Dövlət qurumu 2 SES-in yenilənməsi üçün 4,7 milyonluq müqavilə imzalayıb .....                     Burda 2 mərtəbəyə icazə alıb, 6 mərtəbə tikirlər... .....                     QHT sektorunda YEYİLƏN BÜDCƏ PULLARI... .....                     İran: Üç mümkün ssenari .....                     İranın daxili xəritəsi yenidən çəkilir? .....                     Bakıda su axır, amma təhlükə ilə birlikdə... .....                     Bastrıkinin məntiqsizliyi: təyyarə qəzası nəzərə alınmır, amma... .....                     "Bəhanə axtarırlar ki, obyekt sahibini ilişdirsinlər" .....                     Manat təzyiqlərə nə qədər davam gətirə bilər? .....                     "Özümüz belə nöqsanlara yol verməyək" .....                     İranda vəziyyət kritik həddə çatdı .....                     Dərman bazarında SÜNİ BAHALAŞMA .....                     TRIPP layihəsinin icrasına dair ABŞ-la Ermənistan arasında bəyanat qəbul olunub .....                     "Əgər bu zəruri addım atılmazsa..." .....                     'Azəriqaz'ın vətəndaşdan oğurladığı pullar .....                     Müştəri ABB-yə niyə etibar etsin ki? .....                     İranda hər şey bitib: Sırada kənar hərbi müdaxilədir .....                     "Bizə cənubumuzda ikinci Əfqanıstan lazım deyil..." .....                     Trampın zəfəranlı İranı .....                     Hökumətin yalançı SU HESABATLARI .....                     "Starlink" İranda interneti pulsuz edib .....                     Rayona gəlməyə avtobus tapmayan KƏNDLİLƏR .....                     Faiq Ələkbərlinin “Azərbaycan Türk mütəfəkkirləri” kitabı Türkiyədə nəşr olunub .....                     ABŞ SEPAH-ın hərbi məntəqələrinə raket zərbələri endirəcək .....                     İşdən qovulan icra başçısı ilə bağlı ŞOK DETAL .....                     Kino Agentliyində yeni təyinatlar olub .....                     Ermənistanın müdafiə naziri ordunun növbəti 5 illik inkişafına dair mövqeyini açıqlayıb .....                     Ermənistan Qaragöl ətrafındakı postu Azərbaycana verir? .....                     45 ildən sonra Bakıda mühüm dəyişiklik olacaq .....                     “Avant Group”la bağlı daha bir qalmaqal .....                     Molla rejimi də bunu qəbul etməli olacaq .....                     İcra başçısının müavininə məxsus torpaq sahəsi hərraca çıxarılır .....                     Azərbaycan İranla ticarəti dayandıracaq? .....                     "Qanuni oğru"nun adını əlindən aldılar .....                     “Çeçenistanda varislik modeli üzərində hazırlıq gedir” .....                     Nazir generalı təqaüdə göndərdi .....                     Çindən Azərbaycana gətirilən süni saqqallar kəskin azalıb .....                     Ukraynanın müdafiə naziri vəzifəsindən azad edilib .....                     “Rufo Gəncinski” saxlanıldı .....                     Baxçalı İran rejimini müdafiə etdi .....                 

Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Tarix: 15-05-2025, 00:38 | Çap et
Rejimi “Traktor”un qabağına vermək...
Güney Azərbaycanın Təbriz şəhərinin “Traktor” futbol klubu tarixində ilk dəfə İran çempionu oldu.

Bu qələbəyə futbolsevər azərbaycanlıların çoxu sevindi. Türklərin İslam Respublikasında ana dilində məktəbinin olmamasından, Təbriz, Urmiya, Ərdəbil, Miyana, Həmədan, Kərəc, Qəzvin, Ərak, Maku, Astara (Güney), Qaradağ, Muğan, Meşkin, Xoy və başqa şəhərlərin, Urmiya gölü, Savalan, Səreyn, Eynialı, Səhənd, Qızılüzən daha neçə-neçə dağların, çayların, göllərin Güney Azərbaycana aid olduğundan xəbərszlər “Traktor”u bəlkə də instinktiv dəstəkləyiblər.

Təbriz kimi, komandası da yaranışı, fəaliyyəti ilə bütövlükdə vətən Azərbaycana, dünyaya türk milli kimliyi, onun pozulan, tapdanan hüququ, talanan təbii sərvətləri barədə ismarış ötürür, məlumat verir.

