Bakı Vətən təhlükəsizliyini heç bir münasibətə qurban vermir .....                     O kapitana zəng edildi .....                     Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst buraxılıb .....                     Azərbaycan polisi 107 yaşını qeyd edir .....                     "Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" .....                     Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar .....                     Şıxlinskinin oğlu atasının həbsindən .....                     Məşhur diaspor lideri Şahin Şıxlınski də saxlanıldı .....                     İmtahanda 96 toplayan şagird attestatda 3 alıb .....                     Ermənistanda Rusiya kanalları bağlanacaq .....                     Məhkəmə "Sputnik Azərbaycan" işi üzrə saxlanılan şəxslər barəsində qərar çıxarıb .....                     Rusiya MN-in təyyarəmizin vurulmasını əmr etdiyi anın .....                     Rusların Azərbaycandakı məktəbləri də bağlanır .....                     Hakim Sülhanə Hacıyevanın hakimlik fəaliyyəti bitib .....                     Rusiyanın Ermənistana total hücumu .....                     “Kupça”sız Azərbaycan .....                     2006 müəllim sertifikatlaşdırma imtahanında keçid balını toplaya bilməyib .....                     DİN “Sputnik Azərbaycan” işinə görə cinayət işi başladıb, həbslər var .....                     Rusiyanın azərbaycanlılara hücumları davam edəcək .....                     Solovyov Azərbaycanı görün, nə ilə hədələdi... .....                     Sayt rəhbərinin məhkəməsi: .....                     Mülayim şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək .....                     Sumqayıtda çörəkçi Tofiq sahibkarın çörəyini kəsib? .....                     Paşinyan II Qaregini Patriarxatlığı tərk etməyə çağırıb .....                     Ermənilərin "nökər"ləri İsveçrədə pərişan oldu .....                     Azərbaycana qarşı ikili plan .....                     “Umico” adını və logosunu dəyişdi .....                     Aqrar Tədarük və Təchizatın rəhbərliyinə təyinat olub .....                     “Baku Electronics”də yeni təyinat .....                     Yekaterinburqda qətlə yetirilən Ziyəddin Səfərov posttravmatik şok nəticəsində ölüb .....                     “BOA Agency” şirkəti səhmdarlarına dividend ödəyəcək .....                     Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi açıqlanıb .....                     AYNA bu şirkətə yol xətlənməsi və nişanlanmaya görə .....                     “Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” .....                     Slovakiya Azərbaycana Kəlbəcər kökənli azərbaycanlı diplomatını səfir təyin etdi .....                     “Mən təqaüdçüyəm, yaşamaq istəyirəm, normal yaşamaq istəyirəm!” .....                     Oliqarx-məmur saxta yağ biznesinə girişib... .....                     “Sputnik Azərbaycan”dakı dostlarının köməyinə gələn Aytəkin necə saxlanılıb? .....                     İran Prezidenti Xankəndiyə səfər edəcək .....                     Miri Yusifə ağır itki .....                 

Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... - NƏ ETMƏLİ?
Tarix: 15-05-2025, 08:43 | Çap et
Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da...
ABŞ-da erməni lobbisinin təhriki ilə türkofob və islamafob qüvvələrin anti-Azərbaycan demarşları səngimir. Məlum olub ki, indi də ABŞ-ın Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyası (USCIRF) iyunun 5-də Azərbaycandakı vəziyyətlə bağlı virtual dinləmələr keçirəcək və bu dinləmələrdə “erməni mədəni irsinin məhv edilməsi” məsələsinə də baxılacaq.

“Azərbaycan hakimiyyəti erməni mədəni irsini məhv edir, Dağlıq Qarabağdakı dini obyektlər təhlükə altındadır”, - deyə açıqlamada utanmazcasına iddia olunur. Ardınca bildirilir ki, Azərbaycanda, ümumiyyətlə, dini etiqad azadlığı ilə bağlı vəziyyət guya narahatedicidir. Həmçinin bəzi şəxslərin Azərbaycan dövləti əleyhinə İrana casusluq etdikləri üçün həbs cəzaları alması dini etiqad azadlığının pozulması kimi təqdim olunur.

