İyulun 12-də İrəvanın Azadlıq meydanında qondarma “artsax xalq hüquqlarını müdafiə şurası”nın çağırışı ilə Qarabağdan könüllü köçmüş ermənilərdən ibarət olduğu iddia edilən cəmi bir neçə yüz insanın iştirak etdiyi mitinq keçirilib.
Moderator.az xəbər verir ki, bu haqda “ArmenianTayms” nəşri məlumat yayıb.
“Daha əvvəl yazmışdıq ki, Ermənistan Daxili İşlər Nazirliyi “artsax xalq hüquqlarını müdafiə şurası”nın Ermənistan hakimiyyətinin iyulun 12-də keçiriləcək mitinq ərəfəsində onlara qarşı repressiyalar həyata keçirdiyi barədə bəyanatını təkzib edir.
"Repressiya iddiası tamamilə həqiqətə ziddir. Daxili İşlər Nazirliyinin polisi, digərləri kimi, bu toplantının təşkilatçıları ilə də təşkilati məsələləri müzakirə edir. İcazə verilən toplantı zamanı Daxili İşlər Nazirliyinin polisi ictimai asayişi qorumağa borcludur və bu lazımi qaydada həyata keçiriləcək", - Ermənistan Daxili İşlər Nazirliyinin sözçüsü Narek Sarkisyan Z.Hayaka ilə müsahibəsində bildirib “, - məlumatda daha sonra belə deyilir.
Xatırladılır ki, qondarma “artsax” şurası daha əvvəl bəyanat yayaraq Ermənistan hakimiyyətinin şura üzvlərinə və tərəfdarlarına qarşı repressiyalardan istifadə etdiyini iddia etmişdi.
Şura həmçinin bildirmişdi ki, İrəvan Bələdiyyəsi onların mitinqinə icazə verib, lakin Milli Assambleya və hökumət binalarına planlaşdırılan yürüş, həmçinin oturaq aksiyaya icazə verilməyib.
P.S. Mətnin içərisindəki digər fotoda 37 il öncə 1988-ci ildə Ermənistan paytaxtının eyni məkanında SSRİ "KQB"-nin, "QRU"-nun, "SVR"-in və s. erməni kilsəsinin, "Daşnaksütyun"un, Ter-Petrosyan, Zori Balayan, Köçəryan, Sərkisyan və s. kimi "KQB" əməkdaşları vasitəsi ilə Qarabağın Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi("miatsum") məqsədi ilə təşkil edilmiş mitinq təsvir olunub - müqayisə edin...