
Azərbaycanda da qumar biznesi olan "Dəmirören Holdinq"in İdarə Heyətinin üzvü Tayfun Dəmirörən həbsdən azad edilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, iki gün əvvəl iki nəfəri aldatmaq və 66 milyon lirəlik borc səbəbdən Mərmərə Həbsxanasına göndərilən Dəmirören haqqında həbs qərarı bazar günü dəyişdirilib.
Halk TV-nin xəbərinə görə, onun borcunu Dəmirören ailəsi edib: "Borc ödəinldikdən sonra şikayətçilər geri çəkiliblər. Bu səbəbdən bazar günü olmasına baxmayaraq, vəkili İstanbul 15-ci İcra Cəza Məhkəməsinə müraciət edib və onun sərbəst buraxılması təmin olunub. Yəqin ki, gecəyə doğru o, həbsxanadakı işləmlərdən sonra evinə buraxılacaq. Artıq məsələ həll edilib..."