Əlbəttə, bunu komanda, yaxud onun təsisçiləri etmir. Sadəcə “Traktor”un tamaşalarına toplananlar, onu izləyənlər bu məsələlərlə də tanış olur.

Komandanın oyunlarını izləməyə gələnlər “Haray, haray mən türkəm!”, “Türk dilində mədrəsə olmalıdır hərkəsə!”, “Yaşasın Azərbaycan!”, “Yel yatar, tufan yatar, yatmaz “Tirəxtur” bayrağı!", “Azərbaycan var olsun, İstəməyən xar olsun!”, “Azərbaycan yurdumuz, Tirəxtur bozqurdumuz!”, "Urmu gölü səslənir, susuzam, haray, haray!" və başqa şüarları səsləndiriblər. Onun oyunlarını yaxından, uzaqdan izləyənlər bunlara şahiddilər.

Odur ki, “Traktor” birmənalı idman, futbol, yaxud birmənalı olaraq etnik hadisə deyil. Ancaq Rza və Məhəmmədrza pəhləvilərin və indiki hakimiyyətin yürütdüyü, həyata keçirdiyi antitürk , antiazərbaycan siyasəti, fəaliyyəti klubun oyunlarına etiraz tamaşası kimi yanaşılmasını sanki diktə edir.

Bununla belə, “Traktor” azarkeşlərinin milli şüarlarla çıxışlarını, yaxud onlara Təbrizin, Azərbaycanın komandası, türklərin təmsilçisi olduğu üçün Tehran hakimiyyətinin uyğun qurumlarının, teleradio şirkətinin, bir çox media orqanlarının, İran Futbol Federasiyasının və sair qurumların etdiyi təzyiqləri, klubun və tərəfdarlarının məruz qaldıqları ayrı-seçkilikləri, təqibləri İranda nəzərə almayanlar da var.

Ayətullah Seyid Əli Xameneinin Şərqi Azərbaycan əyaləti üzrə nümayəndəsi və Təbrizin İmam cümə höccətülislam Əhməd Mütəhhəri Əsl cümə namazı xütbələrində təhsil sistemində əxlaqi məsələlərə dəstək və diqqət yetirməyin tələbələrin təhsilində həyati rol oynadığını vurğulayaraq deyib: “Traktor” komandasının çempionluğu etnik problemlərə və ya konkret baxışlara cəlb edilməməlidir. "Traktor"un çempionluğu və komandanın İran İslam Respublikasının nümayəndəsi kimi Asiya yarışlarında iştirakı bütün ölkə üçün şərəfdir”.

"Traktor" futbol komandası haqqında çıxışına davam edən Əhməd Mütəhhəri Əsl oyunçuların qəhrəman xarakterli olmasından danışıb: “Bu, səmərəli məşqçi, fanatik oyunçular, maraqlı rəhbərlik və komandanın kənarda qalmaq istəməməsi ilə şərtlənir”.

O, bu şərtlərin qorunmasını və marginal mövqelərə çıxmamasını "Traktor"un uğurunun əsas açarı hesabı edib: “Bu, komandanın azarkeşləri və menecerləri hər hansı marginal mövqelərə çıxmaqdan çəkinməlidirlər. Çünki bəzi insanlar bu komandanı marginallaşdıraraq zəiflətməyə çalışırlar”.

Cümə imamı klub rəsmilərinə yazdığı yeddi bəndlik məktuba görə təşəkkür edərək, deyib: “Bu məktubda qeyd edildiyi kimi, "Traktor Sazi" sadəcə idman kompleksi deyil, mədəni müəssisədir. Burada İran və İslam mədəniyyətinə, ənənələrinə hörmət edilməlidir".

Bunun ardınca cümə imamı klub tamaşaçıları və fanatlarını hədələyib: “Biz etnik məsələlərlə məşğul olanların, bəzi bədxahların, “Traktor”u istisna hesab etməyə çalışanların gülünc hərəkətlərə yol verməsinə imkan verməməliyik”.

Məncə, heç ədəbsiz sayılmaz, ancaq yenə də belə hesab edənlərdən üzr istəyərək, bir məsəli yada salmaq istərdik. Dəlidən soruşdular “başçınız kimdir?”, dedi “qabaqda gedən boynu zəncirli”.

