Siqaret yenə bahalaşacaq? .....                     Bakıda ilin ilk ALİ GÖRÜŞÜ .....                     ABŞ-də vitse-prezidentin evində baş vermiş hadisədən sonra bir nəfər saxlanılıb .....                     Sabiq idarə rəisinin müavini Rəşad Daşdəmirovun yerinə gətirildi .....                     Türkiyədə 4 tankeri varmış .....                     Ali Məhkəmə həbsdəki jurnalistin cəzasını azaltdı .....                     Pərvizlə Türkanın arasına kim girib? .....                     Maduro həyat yoldaşı ilə birgə helikopterlə Manhetten məhkəməsinə aparılıb .....                     Tokayev Nazarbayevin Putinlə görüşlərinə münasibət bildirib .....                     5,5 milyardlıq büdcəsi olan nazirlik müəllimin 120 manatına göz dikib? .....                     "BTB Bank"dan oğurluq edən şəxslərlə bağlı .....                     Eldar Əzizov noyabrda təyin etdiyi rəisi işdən çıxardı .....                     “P-Aqro” MMC-nin direktoru Azər Əlizadə ölkədən qaçıb?.. .....                     Deputatdan “Azəriqaz”a sərt mesaj .....                     Məşhur beyin mərkəzinin Azərbayan və Ermənistanla bağlı .....                     Bu il sülh olacaqmı? .....                     Moldova ordusu "Kalaşnikov" avtomatından imtina edib .....                     Maduronun oğlundan xəyanət sözləri .....                     LC Waikiki və Penti-nin Azərbaycandakı nümayəndəsi kapitalını azaldır .....                     3,2 milyon manatlıq avtomobil şirkəti .....                     Siqaretlərin qiyməti qoy lap çox bahalaşsın, “kəllə-çarx”a çıxsın! .....                     Üç qardaşın şərik olduğu şirkət borca düşdü .....                     BDU-nun 23 milyonluq təmir tenderini udan şirkət məlum oldu .....                     Azərbaycan Ərəb Əmirliklərindən donuz ətindən hazırlanan ərzaq unu idxal edib .....                     Xankəndidə Türkiyə vətəndaşları qanunsuz işləyirmiş .....                     “Maduro əməliyyatı”nın nəticəsi necə olacaq? .....                     Elmira Axundovanın yaxın adamı həbsin bir addımlığında .....                     II Qaregin rəsmən hədəfə alındı .....                     İran hələ o mərhələyə çatmayıb .....                     Nəsimidə icra başçısı vəzifəsi niyə birinci müavinə tapşırılmadı? .....                     Nazirlik Namiq Ağalarovdan 42 min manata ofis icarəyə götürüb .....                     Azərbaycanda burda da BAHALAŞMA OLACAQ... .....                     Natiq Məmmədova ağır itki .....                     40 min taksi olsa da, qiymətlər "göylə gedir" .....                     “İmarət”i bu şirkət inşa edəcək .....                     Yürüş Mehrəlibəyli həbs edildi .....                     Bu il üçün müdafiə və milli təhlükəsizlik xərcləri məlum olub .....                     “Məni aldatdılar, Bəylər Eyyubovun bacısı oğlu pulumu vermir” .....                     “Maduro əməliyyatı” Azərbaycana fürsət yaradırmı? .....                     Gürcüstanda azərbaycanlı ata və oğlunun güllələnməsi “oğru aləmi” ilə əlaqələndirilir .....                 

Paşinyan nə üçün separatçı tör-töküntülərin əl-ayağını yığmır? - Revanşistlər Bakıya “meydan oxuyur”
Tarix: 19-04-2025, 08:44 | Çap et
Paşinyan nə üçün separatçı tör-töküntülərin əl-ayağını yığmır?
Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə “Qarabağ hərəkatı”nın davamının olmayacağını bir daha bəyan edib. Hərçənd onun sözü ilə əməlinin düz gəldiyini söyləmək çox çətindir. Bu da daha iki fakt.

Yerli medianın yazdığına görə, iki gün öncə İrəvanda uydurma “artsax parlamenti”nin iclası keçirilib. “Yeni Müsavat” bildirir ki, iclasda “artsax konstitusiyasına” dəyişiklik layihəsi təsdiqlənib. “Dəyişikliklərə əsasən ”dövlət institutları"nın davamlılığı təmin edilib", - geydirmə “parlament”in üzvü Metakse Akopyan bildirib.

“Yeni mətn elə yazılıb ki, istənilən fors-major şəraitdə ”dövlət" qurumları həll yolları tapa bilsinlər. Gələcəkdə onlar qeyri-qanuni qurum sayılmayacaqlar. Ümid edirəm ki, iclas həm “parlament”, həm də “prezidentlik” institutunun daha həyat qabiliyyətli olmasına stimul yaradacaq. Dəyişikliklər “prezidentin” səlahiyyətlərini genişləndirə bilər, lakin bu o demək deyil ki, düzəlişlər xüsusi olaraq bu məqsədlə edilib" , - Akopyan sərsəmləyib. Onun sözlərinə görə, iclasda 30 “deputat” iştirak edib və “layihə” yekdilliklə qəbul edilib.

Fransalı deputat Nikolas Metzdorf isə İrəvanda ləğv edilmiş separatçı rejimin sonuncu başçısı Samvel Şahramanyanla görüşüb. Bu barədə o, özünün X səhifəsində yazıb. “Ermənistanda olduğum üçün çox xoşbəxtəm. Mən Dağlıq Qarabağın (Azərbaycanın Qarabağ bölgəsi - red.) mühacirətdə olan prezidenti ilə İrəvanda görüşə bildim...”, - deyə o sarsaqlayıb.

Bu, fransızların erməni separatçılığını dəstəkləməsinə aid ilk nümunə deyil. Fransa deputatının onu “Dağlıq Qarabağın mühacirətdə olan prezidenti” kimi təqdim etməsi isə Azərbaycanın ərzi bütövlüyünə açıq-aşkar həqarətdir.

Bakıya qarşı bu demarşlara indi nə ad qoyaq? Paşinyan nə üçün İrəvanda separatçı tör-töküntülərin əl-ayağını yığmır, onların cəmləşdiyi və “artsax” tamaşası göstərdikləri məkanları bağlamır?

Professor Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, separatçıların İrəvanda yığıncaqları son çırpıntılarıdır. Onların avantürüst və populist olduğunu qeyd edən professor söylədi ki, “artsax” adı ilə keçirilən tədbirlərə icazə verilməməlidir. “Ermənistan hökumətinin növbəti dövrdə onların iclaslarına müdaxilə etməsi lazımdır. Paşinyan hələ ki bunu etmir və narazı elektoratı qəzəbləndirmək istəmir. Amma növbəti mərhələdə onların əl-qolunun bağlanmasını gözləyirəm. Çünki getdikcə həddi aşırlar və fəaliyyəti genişləndirməyə çalışacaqlar. Parlamentin sədri Simonyan bildirmişdi ki, onların fəaliyyəti Ermənistan üçün təhdiddir. Onda bu təhdidlə bağlı niyə tədbir görülmür? Deməli, iki səbəb ola bilər: ya Paşinyan sülhdən danışıb arxada separatçılara meydan verir, ya da bu qüvvələrə qarşı sərt tədbir görməkdən çəkinir, etirazlara səbəb olacağını fikirləşir. Əgər bu addımlar davam edəcəksə, Azərbaycan Ermənistana xəbərdarlıq etməlidir. Bizə qarşı ərazi iddialarını davam etdirmək sülhə zərbədir. Qondarma parlametin yığışmasına şərait yaratmaq isə məhz Azərbaycana olam ərazi iddialarını qüvvədə saxlamaqdır”, - deyə politoloq açıqladı.

Q.Hüseynli əlavə etdi ki, fransız deputatın Şahramanyanla görüşməsi böyük siyasi heyvərəlikdir. Onun sözlərinə görə, Fransa Senatı özünə hörmət qoymur: “Avropanın dahilər yetişdirmiş, 5 dəfə inqilab etmiş ölkəsinin parlamenti hansı səviyyəyə düşüb ki, onun üzvü Qarabağdan tülkü kimi qaçmış, heç bir statusu olmayan Şahramanyanla görüşür. Bu, Fransa adına, deputatlıq adına rəzalətdir. Üstəlik, onu ”mühacirətdə olan prezident" adlandırması ikiqat biabırçılıqdır. Azərbaycan parlamenti Fransa Senatına etiraz məktubu göndərməlidir. Çünki bu şəxsi “mühacir prezident” adlandırmaq Azərbaycanın ərazi bütövlüyünə, ölkə rəhbərliyinə hörmətsizlikdir. Şahramanyan kimdir ki, onu prezident sayasan? Bu adam 10 gün qondarma quruma başçılıq edib, sonra buraxıldığını özü elan edib. Bəs o deputat hansı əsasla ona “mühacir prezident” deyə bilər? Heç bir ölkə, içi Fransa və Ermənistan qarışıq “artsax”ı müstəqil subyekt kimi tanımayıbsa, deməli, fransalı deputat yalnız separatçılığı dəstəkləyir. Bunun separatizmə dəstək verməkdən başqa izahı ola bilməz".

Siyasi ekspert Züriyə Qarayeva isə fərqli düşündüyünü vurğuladı. Onun sözlərinə görə, separatçılar bu cür yığıncaqlarla varlığını nümayiş etdirib xarici fondlardan qrant, maliyyə qoparmağa müvəffəq olur. Z.Qarayeva dedi ki, Qərb fondları Qarabağdan könüllü gedən ermənilərə “qaçqın” kimi yardım ayırır, separatçılar da bu vəsaitin axını üçün mövcud olduqlarını göstərməlidirlər:

“Ona görə arada toplaşıb mifik parlamentin guya iclaslarını keçirir, bəyanatlar verirlər ki, biz də varıq. Fransalı deputatın separatçı Samvellə görüşü də buna hesablanıb. Yəni onlarla görüşməyə gələnlər var. Bütün bunlar fiaskodur. Yüz belə avropalı deputat gəlsin, min belə tədbir keçirsinlər, Azərbaycan dövlətinin mövqeyi birmənalıdır - heç bir cinayət törətməmiş, separatizmə qulluq etməmiş, işğal dövründə məskunlaşmamış dinc ermənilər qayıda, Azərbaycan vətəndaşı kimi yaşaya bilər. Bundan başqa hər jansı şans tanınmır. Eyni zamanda, bu proses paralellik təşkil etməlidir: Qərbi azərbaycanlıların da ev-eşiyinə qayıdışı təmin olunmalıdır. Odur ki, separatçılar özlərini yığışdırmasa, Azərbaycan Ermənistana təzyiqləri artırmalıdır”.

Ekspert onu da bildirdi ki, Ermənistanda separatizmi dəstəkləyən daxili və xarici qüvvələr var, Paşinyan onlarla mübarizə aparmalıdır: “Amma əksinə, fransalı deputatın separatçı ilə görüş keçirməsinə şərait yaradılır, onlara maliyyə ayrılır, revanşistlər də separatçıları körükləyir. Bunun qarşısı alınmasa, Paşinyanın sülhdə maraqlı olmadığını bilinəcək”.

Xatırladaq ki, hakim Mülki Müqavilə Partiyasından deputat Arsen Torosyan “artsax”ım fəaliyyətini yolverilməz adlandırmışdı: “Bizim suveren ölkəmiz - Ermənistan Respublikası daxilində və ərazisində ikinci bir dövlətin və ya onunla əlaqəli hər hansı dövlət institutunun mövcudluğu mümkün deyil və ola da bilməz. Belə hərəkətlər və bu cür hərəkətləri həyata keçirən şəxslər və ya qurumlar ciddi siyasi və hüquqi qiymətləndirilməyə layiq görülməlidir - nöqtə. Bunu bəzilərinin düşündüyü kimi həmvətənlərimizə qarşı nifrət təbliğatı kimi yox, onların yaşadığı ölkəyə olan sevgi və qayğı kimi başa düşün”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Siqaret yenə bahalaşacaq? - AÇIQLAMA
Bu gün, 17:54
Bakıda ilin ilk ALİ GÖRÜŞÜ - Prezidentin ABŞ-dən o tələbi...
Bu gün, 17:16
ABŞ-də vitse-prezidentin evində baş vermiş hadisədən sonra bir nəfər saxlanılıb
Bu gün, 17:13
Sabiq idarə rəisinin müavini Rəşad Daşdəmirovun yerinə gətirildi - BUNDAN SONRA...
Bu gün, 17:09
Türkiyədə 4 tankeri varmış - İDDİA
Bu gün, 17:07
Ali Məhkəmə həbsdəki jurnalistin cəzasını azaltdı - AÇIQLAMA
Bu gün, 17:06
Pərvizlə Türkanın arasına kim girib? – "Bizi gözə gətiriblər"
Bu gün, 17:02
Maduro həyat yoldaşı ilə birgə helikopterlə Manhetten məhkəməsinə aparılıb
Bu gün, 17:00
Tokayev Nazarbayevin Putinlə görüşlərinə münasibət bildirib
Bu gün, 16:58
5,5 milyardlıq büdcəsi olan nazirlik müəllimin 120 manatına göz dikib? - “Təhsilə pul xərcləmək lazımdır, qazanmaq yox”
Bu gün, 16:49
"BTB Bank"dan oğurluq edən şəxslərlə bağlı QƏRAR
Bu gün, 16:48
Eldar Əzizov noyabrda təyin etdiyi rəisi işdən çıxardı - ƏMR
Bu gün, 16:47
“P-Aqro” MMC-nin direktoru Azər Əlizadə ölkədən qaçıb?.. - NƏ BAŞ VERİR?
Bu gün, 16:45
Deputatdan “Azəriqaz”a sərt mesaj - "...“texniki çətinlik” izahı kifayət etmir"
Bu gün, 16:41
Məşhur beyin mərkəzinin Azərbayan və Ermənistanla bağlı PROQNOZU
Bu gün, 16:37
Bu il sülh olacaqmı? - Bakının son tələbləri budur
Bu gün, 16:32
Moldova ordusu "Kalaşnikov" avtomatından imtina edib - "Sputnik"
Bu gün, 16:31
Maduronun oğlundan xəyanət sözləri - “Hərbi qüvvələr heç bir müqavimət göstərmədi”
Bu gün, 16:25
LC Waikiki və Penti-nin Azərbaycandakı nümayəndəsi kapitalını azaldır
Bu gün, 16:22
3,2 milyon manatlıq avtomobil şirkəti - LƏĞV OLUNUR
Bu gün, 16:19
Siqaretlərin qiyməti qoy lap çox bahalaşsın, “kəllə-çarx”a çıxsın! - İqtisadçımız belə deyir
Bu gün, 16:16
Üç qardaşın şərik olduğu şirkət borca düşdü
Bu gün, 16:12
BDU-nun 23 milyonluq təmir tenderini udan şirkət məlum oldu
Bu gün, 16:11
Azərbaycan Ərəb Əmirliklərindən donuz ətindən hazırlanan ərzaq unu idxal edib
Bu gün, 16:10
Xankəndidə Türkiyə vətəndaşları qanunsuz işləyirmiş - Şirkətə 30 min cərimə!
Bu gün, 16:05
“Maduro əməliyyatı”nın nəticəsi necə olacaq?
Bu gün, 16:03
Elmira Axundovanın yaxın adamı həbsin bir addımlığında - TƏFƏRRÜAT
Bu gün, 15:58
II Qaregin rəsmən hədəfə alındı - “Əsl canidir, həbs olunmalıdır”
Bu gün, 15:56
İran hələ o mərhələyə çatmayıb - İNCƏLƏMƏ
Bu gün, 15:55
Nəsimidə icra başçısı vəzifəsi niyə birinci müavinə tapşırılmadı? - İLGİNC
Bu gün, 15:52
Nazirlik Namiq Ağalarovdan 42 min manata ofis icarəyə götürüb - TƏFƏRRÜAT
Bu gün, 15:13
Azərbaycanda burda da BAHALAŞMA OLACAQ... - AÇIQLAMA
Bu gün, 15:10
Natiq Məmmədova ağır itki
Bu gün, 15:07
40 min taksi olsa da, qiymətlər "göylə gedir" - POS terminal quraşdırılsın
Bu gün, 15:02
“İmarət”i bu şirkət inşa edəcək – 60 milyonluq müqavilə...
Bu gün, 15:01
Yürüş Mehrəlibəyli həbs edildi
Bu gün, 14:59
Bu il üçün müdafiə və milli təhlükəsizlik xərcləri məlum olub
Bu gün, 14:58
“Məni aldatdılar, Bəylər Eyyubovun bacısı oğlu pulumu vermir” - İŞ ARAŞDIRILIR...
Bu gün, 14:50
“Maduro əməliyyatı” Azərbaycana fürsət yaradırmı? - O caniləri qandallamaq üçün...
Bu gün, 14:41
Gürcüstanda azərbaycanlı ata və oğlunun güllələnməsi “oğru aləmi” ilə əlaqələndirilir - TƏFƏRRÜAT
Bu gün, 14:36
Azərbaycanın dövlət borcu açıqlanıb
Bu gün, 14:06
Neftdən asılı ölkələr üçün risk siqnalı - Qiymətlər nə qədər düşə bilər?
Bu gün, 13:11
““Azəriqaz” rəhbərliyi arxayındır ki, cəza almayacaq, adam özünü ağır söz deməkdən güclə saxlayır...” - Tahir Kərimli
Bu gün, 13:03
AAYDA-da gizli “maliyyə piramida”sı: Saleh Məmmədov təcili “ixtisar”a başlayıb - İLGİNC
Bu gün, 13:02
"Sarı Gəlin"in İran dövlət telekanalında erməni musiqisi kimi təqdimatına görə araşdırma aparılır
Bu gün, 12:58
Ukraynalı generalın atası bayramı Moskvada keçirdi – 1 milyon rubla…
Bu gün, 12:56
Keçmiş məmurun şirkəti ləğv prosesini yekunlaşdırır - DETALLAR
Bu gün, 12:54
Sosial sığorta, yoxsa "sosial zərbə"? - "Kəndlinin son ümidini də kəsirlər"
Bu gün, 12:52
"Rabitəinşaat" Ağdamda 10 milyonluq tikinti işləri görəcək
Bu gün, 12:50
Trampın Venesueladan sonra İrana hərbi müdaxilə ehtimalı yüksəlib - ŞƏRH
Bu gün, 12:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru