Xatırladaq ki, Rusiyada aprelin 1-dən rus dilini bilməyən miqrantların övladlarının məktəbə qəbulunu qadağan edən qanun qüvvəyə minib. Sınaq ümumi təhsil müəssisələrində keçiriləcək: bütün prosedur videoya çəkilməli, uşağın şifahi cavabları audio yazıya alınmalıdır. İmtahan uğursuz olarsa, uşağa əlavə dil hazırlığı təklif olunacaq və üç aydan gec olmayaraq test təkrarlanacaq.
“Rus dili üzrə biliklərin yoxlanılması cəhdlərinin sayı iki illə məhdudlaşdırmaq təklif olunur, bundan sonra əcnəbi vətəndaş ibtidai və orta ümumi təhsilin təhsil proqramlarını ödənişsiz əsaslarla mənimsəmək hüququnu itirəcək”, - layihənin izahatında bildirilir.
P.S. Belə bir qanun da qüvvəyə minərsə, Azərbaycana qarşı daha böyük ədalətsizlik olacaq... Öz ərazində 340-a yaxın məktəbdə 140 mindən çox uşağa rus dilində təhsil ver. Üstəlik ali məktəblərdə 15 mindən çox tələbəyə... Beləcə üst-üstə, valideynli, bacılı-qardaşlı-filanlı 1 milyona yaxın rusdilli vətəndaşına "gözün üstə qaşın var" demədən bəslə, amma sənin bir uşağın Rusiyada rus dilindən imtahan verə bilməsə, deport edilsin...