Bu yerdə vəziyyətə uyğunlaşdırıb, “dili, əli zəncirli” ilə əvəzləmək olar. Çünki güneydə elə soydaşımız Əhməd bəy Mütəhhəri Əsl də “Traktor” tərəfdarlarının nəyi istədiklərini hamıdan yaxşı bilir. Ancaq dili və əli bağlı olduğu üçün özünü belə aparır. Axı, Əhməd bəy, Güney Azərbaycanda deyildiyi kimi, Təbriz uşağıdır. 1962-ci ildə Azərbaycanın bu qocaman şəhərində anadan olub. O, 63 illik ömründə Təbrizin başına açılanların bəzilərini görüb, qalanlarını da şahidlərdən bilir.

“Traktor” ümummilli, ümum-İran, idman hadisəsidirsə, onda niyə bu komandanın oyunçu və tərəfdarlarını Tehran klubu “Persepolis”, “İstiqlal”, İsfahanın “Sepahan”ı ilə keçirilən görüşlərdə aşağılayırlar.

Çünki bu klub türkləri təmsil edir. Bizlər velikorus şovinizmini, onu acı nəticələrini yaşamışıq. Keçmiş SSRİ-də futbol və başqa idman oyunlarındakı mübarizədə etnik məsələ həmişə əsas olub. Məsələn, Bakının “Neftçi” klubu ilə İrəvanın “Ararat” komandası arasında gedən qarşılaşma, istər Azərbaycanda, istərsə də Ermənistanda olsun, bir qayda olaraq dava-dalaşla müşayiət olunardı. Halbuki sovetlərin əsas şüarı beynəlmiləlçilik idi. Hamı sovet xalqının tərkib hissəsi sayılırdı. Ancaq SSRİ dağılan ərəfədə “ağ baldırla, qara baldır” aşkar oldu. Bütün beynəlmiləlçilik, xalqların arasında dostluq, qardaşlıq kimi ümumi gəlişigözəl ifadələrin boş və mənasız olduğu təsdiqləndi. Azərbaycan 30 ilə yaxın bir dövrdə bu saxtakarlığın ağır, acı nəticələrinin yaşadı.

İranda pəhləvilərin dövründən Azərbaycan türkcəsində məktəb istəyən, milli mədəni hüquqları tələb edənlərə standart olaraq “pantürkçü”, “panturançı” damğası vurulur. Ancaq türkləri aşağılayanlara panfarsçı, fars şovinisti deyənlər İran İslam Respublikasında yuxarı başda otuzdurulurlar. Qulaməli Həddad Adil belə panfarsçılara başçılıq edir. O, bir müddət İran parlamentinin sədri olub. Belələrinin sayını, siyahısını uzatmaq mümkündür.

Odur ki, Əhməd bəy, “Traktor” tərəfdarlarının haqlı istəklərini panirançıların, panfarsçıların ayaqları altına atıb, mənsub olduğunuz türk etnosunun hüquqlarının tapdanmasına yol verməyiniz nə qədər imandan, dindən sayılar?!

Tehranda keçirilən tədbirdə türk dilində şeir deməsinə imkan verilməyən İran Prezidenti Məsud Pezeşkianın atası Yusif bəy Pezeşkian da “Traktor”un tərəfdarlarına qarşı səslənən ittihamlara cavab verməyə çalışıb. O, "X" səhifəsində yazıb: “Psixologiya üzrə ixtisasım yoxdur, ancaq hesab edirəm ki, stadionlarda bəzi baş verənlər psixoloji cəhətdən araşdırılmalıdır. Olanlar cəmiyyətin öz həyəcanı və enerjisini boşaltması ilə bağlıdır. Azarkeşlərə "pantürkist" və "separatçı" damğası vurmaq strateji səhvdir”.

Əslində Yusif bəy bu açıqlaması “Traktor” tərəfdarlarını müdafiə etməkdən daha çox, İran hakimiyyətinə xəbərdarlıq xarakteri daşıyır. Bunu açması çoxda çətin olmadığı üçün onu ixtiyarınıza buraxırıq.

İranın futbol çempionatının bitməsinə bir tur qalmış “Traktor” yaxın izləyiciləri “Sepahan” (İsfahan) və “Pespolis”dən 8 xal öndədir. “Traktor” 29 oyundan 65 xal toplayıb, 20 oyunda qələbə qazanıb, 5 oyunu heç-heçə edib, 4 oyunu uduzub, top fərqi 54:18-dir. “Sepahan” uyğun olaraq 29, 15, 12, 2, 45:27, 57, “Persepolis” 29, 17, 6, 6, 40:27, 57-dir.

İranın fars şovinist dairələrini təmsil edən “Həmşəhri” qəzetində "Sepahan" "Persepolis"i məğlub edərək "Traktor"u çempion etdi” başlıqlı yazı yayılıb. Müəllif Təbriz klubunun qələbəsinin “Sepahan”ın “Persepolis” və başqa komandalar üzərində qələbədə və xorvatiyalı məşqçi Draqan Skoçiçin müdrikliyində görür.

Bu yazını bundan artıq təhlil etməyə ehtiyac duymadıq. Çünki yazı daha çox “Sepahan”, “Persepolis”, “İstiqlal” klublarına təəssübkeşliklə yazılıb.

Nəhayət, “Sepahan”, “Persepolis”, “İstiqlal” kimi komandaların oyunlarında heç vaxt farsca “Fars dilində mədrəsə olmalıdır hər kəsə!”, “Haray, haray mən farsam!” və bu etnosun milli hüquqlarını tələb edən belə şüarlar səslənməz. Çünki İranda fars etnik qrupunun heç bir haqqı tapdanmır. Hüquqları fars dili və mədəniyyəti sıradan çıxarmağa səy göstərir. “Traktor” isə qələbəsi, məğlubiyyəti, sədaqətli tərəfdarları ilə onlara müəyyən mənada mane olur. İranda hüququ pozulmayan, milli varlığı danılmayan türk ağrımayan başına yaylıq bağlamaz. Onun dil haqqının tapdanmasına əyani örnək Məsud bəy Pezeşkianın ana dilində şeir söyləməsinin qarşısının alınmasıdır. Elə bəlkə İran prezidenti “Traktor”un tərəfini həm də buna görə tutur.

Sədrəddin Soltan - pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət qurumu 2 SES-in yenilənməsi üçün 4,7 milyonluq müqavilə imzalayıb
Bu gün, 05:48
Burda 2 mərtəbəyə icazə alıb, 6 mərtəbə tikirlər... - BU NƏDİ BELƏ?
Bu gün, 05:46
QHT sektorunda YEYİLƏN BÜDCƏ PULLARI... - Buralara nəzarət edən yoxdursa...
Bu gün, 05:42
İran: Üç mümkün ssenari - İNCƏLƏMƏ
Bu gün, 05:37
İranın daxili xəritəsi yenidən çəkilir? - Etnik dalğa Tehranın nəzarətini sarsıdır
Bu gün, 05:35
Bakıda su axır, amma təhlükə ilə birlikdə... - İçməli suyun görünməyən problemi
Bu gün, 05:32
Bastrıkinin məntiqsizliyi: təyyarə qəzası nəzərə alınmır, amma... - GƏLİŞMƏ
Bu gün, 05:11
"Bəhanə axtarırlar ki, obyekt sahibini ilişdirsinlər" - NARAZILIQ VAR...
Bu gün, 05:09
Manat təzyiqlərə nə qədər davam gətirə bilər? - AKTUAL
Bu gün, 05:05
"Özümüz belə nöqsanlara yol verməyək" - ÇAĞIRIŞ
Bu gün, 05:04
İranda vəziyyət kritik həddə çatdı - “İslam respublikası ölür”
Bu gün, 05:00
Dərman bazarında SÜNİ BAHALAŞMA - AXI NİYƏ?..
Bu gün, 04:21
TRIPP layihəsinin icrasına dair ABŞ-la Ermənistan arasında bəyanat qəbul olunub - MƏTN
Bu gün, 04:01
"Əgər bu zəruri addım atılmazsa..." - MÜRACİƏT
Bu gün, 03:59
'Azəriqaz'ın vətəndaşdan oğurladığı pullar BƏS NƏ OLACAQ?
Bu gün, 03:43
Müştəri ABB-yə niyə etibar etsin ki? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:34
İranda hər şey bitib: Sırada kənar hərbi müdaxilədir - Pezeşkian da bacarmadı...
Bu gün, 03:19
"Bizə cənubumuzda ikinci Əfqanıstan lazım deyil..." - ETİRAZ
Bu gün, 03:13
Trampın zəfəranlı İranı - Az qaldı…
Bu gün, 03:09
Hökumətin yalançı SU HESABATLARI - REAKSİYA
Bu gün, 02:53
"Starlink" İranda interneti pulsuz edib - “Bloomberg”
Bu gün, 02:39
Rayona gəlməyə avtobus tapmayan KƏNDLİLƏR - NƏ ETMƏLİ?
Bu gün, 02:35
Faiq Ələkbərlinin “Azərbaycan Türk mütəfəkkirləri” kitabı Türkiyədə nəşr olunub - FOTO
Dünən, 22:09
ABŞ SEPAH-ın hərbi məntəqələrinə raket zərbələri endirəcək - şok ssenari
Dünən, 22:05
İşdən qovulan icra başçısı ilə bağlı ŞOK DETAL - Prezidentə şikayəti kim EDİBMİŞ?
Dünən, 22:01
Kino Agentliyində yeni təyinatlar olub
Dünən, 21:36
Ermənistanın müdafiə naziri ordunun növbəti 5 illik inkişafına dair mövqeyini açıqlayıb
Dünən, 17:08
Ermənistan Qaragöl ətrafındakı postu Azərbaycana verir? - AÇIQLAMA
Dünən, 17:08
45 ildən sonra Bakıda mühüm dəyişiklik olacaq – Prezident anons verdi
Dünən, 16:55
“Avant Group”la bağlı daha bir qalmaqal - Dövlət Xidməti Baş Prokurorluğa müraciət edəcək
Dünən, 16:49
Molla rejimi də bunu qəbul etməli olacaq - Merz
Dünən, 16:36
İcra başçısının müavininə məxsus torpaq sahəsi hərraca çıxarılır - DETALLAR
Dünən, 16:31
Azərbaycan İranla ticarəti dayandıracaq? - AKTUAL
Dünən, 16:23
"Qanuni oğru"nun adını əlindən aldılar - SƏBƏB
Dünən, 16:19
“Çeçenistanda varislik modeli üzərində hazırlıq gedir” - ŞƏRH
Dünən, 16:09
Nazir generalı təqaüdə göndərdi - ƏMR
Dünən, 16:03
Çindən Azərbaycana gətirilən süni saqqallar kəskin azalıb
Dünən, 16:01
Ukraynanın müdafiə naziri vəzifəsindən azad edilib - "Unian"
Dünən, 15:54
“Rufo Gəncinski” saxlanıldı - Dubayda
Dünən, 15:52
Baxçalı İran rejimini müdafiə etdi - “Kəşfiyyatın əli var”
Dünən, 15:50
Bakının İranla bağlı planı nədir: birləşmə müzakirə olunur? – İsrailli politoloq kartları açdı
Dünən, 15:42
Azərbaycan benzininin idxalı Ermənistandakı uzunmüddətli monopoliyalara son qoyacaq - Paşinyan
Dünən, 15:40
“Birmarket”in (Umico) rəhbəri dəyişdi - BUNDAN SONRA...
Dünən, 15:36
“Premiumnetaz” MMC-nin internet provayderi kimi uçotu ləğv edilib
Dünən, 15:30
Dövlət borcu üzrə bəzi audit tələbləri icra olunmayıb - Hesablama Palatası
Dünən, 15:28
Bakıda restoranda İNSİDENT: Əvvəl qıza sataşdı, sonra sahibkarı bıçaqladı - TƏFƏRRÜAT
Dünən, 15:23
Yıxılan “Rus ev”ləri – Trampın “çəkməsini” geymək olar, amma...
Dünən, 15:16
"HAZIR OLUN" mesajına Bakıdan REAKSİYA - "Kimin nə mesaj verməsindən asılı olmayaraq, Azərbaycan hər şeyə hazırdır"
Dünən, 15:14
Nazirliyin 5 milyon ödədiyi minlərlə mal-qara "yoxa çıxıb" - TƏFƏRRÜAT
Dünən, 15:11
“Neməti meydanda ən çox qoruyan məhz Elçibəy olub” - Sabir Rüstəmxanlı
Dünən, 15:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru