Paşinyan Türkiyəyə bu məqsədlə gedib .....                     Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb .....                     “Azİnvest İnşaat” şirkətinin ötən il gəlirləri azalıb .....                     “A-Group Sığorta Şirkəti”nin İdarə Heyətinə təyinat olub .....                     “Qüsursuz reputasiya” və “dürüstlüyün zirvəsi” .....                     “Azərelektroterm”in baş direktoru vəzifədən azad edilir .....                     Putindən İrana AÇIQ DƏSTƏK .....                     Əliuzun məmurların qandallanması .....                     Bakıda “Nürnberq prosesi”: Yolun harasındayıq? .....                     "Azərbaycan tərəfi bu iki şərt yerinə yetirilmədən heç bir sülhü əsla qəbul etməz" .....                     Jurnalist Ağaddin Babayev vəfat edib .....                     EKSPERTLİK MƏRƏZİ... .....                     Rövşən Nəcəf təcili müdaxilə etməzsə... .....                     Oğluna güvənən direktorun yeni macəraları .....                     Zəngəzur dəhlizi: fürsət pəncərəsi, yoxsa təhlükəli səhv? .....                     Azərbaycana yay fəsli daxil olub .....                     İrana hərbi müdaxilə ilə rejimi dəyişmək olarmı? .....                     Ağsuda səhiyyə sistemi İFLİC DURUMDA .....                     "Diplom almaq çətinləşdirilməlidir" .....                     Ehtiyata buraxılan hərbçilərin "forma pulu" 18 aydır niyə verilmir? .....                     Olmayan nəticəyə yatırılan milyonlar .....                     Neftçala təhsili kimə həvalə olunub? .....                     Bu müharibə Azərbaycanın turizminə NECƏ TƏSİR EDƏCƏK? .....                     Paşinyanın Türkiyə səfəri: Sülhə doğru addım, yoxsa siyasi alver? .....                     “Sağlığında özü mənə vəsiyyət etmişdi” .....                     Amerikadakı erməni diasporu Paşinyanı “diktator” adlandırdı .....                     İran Azərbaycanda İsrail bazası “tapıb”: Tehranın Araz sahillərində “sionist” axtarışı .....                     İsraildən şok XƏBƏRDARLIQ .....                     Ağ Ev lideri İrana diplomatiya üçün maksimum iki həftə vaxt verib .....                     İnternetsiz İran: “Starlink” də kömək etməyəcək .....                     DTX-nın Qaxda keçirdiyi əməliyyatla bağlı daha bir AÇIQLAMA .....                     "Şaurma və kolaya 20 lari verirsən... .....                     Axundun qaçırdığı 16 yaşlı qızın atası danışdı: “Elçi də göndərmək istədi, razı olmadıq” .....                     İranda qaçaqmalçılıq və “Mossad” bazaları: .....                     Paşinyan Türkiyəyə səfərinin iki ölkə arasındakı münasibətlərə yeni təkan verəcəyinə ümid edir .....                     “Daşnaksütyun”un regional ofislərində həbslər başlayıb, .....                     Təhsildə etimad böhranı: .....                     “Bəzi müğənnilər özlərini göstərmək üçün xaricə gedir!” .....                     Rüşvət almaqda ittiham olunan sabiq icra məmuru barədə qərar verilib .....                     “Vaxtın 1 ay qısaldılmasının izahatını da vermirlər” .....                 

Olmayan nəticəyə yatırılan milyonlar - ARAŞDIRMA
Tarix: Bu gün, 06:21 | Çap et

“Azərbaycanda elm və təhsil xərcləri beynəlxalq normativlərə uyğundur”.

Bunu maliyyə naziri Sahil Babayev deyib. Nazir qeyd edib ki, elm və təhsil xərclərinə kompleks baxılmalıdır: “2024-cü ildə bu xərclər 4,8 milyard manat - ÜDM-in 4 %-i qədər proqnozlaşdırılıb. Bu isə beynəlxalq normativlərə uyğundur. Əksər ölkələrdə təhsil və elm xərcləri ÜDM-in 3-5 %-i qədər proqnozlaşdırılır.

Eyni zamanda nəzərə alınmalıdır ki, elm və təhsil üzrə bir sıra xərclər hazırda dövlət büdcəsində fərqli bölmələrdə təsnifləşdirilir. Bu isə ümumi mənzərənin formalaşdırılmasında çətinlik yaradır. Hazırda elm və təhsil xərclərinin büdcə təsnifatının təkmilləşdirilməsi istiqamətində işlər aparılmaqdadır".

Elm və təhsil sahəsində xərclər beynəlxalq normativlərə uyğundursa, bəs bu sahədə nəticələrimiz niyə beynəlxalq səviyyəyə uyğun deyil?

Pul var, bəs nəticə?

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov “Cümhuriyət”-ə bildirib ki, Azərbaycanda elm və təhsil sahəsinə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi son illərdə artmaqda davam edir:

“Maliyyə naziri Sahil Babayevin verdiyi məlumata görə, bu xərclər beynəlxalq normativlərə uyğundur. Rəsmi rəqəmlərə əsasən, 2024-cü il üçün təhsil xərcləri 4.4 milyard manat təşkil edir ki, bu da ölkənin ÜDM-nin təxminən 3.5%-nə bərabərdir.

Dünya Bankı və UNESCO-nun tövsiyə etdiyi minimum göstərici də məhz bu rəqəmlər çərçivəsindədir. Elm sahəsinə ayrılan xərclər isə 2023-cü il üzrə təxminən 330 milyon manat civarındadır və bu da ÜDM-in 0.2–0.3%-i qədərdir.

Lakin bu formal uyğunluq məsələnin yalnız büdcə həcmi hissəsidir; əsas məsələ isə həmin vəsaitin nə dərəcədə effektiv istifadə olunması, nəticələrin real keyfiyyət göstəricilərinə uyğunluğudur. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 5.1-ci maddəsinə əsasən, dövlət təhsilin inkişafını prioritet istiqamət kimi müəyyən edir və onun maliyyələşdirilməsi büdcə vəsaiti, eləcə də digər mənbələr hesabına həyata keçirilir.

Lakin bu prioritetlik yalnız sənəd üzərində qalarsa və nəticələrlə dəstəklənməzsə, struktur problemləri daha da dərinləşdirir. Real vəziyyətə nəzər saldıqda, təhsil sahəsinə ayrılan vəsaitlərin nəticəyə çevrilməsi prosesi bir çox hallarda gecikmiş, bəzən isə natamam xarakter daşıyır”.

“Xərclərin elmi məhsuldarlığa təsiri az hiss olunur”

Ekspertin sözlərinə görə, PISA 2022 beynəlxalq qiymətləndirmə nəticələrinə əsasən, Azərbaycan şagirdləri oxu, riyaziyyat və təbiət elmləri üzrə OECD ölkələrinin ortalamasından 20–25 faiz geridə qalır:

“Müqayisə üçün qeyd edək ki, Qazaxıstan, Gürcüstan və hətta Moldova kimi ölkələr PISA nəticələrində daha sürətlə irəliləyirlər. Bu isə o deməkdir ki, ayrılan büdcə vəsaiti beynəlxalq normativlərə uyğun olsa da, nəticələr həmin normativlərin məzmununa və mahiyyətinə uyğun gəlmir. Bu, resursların səmərəli istifadə olunmaması, təhsildə idarəetmənin mərkəzləşməsi, nəticəyə əsaslanmayanqiymətləndirmə və təşviq mexanizmlərinin mövcud olmaması ilə əlaqədardır. Eyni vəziyyət elm sahəsində də müşahidə olunur.

Azərbaycan Milli Elmlər Akademiyası və digər tədqiqat institutları maliyyələşmə baxımından illik büdcə vəsaiti ilə təmin olunsa da, bu xərclərin elmi məhsuldarlığa təsiri az hiss olunur. “Web of Science” və “Scopus” bazalarında Azərbaycan tədqiqatçılarının say baxımından nəşrləri artsa da, sitat indeksi və keyfiyyət göstəriciləri hələ də çox aşağıdır.

Məsələn, 2023-cü ildə Azərbaycan üzrə “Web of Science” bazasında yer alan məqalələrin sayı təxminən 4500 olsa da, bu rəqəm adambaşına düşən elmi məhsuldarlıq baxımından inkişaf etmiş ölkələrlə müqayisədə çox aşağıdır. ABŞ-də bu göstərici 1 milyon nəfərə təxminən 1200 elmi məqalə olduğu halda, Azərbaycanda bu rəqəm 50–70 civarındadır”.

Yeni sistem yaradılmalıdır

Ekspertin fikrincə, müsbət tərəf ondan ibarətdir ki, son illərdə ali məktəblərə ayrılan investisiya layihələri çərçivəsində maddi-texniki baza yaxşılaşdırılıb, təhsil infrastrukturu yenilənib, müəllimlərin maaşları artırılıb:

“2019-cu ildən etibarən sertifikasiya imtahanları, pedaqoji kadrların diaqnostik qiymətləndirilməsi və məktəbdaxili inkişaf proqramları tətbiq olunur. Bütün bunlar təhsildə yeni idarəetmə yanaşmasının formalaşması üçün mühüm addımlardır. Eyni zamanda, Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsilinə göndərilən gənclərin sayı artırılıb, bu da gələcəkdə elmi kadrlara olan tələbatın yerli resurslarla qarşılanmasına kömək edəcək. Lakin bu proseslərin nəticəyə çevrilməsi üçün daha ciddi sistem dəyişikliklərinə ehtiyac var.

İlk növbədə, təhsilin maliyyələşmə mexanizmləri performansaəsaslanmalı, yəni hansı məktəb və ya universitet real nəticə verir, ona daha çox resurs ayrılmalıdır. Elmi tədqiqat fondlarının müsabiqə əsasında maliyyələşdirilməsi, universitetlərdə elmi fəaliyyətin kommersiyalaşdırılması və təşviq mexanizmlərinin qurulması zəruridir.

Dünya təcrübəsində, xüsusilə Cənubi Koreya, Finlandiya və Almaniya kimi ölkələrdə büdcə xərcləri nəticə ilə ölçülür. Məsələn, Koreyada ali təhsil müəssisələri hər il dövlətə hesabat verir ki, neçə məqalə, neçə patent, neçə startap və nə qədər sənaye əməkdaşlığı yaradılıb.

Bu göstəricilər növbəti ilin maliyyələşməsinə birbaşa təsir göstərir. Azərbaycanda da təhsilin və elmin nəticələrini ölçən, qiymətləndirən və ona uyğun resurs ayıran sistem qurulmasa, ayrılan vəsaitlərin artması yalnız statistik əhəmiyyət daşıyacaq. Təhsil və elmi məhsuldarlıq sosial-iqtisadi inkişafa, innovasiyalara, beynəlxalq rəqabətə və ümumilikdə cəmiyyətin rifahına təsir etməlidir.

Ayrılan vəsaitlərlə bu nəticələr arasında əlaqə qurulmadıqca, formallıq reallığın yerini alacaq. Nəticə olaraq, Azərbaycanda təhsil və elmə ayrılan xərclərin nominal səviyyəsi beynəlxalq normativlərə uyğun ola bilər, lakin bu vəsaitin yaratdığı təsir və effekt hələ də normativ göstəricilərdən xeyli geri qalır.

Bu boşluğun aradan qaldırılması yalnız struktur islahatlar, nəticəyönümlü siyasət və şəffaf hesabatlılıqla mümkün ola bilər. Təhsil və elmə yatırım sadəcə xərc deyil, gələcək üçün strateji sərmayədir və bu sərmayənin dəyəri yalnız nəticə ilə ölçülür”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan Türkiyəyə bu məqsədlə gedib - Koncoryan
Bu gün, 11:09
Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb - DİQQƏT!
Bu gün, 11:06
“Azİnvest İnşaat” şirkətinin ötən il gəlirləri azalıb - HESABAT
Bu gün, 11:05
“A-Group Sığorta Şirkəti”nin İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:03
“Qüsursuz reputasiya” və “dürüstlüyün zirvəsi” - nə deyəsən, necə deyəsən, niyə susasan...
Bu gün, 11:01
“Azərelektroterm”in baş direktoru vəzifədən azad edilir
Bu gün, 10:59
Putindən İrana AÇIQ DƏSTƏK - “Sky News Arabia”
Bu gün, 10:53
Əliuzun məmurların qandallanması – “qaramaskalı”ların qonaq gedəcəyi yerlər çoxdur
Bu gün, 10:52
Bakıda “Nürnberq prosesi”: Yolun harasındayıq? - İNCƏLƏMƏ
Bu gün, 09:17
"Azərbaycan tərəfi bu iki şərt yerinə yetirilmədən heç bir sülhü əsla qəbul etməz" - deputat
Bu gün, 09:15
Jurnalist Ağaddin Babayev vəfat edib
Bu gün, 09:12
EKSPERTLİK MƏRƏZİ... - Əcəb işə düşmüşük...
Bu gün, 09:10
Rövşən Nəcəf təcili müdaxilə etməzsə... - NHMT sədri MÜRACİƏT ETDİ
Bu gün, 09:05
Oğluna güvənən direktorun yeni macəraları - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:48
Zəngəzur dəhlizi: fürsət pəncərəsi, yoxsa təhlükəli səhv? - GƏLİŞMƏ
Bu gün, 07:41
Azərbaycana yay fəsli daxil olub
Bu gün, 06:53
İrana hərbi müdaxilə ilə rejimi dəyişmək olarmı? - Görünəni odur ki...
Bu gün, 06:48
Ağsuda səhiyyə sistemi İFLİC DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 06:44
"Diplom almaq çətinləşdirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 06:29
Ehtiyata buraxılan hərbçilərin "forma pulu" 18 aydır niyə verilmir? - MÜDAFİƏ NAZİRİNƏ MÜRACİƏT
Bu gün, 06:25
Olmayan nəticəyə yatırılan milyonlar - ARAŞDIRMA
Bu gün, 06:21
Neftçala təhsili kimə həvalə olunub? - İTTİHAM VAR...
Bu gün, 06:18
Bu müharibə Azərbaycanın turizminə NECƏ TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 06:06
Paşinyanın Türkiyə səfəri: Sülhə doğru addım, yoxsa siyasi alver? - İNCƏLƏMƏ
Bu gün, 06:03
“Sağlığında özü mənə vəsiyyət etmişdi” - Atasının bütün əsərlərinin sahibi olacaq
Bu gün, 06:00
Amerikadakı erməni diasporu Paşinyanı “diktator” adlandırdı - “RİA Novosti”
Bu gün, 05:55
İran Azərbaycanda İsrail bazası “tapıb”: Tehranın Araz sahillərində “sionist” axtarışı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 05:52
İsraildən şok XƏBƏRDARLIQ - “Kameraları söndürün, İran izləyir”
Bu gün, 05:50
Ağ Ev lideri İrana diplomatiya üçün maksimum iki həftə vaxt verib
Bu gün, 05:46
İnternetsiz İran: “Starlink” də kömək etməyəcək - NƏ BAŞ VERİR?
Bu gün, 00:03
DTX-nın Qaxda keçirdiyi əməliyyatla bağlı daha bir AÇIQLAMA - "Dövlətimizin prinsipiallığı..."
Bu gün, 00:00
"Şaurma və kolaya 20 lari verirsən... - Qalanını özünüz hesablayın"
Dünən, 23:55
Axundun qaçırdığı 16 yaşlı qızın atası danışdı: “Elçi də göndərmək istədi, razı olmadıq” - BELƏ HARA GEDİRİK?
Dünən, 23:52
İranda qaçaqmalçılıq və “Mossad” bazaları: - İraq və Əfqanıstan yolları
Dünən, 18:04
Paşinyan Türkiyəyə səfərinin iki ölkə arasındakı münasibətlərə yeni təkan verəcəyinə ümid edir - KİV
Dünən, 18:03
“Daşnaksütyun”un regional ofislərində həbslər başlayıb, kütləvi aksiyalarla bağlı xəbərdarlıq edilib
Dünən, 17:59
Təhsildə etimad böhranı: - Builki imtahan sualları əvvəlki illərlə müqayisədə daha çətin idi
Dünən, 17:57
“Bəzi müğənnilər özlərini göstərmək üçün xaricə gedir!” - Şou əhlinin yay planları
Dünən, 17:51
Rüşvət almaqda ittiham olunan sabiq icra məmuru barədə qərar verilib
Dünən, 17:45
“Vaxtın 1 ay qısaldılmasının izahatını da vermirlər” - Tələbələr narazıdır
Dünən, 17:41
Azərbaycanda məşhur provayder ləğv olundu
Dünən, 17:33
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevlə bağlı qərar verib
Dünən, 17:27
"Abituriyent atestatla tanınmayan bir universitetdə təhsil alır, ölkəyə qayıdanda diplomunu tanıda bilmir" - NƏ ETMƏLİ?
Dünən, 17:25
Şirkətin borcu 13 milyon manatı ötdü - Sahibkara "stop" qoyuldu
Dünən, 17:19
Əməliyyat olunan Əli Mirəliyevin səhhəti NECƏDİR? – Özündən AÇIQLAMA
Dünən, 17:15
"Öləndən sonra başdaşıma "Xalq artisti" yazılması lazım deyil" - ETİRAZ
Dünən, 17:11
“Bakı Süd Co” MMC cərimələndi - Ölkədən 35 min dolları qanunsuz çıxardı
Dünən, 17:08
Azərbaycanda həbs edilən icra başçıları - SİYAHI
Dünən, 17:06
“QIZIM İNTİHAR ETMƏYİB, BUNA MƏCBUR EDİBLƏR” – Paytaxt sakinindən Baş prokurora müraciət
Dünən, 17:00
Öz gözündə tiri görməyən Putin... - ŞƏRH
Dünən, 16:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru