
Ötən il ərzində Azərbaycana xarici ölkələrdən 5 milyon 942,4 min dollar dəyərində 231 min 253 ədəd velosiped gətirilib.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, əvvəlki illə müqayisədə ötən il idxal edilən velosipedlərin miqdarı 18% və ya 51 min 424 ədəd azalıb.
Məlumat üçün qeyd edək ki, ötən il idxal olunan velosipedlərin dəyəri əvvəlki illə müqayisədə 52% bahalanıb. Belə ki, idxal olunan velosipedlərin 1 ədədinin orta gömrük dəyəri ötən il 25,3 dollar (43 manat) olduğu halda, 2023-cü ildə 16,6 dollar (28,2 manat) olub.
Onu da bildirək ki, idxal edilən velosipedlərin 99,8%-i və ya 230 min 707 ədədi Çindən gətirilib.