperiyası” .....                     AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? .....                     "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." .....                     "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib .....                     Müharibə başlarsa İran hansı ölkələri vuracaq? .....                     Demoqrafik rəqabət: .....                     Türkiyə Avropa birincisidir .....                     Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU .....                     Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? .....                     Komitə sədri onu özünə müşavir təyin etdi .....                     Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ .....                     “Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” .....                     Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir .....                     “Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” .....                     "Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." .....                     "Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." .....                     Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı .....                     “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... .....                     "Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb .....                     Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb .....                     "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." .....                     "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" .....                     CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: .....                     Erməni şərabı və konyakı Rusiya bazarından yığılır .....                     Belarusda nüvə təlimləri: .....                     Hüseyn Məmmədova yüksək vəzifə verildi .....                     Cənubi Qafqaz uğrunda böyük OYUN .....                     "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" .....                     Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb .....                     "Bu, Kamal müəllimin şəxsi fikridir..." .....                 

Brüssel bir az da yubansa, Bakı qərarını dəyişə bilər... - GƏLİŞMƏ
Tarix: 1-11-2025, 07:01 | Çap et

Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin mühüm istiqamətlərindən biri uzun illər bağlı qalan nəqliyyat və kommunikasiya xətlərinin bərpasıdır. Avqustun 8-də Vaşinqtonda imzalanan birgə bəyanatda bu məsələ rəsmi şəkildə təsbit olunub və son dövrdə tərəflərin açıqlamaları bu istiqamətdə ciddi irəliləyişin mümkünlüyünü göstərir.

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanda çıxışı zamanı bildirib ki, Azərbaycan artıq Ermənistana tranzitə qoyduğu məhdudiyyəti ləğv edib və regionda yolların açılmasına hazırdır. Dövlət başçısı vurğulayıb ki, bu addım təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyət daşıyır, Naxçıvana və Türkiyəyə birbaşa çıxışın təmin olunması Cənubi Qafqazda sülh və sabitliyin ön şərtidir.

Ermənistanın Baş naziri Nikol Paşinyan da açıqlamasında bildirib ki, Ermənistan Türkiyə mallarının Azərbaycana və geri daşınmasına şərait yaratmağa hazırdır və qonşularla sərhədlərin açılmasında maraqlıdır. Paşinyan bu addımı regionda iqtisadi inteqrasiyanın və uzunmüddətli sabitliyin təminatı baxımından vacib hesab edir.

Bütün bunlar beynəlxalq vasitəçilərin də marağını artırıb. Xüsusilə Avropa İttifaqı (Aİ) bu istiqamətdə aktiv mövqe nümayiş etdirir, regionu özünün “Global Gateway” təşəbbüsünün tərkib hissəsi kimi görür. Aİ üçün Cənubi Qafqazda yeni nəqliyyat dəhlizlərinin formalaşması həm Avropa–Asiya ticarət marşrutlarının şaxələndirilməsi, həm də Rusiyadan asılılığın azaldılması baxımından strateji əhəmiyyət daşıyır.

Beləliklə, kommunikasiya xətlərinin açılması artıq təkcə Azərbaycan və Ermənistanın daxili razılaşması deyil, həm də qlobal geosiyasi və iqtisadi maraqların kəsişdiyi bir mövzuya çevrilib.

Moskva hələ də nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası prosesini öz nəzarətində saxlamağa çalışır, Brüssel isə Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpasını regionun Avropa iqtisadi məkanına inteqrasiyası üçün fürsət hesab edir. Aİ bu istiqamətdə maliyyə və texniki dəstək təklif etməklə prosesdə daha fəal rol oynamağa cəhd göstərir. Bununla belə, Aİ-nin real addımları və maliyyə öhdəlikləri hələlik qeyri-müəyyən olaraq qalır.

Gedişatı təhlil edən politoloq Fərhad Məmmədov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanan birgə bəyannamənin nəticələrindən biri kommunikasiya xətlərinin açılması ilə bağlı razılıq olub.

F.Məmmədovun sözlərinə görə, proses əsasən Naxçıvana gedən marşrutun - TRIPP layihəsinin reallaşması ilə bağlıdır və bu səbəbdən də söhbət hazırda yalnız həmin istiqamətdən gedir.

Politoloq bildirib ki, Ermənistan hökuməti Naxçıvana aparan yolun maneəsiz fəaliyyətini təmin etmək barədə suveren qərar qəbul edib və bu marşrutun təhlükəsizliyinin təminatı ABŞ şirkətinə həvalə olunacaq. Onun sözlərinə görə, hazırda Ermənistan tərəfi ABŞ ilə TRIPP layihəsində Amerika şirkətlərinin iştirakı, fəaliyyət rejimi və təminat parametrləri barədə danışıqlar aparır. Lakin ABŞ-da baş verən “şatdaun” səbəbindən bu proses müvəqqəti ləngiyib.

Fərhad Məmmədov qeyd edib ki, Azərbaycan dəmir yolunun azad olunmuş ərazilərə düşən hissəsini öz vəsaiti hesabına sürətlə tikir və onu Ermənistan sərhədinə qədər çatdırıb. Lakin Ermənistan tərəfində vəziyyət fərqlidir - Ordubad–Ermənistan sərhədi arasındakı hissə və Naxçıvandakı dəmir yolunun modernləşdirilməsi hələ qarşıda duran məsələlərdəndir.

Politoloq vurğulayıb ki, bu layihə iki istiqamətdə davam edəcək:
birincisi, Türkiyə ilə əlaqəni təmin edəcək yeni Qars–Naxçıvan dəmir yolu xətti üzərində işlər artıq başlayıb və 4–5 il ərzində istifadəyə verilməsi planlaşdırılır;
ikincisi, Ermənistana gedən Sədərək istiqaməti üzrə kiçik bir hissənin tikintisidir.

Politoloq həmçinin Qazax–İcevandan istiqamətinə də diqqət çəkib və qeyd edib ki, bu sahədə TRIPP layihəsindən daha çox vəsait tələb olunur.

Fərhad Məmmədovun sözlərinə görə, TRIPP layihəsinin ümumi dəyəri təxminən 300 milyon dollar qiymətləndirilir. Bunun 140 milyon dolları ABŞ tərəfindən ayrılıb, lakin qalan 160 milyon dolların mənbəyi hələ müəyyən edilməyib. Ermənistan hökumətinin nəzərləri isə hazırda Aİ və beynəlxalq maliyyə institutlarına yönəlib.

O əlavə edib ki, Naxçıvan dəmir yolunun yenilənməsi ayrıca böyük mövzudur və bu sahədə də Azərbaycanın diqqəti Avropa İttifaqına yönəlib. Məmmədov xatırladıb ki, Aİ-nin xüsusi nümayəndəsi Qrono yaxınlarda Naxçıvana səfər edib.

Politoloq diqqətə çatdırıb ki, digər hissələr üzrə işlər daha mürəkkəbdir, çünki bu, Rusiya Dövlət Dəmir Yolları şirkətinin törəməsi olan “Cənubi Qafqaz Dəmir Yolları” ilə əməkdaşlığı zəruri edir. Bu baxımdan, layihələrin əksəriyyətində böyük ümidlər Aİ-yə yönəlib.

Lakin F.Məmmədov təəssüflə bildirib ki, Brüsseldən hələlik dəqiq mövqe və konkret qərar yoxdur - Aİ hansı hissəyə, nə qədər vəsait ayırmağa hazır olduğunu açıqlamayıb. Halbuki, onun sözlərinə görə, Aİ-nin maliyyə imkanları mövcuddur.

Fərhad Məmmədov sual edib ki, Aİ üçün bu layihələr niyə vacibdir və Avropaya bu yollarla nə qədər mal daşınacaq ki, qurum bu qədər maliyyə xərci çəksin? Сavabında qeyd edib ki, Aİ regionda aktiv rol oynamağa, “Global Gateway” təşəbbüsünü həyata keçirməyə, Mərkəzi Asiya ilə əlaqələri gücləndirməyə çalışır və bu məqsədlə proaktiv siyasət və investisiya aparmaq istəyir.

Politoloq vurğulayıb ki, hələlik Bakı Aİ-nin real marağını hiss etmir. Baxmayaraq ki, Azərbaycan Prezidenti iki dəfə Aİ-nin ali rəhbərliyi ilə görüşüb, Brüssel hələ də postmünaqişə bərpası, azad olunmuş ərazilərdə infrastruktur layihələri və minatəmizləmə işlərində iştirakla bağlı qərar qəbul etməyib.

Fərhad Məmmədov sonda diqqətə çatdırıb ki, Aİ-nin qeyri-müəyyən mövqeyi və uzun sürən susqunluğu Azərbaycanı alternativ mənbələrə yönəldə bilər. Onun fikrincə, Bakı öz mövqeyinə daha ciddi yanaşan tərəfdaşların fikirlərinə üstünlük verəcək və bu, tamamilə təbii yanaşmadır.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Dünən, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Dünən, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Dünən, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
Dünən, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Dünən, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Dünən, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Dünən, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Dünən, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Dünən, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Dünən, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Dünən, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Dünən, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Dünən, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Dünən, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Dünən, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Dünən, 11:44
Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Dünən, 11:41
Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Dünən, 11:38
Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Dünən, 11:14
“Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Dünən, 11:11
Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Dünən, 11:00
“Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Dünən, 10:59
"Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Dünən, 10:54
"Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 10:47
"Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
Dünən, 10:46
Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Dünən, 10:23
“Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Dünən, 10:19
"Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Dünən, 10:07
Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Dünən, 10:06
"Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Dünən, 09:57
"Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Dünən, 09:49
CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Dünən, 09:47
Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Dünən, 09:45
Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Dünən, 09:43
Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 09:37
Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Dünən, 09:36
"Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Dünən, 09:23
Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Dünən, 09:07
"Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Dünən, 07:37
Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Dünən, 07:34
Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Dünən, 07:27
Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Dünən, 07:25
Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Dünən, 03:46
1 həftədir su borusu partlayıb... - GİLEY
Dünən, 03:29
Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Dünən, 03:24
Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Dünən, 03:18
"Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Dünən, 03:10
1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Dünən, 03:04
" Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Dünən, 03:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru