Öcalan terrorçularına tərksilah əmri verdi: ona qulaq asacaqlarmı? .....                     24 minlik alimenti ödəmədi .....                     Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC kimə və nəyə xidmət göstərir .....                     Aybəniz İsmayılovanın ADY-dəki qohumları .....                     “Hökumətin pulunu götürürlər, film çəkirlər, bunun adı…” .....                     Ukrayna F-16-ları daha təhlükəli missiyalara keçir .....                     Naxçıvan Dövlət Nəqliyyat Xidmətində yoxlama aparılır .....                     Qızıl rekordları yeniləyir: qiymət niyə artır? .....                     Gürcüstandakı protestlər İrəvandan maliyyələşdirilib .....                     İranı nə Pezeşkian, nə də Xamanei idarə edir .....                     Molla rejiminin panfarsçı millət vəkilləri qanun layihəsinin qəbulunu əngəllədilər .....                     Şuşada buzlaşan yolların açılması üçün 115 ton duz bəs etməyib? .....                     Rusiyada daşınmaz əmlak bazarının azərbaycanlı “kralları” .....                     "Karvan 2002"nin satış müdiri 71 min mənimsəyib .....                     Paşinyanın mətbuat katibinə 50 min dollar ziyan dəyib .....                     İlhamə xanımın BUFET YEYİNTİSİ... .....                     Xəstəxananın sanitar qovşağında doğub körpəsini öldürmək istəyən qadınla bağlı .....                     "Cənab Prezident, Vidadi İsayevin qohumları bizi qırır" .....                     İdxal olunan velosipedlərin 99,8%-i Çindən gətirilib .....                     Əvvəlcə Zəngəzur, sonra Göyçə məsələsi ortaya çıxa bilər .....                     Qayınata ona “başın üçün deyil” bildirən kürəkənini döydü .....                     İttihamlar təsdiqini tapmır, vəkillərin vəsatətləri isə rədd edilir .....                     Azərbaycanlıları saxta qeydiyyata salan kişiyə cinayət işi açıldı .....                     Eduard Məmmədova vəzifə verildi .....                     Əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında... .....                     Bank Respublika-nın özbaşınalığından Mərkəzi Bank sədrinə ŞİKAYƏT .....                     "Bu məsələnin sonuna qədər gedəcəm..." .....                     "Yəni “pəpə yeyəndən məmə yeyənə qədər” hər kəs bu filmi izləməlidir" .....                     18 illik müştərisi ÜSYAN ETDİ... .....                     Azərbaycan- Qvineya-Bisau münasibətlərində iqtisadiyyat və müdafiə sahələri prioritet təşkil edəcək .....                     Zatulinin erməni sevgisi hələ bitməyib .....                     İrəvanın TƏHLÜKƏLİ OYUNU .....                     Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib .....                     Göyçayda səhiyyə sistemi `GÜL VURUR`... .....                     Azərbaycan və Qvineya-Bisau arasında əməkdaşlıq yeni mərhələyə keçib .....                     İrəvan BMT-ni Azərbaycana qarşı qızışdırır .....                     Naxçıvanda tibb bacılarının hesabına QƏNAƏT .....                     Öcalanın `TƏSLİM OLUN` çağırışı və... .....                     Putin Kadırovu İRƏLİ VERİB... .....                     Avropa İttifaqı rəsmiləri niyə Azərbaycanı hədəf alıb? .....                 

Zatulinin "AĞZINA QAPAQ" qoyan olacaqmı... - ÜFUNƏT PÜSKÜRÜR...
Tarix: Dünən, 10:25 | Çap et
Zatulinin "AĞZINA QAPAQ" qoyan olacaqmı...
Rusiya Federasiyası Dövlət Dumasının MDB ölkələri ilə iş komitəsi sədrinin birinci müavini Konstantin Zatulin MDB Ölkələri İnstitutunun “Lazarev klubu” ilə birgə Moskvada təşkil etdiyi dəyirmi masada Azərbaycanın əleyhinə tarixi saxtalaşdıran, heç bir sərhəd tanımadan yalan və böhtanlar üzərində qurulmuş çıxış edib.

Zatulin hərbi cinayətlərdə ittiham olunan erməni əsilli şəxslərin Bakıda keçirilən məhkəmə prosesi ilə bağlı ağzına gələni danışıb və “ermənidən daha artıq erməniliklə” Ermənistana yalaqlanmağa davam edib.

“Yalaqlanmaq” ifadəsini təsadüfən seçmədik: çünki 3 ildir Zatulinin Ermənistana girişi qadağan olunub və bu şəxs qara siyahıya salınıb. Ermənilərə hər zaman xidmət etdiyini uca səslə bağıran Zatulin bu qadağanın səbəbini "anlamasa" da, İrəvana, xüsusilə “Lazarev klubu”nun təşkil etdiyi tədbirə gələ bilməməsindən dərin məyusluq keçirirdi – hər necə olsa, siyasi görəvlə birgə, erməni diasporunun ona buraxdığı “mayanı” doğrultmağa çalışırdı. Əslində bu maliyyənin kəsiləcəyindən narahat idi.

İndi isə Zatulin önündə “geniş perspektiv” görür: həm erməni diasporu kisənin ağzını açıb, həm "Lazerev klubu"nun tədbirinə "canlı" qatıla bilib (qadağa səbəbindən İrəvandakı tədbirlərə "onlayn" qoşulurdu), həm də AZAL təyyarəsinin Rusiya tərəfindən vurulmasından sonra yaşananlar fonunda Azərbaycana qarşı "nələrə qadir olduğunu" göstərmək fürsəti qazanıb.

Amma Konstantin Zatulin elə saxta, yalan və böhtanlar yağdırıb ki, həddi keçdiyindən, öz-özünü dolaşdırıb.

O, “Qarabağ rəhbərliyi”nin mühakimə olunmasını həm “şəxsi revanş”, həm də “repressiya” adlandırıb.

Birincisi, repressiya – dövlət aparatının vətəndaşa qarşı ayrı-seçkilik, məhkəmədənkənar zorakılığı, insan hüquqlarını məhdudlaşdırması, siyasi fəalların, dissidentlərin və ya ümumi əhalinin məhkəmədənkənar cəzalandırılması kimi məzmunları əhatə edir. Zatulin “repressiya” ifadəsi ilə bu mühakimənin dövlətdaxili iş olduğunu qəbul edirsə, onları niyə “dqr” rəhbərləri kimi təqdim edir?

İkincisi, repressiya – məhkəmədənkənar prosesdir: Hərbi cinayətlərdə ittiham olunan erməni əsilli şəxslərin isə açıq məhkəmə iclasları keçirilir, onlara xarici ölkədən milyonlarla dollar hesabına vəkil tutulmasına da şərait yaradılıb, saxlanma şəraitlərindən bir dəfə də olsun narazılıq etməyiblər, bütün hüquqları təmin edilir və Qırmızı Xaç vaxtaşırı olaraq onları yoluxur.

Repressiya – heç bir telefon zənginə icazə verilməyən, "yoxa" çıxarılan, türmədə qətlə yetirilən Aleksey Navalnı olayıdır; Moskvada, Kremlin yanındaca qətlə yetirilən Boris Nemtsovdur, Londonda öldürülən Litvinenkodur, zəhərlənən Skripaldır və s.

Yeri gəlmişkən, Boris Nemtsovun qətlinin sabah ildönümüdür – yəqin Zatulin təhtəlşüuri olaraq bu məqamdan "təsirlənib"!

Zatulin erməni yalına o qədər aludə olub ki, ittiham olunan şəxslər haqda deyib: “Sözügedən şəxslərin hamısı Minsk Qrupu çərçivəsində ümumi dinc tənzimlənmə prosesində uzun illər ərzində Azərbaycan rəhbərliyinin danışıqlarda tərəfdaşı olub”.

Bu, Zatulinin özü üçün belə həddən artıq ağ yalandır: Minsk Qrupu çərçivəsində danışıqlarda Azərbaycan rəhbərliyi Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, Ruben Vardanyanlamı “danışıqlar” aparıb? Azərbaycan rəhbərliyi yalnız və yalnız münaqişənin tərəfi kimi Ermənistan rəhbərliyi ilə görüş keçirməyibmi? Bu məlum və hər kəsə bəlli həqiqəti həyasızcasına, insanların gözünə baxa-baxa təhrif edib uydurmaq üçün erməni yalından, deyəsən, çox yallanıb Zatulin!

Zatulin daha sonra “erməni tarixçisinə” çevrilir, uydurulan “erməni tarixindən” bəhs edir və erməniləri Qafqazın ən qədim xalqı adlandırır! “Azərbaycanlılar ermənilərlə birlikdə yaşayıblar, ancaq ermənilərdən öncə deyil” deyir; "Dağlıq Qarabağın tarixi və mədəniyyətinə aid bu və digər abidələr azərbaycanlıların nəinki bu ərazidə mövcud olmadığı, heç bir millət kimi də mövcud olmadığı dövrə aiddir" söyləyir; Alban abidələrinin bərpasından narahat olur, guya bunlar erməni abidələri imiş.

Yəqin Zatulin öz tarixçilərini və Türkmənçay müqaviləsini “oxumayıb”; ermənilərin bura necə köçürülüb gətirilməsindən, 1834-cü ildə çar fərmanı ilə Alban abidələrinin haylara necə ərmağan edilməsindən “xəbərsizdir”.

Əlbəttə, Zatulinin – son 2-3 ildə Ermənistana qarşı belə çıxışları ilə “seçilən” bu dəyişkən, sürüşkən və yalnız yala işləyən “zat”ın sözlərinə əhəmiyyət verməmək olardı. Lakin onun hərbi cinayətlərdə ittiham olunanlar və Bakıda məhkəməsi keçirilənlər haqqında çıxışa başlayarkən “Biz Rusiyada - mən Rusiya Dövlət Dumasının deputatıyam - buna necə yanaşmalıyıq? Təbii ki, repressiya kimi” sözləri ciddi siqnaldır.

Zatulin kimin adından danışır?

O, yalnız öz adından deyil – Dövlət Dumasının deputatı olduğunu vurğulamaqla, müəyyən statuslu şəxs kimi, eyni zamanda Rusiya deputatları və az qala Duma adından danışır.

Ona bu səlahiyyəti Dövlət Duması verməyibsə, mütləq Vyaçeslav Volodinin reaksiyası olmalıdır.

Hansısa bir azərbaycanlı jurnalistin iddialarından “narahat olan” Rusiya öz deputatı, Dumada komitə sədrinin birinci müavini, bu səlahiyyətlərdə də qalmayıb, Duma adından danışmağa cəsarət edən Zatulinin sözlərinə necə yanaşır?

Bu, dövlət siyasətidir, yoxsa Zatulinin Moskvaın mərkəzində erməni yalının təsirindən çıldırmağı?

Bu suala Dövlət Duması rəsmi aydınlıq gətirməlidir!

Şeyx Teymur,
Axar.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Öcalan terrorçularına tərksilah əmri verdi: ona qulaq asacaqlarmı? - AKTUAL
Bu gün, 11:41
24 minlik alimenti ödəmədi - ikinci dəfə həbs edildi
Bu gün, 11:37
Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC kimə və nəyə xidmət göstərir - İLGİNC FAKTLAR...
Bu gün, 11:31
Aybəniz İsmayılovanın ADY-dəki qohumları - SİYAHI
Bu gün, 11:25
“Hökumətin pulunu götürürlər, film çəkirlər, bunun adı…” - Tanınmış rejissordan ciddi tənqid
Bu gün, 11:20
Ukrayna F-16-ları daha təhlükəli missiyalara keçir - "Forbes"
Bu gün, 11:18
Naxçıvan Dövlət Nəqliyyat Xidmətində yoxlama aparılır - AÇIQLAMA
Bu gün, 11:16
Qızıl rekordları yeniləyir: qiymət niyə artır? - ARAŞDIRMA
Bu gün, 11:14
Gürcüstandakı protestlər İrəvandan maliyyələşdirilib - Moskva
Bu gün, 11:03
İranı nə Pezeşkian, nə də Xamanei idarə edir – Əsas sima odur!
Bu gün, 11:01
Molla rejiminin panfarsçı millət vəkilləri qanun layihəsinin qəbulunu əngəllədilər - gözləniləni BU İDİ...
Bu gün, 10:58
Şuşada buzlaşan yolların açılması üçün 115 ton duz bəs etməyib? – Yenə duz alınır
Bu gün, 10:55
Rusiyada daşınmaz əmlak bazarının azərbaycanlı “kralları” - SİYAHI
Bu gün, 10:50
"Karvan 2002"nin satış müdiri 71 min mənimsəyib - Şirkət rəhbəri də dindirildi
Bu gün, 10:48
Paşinyanın mətbuat katibinə 50 min dollar ziyan dəyib - KİV
Bu gün, 10:45
İlhamə xanımın BUFET YEYİNTİSİ... - Dövlətə vergi belə vermir...
Bu gün, 10:44
Xəstəxananın sanitar qovşağında doğub körpəsini öldürmək istəyən qadınla bağlı TƏFƏRRÜAT
Bu gün, 10:32
"Cənab Prezident, Vidadi İsayevin qohumları bizi qırır" - Bərdədən ŞOK MÜRACİƏT
Bu gün, 10:29
İdxal olunan velosipedlərin 99,8%-i Çindən gətirilib – Dəyəri 43 manat olub
Bu gün, 10:17
Əvvəlcə Zəngəzur, sonra Göyçə məsələsi ortaya çıxa bilər - GƏLİŞMƏ
Bu gün, 10:10
Qayınata ona “başın üçün deyil” bildirən kürəkənini döydü - TƏFƏRRÜAT
Bu gün, 10:08
İttihamlar təsdiqini tapmır, vəkillərin vəsatətləri isə rədd edilir – ELDAR HƏSƏNOVUN QIZI
Bu gün, 09:56
Azərbaycanlıları saxta qeydiyyata salan kişiyə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 09:50
Eduard Məmmədova vəzifə verildi - FOTO
Bu gün, 09:48
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında... - Ekspert danışır...
Bu gün, 09:37
Bank Respublika-nın özbaşınalığından Mərkəzi Bank sədrinə ŞİKAYƏT - vətəndaş ÇARƏSİZ DURUMDA
Bu gün, 09:34
"Bu məsələnin sonuna qədər gedəcəm..." - NARAZILIQ VAR...
Bu gün, 09:22
"Yəni “pəpə yeyəndən məmə yeyənə qədər” hər kəs bu filmi izləməlidir" - Xalq artisti
Bu gün, 09:11
18 illik müştərisi ÜSYAN ETDİ... - GİLEY
Bu gün, 09:08
Azərbaycan- Qvineya-Bisau münasibətlərində iqtisadiyyat və müdafiə sahələri prioritet təşkil edəcək - MƏQALƏ
Bu gün, 09:00
Zatulinin erməni sevgisi hələ bitməyib - NƏ ETMƏLİ?
Bu gün, 08:56
İrəvanın TƏHLÜKƏLİ OYUNU - ABŞ-yə belə deyir... Kremlə belə...
Bu gün, 08:54
Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib
Bu gün, 08:50
Göyçayda səhiyyə sistemi `GÜL VURUR`... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:49
Azərbaycan və Qvineya-Bisau arasında əməkdaşlıq yeni mərhələyə keçib - İsrafil Kərimovun yazısı
Bu gün, 08:42
İrəvan BMT-ni Azərbaycana qarşı qızışdırır - FAKT BUDUR!
Bu gün, 08:38
Naxçıvanda tibb bacılarının hesabına QƏNAƏT - AXI NİYƏ?..
Bu gün, 08:36
Öcalanın `TƏSLİM OLUN` çağırışı və... - AKTUAL
Bu gün, 08:33
Putin Kadırovu İRƏLİ VERİB... - ÇÜNKİ...
Bu gün, 08:31
Avropa İttifaqı rəsmiləri niyə Azərbaycanı hədəf alıb? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:29
Yerə qoyulan silah... - Görünəni odur ki...
Bu gün, 08:27
Kadırovun BULANIQ MƏQSƏDİ... - NƏ BAŞ VERİR?
Bu gün, 08:24
Vardanyanın ifadə verməkdən imtinası heç nəyi dəyişmir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:20
Ukrayna qambiti və onun yeni dünya nizamına təsiri - Parçala, hökm sür?
Bu gün, 07:17
76 illik silah itirilir: iki ölkə kənarda qalır – Türk ordusuna ehtiyac var
Bu gün, 07:13
SSRİ-dən bu günə: Soyuq dərs otaqları, üşüyən şagirdlər... - 35 ildir ki, çözə bilmirik...
Bu gün, 07:11
Almaniyadakı türk deputatlar Türkiyəni bu cür satır - İLGİNC
Bu gün, 07:03
Vardanyanın Bakıdan fotolarını Ermənistana kim “sızdırıb”? – ETİRAF
Bu gün, 07:01
Pərviz qadına hücum edən 2 erməninin çənəsini sındırdı - TƏFƏRRÜAT
Bu gün, 01:22
Fevralın 28-də nə olacaq? - Qiyamət günü XƏBƏRDARLIĞI
Bu gün, 01:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru