Azərbaycanla birbaşa danışıqları daha məhsuldar hesab edirik .....                     Bakıda 15 illik uşaq bağçası bağlanır .....                     Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq .....                     Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... .....                     “Sumqayıt Elektrik Dəstləşdirmə” ASC dividendlərin verilməsini .....                     Artıq daha cəsarətli çıxışlar etmək lazımdır... .....                     BU NƏDİ BELƏ: “İnsanlar “TikTok “həkimlər”indən resept alırlar” .....                     SOCAR-da yüksək vəzifəyə TƏYİNAT .....                     Əmrullayevin ÇÖKDÜRDÜYÜ TƏHSİL SİSTEMİ... .....                     Sensasion iddia: Azərbaycanda “Suriya ssenarisi” cızılır .....                     Dələduzla hakim arasında nə kimi əlaqə var? .....                     "Makron iqtidarı Azərbaycana düşmənçilik edir" .....                     Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası... .....                     Paşinyan bu gecə Moskvada Çin lideri ilə də görüşdü... .....                     Azərbaycanda bu şirkətin əməkdaşları işdən çıxarılır .....                     İraq hansı İŞİD-çiləri Bakıya vermək istəyir? .....                     Naxçıvanda vətəndaş TƏHDİD OLUNUR .....                     Romada ərşə qalxan sonuncu ağ tüstü KİMLƏRİ BOĞACAQ? .....                     HAZIR OLMALIYIQ: Üstümüzə Putin gəlir... .....                     Hesablama Palatası Turizm Agentliyinin YAXASINDAN DÜŞDÜMÜ? .....                     Mənzil bazarında İPOTEKA TƏLƏSİ .....                     Rusiyadakı azərbaycanlılara yeni təhlükə .....                     Kamandan Oxatma Federasiyası böhran içində .....                     ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... .....                     Kreml paradı üçün "atəşkəs" .....                     Bakıda qurulan BARIŞIQ MASASI .....                     Azərbaycan Prezidenti “asılılıq” siyasətindən imtina edib və suveren lider kimi hərəkət edir .....                     Rusiya dostluq sınağından İKİ aldı: Azərbaycana qarşı üzüqara... .....                     Yardımlıda şəhid ailələri imdad diləyir .....                     Zaur Əliyev "Azpetrol"dan 40 min manatlıq benzin alıb .....                     Bu gün əfv fərmanı olacaqmı? .....                     “Kontakt Home”dan kütləvi narazılıq .....                     Babək rayonu icra hakimiyyətinin yarım milyonluq tenderi .....                     Rusiya ilkin şərtlər olmadan sülh danışıqlarına başlamağa hazırdır .....                     Daha bir qadın yüksək vəzifəyə təyin olundu .....                     9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur .....                     Qazaxda Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib .....                     Saleh Məmmədovdan həbs edilən məmurun yerinə yeni təyinat .....                     150 min insanı salamlayan yeni Papa çağırış etdi .....                     Sabiq icra başçısı Nəbi Muxtarovu öldürmək istədilər .....                 

İşğalçı rus qulağımızın dibində NƏ QƏLƏT QARIŞDIRIR? - Görünəni odur ki...
Tarix: 26-04-2025, 06:31 | Çap et
İşğalçı rus qulağımızın dibində NƏ QƏLƏT QARIŞDIRIR?
Rusiya Prezidenti Vladimir Putin “Qələbə Günü” münasibətilə “Cənubi Osetiya Respublikası”ndakı hər kəndə və hər məktəbə öz ehtiyat fondundan bir milyon rubl ayırıb. Bu barədə Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko Tsxinvalidə keçirilən brifinqdə məlumat verib.

Onun sözlərinə görə, vəsaitlər, həmçinin, “Qələbənin 80 illiyi münasibətilə abidələrin, xatirə lövhələrinin və muzeylərin abadlaşdırılması” üçün nəzərdə tutulub.

“Cənubi Osetiya xalqı Böyük Vətən müharibəsi illərində də fədakar qəhrəmanlıq, əsl cəsarət və Vətənə sədaqət nümunəsi göstərib. Osetin torpağı saysız qəhrəmanlar yetişdirib və onlarla təkcə Osetiyada yox, bütün böyük ölkəmizdə haqlı olaraq fəxr edirlər. Xüsusi hərbi əməliyyat zamanı (Ukraynadakı müharibə nəzərdə tutulur – red.) da Cənubi Osetiyanın çoxsaylı övladları ruslarla çiyin-çiyinə döyüşərək ortaq vətənimizi qoruyur”, – deyə Kiriyenko bildirib.

Onun sözlərinə görə, bu qərar “Rusiya Prezidentinin Cənubi Osetiyaya və onun qəhrəmanlarının xatirəsinə xüsusi münasibətini” göstərir.

Bundan əlavə, Kiriyenko bildirib ki, Putinin tapşırığı ilə Cənubi Osetiyada “Promsvyazbank”ın filialı açılacaq ki, bu da pensiyaçılara Tsxinvalidə “Mir” kartlarını rəsmiləşdirməyə imkan verəcək.

“Mayın 1-dən etibarən Cənubi Osetiyada yaşayan Rusiya Federasiyası vətəndaşlarının pensiyaları “Mir” kartlarına köçürüləcək. Rusiya Prezidenti “Promsvyazbank”ın Cənubi Osetiyada filial açmasına imkan verən fərman imzalayıb və pensiyaçılar bunun üçün başqa yerə getmək məcburiyyətində qalmayacaqlar. İndi onlar Tsxinvalidə kart alıb bütün sənədlərini rəsmiləşdirə biləcəklər”, – deyə o əlavə edib.

Bank artıq faktiki olaraq Cənubi Osetiyanın paytaxtında fəaliyyətə başlayıb.

Bəs bu vəsaitin ayrılması və bank filialının açılması ümumiyyətlə nə deməkdir? Hər kəndə və hər məktəbə bir milyon rubl – Rusiyanın özündə kəndlər və məktəblər bu cür “ağa hədiyyəsi”ni illərlə gözləsələr də, ala bilmirlər. Onda Cənubi Osetiya üçün belə səxavət haradan ortaya çıxıb, nə planlaşdırılır? Bəlkə, bu, bütün dünyada Gürcüstanın ayrılmaz hissəsi kimi tanınan bu regionunun Rusiya tərəfindən rəsmən ilhaqına hazırlıqdır?

Pressklub.az-ın suallarına tanınmış gürcü politoloqlar münasibət bildiriblər.

Gürcüstanın Strateji Analiz Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze bildirib ki, əslində bu, ya “qələbə isteriyasının” növbəti təzahürü, ya da ““rus dünyasında” olmaq belə yaxşıdır” kimi Gürcüstana ünvanlanan nümayişkaranə jest ola bilər.

“Amma bu “sirli” rus ruhunu başa düşmək olarmı”, – Vasadze sual verir.

Öz növbəsində, hərbi və siyasi elmlər doktoru, professor Vaxtanq Maisaya bildirib ki, bu, əslində artıq Rusiya Federasiyası tərəfindən ilhaq prosesidir.

“Bu, Gürcüstana qarşı nümayişkaranə şəkildə, düşməncəsinə atılmış addımdır. Çünki söhbət Rusiya Federasiyasına məxsus olmayan əraziyə münasibətdən gedir. Formal baxımdan Rusiya guya “Cənubi Osetiya Respublikası”nın suverenliyini tanıyıb, amma indi artıq özünün uydurduğu bu saxta suverenliyi də pozur. Bizim üçün isə bu, təbii ki, Tsxinvali regionu – işğal olunmuş Gürcüstan ərazisidir. Yəni, bu, faktiki olaraq həm Gürcüstan hakimiyyətinə, həm də yerli osetinlərin separatçı, irredentist hakimiyyətinə siyasi çağırışdır. Çünki bu, bir daha göstərir ki, hazırda Gürcüstanda Moskva üçün nisbətən loyal hesab olunan siyasi rəhbərliyin mövcudluğu belə Kreml üçün əhəmiyyət kəsb etmir. Yəni, indiki Gürcüstan hakimiyyəti faktiki olaraq Rusiyapərəst siyasətə sadiqdir. Kreml isə əksinə, təzyiqləri artırmaqda, gürcülərə qarşı siyasət aparmaqda və Gürcüstanı diz çökdürməyə çalışmaqda davam edir”, – professor qeyd edib.

Doktorun fikrincə, baş verənlər məhz bunu göstərir.

“Bu, artıq Gürcüstan ərazisi olan Tsxinvali regionunun faktiki olaraq ilhaq aktıdır. Kreml rəhbərliyinin addımları belədir. Artıq aydındır ki, bu siyasəti Kreml aparır. Bütün bu qərarlar məhz əsas siyasi mərkəzdən – Kreml kabinetlərindən çıxır. Yəni, bu, ümumilikdə “Rusiya siyasəti” deyil, məhz Gürcüstana münasibətdə Kremlin xüsusi siyasətidir – bu gün Rusiya Federasiyasının işğal altında olan Tsxinvali regionunu və Abxaziyanı Gürcüstandan qoparmaq siyasəti”, – deyə Maisaya yekunlaşdırıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanla birbaşa danışıqları daha məhsuldar hesab edirik - Armen Qriqoryan
Bu gün, 10:26
Bakıda 15 illik uşaq bağçası bağlanır
Bu gün, 10:25
Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq - Paşinyan BELƏ DEYİR...
Bu gün, 10:14
Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov
Bu gün, 10:09
“Sumqayıt Elektrik Dəstləşdirmə” ASC dividendlərin verilməsini - MÜZAKİRƏYƏ ÇIXARIR
Bu gün, 10:04
Artıq daha cəsarətli çıxışlar etmək lazımdır... - ÇAĞIRIŞ
Bu gün, 09:51
BU NƏDİ BELƏ: “İnsanlar “TikTok “həkimlər”indən resept alırlar” - Tanınmış həkimdən SƏRT REAKSİYA
Bu gün, 09:47
SOCAR-da yüksək vəzifəyə TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 09:24
Əmrullayevin ÇÖKDÜRDÜYÜ TƏHSİL SİSTEMİ... - Daha nələr olmalıdır ki...
Bu gün, 09:21
Sensasion iddia: Azərbaycanda “Suriya ssenarisi” cızılır – DETALLAR
Bu gün, 09:17
Dələduzla hakim arasında nə kimi əlaqə var? - İNAM KƏRİMOVUN NƏZƏRİNƏ...
Bu gün, 09:12
"Makron iqtidarı Azərbaycana düşmənçilik edir" - BU FAKTDIR...
Bu gün, 09:00
Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası... - Ekspert danışır...
Bu gün, 08:56
Paşinyan bu gecə Moskvada Çin lideri ilə də görüşdü... - "Armtimes"
Bu gün, 08:51
Azərbaycanda bu şirkətin əməkdaşları işdən çıxarılır - BAĞLANIR
Bu gün, 08:44
İraq hansı İŞİD-çiləri Bakıya vermək istəyir? - ŞƏRH
Bu gün, 08:38
Naxçıvanda vətəndaş TƏHDİD OLUNUR - Qabil Məmmədova rüşvətxor dediyinə görə...
Bu gün, 08:28
Romada ərşə qalxan sonuncu ağ tüstü KİMLƏRİ BOĞACAQ? - AKTUAL
Bu gün, 08:24
HAZIR OLMALIYIQ: Üstümüzə Putin gəlir... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:21
Hesablama Palatası Turizm Agentliyinin YAXASINDAN DÜŞDÜMÜ? - GƏLİŞMƏ
Bu gün, 08:18
Mənzil bazarında İPOTEKA TƏLƏSİ - ARAŞDIRMA
Bu gün, 07:08
Rusiyadakı azərbaycanlılara yeni təhlükə – Moskva kritik addıma gedəcək?
Bu gün, 07:05
Kamandan Oxatma Federasiyası böhran içində – Anar Quliyev nə ilə məşğuldur?
Bu gün, 06:51
ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... - İTTİHAM VAR...
Bu gün, 06:44
Kreml paradı üçün "atəşkəs" - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:34
Bakıda qurulan BARIŞIQ MASASI - Görünəni odur ki...
Bu gün, 06:32
Azərbaycan Prezidenti “asılılıq” siyasətindən imtina edib və suveren lider kimi hərəkət edir - MÜHÜM GƏLİŞMƏ
Bu gün, 06:29
Rusiya dostluq sınağından İKİ aldı: Azərbaycana qarşı üzüqara... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:23
Yardımlıda şəhid ailələri imdad diləyir - Prezidentə MÜRACİƏT
Bu gün, 06:05
Zaur Əliyev "Azpetrol"dan 40 min manatlıq benzin alıb
Bu gün, 06:01
Bu gün əfv fərmanı olacaqmı? - AKTUAL
Bu gün, 05:59
“Kontakt Home”dan kütləvi narazılıq - BU NƏDİ BELƏ?
Bu gün, 05:56
Babək rayonu icra hakimiyyətinin yarım milyonluq tenderi - TƏFƏRRÜAT
Bu gün, 05:49
Rusiya ilkin şərtlər olmadan sülh danışıqlarına başlamağa hazırdır - Çin XİN
Bu gün, 05:47
Daha bir qadın yüksək vəzifəyə təyin olundu - FOTO
Bu gün, 05:42
9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
Bu gün, 00:07
Qazaxda Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib - FOTO
Bu gün, 00:04
Saleh Məmmədovdan həbs edilən məmurun yerinə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 23:58
150 min insanı salamlayan yeni Papa çağırış etdi
Dünən, 23:56
Sabiq icra başçısı Nəbi Muxtarovu öldürmək istədilər - Dəhşətli FAKTLAR
Dünən, 23:52
Sülh sazişi 2026-cı ildən sonraya qalır? - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:02
Məntiqə əsaslanan doğru qərar: Prezident Moskvaya mesaj verdi - AKTUAL
Dünən, 19:00
Kəlbəcərdə 120,6 milyon manatlıq böyük tikinti layihəsi bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:58
“27 ildə ilk dəfədir mükafat alıram”
Dünən, 18:02
Qələbə günü Moskvada sakinlərə liftdən istifadə etməmək tövsiyə olunur
Dünən, 18:00
Simonyan Köçəryanı və Sarksiyanı “yıxıb-sürüdü”
Dünən, 17:54
“TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı? - NƏ BAŞ VERİR?
Dünən, 17:50
"Göygöl Şərab Zavodu" ASC-nin səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Dünən, 17:47
“O siyahıda qərəz yoxdur, tam demokratik hazırlanıb” - “Şərəf” ordeni alan plastik cərrahla MÜSAHİBƏ
Dünən, 17:42
Sığorta şirkətlərinin SƏHLƏNKARLIĞI - 50 manatınızın BAŞI AĞRIYIR
Dünən, 17:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru