“Bəzi universitetlər qəsdən tələbələri kəsir ki, yayda gəlir mənbələri olsun” – ŞOK İDDİA
Tarix: 15-02-2025, 13:00 | Çap et
 Azərbaycanda elə unversitet tapmazsan ki, yay məktəbi olmasın.
Dünya praktikasında “Summer School” lar əsasən müəyyən mövzularda bilik və bacarıqları artırmaq, təkmilləşdirmək, dil bilgilərini artırmaq, beynəlxalq əlaqələr qurmaq üçün təşkil olunan qısamüddətli təhsil proqramlarıdır.
Azərbaycanda isə təhsil müəssisələrindəki yay məktəbləri əsasən tələbələrin akademik borclarını ödəmək, fənlərdən daha yüksək qiymət almaqda yardımçı olmaq məqsədiylə yaradılıb. Hərçənd tələbələrin bəziləri bu məktəblərin öz məqsədindən daha çox təhsil müəssisələri üçün qazanc yeri olduğunu iddia edir.
Maraqlıdır, bəs, təhsil ekspertləri bu haqda nə düşünür?
Ekspert Elçin Əfəndinin fikrincə, bu məktəblərlə bağlı ciddi nəzarət olmalıdır:
“Bu prosesdə tələbələrin qış, yaxud yaz sessiyasındakı tədris boyu qazandığı bilik və bacarıqların qiymətləndirilməsi həyata keçirilir. Bu da imtahanla yay prosesində baş tutur. Yəni tələbənin kəsiri yaranırsa, o, 25 faiz ödənişli borcunu təkrar verməlidir. Əgər onu da ödəyə bilməzsə, o zaman artıq yay məktəbinə keçirilir.
Müvafiq olaraq tələbə də o zaman ödəniş həyata keçirməlidir. Bəzi universitetlər qəsdən tələbələri kəsə bilərlər ki, yayda gəlir mənbələri olsun. Bunu istisna etmirəm. Əlbəttə yaşana bilər. Amma bütün universitetlərə də bunu şamil etmək olmaz. Yaxşı olar ki, Elm və Təhsil Nazirliyinin nəzdindəki uyğun Agentlkdə bu məsələ ilə bağlı ciddi bir nəzarət mexanizmi yaradılsın. Bu prosesə dəqiq və şəffaf nəzarət olsun. Tələbələrin qiymətləri obyektiv yoxlanılsın. Həqiqətən də öz fənni ilə bağlı müvafiq bilikləri özündə əks etdirməyən tələbə varsa, imtahandan keçməyibsə, bu, başqa məsələ. Yox, əgər tələbə suallara cavab veribsə, qarşı tərəf onun kəsilməsində maraqlıdırsa, bu məsələ araşdırılmalı və səhlənkarlığa yol verənlər haqqında inzibati qaydada tədbir görülsün.
Əgər həqiqətən də hansısa universitetlər bunu kommersiya məqsədi ilə həyata keçirirlərsə, bu, əlbəttə qanunvericiliyin tələbinin pozulmasıdır. Bunu həyata keçirənlər haqqında həm nazirlik, həm də aidiyyatı qurumlar tədbir görməlidirlər”.
“Bu yolla böyük qazanc əldə edirlər”
Təhsil eksperti Elşən Qafarovun fikrincə, yay məktəbləri ali və orta ixtisas təhsil müəssisələrinin əsas qazanc yerlərindən biridir:
“Yay məktəbləri deyilən əslində təhsil kreditlərinin verilməsi ilə bağlıdır. Əvvəllər kəsr dediyimiz, indiki kredit sistemi tələbələrin əlavə ödənişlə kreditlərini ləğv eləmək üçün təkrar imtahana girməsinə gətirib çıxarır.
Bütün ali və orta ixtisas müəssisələri, məktəbləri bu kreditlərlə bağlı böyük qazanc əldə edirlər. Hətta bu, bir çox hallarda tələbələrin kəsirə, yəni kreditə saxlaılnması dövlət ödənişli təhsil alan tələbələr üçün Tələbə Krediti Fondunun verdiyi tələbə kreditindən istifadəsinə maneələr yaradır. Bu da universitetlərdə müxtəlif neqativ halların yaranmasına gətirib çıxarır. Təbii bu məsələ ilə bağlı bir mexanizm işlənməli, universitetlərin kredit sistemi ilə bağlı əlavə qazanc əldə etməsinin qarşısı alınmalıdır”. Qeyd edək ki, Azərbaycan Texniki Universitetindən ötən il 269, Bakı Dövlət Universitetindən (keçən tədris ilində) 150-dən artıq fənn üzrə 950 bakalavr və 16 magistr yay məktəbində iştirak edib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 2023/2024-cü tədris ilinin yaz imtahan sessiyasından sonra 54 fənn üzrə təşkil olunan yay semеstrində 295, Bakı Slavyan Universitetindən isə 386 tələbə yay semestrinə cəlb olunub.
Azərbaycan Universitetindən də ötən tədris ilində 57 fənn üzrə təşkil olunan yay məktəbinə 126 tələbə qatılıb.
Eləcə də, Azərbaycan Memarlıq və İnşaat, Xəzər, Azərbaycan Dillər Universiteti və digər təhsil ocaqlarında da yay məktəbləri təşkil edilib.
Bizim.Media


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qəzaya uğramış təyyarənin məsuliyyətini üzərinə götürmək Rusiyanın vicdan borcudur - ƏGƏR VARSA...
Bu gün, 19:00 |
|
|
|
• Pensiyaya çıxmadan vəfat edən şəxsin pulu varislərinə niyə verilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:58 |
|
|
|
• "Rusiya ilə sərhədi olan ölkələr Ukraynaya hərbçi göndərməməlidir" - Polşa müdafıə naziri
Bu gün, 18:07 |
|
|
|
• Novruz bayramında bölgələrdəki otellərin qiyməti "kəllə-çarxa" çıxacaq - İNDİDƏN GÖRÜNÜR...
Bu gün, 18:01 |
|
|
|
• Palma yağı... YEMƏYİN! - XƏSTƏLİK YAYIR...
Bu gün, 18:00 |
|
|
|
• Rusiya Ukraynada vəziyyətin həllinə çox böyük əhəmiyyət verir - Putin BELƏ DEYİR...
Bu gün, 17:53 |
|
|
|
• Qazaxın 3 kəndinin və Kərkinin taleyi belə olacaq - AÇIQLAMA
Bu gün, 17:47 |
|
|
|
• Dövlət ittihamçısı Tofiq Yaqubluya cəza istəyib - 10 İL...
Bu gün, 17:40 |
|
|
|
• "Əvvəllər bizim cəmiyyətdə kişinin zorakılığa məruz qalması heyrətamiz hadisə idi" - AMMA İNDİ...
Bu gün, 17:33 |
|
|
|
• Putin sülhdə maraqlı deyil və bütün Ukraynanı fəth etmək niyyətindədir - ABŞ kəşfiyyatı
Bu gün, 17:29 |
|
|
|
• "İki gündür oxuyana da "sənətkar" deyirlər" - Mətanətdən aparıcılara irad
Bu gün, 17:25 |
|
|
|
• Elnur Rzayev Həcc ziyarətindən qayıdan şəhid anasını evində ziyarət edib - FOTO
Bu gün, 17:19 |
|
|
|
• Kənddən şəhərə axın: Qarşısı necə alınmalıdır? - AKTUAL
Bu gün, 17:16 |
|
|
|
• Qayınana kürəkənini DÖYDÜ: Qəndqabı ilə alnından vurub - TƏFƏRRÜAT
Bu gün, 17:08 |
|
|
|
• Diplomatlarımıza qarşı terror aktları törədilə bilər - Rusiya kəşfiyyatı
Bu gün, 17:06 |
|
|
|
• Ermənistan milli təhlükəsizlik strategiyasını nəzərdən keçirmək üçün komissiya yaradır - erməni KİV
Bu gün, 17:04 |
|
|
|
• Daşınmaz əmlak bazarında baş verən süni qiymət artımının qarşısı alınacaq? - AÇIQLAMA
Bu gün, 17:00 |
|
|
|
• Azərbaycanda təhlükəsiz tullantıların idarə olunmasında aşkarlanmış nöqsanlar açıqlanıb - TƏFƏRRÜAT
Bu gün, 16:57 |
|
|
|
• GDU rektoru hədəfdə: QARDAŞINI DA İŞƏ SALACAQ... - Sahil Babayev KÖHNƏ PAXIRLARI açır...
Bu gün, 16:56 |
|
|
|
• "Yelo Bank"la vətəndaş arasında məhkəmə çəkişməsi: - İş təkrar ekspertizaya göndərildi
Bu gün, 16:43 |
|
|
|
• Azərbaycan və İsrail əlaqələrinin xüsusi çəkisi var -ŞƏRH
Bu gün, 16:40 |
|
|
|
• Kredit təşkilatının rəhbərliyində dəyişiklər davam edir – Yeni sədr təyin edildi
Bu gün, 16:37 |
|
|
|
• Çaya “pesok” qarışdırıb içmək ilk dəfə harada ortaya çıxıb? – Çox zərərli imiş
Bu gün, 16:33 |
|
|
|
• “Ev verdiyimiz yazıçıların bir qismi indi onları satır” - Anar
Bu gün, 16:30 |
|
|
|
• Azərbaycan müdafiə nazirinin müavini IDEX sərgisində iştirak edir
Bu gün, 16:25 |
|
|
|
• Füzulinin məzarı üzərində onun Azərbaycan şairi olması öz əksini tapıb - FOTO
Bu gün, 16:23 |
|
|
|
• “Dəstə bu üç qadından ibarət deyil, arxalarında duranlar var” - MƏHKƏMƏ
Bu gün, 16:20 |
|
|
|
• “O müğənni restorana gəlib gedəndən sonra oranın müdiri bizimlə işləmək istəmir”
Bu gün, 16:17 |
|
|
|
• “Avropanın Ukrayna üzrə planı yoxdur” - UnHerd
Bu gün, 15:44 |
|
|
|
• İdxaldan asılılıq problemi – Arzuolunmaz senari
Bu gün, 15:43 |
|
|
|
• Magistraturaya qəbul imtahanının nəticələri elan olunub - DİQQƏT
Bu gün, 15:37 |
|
|
|
• "General" MİDA-nın evlərini satmaq adı ilə vətəndaşları aldatdı - Yeni faktlar açıqlandı
Bu gün, 15:35 |
|
|
|
• “ASAN xidmət”in 7 tenderini 1 şirkət uddu – Təmizlik işləri görüb 5,6 milyon alacaq
Bu gün, 15:33 |
|
|
|
• CAN AY NEFTÇİ: Dalğanın hündürlüyü 7 metrə çatacaq... - Növbə dəyişimi qaldı...
Bu gün, 15:30 |
|
|
|
• Ukrayna Trampı aldatdı - “Bloomberg”
Bu gün, 15:20 |
|
|
|
• Kürəkəninin cinayətini gizlətmək üçün onu şantaj etdi, ÖZÜ TUTULDU - TƏFƏRRÜAT
Bu gün, 15:14 |
|
|
|
• Moskva mesaj verdi: Avropada yeni təşkilat yaradır - Məqsədi nədir?
Bu gün, 15:13 |
|
|
|
• İllərdir bu postlar da işğal olunub... - "Haqlı imişlər, amm təəssüflənmirəm"
Bu gün, 15:07 |
|
|
|
• Ayxan ölən dostunun adına bankdan 25 min krediti necə götürüb? - İLGİNC CİNAYƏT İŞİ
Bu gün, 15:02 |
|
|
|
• Dəmir yolunun mayın 1-dən açılmasına nazirlikdən RƏSMİ CAVAB
Bu gün, 14:02 |
|
|
|
• Paşinyan Münhen Konfransında sadəcə boy göstərə bilərdi... BUNU DA ETDİ...
Bu gün, 14:00 |
|
|
|
• Bakı metrosu serverlərə 1 milyon manata yaxın pul - SƏRF EDƏCƏK
Bu gün, 13:58 |
|
|
|
• Macarıstan Aİ-nin Rusiyanın 27 fiziki şəxs və təşkilatına qarşı sanksiya tətbiqinin qarşısını alıb - TASS
Bu gün, 13:11 |
|
|
|
• Ramiz Mehdiyevin kürəkəninin “sürtülmüş” iddiası yenidən məhkəmədə - TƏFƏRRÜAT
Bu gün, 13:07 |
|
|
|
• Fuad Nağıyev özünə daha bir müşavir axtarır - DETALLAR
Bu gün, 13:06 |
|
|
|
• USAİD-in Azərbaycandakı ƏLALTILARI – Gizli maliyyələşmə sxemi ilə bağlı YENİ FAKTLAR
Bu gün, 13:03 |
|
|
|
• Mərkəzi Bank yaşıl kreditlərlə bağlı sənədi təsdiq edib
Bu gün, 13:01 |
|
|
|
• “Yelo Bank”, əslində QANUNLARIMIZA TÜPÜRÜR... - CƏZASI OLMALIDIR!
Bu gün, 12:59 |
|
|
|
• “Beynəlxalq aləmdə olan vəkillər nazirləri divara dirəyib, haqqı bərpa edirlər, bizdə belə vəkil var?” - Şeyx Əbdül
Bu gün, 12:56 |
|
|
|
• Zəngəzurla bağlı yeni xəbər: - Petrosyan hərəkətə keçdi
Bu gün, 12:50 |
|
|
|
|