Bakı Vətən təhlükəsizliyini heç bir münasibətə qurban vermir .....                     O kapitana zəng edildi .....                     Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst buraxılıb .....                     Azərbaycan polisi 107 yaşını qeyd edir .....                     "Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" .....                     Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar .....                     Şıxlinskinin oğlu atasının həbsindən .....                     Məşhur diaspor lideri Şahin Şıxlınski də saxlanıldı .....                     İmtahanda 96 toplayan şagird attestatda 3 alıb .....                     Ermənistanda Rusiya kanalları bağlanacaq .....                     Məhkəmə "Sputnik Azərbaycan" işi üzrə saxlanılan şəxslər barəsində qərar çıxarıb .....                     Rusiya MN-in təyyarəmizin vurulmasını əmr etdiyi anın .....                     Rusların Azərbaycandakı məktəbləri də bağlanır .....                     Hakim Sülhanə Hacıyevanın hakimlik fəaliyyəti bitib .....                     Rusiyanın Ermənistana total hücumu .....                     “Kupça”sız Azərbaycan .....                     2006 müəllim sertifikatlaşdırma imtahanında keçid balını toplaya bilməyib .....                     DİN “Sputnik Azərbaycan” işinə görə cinayət işi başladıb, həbslər var .....                     Rusiyanın azərbaycanlılara hücumları davam edəcək .....                     Solovyov Azərbaycanı görün, nə ilə hədələdi... .....                     Sayt rəhbərinin məhkəməsi: .....                     Mülayim şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək .....                     Sumqayıtda çörəkçi Tofiq sahibkarın çörəyini kəsib? .....                     Paşinyan II Qaregini Patriarxatlığı tərk etməyə çağırıb .....                     Ermənilərin "nökər"ləri İsveçrədə pərişan oldu .....                     Azərbaycana qarşı ikili plan .....                     “Umico” adını və logosunu dəyişdi .....                     Aqrar Tədarük və Təchizatın rəhbərliyinə təyinat olub .....                     “Baku Electronics”də yeni təyinat .....                     Yekaterinburqda qətlə yetirilən Ziyəddin Səfərov posttravmatik şok nəticəsində ölüb .....                     “BOA Agency” şirkəti səhmdarlarına dividend ödəyəcək .....                     Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi açıqlanıb .....                     AYNA bu şirkətə yol xətlənməsi və nişanlanmaya görə .....                     “Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” .....                     Slovakiya Azərbaycana Kəlbəcər kökənli azərbaycanlı diplomatını səfir təyin etdi .....                     “Mən təqaüdçüyəm, yaşamaq istəyirəm, normal yaşamaq istəyirəm!” .....                     Oliqarx-məmur saxta yağ biznesinə girişib... .....                     “Sputnik Azərbaycan”dakı dostlarının köməyinə gələn Aytəkin necə saxlanılıb? .....                     İran Prezidenti Xankəndiyə səfər edəcək .....                     Miri Yusifə ağır itki .....                 

Təxribatlar fonunda sülh bəyanatları: “Güllə atılan yerdə barış mümkün deyil” - HƏQİQƏTƏN DƏ...
Tarix: 15-05-2025, 12:03 | Çap et
Təxribatlar fonunda sülh bəyanatları: “Güllə atılan yerdə barış mümkün deyil”
Ermənistan tərəfi təxribatlarından əl çəkmir. Mayın 13-ü saat 20:45-dən saat 21:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Daha bir məlumat isə erməni əsgərin Azərbaycan mövqelərinə daş atması və əsgərimizi təxribata çəkmək niyyəti barədədir. “Caliber.Az” redaksiyasına daxil olan görüntülərdə aydın şəkildə görünür ki, Ermənistan ordusunun hərbçisi müşahidə məntəqəsini tərk edərək möhkəmləndirilmiş səngərin qarşısındakı təpəyə qalxır və Azərbaycan Ordusunun mövqelərinə daş atmağa başlayır. Bu son vaxtlar baş verən ilk belə hadisə deyil. Xatırladaq ki, mayın 9-da saat 17:40-da oxşar bir səhnə Naxçıvan Muxtar Respublikası istiqamətində yerləşən döyüş mövqelərindən birində yaşanmışdı. Həmin vaxt erməni hərbçisi səngərin üzərində dayanaraq qeyri-etik ifadələr səsləndirir, hədələyir və Azərbaycan hərbçilərini cavab verməyə təhrik etməyə çalışırdı.

Lakin Ermənistan komandanlığının bu hesablamaları növbəti dəfə iflasa uğrayıb. Azərbaycan hərbçiləri soyuqqanlılıq və peşəkarlıq nümayiş etdirərək vəziyyəti diqqətlə izləsələr də, ucuz təxribatlara uymayıblar.

Belə təxribatlar fonunda isə rəsmi İrəvandan sülh bəyanatı səsləndirilir. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Lüksemburqda Avropa Şurası Xarici İşlər Nazirləri Komitəsinin 134-cü sessiyasında bildirib ki, “İrəvan Bakı ilə sülh sazişini dərhal imzalamağa və ratifikasiya etməyə hazırdır”.

Ermənistan tərəfinin təxribatları isə sülh bəyanatlarında qeyri-səmimi olmaları reallığını ortaya qoyur. Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov da İrəvanın sülh bəyanatları ilə əslində manipulyasiya etdiyini, zaman uzatdığını hesab edir. Ekspert AYNA.AZ-a müsahibəsində deyib ki, elə bir həftə, ay yoxdur ki, Ermənistan tərəfindən təxribat həyata keçirilməsin:



- Ermənistanda Avropa İttifaqının missiyası da var ki, o missiya Ermənistandakı bəzi ölkələrin diplomatik nümayəndəlikləri ilə, səfirliklərlə aktiv iş birliyindədir. Bu vasitə ilə onlar özlərinin gərəkliliyini sübut etməyə çalışırlar. Bunu da sübut etmək üçün mütəmadi olaraq hesabatlar təqdim etmək lazımdır, bölgədə vəziyyətin gərgin olmasını imitasiya etmək lazımdır və s. Onlar bu işlə məşğuldurlar. Ermənistan tərəfi zaman-zaman təxribatlar törədir, atəş açırlar, amma həmin “mülki missiya” deyilən avropalılar Azərbaycan tərəfini günahlandırmağa çalışır. Həmin missiya Azərbaycanın ayrı-ayrı nöqtələrini müşahidə edirlər, qeydiyyat aparır və həmin qeydlər Ermənistan tərəfinə təqdim edilir. Sonra da Ermənilər həmin nöqtələr istiqamətini atəşə tutur, təxribatlara əl atır.

- Bu təxribatlarda məqsəd nədir?

- Baxın, ermənilər atəşkəsi pozduğu ərəfədə Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edirdi. Görüş zamanı iki qardaş dövlətin hərb sahəsindəki uğurlarından, bir-birinə dəstəyindən danışıldı, bundan sonra da əməkdaşlığın genişləndirilməsinin vacibliyi bildirildi. Eyni zamanda, Azərbaycanın müdafiə naziri Zakir Həsənovla Gülər arasında görüş baş tutdu və birgə təlimlərin davamlılığının vacibliyi bildirildi. Bütün bunlar Ermənistanda izlənilir və qıcıq, qorxu yaradır. Ermənistan tərəfində qarşıdurmada maraqlı olanlar belə təxribatların baş verməsinə çalışırlar. Eyni zamanda, baxın, intizamsız erməni əsgəri Azərbaycan hərbçisinə daş atır, təhrik edir ki, ona atəş açılsın. Bilirsiniz, məqsəd odur ki, tərəflər arasında qan tökülsün. Bundan sonra beynəlxalq qurumlar işə qarışsınlar, hələ də ATƏT-in Minsk Qrupunun yaşamasına səy göstərən dövlətlər – Fransa, ABŞ, Rusiya yenidən desinlər ki, “tərəflər arasında gərginlik var, bizim bölgədə olmağımız vacibdir”. Bunu görmək üçün araşdırmaçı, analitik, ekspert olmağa da gərək yoxdur. Hər şey gün kimi ortadadır.

- Digər yandan da Ermənistanın müdafiə naziri Avropaya səfər edir, Britaniya, Almaniya, Yunanıstanla hərbi əməkdaşlığın genişləndirilməsi barədə danışır. Demək olarmı ki, Ermənistan tərəfi müharibə hazırlığına başlayıb?

- Ermənistanın müdafiə naziri Suren Papikyan bu səfərlərdə yəqin ki, törətdikləri təxribatları “Azərbaycan sərhəddə təxribatlar törədir” kimi təqdim edir və deyir ki, “sərhəddə gərginlik var və bizim silahlara ehtiyacımız var”. Mən təxmini deyirəm ki, yəni müzakirələrdə bu məsələ qaldırılır. Bu, erməni hiyləgərliyinin bariz nümunəsidir. Amma maraqlısı odur ki, həmin ölkələrdə Ermənistan tərəfinə deyən yoxdur ki, niyə Azərbaycanla sülh sazişi imzalamırsınız?! Ermənistana bu barədə heç bir çağırışa rast gəlmirik. Halbuki Cənubi Qafqazda sülh və sabitliyin yaranmasında maraqlıdırlarsa, İrəvana çağırış edilməlidir ki, Azərbaycanın haqlı şərtlərini qəbul etsin və sülh sazişi imzalansın. Amma bunu etmirlər. Çünki Azərbaycana qarşı qərəz var, bölgədə sülh bu qüvvələrə sərf etmir.

Müharibəyə gəlincə, Ermənistanda revanş hissi ilə yaşayanlar var və biz bunu bilirik. Ermənistanı silahlandıran xarici qüvvələr var və onlar İrəvana hansı silahları tədarük edirlər, məlumatlıyıq. Amma nə qədər silahlanırlar silahlansınlar, Ermənistan tərəfinin Azərbaycanın şanlı ordusunun qarşısına çıxacaq gücü və cəsarəti yoxdur. İrəvandakılar da anlayırlar ki, növbəti genişmiqyaslı müharibə Ermənistanın tamamilə məhvi deməkdir. Bu baxımdan, genişmiqyaslı müharibənin olacağını gözləmirəm. Belə təxribatlar törədəcəklər, cavablarını da layiqincə alacaqlar. İstisna deyil ki, irimiqyaslı təxribat törətsilər və bu, lokal toqquşma ilə nəticələnsin.

Eyni zamanda, unutmaq olmaz ki, Azərbaycanın dörd kəndi – Qazağın üç, Naxçıvanın isə Kərki kəndi hələ də işğaldadır. Bu kəndlərin azad edilməsi üçün əməliyyatlar mümkündür. İndi Azərbaycan tərəfi kəndlərin danışıqlar yolu ilə qaytarılmasına tərəfdardır və səbir nümayiş etdirir. Amma səbir də sonsuz deyil və bunu Ermənistan tərəfi unutmamalıdır.

- Həmçinin bu təxribatlar fonunda Mirzoyan sülh bəyanatı verir...

- Belə bəyanatlar bundan əvvəl də verilib – istər Mirzoyan tərəfindən, istər Baş nazir Nikol Paşinyan tərəfindən, istərsə də Alen Simonyan və digər rəsmilər tərəfindən. Amma Ermənistan tərəfi bu sülh bəyanatlarında səmimi deyil. İrəvan səmimi olsaydı, o zaman Azərbaycanın haqlı şərtlərini yerinə yetirər, sülh sazişi imzalayar. Əksinə, bunlar şərti sərhəddə ordumuzun mövqelərinə atəş açırlar. Güllə atılan yerdə sülh mümkündürmü? Əlbəttə, mümkün deyil.

Mənə elə gəlir ki, erməni rəsmilər sülh bəyanatları verməklə xaricə Ermənistanı sülhpərvər, sülhü istəyən dövlət kimi göstərmək istəyir, xal qazanmağa çalışır. Guya bunlar sülh istəyirlər, sabah sülh sazişini imzalamağa hazırdırlar, Azərbaycan istəmir. Halbuki 44 günlük müharibədən sonra sülh təşəbbüsü ilə ilk çıxış edən Azərbaycan tərəfi olub. İndi də Bakının şərtləri var ki, o şərtlər İrəvan tərəfindən yerinə yetirilmədiyi təqdirdə imzalanan sülh bizə lazım deyil. Çünki həmin sənəd dayanıqlı olmayacaq. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları davam etdiyi müddətdə, Minsk Qrupu kimi ölü bir təşkilat “basdırılmadığı” müddətdə imzalanan sənədin əhəmiyyəti olmaz. Ona görə də Ermənistan şərtləri icra etməli, ondan sonra sülhdən danışmalıdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı Vətən təhlükəsizliyini heç bir münasibətə qurban vermir - Kənardan idarəetmə modelinə qarşı
Bu gün, 00:44
O kapitana zəng edildi – “Azərbaycanla müharibə gedir”
Bu gün, 00:33
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst buraxılıb
Bu gün, 00:28
Azərbaycan polisi 107 yaşını qeyd edir
Bu gün, 00:15
"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım
Bu gün, 00:04
Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar - FOTO
Bu gün, 00:01
Şıxlinskinin oğlu atasının həbsindən DANIŞDI
Dünən, 23:46
Məşhur diaspor lideri Şahin Şıxlınski də saxlanıldı
Dünən, 21:21
İmtahanda 96 toplayan şagird attestatda 3 alıb - Məktəb qiymətlərinin uyğunsuzluğu mübahisə yaratdı
Dünən, 18:10
Ermənistanda Rusiya kanalları bağlanacaq - RƏSMİ
Dünən, 18:07
Məhkəmə "Sputnik Azərbaycan" işi üzrə saxlanılan şəxslər barəsində qərar çıxarıb
Dünən, 18:01
Rusiya MN-in təyyarəmizin vurulmasını əmr etdiyi anın - Sensasion səs yazısı
Dünən, 17:59
Rusların Azərbaycandakı məktəbləri də bağlanır - QƏRAR VERİLİB
Dünən, 17:55
Hakim Sülhanə Hacıyevanın hakimlik fəaliyyəti bitib
Dünən, 17:49
Rusiyanın Ermənistana total hücumu - Lavrov KTMT-nin toplantısını İrəvana qarşı çevirib
Dünən, 17:46
“Kupça”sız Azərbaycan – əmlakın var, amma sənin deyil paradoksu!
Dünən, 14:57
2006 müəllim sertifikatlaşdırma imtahanında keçid balını toplaya bilməyib
Dünən, 14:49
DİN “Sputnik Azərbaycan” işinə görə cinayət işi başladıb, həbslər var
Dünən, 14:39
Rusiyanın azərbaycanlılara hücumları davam edəcək - Ekspert səbəbləri açıqladı
Dünən, 14:35
Solovyov Azərbaycanı görün, nə ilə hədələdi... - AÇIQLAMA
Dünən, 12:35
Sayt rəhbərinin məhkəməsi: - şahid danışdı
Dünən, 12:19
Mülayim şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Dünən, 12:18
Sumqayıtda çörəkçi Tofiq sahibkarın çörəyini kəsib? - Əmlak dağıdılıb, 40 min manatlıq ziyan...
Dünən, 12:16
Paşinyan II Qaregini Patriarxatlığı tərk etməyə çağırıb
Dünən, 12:11
Ermənilərin "nökər"ləri İsveçrədə pərişan oldu - GƏLİŞMƏ
Dünən, 12:09
Azərbaycana qarşı ikili plan – “Zəngəzurda müharibə” və “Zəngilandan hücum”…
Dünən, 12:06
“Umico” adını və logosunu dəyişdi - FOTO
Dünən, 11:59
Aqrar Tədarük və Təchizatın rəhbərliyinə təyinat olub - ƏMR
Dünən, 11:56
“Baku Electronics”də yeni təyinat - BUNDAN SONRA...
Dünən, 11:54
Yekaterinburqda qətlə yetirilən Ziyəddin Səfərov posttravmatik şok nəticəsində ölüb
Dünən, 11:53
“BOA Agency” şirkəti səhmdarlarına dividend ödəyəcək
Dünən, 11:43
Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi açıqlanıb - TƏFƏRRÜAT
Dünən, 11:40
AYNA bu şirkətə yol xətlənməsi və nişanlanmaya görə - 32 MİLYON ÖDƏYƏCƏK
Dünən, 11:35
“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
Dünən, 11:32
Slovakiya Azərbaycana Kəlbəcər kökənli azərbaycanlı diplomatını səfir təyin etdi – böyük etimad!
Dünən, 11:30
“Mən təqaüdçüyəm, yaşamaq istəyirəm, normal yaşamaq istəyirəm!” - ETİRAZ
Dünən, 11:25
Oliqarx-məmur saxta yağ biznesinə girişib... - ÖZÜ DƏ GÖRÜN, KİMİNLƏ...
Dünən, 11:19
“Sputnik Azərbaycan”dakı dostlarının köməyinə gələn Aytəkin necə saxlanılıb? — DETALLAR
Dünən, 11:13
İran Prezidenti Xankəndiyə səfər edəcək - SƏBƏB
Dünən, 11:10
Miri Yusifə ağır itki - FOTO
Dünən, 11:04
Fuad Nəcəfli göstəriş verib ki, Talıbovun ağaclarını sulamayın... - DƏLİXANADIR, VALLAH...
Dünən, 11:02
"Görəsən, bu `Təmiz Qaz` QSC kimindi ki?.." - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:58
MİDA-nın Füzulidə tikdiyi evin qapısı aşdı - VİDEO
Dünən, 10:49
Baş direktor işdən çıxarıldı - BUNDAN SONRA
Dünən, 10:44
Bərdə xəstəxanasının həkimləri saxta arayış verir? - VİDEO
Dünən, 10:28
Paşinyan hakim elitanı Laçınla qonşu şəhərə toplayır... -"Johovurd"
Dünən, 10:26
Xocavənddə yarımstansiyasının tikintisi və şəbəkə ilə əlaqələndirilməsi işlərinə 4 milyon manata yaxın vəsait xərclənəcək – Yenə həmin şirkət...
Dünən, 10:24
Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır - Ovannisyan
Dünən, 10:16
Birdəfəlik “stop” qoyuldu – Yeni qadağa qalmaqalı
Dünən, 10:12
Paşinyan kilsə ilə bağlı xəbərdarlıq etdi: - Hazır olun
Dünən, 10:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru