
Daşkəsən rayon sakini Şəfiyev Bəxtiyar Qorxmaz oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, Əsədov Vüqar Abduləli oğlu və qeyri-qəsmi yaşadığı Təranə adlı qadın onu aldadaraq, 16 min 100 manatını mənimsəyiblər:
“Mən, Şəfiyev Bəxtiyar Qorxmaz oğlu, yazaraq bildirirəm ki, haqsızlığın əlində çarəsiz qalmışam.
2017-ci ildə hərbi xidmət zamanı yıxılaraq güclü tavma almışam. 2019-cu ilə qədər müxtəlif hospitallarda müalicələr almışam. Lakin müalicələrin heç bir köməyi olmadı. Hərbidən məni xəstəlik diaqnozu ilə tərxis etdilər.
Əlillik üçün müraciət etdim, bildirdilər ki, sizin xəstəlik meyarlara uyğun deyil. Beləliklə, taleyimlə razılaşdım.
2023-cü ildə Daşkəsən sakini Əsədov Vüqar Abduləli oğlu mənə dedi ki, sənin pensiya işini həll edə bilərəm. Aldığım cavabı ona bildirdim. O isə sənədlərimi yoxlanış üçün Bakıya apardı. Yoxlanışdan sonra qeyd etdi ki, sənə 1-ci qrup əlillik düşür, sadəcə biraz pul verməlisən. Daha sonra bu məbləğin 16 min 100 manat olduğunu deyəndə, gücüm çatmayacağını bildirdim. Bu zaman isə "evini sat, ən əsası hər ay yaxşı pensiya alacaqsan", - dedi.
Bu adamlara inanaraq, evimi satıb həmin məbləği verdim. Bu hadisədən 3 ay keçəndən sonra yanında gəzdirdiyi Təranə adlı qadının VTEK deyilən yerdə işləmədiyini öyrəndim. Mənə demişdilər ki, narahat olma, 6 ay ərizndə pensiyan düzələcək. Sən demə, Təranə adlı qadınla Vüqar həm qeyri-rəsmi yaşayırlar, həm də mənim kimi adamları özlərinə inandıraraq, dələduzluqla məşğuldurlar.
Bundan sonra onlardan pulumu istədim. Lakin indiyədək ala bilmirəm".
Məsələ ilə bağlı yazıda adları çəkilən şəxslərlə əlaqə saxlamaq mümkün olmadı.