Sitat: “Fevral ayında USCIRF ölkədə dini etiqad azadlığının vəziyyətini araşdırmaq və dini icma nümayəndələri, hüquq müdafiəçiləri və hökumət rəsmiləri ilə görüşmək üçün Azərbaycana səfər edib. USCIRF 2025-ci il üçün illik hesabatında ABŞ Dövlət Departamentinə Azərbaycanı dini etiqad azadlığının ciddi pozuntularına görə Xüsusi Nəzarət Siyahısına daxil etməyi tövsiyə edib”.

Xatırladaq ki, USCIRF Dövlət Departamentindən ayrı, Birləşmiş Ştatlar hökumətinin guya müstəqil və məsləhətçi orqanı sayılır.

Göründüyü kimi, bəyanatda yenə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və konstitusiya-unitar quruluşuna hörmətsizlik edilərək, “Dağlıq Qarabağ” ifadəsi işlədilir. Amma erməni işğalı dövründə məhz Azərbaycanın dini-mədəni abidələrinin vandallığa məruz qalması, Qarabağda 67 məsciddən 65-nin dağıdılması, quru divarları qalan “Allah evlərində” isə donuz, inək saxlanılması barədə bir kəlmə də deyilmir. Hansı faktları ki, rəsmi Bakının çoxsaylı müraciətlərinə rəğmən, rəhbəri fransız və qatı türkofob olan YUNESKO bu günədək qeydiyyata almayıb.

Bakı bu qəbil demarşlara qarşı nə etməlidir? Hansı ön tədbirlər görmək olar?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a mövzu ilə bağlı fikrini bölüşüb: "Erməni lobisi nəinki Amerika Birləşmiş Ştatlarında, eləcə də Fransa, Kanada və digər ölkələrdə olduqca aktivdir və onların fəaliyyəti yalnız və yalnız anti-Azərbaycan, türkofobiya və islamofobiya üzərində qurulan bir siyasətdir. Burada mütəşəkkil, birləşmiş bir lobbidən söhbət gedir, mafiyadırlar. Onların yeganə marağı dünyada müxtəlif istiqamətlər üzrə Azərbaycanı gözdən salmaq, Azərbaycana qara yaxmaq, ermənilərin və Ermənistanın çirkin hərəkətlərini və siyasətlərini malalamaq və Azərbaycana qarşı ciddi təzyiqlərə nail olmaqdır.

Təəssüf doğurur, amma biz artıq buna alışmışıq. Çünki bu xəstə təxəyyüllü insanlar yalnız və yalnız islamofobiya və türkofobiya üzərində Azərbaycan xalqına, türklərə qarşı düşmənçilik hissi yaradan, kin-nifrət aşılayan bir plan üzərində çalışırlar.

İndi də ABŞ-ın Beynəlxalq Dini Etiqad Azadlığı Komissiyası adlı bir qurum Azərbaycanda erməni mədəni irsinin məhv edilməsi məsələsi ilə bağlı bir müzakirə keçirmək istəyir. Bu qurum virtual dinləmələr təşkil edərək dünyada və müxtəlif ölkələrdə olan anti-Azərbaycan, antitürk və islamofob təxəyyüllü şəxslərin dinləmələrini həyata keçirdikdən sonra qərar qəbul etməyə çalışacaq və Azərbaycan hakimiyyətini tənqid edən, eyni zamanda ABŞ-ın hakimiyyət orqanlarına tövsiyə xarakterli bir sənəd hazırlayıb təqdim edəcək.

Hazırda onların qısa zaman ərzində planlaşdırdığı bu görüşdə guya Azərbaycan hakimiyyəti erməni mədəniyyətini məhv edir və Dağlıq Qarabağda olmayan bir təhdiddən istifadə etməklə dini abidələri təhlükə altına salır. Halbuki hətta 30 ilə yaxın işğal altında olan Azərbaycan torpaqları dövründə, Bakıda yerləşən erməni kilsəsi Azərbaycan dövləti tərəfindən qorunub saxlanılıb. Amma işğal altındakı ərazilərdə yerləşən 67 məsciddən 65-i ermənilər tərəfindən məhv edilib və bu məscidlərdə donuz, heyvan saxlanılıb. Bu barədə nə UNESCO, nə də bu adı indi məlum olan Beynəlxalq Dini Etiqad Azadlığı Komissiyası heç vaxt ciddi açıqlama verməyib.

Çünki UNESCO Fransada, Parisdə yerləşir və Fransa hökumətinin təsiri altındadır. Hətta bu dini etiqad azadlığı ilə məşğul olan qurumlar müstəqil olsalar da, görünür ki, xristian dini ilə bağlı öz mövqelərini daha açıq şəkildə ortaya qoymaq istəyirlər. İslam dininə qarşı qanunsuz hərəkətlər edə bilərlər, məscidləri dağıda bilərlər, Allahın evinə qarşı hörmətsizlik edə bilərlər, amma xristian dini ilə bağlı hər hansı bir abidəyə toxunmaq isə “yolverilməz”dir. Halbuki bu, reallıqda belə deyil.

Ermənilər Qarabağda bəzi yaşayış komplekslərini saxtalaşdırma adı altında guya dini məkana çevirərək, kilisə və ibadət yeri kimi göstərməyə çalışıblar. Daha sonra isə torpağın və əmlakın əsl sahibləri geri qayıtdıqdan sonra həmin binaları dini obyekt saydıqları yerləri öz təyinatı üzrə işlətməyə çalışırdılar. Mən şəxsən xatırlayıram ki, bir vətəndaşın evini, mülkünü darmadağın edib onun yerində bir kilisə inşa etmişdilər. Həmin vətəndaş məhkəməyə müraciət edərək illərlə öz torpağını və haqqını geri almağa çalışırdı. Bu necə Allahın evi ola bilər ki, başqa bir vətəndaşın yaşadığı evi dağıdıb onun yerində tikilir? Bu, nə dini etiqadla, nə ədalətlə, nə də hüquqla izah oluna bilər.

Bu qurumun rəhbərlərinin iyun ayında keçirmək istədikləri bu tədbir erməni mafiyasının maliyyə dəstəyi ilə təşkil olunur və məqsəd yenə də Azərbaycana qarşı çirkin bir qərar qəbul etməkdir. Guya Azərbaycanda din azadlığı vəziyyəti olduqca narahatedicidir, absurddur. Halbuki bu gün özlərinin sanksiya tətbiq etdiyi İranın casusluq edən şəxsləri Azərbaycanda həbs ediləndə bunu “dini etiqad azadlığının pozulması” kimi təqdim etməyə çalışırlar.

Bu isə əslində yalnız Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə olunur. Özləri İrana sanksiya tətbiq edir, amma Azərbaycanda İrana casusluq edənlər tutulduqda onları guya dini hüquqları pozulan şəxslər adlandırırlar. Bununla da Azərbaycanı ləkələməyə çalışırlar. Əllərində tutarlı faktlar olmadığından, saxta faktlarla təzyiq etməyə çalışırlar".

Çingiz Qənizadə onu da qeyd edib ki, guya fevral ayında bu qurumun Azərbaycanda dini etiqad azadlığının vəziyyətini araşdırmaq üçün din xadimləri, hüquq müdafiəçiləri və hökumət rəsmiləri ilə görüşdükləri deyilir və 2025-ci ilin hesabatında Dövlət Departamentinə Azərbaycanı “xüsusi nəzarətə ehtiyacı olan ölkə” kimi təqdim etməyi tövsiyə edirlər: "Bu, çirkin bir oyundur. Heç Allah da bunu götürməz. Hansı dinə xidmət etmələrindən asılı olmayaraq özləri də bilirlər ki, yalan danışırlar, dini etiqad adı altında saxta ittihamlarla çıxış edirlər və ABŞ hökumətində Azərbaycana qarşı mənfi imic formalaşdırmağa çalışırlar.

Üstəlik, Azərbaycanın Konstitusiyasına da hörmətsizlik edirlər. Çünki “Dağlıq Qarabağ” adlı bir inzibati ərazi mövcud deyil. Azərbaycanın ərazi bütövlüyü və konstitusiyası unitar dövlət quruluşunu nəzərdə tutur və heç bir ikinci struktur mövcud deyil. ABŞ-da həmin ərazilərin Azərbaycan ərazisi olduğunu bildikləri halda bu termindən istifadə etməklə qərəzli olduqlarını açıq şəkildə nümayiş etdirirlər.

Azərbaycan bununla bağlı nə etməlidir? Onlar iyunda virtual olaraq toplaşacaqlar, sonra ABŞ hökumətinə tövsiyə verəcəklər. Fikrimcə, Azərbaycanın ABŞ-dakı nümayəndələri səfirlik və Xarici İşlər Nazirliyi vasitəsilə öncədən ABŞ hökumətini məlumatlandırmalıdır ki, bu tədbir Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə açıq şəkildə hörmətsizlikdir. Tədbirdə səslənəcək ifadələr və terminlər Azərbaycanın suverenliyinə təhdiddir. Buna görə də həmin qurumun rəhbərliyinə ciddi xəbərdarlıq edilməli və tədbirin qarşısı alınmalıdır. Hələ iyunun 5-nə xeyli vaxt var və ümid edirəm ki, Azərbaycanın müvafiq qurumları bu istiqamətdə ciddi addımlar atacaq".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı Vətən təhlükəsizliyini heç bir münasibətə qurban vermir - Kənardan idarəetmə modelinə qarşı
Bu gün, 00:44
O kapitana zəng edildi – “Azərbaycanla müharibə gedir”
Bu gün, 00:33
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst buraxılıb
Bu gün, 00:28
Azərbaycan polisi 107 yaşını qeyd edir
Bu gün, 00:15
"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım
Bu gün, 00:04
Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar - FOTO
Bu gün, 00:01
Şıxlinskinin oğlu atasının həbsindən DANIŞDI
Dünən, 23:46
Məşhur diaspor lideri Şahin Şıxlınski də saxlanıldı
Dünən, 21:21
İmtahanda 96 toplayan şagird attestatda 3 alıb - Məktəb qiymətlərinin uyğunsuzluğu mübahisə yaratdı
Dünən, 18:10
Ermənistanda Rusiya kanalları bağlanacaq - RƏSMİ
Dünən, 18:07
Məhkəmə "Sputnik Azərbaycan" işi üzrə saxlanılan şəxslər barəsində qərar çıxarıb
Dünən, 18:01
Rusiya MN-in təyyarəmizin vurulmasını əmr etdiyi anın - Sensasion səs yazısı
Dünən, 17:59
Rusların Azərbaycandakı məktəbləri də bağlanır - QƏRAR VERİLİB
Dünən, 17:55
Hakim Sülhanə Hacıyevanın hakimlik fəaliyyəti bitib
Dünən, 17:49
Rusiyanın Ermənistana total hücumu - Lavrov KTMT-nin toplantısını İrəvana qarşı çevirib
Dünən, 17:46
“Kupça”sız Azərbaycan – əmlakın var, amma sənin deyil paradoksu!
Dünən, 14:57
2006 müəllim sertifikatlaşdırma imtahanında keçid balını toplaya bilməyib
Dünən, 14:49
DİN “Sputnik Azərbaycan” işinə görə cinayət işi başladıb, həbslər var
Dünən, 14:39
Rusiyanın azərbaycanlılara hücumları davam edəcək - Ekspert səbəbləri açıqladı
Dünən, 14:35
Solovyov Azərbaycanı görün, nə ilə hədələdi... - AÇIQLAMA
Dünən, 12:35
Sayt rəhbərinin məhkəməsi: - şahid danışdı
Dünən, 12:19
Mülayim şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Dünən, 12:18
Sumqayıtda çörəkçi Tofiq sahibkarın çörəyini kəsib? - Əmlak dağıdılıb, 40 min manatlıq ziyan...
Dünən, 12:16
Paşinyan II Qaregini Patriarxatlığı tərk etməyə çağırıb
Dünən, 12:11
Ermənilərin "nökər"ləri İsveçrədə pərişan oldu - GƏLİŞMƏ
Dünən, 12:09
Azərbaycana qarşı ikili plan – “Zəngəzurda müharibə” və “Zəngilandan hücum”…
Dünən, 12:06
“Umico” adını və logosunu dəyişdi - FOTO
Dünən, 11:59
Aqrar Tədarük və Təchizatın rəhbərliyinə təyinat olub - ƏMR
Dünən, 11:56
“Baku Electronics”də yeni təyinat - BUNDAN SONRA...
Dünən, 11:54
Yekaterinburqda qətlə yetirilən Ziyəddin Səfərov posttravmatik şok nəticəsində ölüb
Dünən, 11:53
“BOA Agency” şirkəti səhmdarlarına dividend ödəyəcək
Dünən, 11:43
Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi açıqlanıb - TƏFƏRRÜAT
Dünən, 11:40
AYNA bu şirkətə yol xətlənməsi və nişanlanmaya görə - 32 MİLYON ÖDƏYƏCƏK
Dünən, 11:35
“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
Dünən, 11:32
Slovakiya Azərbaycana Kəlbəcər kökənli azərbaycanlı diplomatını səfir təyin etdi – böyük etimad!
Dünən, 11:30
“Mən təqaüdçüyəm, yaşamaq istəyirəm, normal yaşamaq istəyirəm!” - ETİRAZ
Dünən, 11:25
Oliqarx-məmur saxta yağ biznesinə girişib... - ÖZÜ DƏ GÖRÜN, KİMİNLƏ...
Dünən, 11:19
“Sputnik Azərbaycan”dakı dostlarının köməyinə gələn Aytəkin necə saxlanılıb? — DETALLAR
Dünən, 11:13
İran Prezidenti Xankəndiyə səfər edəcək - SƏBƏB
Dünən, 11:10
Miri Yusifə ağır itki - FOTO
Dünən, 11:04
Fuad Nəcəfli göstəriş verib ki, Talıbovun ağaclarını sulamayın... - DƏLİXANADIR, VALLAH...
Dünən, 11:02
"Görəsən, bu `Təmiz Qaz` QSC kimindi ki?.." - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:58
MİDA-nın Füzulidə tikdiyi evin qapısı aşdı - VİDEO
Dünən, 10:49
Baş direktor işdən çıxarıldı - BUNDAN SONRA
Dünən, 10:44
Bərdə xəstəxanasının həkimləri saxta arayış verir? - VİDEO
Dünən, 10:28
Paşinyan hakim elitanı Laçınla qonşu şəhərə toplayır... -"Johovurd"
Dünən, 10:26
Xocavənddə yarımstansiyasının tikintisi və şəbəkə ilə əlaqələndirilməsi işlərinə 4 milyon manata yaxın vəsait xərclənəcək – Yenə həmin şirkət...
Dünən, 10:24
Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır - Ovannisyan
Dünən, 10:16
Birdəfəlik “stop” qoyuldu – Yeni qadağa qalmaqalı
Dünən, 10:12
Paşinyan kilsə ilə bağlı xəbərdarlıq etdi: - Hazır olun
Dünən, 10:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru