"Xahiş edirəm, heç kim mənə Fyodr Tyutçevin şeirindəki məşhur misranı xatırlatmasın" .....                     Azərbaycana hücum cəhdi iflasa uğradı .....                     Rəsmi Bakıdan Paşinyanın sərsəmləmələrinə .....                     “AS Group”un rəhbərliyində dəyişiklik olub .....                     Qaz bahalaşır, neft ucuzlaşır .....                     Qızılın qiyməti tarixi rekordunu yenilədi .....                     NƏ BAŞ VERİR: Azərbaycanda unun topdansatış qiyməti bahalaşdı .....                     "KQB" arxivləri ilə agentura şəbəkəsini səhv salırlar" .....                     Rusiyanın baş casusu olduğu deyilən Ramiz Mehdiyevdən AÇIQLAMA .....                     Baboşun fanatı Emin Hüseynovun içki şirkətində yoxlamalar başlandı .....                     Sülh sənədinin imzalanması Paşinyandan asılı məsələ deyil .....                     25 il stajı olan və heç bir qüsuru olmayan işçiyə RƏDD CAVABI VERİLİRSƏ... .....                     AZAL və İsrailin "El Al" aviaşirkəti kod-şer razılaşması imzalayıb .....                     “Yaxın zamanlarda sorosçu və fetoçuların da şəbəkələri ifşa olunacaq” .....                     “Azpulmat” müştərilərinə qarşı dələlduzluq edir?.. .....                     Azərbaycanda insan gec yetişir... .....                     Üç il əvvəl itkin düşən hindistanlı turistin qalıqları tapılıb .....                     “Hamı özünə pulla pensiya düzəldirdi, Sahil Babayev bu sahəni dəyişdi, indi korrupsiya yoxdur” .....                     Bu şəxslərin güzəştli şərtlərlə əmək pensiya çıxmaq hüququ var... .....                     Trampın Putinə zəngində gizlədilən məqam: Moskvanın iki yolu var .....                     Paşinyan təsəlli tapmaq üçün Makronun yanına uçdu .....                     Düşməni Qarabağdan İT KİMİ QOVANA... Göyçayda İTTUTAN vəzifəsi rəva görülür... .....                     DTX dövlətə xəyanət etmiş Azər Bağırovu İordaniyadan Azərbaycana gətirib .....                     "Çox istərdim ki, televiziyalarımızda qeybət yox, sənət göstərilsin" .....                     Bakıda yeni Qənimətlər Parkı yaradılacaq... .....                     Ağ Ev SSRİ-ni dağıdan “silahı” sıradan çıxarır .....                     Yediyimiz YAĞDAN xəbəriniz varmı? .....                     Mehin Hümbətova Türkiyədə mükafat aldı .....                     Artıq bu şəbəkəyə DÖVLƏT müdaxilə etməlidir... .....                     Zatulin də “xor”a qoşuldu, Bakıdan ona şillə kimi cavablar... .....                     Dənizdə qalan neftçilər HARAY ÇƏKDİ .....                     Direktorların sertifikasiyaya cəlb olunması təhsil sisteminə nə qazandıracaq? .....                     Moskva bəyannaməsinə yenidən baxıla bilər .....                     İrəvanda hakimiyyət dəyişikliyi ssenarisi .....                     Kənd təsərrüfatı təyinatlı torpaqda QƏSSABXANA TİKİRLƏR .....                     Putin Bakıdan nə istəyir? .....                     Ermənistan böyük hücuma hazırlaşır? .....                     Tanqo iki nəfərlik rəqsdir .....                     Rusiya savaş zamanı hərbi xidmətdən azadolunma şərtlərini ağırlaşdırır .....                     DSMF qanunları NECƏ RAM EDİR... .....                 

“Təəssüf ki, AXC hökuməti ilk gündən “KQB” arxivlərini nəinki açmadı, əksinə, möhürlədi...” - Sabiq təhlükəsizlik zabiti
Tarix: Bu gün, 00:12 | Çap et
“Təəssüf ki, AXC hökuməti ilk gündən “KQB” arxivlərini nəinki açmadı, əksinə, möhürlədi...”
Bakıdakı “Rus evi” məsələsindən sonra “KQB” arxivlərinin açılması problemi yenə gündəmə atılıb. Bəs görəsən, AXC hakimiyyəti dövründə keçmiş DTK arxivlərinin açılması mümkün olardımı? Mümkün olmazdısa, səbəblər nə idi? Eks-prezident Əbülfəz Əliyev deyirdi ki, onları açsaq, vətəndaş müharibəsi olar. Bəs Baltikyanı, və bir sıra postsosialist Şərqi Avropa ölkələrində Rusiya-sovet imperiyasına həmin arxivlər açılanda niyə heç bir problem olmadı?

Arxivlər açılsaydı, doğrudanmı sonrakı illərdə bir çox faciələr başımıza gəlməzdi? Bəlkə heç torpaqlarımızın da işğalı o miqyasda baş tutmazdı? Ölkədə korrupsiya şəbəkəsi də bu qədər şaxələnməzdi? Və ölkədə heç “Rus evi” problemi də olmazdı...

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında AXC hakimiyyəti dövründə o vaxtkı yeni fəaliyyətə başlamış Milli Təhlükəsizlik Nazirliyində çalışmış Ərəstun Oruclu bunları söyləyib:

“Gəlin “KQB” arxivlərinin açılması məsələsinə bir az geniş baxış sərgiləyək. Əslində, Azərbaycan müstəqillik əldə etdikdən sonra SSRİ dövrünün bütün arxivləri açılmalıydı. Yəni söhbət yalnız “KQB”, keçmiş SSRİ DTK-nın Azərbaycan bölməsinin arxivlərindən getmir. Amma nədənsə diqqət yalnız “KQB” arxivlərinə yönəlib. Bütün hallarda arxivlərin açılması üçün müvafiq qanuni baza hazırlanmalı və müvafiq komissiya tərtib olunmalıydı. Və həmin qanunverici bazada göstərilməliydi ki, bu açılma necə, hansı mexanizmlərlə həyata keçirilməlidir, ilk növbədə nələr açılmalı, hansı şəkildə ictimailəşdirilməlidir. Və s. Buna lüstrasiya prosesi deyillər. Məsələn, Baltikyanı və bir sıra postsosialist, Şərqi Avropa ölkələrində bu prosesi həyata keçirdilər. Azərbaycanda isə Mütəllibov iqtidarı müstəqilliyin ilk dövrünün, təxminən 6-7 ayının hökuməti olaraq bunu edə bilməzdi və etməzdi də. Amma çox təəssüf ki, Elçibəy hökuməti ilk gündən arxivləri nəinki açmadı, əksinə, möhürlədi. Halbuki biz elə meydanlarda, mitinqlərdə dəfələrlə bunu eşitmişdik ki, sonradan yüksək vəzifələri gəlmiş bir sıra AXC liderləri arxivləri açacaqlarını deyirdilər. Mən həmin dövrdə orqanda işləmiş bir şəxs kimi tam məsuliyyətlə deyirəm ki, arxivlərin möhürlənməsi nəinki ölkədəki hansısa gizli “KQB” casuslarının üzə çıxarılmasına imkan vermədi, hətta həmin dövrdə adi güdəlik əməliyyat fəaliyyətinə də çox ciddi maneələr yaratmağa başladı. Biz orqan əməkdaşları kimi faktiki olaraq AXC dövründə torbada gözübağlı pişik təki fəaliyyət göstərirdik. Çünki arxivlər açılmadığından biz bilmirdik ki, ətrafımızdakılardan kim-kimdir. Və bu, çox ağır və təhlükəli dövr idi. Və o hakimiyyətin dövrü də məntiqi sonluğuyla bitdi -1993-cü il iyun ayının 4-də...

Bəs AXC hökuməti nədən o arxivləri açmaq istəmədi? Mən bunu deyə bilmərəm. Amma onu bilirəm ki, o iqtidar arxivləri açmalıydı. Arxivlər mütləq açılmalıydı... İctimai-siyasi fəaliyyətə qoşulmuş “KQB” agentləri ən azı çağırılaraq xəbərdar olunmalıydı, siyasi proseslərdən uzaqlaşdırılmalıydı, onların ölkənin ictimai-siyasi həyatındakı iştirakı məhdudlaşdırılmalıydı. Bu, mütləq olmalıydı. Məsələn, Litvada arxivlər açılanda bəlli oldu ki, o zamankı milli azadlıq hərəkatı olan “Sayudis”in liderlərindən biri və sonradan ölkənin baş naziri olmuş Kazimira Prunskene “KQB” agenti imiş. Mən istisna etmirəm ki, Azərbaycanın ilk müstəqillik dövründəki AXC hakimiyyətində də “KQB” agenti olmuş kifayət qədər şəxslər var idi. Mən buna zərrə qədər şübhə etmirəm. Lakin əlimdə əsaslı dəlilim olmadığı üçün bunların kimlər olduğunu deyə də bilmərəm. Təbii ki, öz ehtimallarım da var. Amma ehtimallar elə bir şeydir ki, onlar yanlış ola və ayrı-ayrı insanlara qara yaxmış ola bilər. Bu baxımdan mən o dövrdə vəzifələrdəki kimlərin “KQB” casuslarının olması məsələsinə toxunmaq istəmirəm. Amma belə casuslar var idi. Yenə deyirəm, bunu mənə bir əməliyyatçı hissiyyatım deyirdi. Bir çox məsələlərdə kimlərinsə davranışlarının məntiqə uyğun olmadığını görürdüm. Görürdüm ki, həmin davranışlar müstəqil dövlətin rəhbərlərinin, yaxud hər hansı yüksək vəzifə tutan rəsmilərinin vəzifə borcuna uyğun deyil. Nəticə, dediyim kimi, göz qabağındadır. Və hətta Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bir məhkəmə işi keçirildi və məlum oldu ki, “KQB” arxivləri qanunsuz olaraq açılıbdır. Və o istintaqa həmin dövrdə milli təhlükəsizlik nazirinin müavini olmuş Sülhəddin Əkbəri cəlb etmişdilər. Yəni baxın, Heydər Əliyev hakimiyyətə gələndə məhz bu məsələni araşdırdı ki, niyə “KQB” arxivləri açılıbdır. Ona görə ki, mənim bildiyim qədər Azərbaycan parlamentinin “KQB” arxivlərinin möhürlənməsi haqda qərarı olmuşdu. Amma bu qərar AXC dönəmində verilmişdi. Və həmin hakimiyyətin kifayət qədər yüksək rəsmiləri də gedib o arxivləri möhürləmişdilər. Sadəcə söhbət sonradan bir sıra rəhbər şəxslərin həmin arxivlərə giriş edib, bəzi sənədlərə baxmasından gedirdi. Hadisələr belə olmuşdu...

Bir daha təkrar edirəm, “KQB” arxivləri hökmən açılmalıydı və elə bu günün özündə də açılmalıdır. Və Azərbaycan xalqı öz tarixində baş vermiş hadisələri bilməlidir. Kim agent olub, kim agent olmayıb məsələsinə gələndə, bilirsiz, mən bu barədə sosial mediada da fikirlərimi bölüşmüşəm. Artıq hər kəs öz davranışıyla göstəribdi ki, kimin nədən qorxacağı, nədən çəkinəcəyi məqamlar var. Başa düşən, situasiyanı duyan insanlar üçün heç arxivlərin açılmasına da ehtiyac yoxdur, hər şey açıq-aydın görünür. Sizə təəccüblü gəlmirmi ki, Elçibəy hökumətində yüksək vəzifələrdə təmsil olunmuş şəxslərin xeyli hissəsi, mən deyərdim ki, əksəriyyəti son 33 ildəki hakimiyyətlərə loyallıq nümayiş etdiriblər. Bunun səbəbləri olmalıdır. Bunun məntiqi olmalıdır. Hardadır məntiq? Və biz görürük ki, burada məntiq ən azı o görünən məsələlərdə görünmür...”

-Bəs doğrudanmı imperiya arxivləri açılsaydı, doğrudanmı sonrakı ilıərdə bir çox faciələr başımıza gəlməzdi? Bəlkə heç torpaqlarımızın da işğalı o miqyasda baş tutmazdı? Ölkədə korrupsiya şəbəkəsi də bu qədər şaxələnməzdi?

(Davamı olacaq)

Moderator.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Xahiş edirəm, heç kim mənə Fyodr Tyutçevin şeirindəki məşhur misranı xatırlatmasın" - deputat
Bu gün, 10:58
Azərbaycana hücum cəhdi iflasa uğradı - Qazaxıstanı hədəfə aldılar
Bu gün, 10:56
Rəsmi Bakıdan Paşinyanın sərsəmləmələrinə CAVAB
Bu gün, 10:50
“AS Group”un rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 10:42
Qaz bahalaşır, neft ucuzlaşır - Azərbaycanın gəlirləri necə olacaq?
Bu gün, 10:39
Qızılın qiyməti tarixi rekordunu yenilədi
Bu gün, 10:37
NƏ BAŞ VERİR: Azərbaycanda unun topdansatış qiyməti bahalaşdı – SON QİYMƏTLƏR
Bu gün, 10:35
"KQB" arxivləri ilə agentura şəbəkəsini səhv salırlar" - REAKSİYA
Bu gün, 10:26
Rusiyanın baş casusu olduğu deyilən Ramiz Mehdiyevdən AÇIQLAMA - "Axmaq-axmaq söhbətlər yayırlar..."
Bu gün, 10:23
Baboşun fanatı Emin Hüseynovun içki şirkətində yoxlamalar başlandı - İçkilərin satışı dayandırıldı
Bu gün, 10:20
Sülh sənədinin imzalanması Paşinyandan asılı məsələ deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:15
25 il stajı olan və heç bir qüsuru olmayan işçiyə RƏDD CAVABI VERİLİRSƏ... - İcazə verin şübhələnək...
Bu gün, 10:11
AZAL və İsrailin "El Al" aviaşirkəti kod-şer razılaşması imzalayıb
Bu gün, 09:59
“Yaxın zamanlarda sorosçu və fetoçuların da şəbəkələri ifşa olunacaq” – “Onlar ən urvatsız nazirlər olublar...”
Bu gün, 09:57
“Azpulmat” müştərilərinə qarşı dələlduzluq edir?.. - BU NƏDİ BELƏ?..
Bu gün, 09:52
Azərbaycanda insan gec yetişir... - Aqşin Yenisey
Bu gün, 09:49
Üç il əvvəl itkin düşən hindistanlı turistin qalıqları tapılıb - ona məxsus əl çantası, bank kartları və...
Bu gün, 09:47
“Hamı özünə pulla pensiya düzəldirdi, Sahil Babayev bu sahəni dəyişdi, indi korrupsiya yoxdur” - Əkrəm Həsənov BELƏ DEYİR...
Bu gün, 09:45
Bu şəxslərin güzəştli şərtlərlə əmək pensiya çıxmaq hüququ var... - Ekspert danışır...
Bu gün, 09:41
Trampın Putinə zəngində gizlədilən məqam: Moskvanın iki yolu var - AKTUAL
Bu gün, 09:34
Paşinyan təsəlli tapmaq üçün Makronun yanına uçdu – Erməni nəşri
Bu gün, 09:30
Düşməni Qarabağdan İT KİMİ QOVANA... Göyçayda İTTUTAN vəzifəsi rəva görülür... - AXI NİYƏ?..
Bu gün, 09:17
DTX dövlətə xəyanət etmiş Azər Bağırovu İordaniyadan Azərbaycana gətirib - TƏFƏRRÜAT
Bu gün, 09:11
"Çox istərdim ki, televiziyalarımızda qeybət yox, sənət göstərilsin" - ETİRAZ VAR...
Bu gün, 09:09
Bakıda yeni Qənimətlər Parkı yaradılacaq... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:04
Ağ Ev SSRİ-ni dağıdan “silahı” sıradan çıxarır – Diqqətçəkən Bakı detalı
Bu gün, 09:00
Yediyimiz YAĞDAN xəbəriniz varmı? - Hətta “kənd yağı” adı altında...
Bu gün, 08:56
Mehin Hümbətova Türkiyədə mükafat aldı - FOTO
Bu gün, 08:54
Artıq bu şəbəkəyə DÖVLƏT müdaxilə etməlidir... - ÇÜNKİ...
Bu gün, 08:50
Zatulin də “xor”a qoşuldu, Bakıdan ona şillə kimi cavablar... - Bu köpək hürmək üçün marıqda yatıbmış...
Bu gün, 08:39
Dənizdə qalan neftçilər HARAY ÇƏKDİ - "21 gündür işdəyik... yeməyimiz... siqaretimiz bitib..."
Bu gün, 08:35
Direktorların sertifikasiyaya cəlb olunması təhsil sisteminə nə qazandıracaq? - AKTUAL
Bu gün, 08:26
Moskva bəyannaməsinə yenidən baxıla bilər - GƏLİŞMƏ
Bu gün, 08:22
İrəvanda hakimiyyət dəyişikliyi ssenarisi – Paşinyana iki pis xəbər
Bu gün, 07:34
Kənd təsərrüfatı təyinatlı torpaqda QƏSSABXANA TİKİRLƏR - NARAZILIQ VAR...
Bu gün, 07:31
Putin Bakıdan nə istəyir? - Son “kart” işə salındı
Bu gün, 07:24
Ermənistan böyük hücuma hazırlaşır? – Sabiq dövlət müşaviri açıqlayır
Bu gün, 07:21
Tanqo iki nəfərlik rəqsdir - Trampdan Putinə ismarış
Bu gün, 07:18
Rusiya savaş zamanı hərbi xidmətdən azadolunma şərtlərini ağırlaşdırır - Sifilis və psixi pozulmalar
Bu gün, 02:30
DSMF qanunları NECƏ RAM EDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 02:25
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi Ağ Evdə imzalana bilər: - Tramp niyə buna çalışır?
Bu gün, 02:16
Kremldən təlimat alaraq ölkəmiz haqqında bəzi "hürən" və "zingildəyən" şəxslər var - HƏQİQƏTƏN DƏ...
Bu gün, 02:11
Ölümə aparan oyun: Uşaqları necə qoruyaq? - AKTUAL
Bu gün, 02:07
Avropa İnvestisiya Bankı Ukraynaya 2 milyard dollar ayırdı
Bu gün, 02:05
Çimnaz Sultanovanın Xalq artisti ilə səmimi görüntüləri - VİDEO
Bu gün, 00:34
Məktəb direktoru ÖZBAŞINA QALIB... - nə qanun bilir, nə də...
Bu gün, 00:30
Bakı-Moskva qarşıdurması: Regionda yeni geosiyasi oyun başlayır? - NƏ ETMƏLİ?
Bu gün, 00:21
"Onlar işlənmiş əski parçası kimi bir kənara atılacaqlar" - deputat
Bu gün, 00:16
“Təəssüf ki, AXC hökuməti ilk gündən “KQB” arxivlərini nəinki açmadı, əksinə, möhürlədi...” - Sabiq təhlükəsizlik zabiti
Bu gün, 00:12
Günahın etirafı: cinayətə qarşı sükut... - AKTUAL
Bu gün, 00:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru