
Cəlilabad rayon İcra Hakimiyyəti başçısı Rafiq Cəlilov hələ 2014-2015 ci illərdə birlikdə işlədiyi Məlikov Faiq Cabir oğluna vəzifə verib.
"DİA-AZ" Kanal15.az-a istinadən bildirir ki, Rafiq Cəlilov o zamanlar Yarımçıq Tikililərin Özəlləşdirilməsi Şöbəsinin rəisi işlədiyi müddət ərzində Bakı şəhəri üzrə Kiçik Özəlləşdirmənin Təşkili Şöbəsinin müdiri işləmiş sonradan isə 8 saylı DƏDRX-də vəzifə almış MƏLİKOV FAİQ CABİR OĞLU ilə sıx "əməkdaşlıq" edib.
Onların birgə işləri barəsində bir çox media resurslarında araşdırmalar yazılmışdır.
07.05.2025-ci il tarixdə (reyestr məlumatına əsasən) Cəlilabad rayon İcra hakimiyyəti başçısı Rafiq Cəlilov köhnə tanışı Məlikov Faiq Cabir oğlunu Cəlilabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi təyin edib.