Abşeronda qadın ərini dişləyərək ona xəsarət yetirdi .....                     Korovinin iddialarına cavab gecikmədi .....                     Dövlət qurumu 3,4 milyon manatlıq tenderə bir həftə vaxt verdi .....                     “Boğazınızdan kəsib uşaqları üzgüçülüyə göndərin” .....                     Arayik Harutyunyan və digərlərinin apellyasiya məhkəməsi prokurorların çıxışları ilə davam etdirilib .....                     Qadınlar üçün ən yaxşı ölkələr açıqlandı .....                     İki müharibə Azərbaycanın bir addımlığına çatdı .....                     Şəmsi Səmədzadə həbsdən AZAD OLDU .....                     "Toplum TV" işi üzrə təqsirləndirilən şəxslərə hökm oxunub .....                     "Tibb bacıları xalama su vermədilər ki, onsuz da ölürsən" .....                     Azərbaycanda botoks vurduranlar iflic olur? .....                     Ukraynanın Xəzər dənizində gəmiləri vurması son dərəcə təhlükəlidir .....                     “AzSığorta” ikinci rübdə zərər etdiyini açıqladı .....                     Toy qiymətimi iki dəfə artıracağam .....                     Deputatlar bu yay harada dincələcək? .....                     Matevosyan Paşinyanı .....                     Ruben Vardanyanın ofşor maliyyə şəbəkələri ilə əlaqələri barədə yeni faktlar ortaya çıxıb .....                     Ramiz Mehdiyevlə bağlı HANSI QƏRAR VERİLƏ BİLƏR... .....                     Bu şirkət bir ildə Elm və Təhsil Nazirliyindən 26,7 milyon manatlıq sifariş alıb .....                     Naxçıvanın ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub .....                     DİM-dən “sənət qətliamı" .....                     Bərdə Rayon Mərkəzi Xəstəxanasında ağır qəza xəstələri saatlarla gözlədilib? .....                     Həbsdəki baş redaktor müalicə müəssisəsinə köçürülüb .....                     Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir? .....                     Reanimasiyada olan Xalq şairinin SON DURUMU .....                     Nümayəndələr Palatası Azərbaycanla düşmənçilik yolu seçir? .....                     İstanbuldakı erməni kilsəsi yenidən açılır .....                     Mal-qaranı Gürcüstandan 458 manata alırıq, .....                     Qazi olduğunu deyən şəxs “Kapital Bank”ın onu intihar həddinə çatdırdığını bildirir .....                     Qaxda Vətən müharibəsi qazisi bıçaqlandı .....                     “Şapka Mamed”in ətrafında çəmbər daralır .....                     Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb .....                     Sevgi münasibəti oğurluqla nəticələndi: Qonaq getdiyi evlərdən pul və qızıl apardı .....                     Azərbaycanda işsizlərin sayı niyə artıb? .....                     Rusiyadan pul göndərmək çətinləşdi? .....                     “Anklavların qaytarılması Ermənistan üçün minalanmış sahə deməkdir” .....                     "Bir kanalizasiya qapağı Bakının acı reallığını üzə çıxardı" .....                     “Tramp marşrutu” layihəsində şəxsən onun özü də iştirak edir .....                     Putin Tokayevin planını rədd etdi .....                     Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırılıb, yeniləri təyin edilib .....                 

İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... - NƏ BAŞ VERİR?
Tarix: 13-09-2025, 09:23 | Çap et

“Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın günlərdə Rusiyaya səfər edəcək”. Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

Erməni spiker bildirib ki, Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Simonyan həmçinin qeyd edib ki, Ermənistan ərazisində yerləşən Rusiya hərbi bazasının çıxarılması məsələsi gündəmdə deyil.

Xatırladaq ki, Ermənistan və Rusiya liderləri sonuncu dəfə az öncə Çində bir araya gəlmişdilər. Həmin görüş zamanı Paşinyan Ermənistan və Rusiyanı “qardaş ölkələr” adlandırmışdı. Bu da siyasi müşahidəçilər tərəfindən ciddi müzakirə mövzusu olmuşdu.

Baş nazir Nikol Paşinyan Rusiya ilə münasibətləri düzəltmək istəyir, yoxsa əslində Rusiya ilə guya soyuqluq olduğu qəsdən yaradılan süni görüntüdür? Ermənistan yenə də Rusiyanın diktəsi altında hərəkət edir ki, Paşinyan-Putin görüşləri intensivləşir?

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Rusiya ilə Ermənistan arasında münasibətlərin kifayət qədər soyuq olduğu heç kimə sirr deyil: “Çində görüş zamanı Ermənistan və Rusiyanı Nikol Paşinyanın qardaş ölkə olaraq adlandırması bu soyuqluğu qətiyyən azaltmadı və azalda bilməz. Vaşinqtonda imzalanmış mühüm sənədlərdən sonra Rusiyanın narahat olduğu və ciddi şəkildə narazı qaldığı da heç kimə sir deyil. Təbiidir ki, Nikol Paşinyan da bu narazılığı mümkün qədər isti bəyanatlarla azaltmağa çalışır. Çünki Ermənistan Rusiyadan asılıdır. İqtisadi cəhətdən çox asılıdır. Rusiyanın Ermənistana təsir imkanları çox böyükdür. Ən əsası qarşıdan gələn parlament seçkilərində Rusiyanın Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün göstərdiyi cəhdlər də göz qabağındadır. Paşinyan anlayır ki, parlament seçkilərində Rusiya ona kifayət qədər problemlər yaradacaq və artıq yaratmaqdadır. Bu səbəbdən təzyiqləri azaltmağın yollarını axtarır, isti bəyanatlarla, görüşlərlə, Rusiyanı dost-qardaş adlandırmaqla biraz münasibətləri yumşaltmağa çalışır. Ancaq onu da başa düşür ki, xoş sözlərlə zəngin bəyanatlarla Moskvanı inandırmaq qeyir-mümkündür”.

Siyasi şərhçi vurğuladı ki, əgər Paşinyan hakimiyyətdə qalarsa bundan sonra Ermənistanın Rusiyanın diktəsi altında fəaliyyət göstərməsi mümkün deyil: “Ancaq çox təəssüf ki, Rusiya meylli qüvvələrin də hakimiyyətə gəlmək təhlükəsi var. Və Rusiyanın kilsə ilə sahibkarları birləşdirib yeni bir siyasi qüvvəni ortaya çıxarmaq cəhdi təbii ki, Nikol Paşinyan üçün çox təhlükəlidir. Baş nazir bu təhlükəni başa düşdüyündən Vladimir Putinlə dalbadal görüşlər keçirir. Daha doğrusu, Putin Paşinyanla görüşməyə razılıq verir. Çünki Paşinyan həmişə Putinlə görüşmək istəyib, onunla müzakirələr aparmağa çalışıb, lakin yaxşı məlumdur ki, Rusiya prezidenti bu cür görüşlərdən çox vaxt imtina edib, hətta telefon zənglərinə cavab verməyib. Ancaq Rusiyanın Azərbaycanla münasibətlərində müəyyən soyuqlq yarandığı üçün artıq Paşinyan Putinin tez-tez görüşdüyü bir dövlət liderinə çevrilib. Əslində isə həm Rusiya, həm də Ermənistan yaxşı başa düşür ki, nə qədər ki Paşinyan hakimiyyətdədir Ermənistanın Rusiya ilə münasibəti Putinin arzu etdiyi kimi olmayacaq”.

A.Səmədov hesab edir ki, nə qədər tez-tez görüşsələr də, nə qədər bir-birinə qardaş desələr də Vladimr Putin mümkün olsa parlament seçkilərinə qədər, mümkün olmasa parlament seçkiləri zamanı Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq fikrindədir: “Bu, ciddi təhlükədir və bu təhlükəni Paşinyan və ona dəstək qüvvələr çox yaxşı anlayırlar. Anlayırlar və bu təhlükələri azaltmaq üçün ümid edək ki, ciddi tədbirlər planlaşdırıblar. Çünki Ermənistanın hakimiyyətinin Rusiyadan uzaqlaşmaq xəttindən imtina etməsi bütövlükdə Cənubi Qafqaz bölgəsinin Rusiyanın təsir dairəsindən çıxmasına imkan verməyəcək. O səbəbdən Ermənistana hər cür dəstək göstərilməli və parlament seçkilərində Nikol Paşinyanın qalib gəlməsi üçün zəruri olan bütün addımlar atılmalıdır. Bu baxımdan Amerikanın Ermənistana 145 milyon dollar vəsait ayrıması müsbət addımdır. Söhbət Zəngəzur dəhlizinin işə salınması istiqamətində atılan ilk addımdan gedir. Bundan sonra da həm Ermənistana, həm Azərbaycana daha ciddi yardımlar göstərilməlidir ki, Gürcüstan təcrübəsi təkrar olunmasın. Bölgə uğrunda çox ciddi mübarizə gedir və bölgənin Rusiyanın nəhayət təsir dairəsindən çıxması üçün çox əlverişli bir şərait yaranıb. Ümid edək ki, bu şəraitdən Qərb düzgün istifadə edə biləcək”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Abşeronda qadın ərini dişləyərək ona xəsarət yetirdi
Dünən, 19:05
Korovinin iddialarına cavab gecikmədi - Müşfiq Hətəmovun nümayəndəsi danışdı
Dünən, 18:59
Dövlət qurumu 3,4 milyon manatlıq tenderə bir həftə vaxt verdi – LƏĞV EDİLDİ
Dünən, 18:40
“Boğazınızdan kəsib uşaqları üzgüçülüyə göndərin” - Fərhad Mehdiyev
Dünən, 18:36
Arayik Harutyunyan və digərlərinin apellyasiya məhkəməsi prokurorların çıxışları ilə davam etdirilib
Dünən, 18:30
Qadınlar üçün ən yaxşı ölkələr açıqlandı – Azərbaycan 111-ci sırada…
Dünən, 17:40
İki müharibə Azərbaycanın bir addımlığına çatdı – bizi nə gözləyir?
Dünən, 17:38
Şəmsi Səmədzadə həbsdən AZAD OLDU - AÇIQLAMA
Dünən, 17:36
"Toplum TV" işi üzrə təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 17:31
"Tibb bacıları xalama su vermədilər ki, onsuz da ölürsən" – "Semaşko"dan şikayət
Dünən, 17:27
Azərbaycanda botoks vurduranlar iflic olur? – Həkim prosedurları dayandırdığını deyir
Dünən, 17:24
Ukraynanın Xəzər dənizində gəmiləri vurması son dərəcə təhlükəlidir - Peskov
Dünən, 17:22
“AzSığorta” ikinci rübdə zərər etdiyini açıqladı - DETALLAR
Dünən, 17:16
Toy qiymətimi iki dəfə artıracağam - Vüqar Muradov
Dünən, 17:10
Deputatlar bu yay harada dincələcək? - SORĞU
Dünən, 17:09
Matevosyan Paşinyanı İTTİHAM ETDİ
Dünən, 17:01
Ruben Vardanyanın ofşor maliyyə şəbəkələri ilə əlaqələri barədə yeni faktlar ortaya çıxıb - ARAŞDIRMA
Dünən, 16:52
Ramiz Mehdiyevlə bağlı HANSI QƏRAR VERİLƏ BİLƏR... - GƏLİŞMƏ
Dünən, 16:40
Bu şirkət bir ildə Elm və Təhsil Nazirliyindən 26,7 milyon manatlıq sifariş alıb - TƏFƏRRÜAT
Dünən, 16:36
Naxçıvanın ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:32
DİM-dən “sənət qətliamı" – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda
Dünən, 16:27
Bərdə Rayon Mərkəzi Xəstəxanasında ağır qəza xəstələri saatlarla gözlədilib? - NƏ BAŞ VERİR?
Dünən, 16:19
Həbsdəki baş redaktor müalicə müəssisəsinə köçürülüb
Dünən, 16:17
Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir? - İLGİNC FAKT
Dünən, 16:04
Reanimasiyada olan Xalq şairinin SON DURUMU – QIZI AÇIQLADI
Dünən, 16:00
Nümayəndələr Palatası Azərbaycanla düşmənçilik yolu seçir? - Görünəni odur ki...
Dünən, 15:56
İstanbuldakı erməni kilsəsi yenidən açılır - KİV
Dünən, 15:54
Mal-qaranı Gürcüstandan 458 manata alırıq, Türkiyəyə isə 5 937 manata satırıq
Dünən, 15:45
Qazi olduğunu deyən şəxs “Kapital Bank”ın onu intihar həddinə çatdırdığını bildirir – Video
Dünən, 15:42
Qaxda Vətən müharibəsi qazisi bıçaqlandı - TƏFƏRRÜAT
Dünən, 15:39
“Şapka Mamed”in ətrafında çəmbər daralır - 100 milyonluq kredit maxinasiyası
Dünən, 15:27
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb - “The Times of Israel”
Dünən, 15:23
Sevgi münasibəti oğurluqla nəticələndi: Qonaq getdiyi evlərdən pul və qızıl apardı - TƏFƏRRÜAT
Dünən, 14:24
Azərbaycanda işsizlərin sayı niyə artıb? - Deputatdan diqqətçəkən AÇIQLAMA
Dünən, 14:21
Rusiyadan pul göndərmək çətinləşdi? - Ekspert bütün alternativləri sadaladı
Dünən, 14:18
“Anklavların qaytarılması Ermənistan üçün minalanmış sahə deməkdir” - KİV
Dünən, 14:10
"Bir kanalizasiya qapağı Bakının acı reallığını üzə çıxardı" - MALƏSƏF...
Dünən, 14:01
“Tramp marşrutu” layihəsində şəxsən onun özü də iştirak edir - Sərkisyan
Dünən, 13:55
Putin Tokayevin planını rədd etdi - Zelenskidən Qazaxıstan liderinə gözlənilməz dəstək gəldi
Dünən, 13:46
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırılıb, yeniləri təyin edilib - SƏRƏNCAM
Dünən, 13:42
15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
Dünən, 13:41
Azərbaycanda 2 nəfəri "tok" vurub öldürdü
Dünən, 13:10
Gürcüstanda azərbaycanlı gənc başından güllələnib - TƏFƏRRÜAT
Dünən, 13:08
Ləğv edilmiş “Royal Bank”ın binası satışa çıxarıldı
Dünən, 13:06
Tokayev haqlımı – Qarabağ və Donbas fərqlidir?
Dünən, 13:05
Sabiq prokuror vəfat etdi
Dünən, 13:03
Təhsil, pedaqoji dəyərlər sizi düşündürmür - NARAZILIQ VAR...
Dünən, 12:53
Binəqədinin icra başçısı qəhrəman zabitimizin əmlakına necə qıydı? -ŞİKAYƏTLƏRƏ BAXILMIR
Dünən, 12:47
Azərbaycanda pensiya yaşı 70 olur? – Deputatdan AÇIQLAMA
Dünən, 12:43
Tahir Budaqovun Nəsimi rayonunda “siftəsi” - Bakının mərkəzində bir gecədə 20 ağac kəsildi
Dünən, 12:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru