Azərbaycan diasporasının Uraldakı lideri Şahin Şıxlınski Rusiyada saxlanılıb.
AZXEBER.COM xəbər verir ki. o Yekaterinburqdakı "Baku Plaza” ticarət mərkəzində polis tərəfindən qaçırılıb.
Həmin anlar lentə alınıb.
Qeyd edək ki, Şahin Şıxlınski Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) vitse-prezidenti, ÜAK-ın Ural Dairə Şurasının sədri, Ümumdünya Azərbaycan və Türkiyə diaspor təşkilatlarının Koordinasiya Şurasının üzvü, Sverdlovsk vilayətinin qubernatoru yanında Milli məsələlər üzrə Məsləhət Şurasının üzvüdür. O 1966-cı il fevralın 20-də Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olub.