Sinonimlər: Ramiz Mehdiyev – Rusiya, Ramiz Mehdiyev - “5-ci kolon”... .....                     Uşaqları ölümə sürükləyən oyunlardan necə qoruyaq? .....                     Həsən Şeyx Mahmud bu gün Azərbaycana .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!! .....                     Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır .....                     Azərbaycanda yeni yaranmış şirkət sərmayəsini 1,3 milyon manat azaldır .....                     Ömürlük məhkum həbsxanada özünü öldürdü .....                     Tiflis İsveçi Gürcüstanda "Maydan" təşkil etməyə cəhddə günahlandırıb .....                     MÜHÜM POSTDA DƏYİŞİKLİK GÖZLƏNİLİR... .....                     “Əks halda ana canlı yayımda intihar edəcək” .....                     Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır .....                     Həkimlərə saxta sertifikatları kim verib? .....                     “Ona necə inanmağıma özüm də mat qalmışam...” .....                     Rəşad Dağlı əfv sərəncamına düşə bilər .....                     Hərbi qulluqçularımız "AMAN-25" təlimində uğurla iştirak edir .....                     Ermənilərlə NECƏ DİL TAPAQ?.. .....                     Bakı-İrəvan sülhü: Makron “tam dəstək” verir .....                     Adı kütləvi təcavüzdə hallanan “McDonald's”ın satışları azaldı .....                     Azərbaycanda fəaliyyətimizi dayandırmaq üçün tədbirlər görürük .....                     Öz “ayağına” güllə atan Rusiya .....                     Aeroport yolunda maşınları saxladıb 50 manat istəyir: "Qazi"dir .....                     Rosaviasiya İsrailə gecə uçuşlarına qoyulan qadağanı uzadıb .....                     Lənkəranın icra başçısı ona sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını bildirib .....                     “Nə Tramp, nə Zelenski! .....                     İndi növbə saxta diş həkimlərinindir... .....                     Sülh müqaviləsi Rusiya ərazisində imzalanmayacaq .....                     Atası müstəntiqi öldürüb Azərbaycana qaçırdı, oğlu da polisi döydü .....                     Rusiya şəbəkəsinin üzvü olan Elçin Həsənovun əmlaklarının siyahısı .....                     "Mənəm e, Paşinyan": .....                     Bakıda “Rus evi”nin yerləşdiyi binadakı lövhə və yazılar sökülür .....                     Vəzifələrini itirsələr də, milyonluq sərvətləri kimi yekəxanalıqları da yerindədir... .....                     Jurnalistlərə qadağa qoyuldu .....                     “Rus Evi” loqosundan istifadə etməklə saxta məlumat hazırlanması ilə bağlı açıqlama yayıb .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     ABŞ Ukraynada sülh planı üzərində işi dayandırıb .....                     Saleh Məmmədova yeni müavin təyin edildi .....                     Simonyan Putini ittiham etdi .....                     Paşinyan elə bilir ki, Əliyev bunu görmür? .....                     “Azərbaycan ilə münasibətlərin gərginləşməsi Rusiyadan qaynaqlanır” .....                 

Zatulin də “xor”a qoşuldu, Bakıdan ona şillə kimi cavablar... - Bu köpək hürmək üçün marıqda yatıbmış...
Tarix: Bu gün, 08:39 | Çap et
Zatulin də “xor”a qoşuldu, Bakıdan ona şillə kimi cavablar...
Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini, erməni yanlısı Konstantin Zatulin köhnə ampluasındadır. Rusiyadan ölkəmizə hədyanlar səsləndiyi vaxtda o da təbii ki, “ümumi xor”a qoşulub. Əslində “it hürər, karvan keçər” məntiqi ilə ciddiyə almamaq da olardı, amma söhbət Putinin sədri olduğu “Vahid Rusiya” hakim partiyasının deputatından gedir.

Maraqlıdır ki, Zatulin AZAL təyyarəsinin Qroznı səmasında vurulduğunu dolayısı ilə etiraf edib. Bakıda “Rus evi”nin bağlanmasından danışarkən isə ironik sözlər işlədib.

“Artıq çoxlu mürəkkəb sərf olunub, sözlər deyilib ki, Azərbaycan bizim demək olar, ən sadiq müttəfiqimizdir. Xüsusilə Ermənistanda baş verənlər fonunda. Amma biz reallıqla, onların bizə münasibəti ilə üzləşdik. Bütün bunlar guya bizim vurduğumuz təyyarə məsələsi fonunda baş verir. Rusiya prezidenti üzr istəyib, rusiyalılar da həlak olub. Rusiyanı şeytanlaşdırmaq istəyi isə Ukrayna dronlarının hücumu zamanı baş verənlərlə bağlıdır. Hamıya aydındır ki, bu, istənilən halda hava təhlükəsi səbəbindən baş verib”, - Zatulin bildirib.

Ardınca deyib: “Əminəm ki, biz həlak olanların ailələrinə kömək edirik, istintaq nə baş verdiyini göstərəcək. Amma indi belə görünür, Azərbaycan Qərbdəki və Türkiyədəki dostlarına nə qədər prinsipial olduğunu göstərmək istəyir. Düşünmürəm ki, bu, ağıllı siyasətdir, Azərbaycan Rusiyadan heç yerə getməyəcək. Sabah onlar yenə öz ehtiyacları ilə bağlı bizə müraciət edəcəklər”.

Yəni Zatulin faktiki “hədə-qorxuya” keçib, Moskvanın cavab tədbirləri görməyə hazır olduğunu bildirib: “Anlamaq lazımdır ki, Azərbaycan bizim müttəfiqimiz deyil. Moskvada Azərbaycanın da bu cür qurumları var, bizim tərəfimizdən cavab tədbirləri görmək doğru olar. Ölkə hakimiyyəti bizimlə münasibətlərə yalnız öz maraqları prizmasından baxır. Onlar heç vaxt bizim tamhüquqlu müttəfiqimiz olmayıblar, həmişə və indi də regionda Türkiyənin müttəfiqi olaraq qalırlar. Bu o deməkdir ki, Azərbaycan bizə yox, Türkiyəyə yönəlir və bizimlə ittifaq situativ xarakter daşıyır. Qarabağda müharibəyə, "təxribatlara", “cinayətlərə”, vurulmuş helikopterə Rusiya göz yummalı olanda, o zaman tərəfdaşlıq münasibətləri var idi. Boru kəməri marşrutları çəkmək lazım olanda bizi diqqət və qayğı ilə əhatə edirdilər. Azərbaycan və Ermənistan arasında münaqişə istədikləri kimi başa çatandan sonra isə Azərbaycanın rəhbərliyi Rusiyaya münasibətdə öz xüsusi mövqeyini göstərmək üçün hansısa bəhanədən istifadə etməyə qərar verdi".

Zatilin bir şeydə haqlıdır ki, Azərbaycan nəinki Rusiyanın, heç bir dövlətin orbitində deyil, olmayıb. Çünki müstəqil, balanslı xarici siyasətə üstünlük verir. Eyni dərəcədə biz heç vaxt Rusiyanı özümüzə etibarlı dost saymamışıq. Moskvanı yalnız situativ tərəfdaş bilmişik. Və zaman göstərdi ki, düz də etmişik. Ümumiyyətlə, Rusiyanın dostu, müttəfiqi varmı? Bunun üçün gərək özün də etibarlı dost, müttəfiq olmağı bacarasan. Bu isə Moskvaya heç vaxt xas olmayıb.

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Konstantin Zatulin qatı ermənipərəst olduğu qədər Azərbaycan və Türkiyə düşməni olduğunu gizlətmir: “Ancaq ona təsir edən odur ki, qatı ermənipərəst olmasına baxmayaraq, Ermənistan hökuməti onu qara siyahıya salıb və rusiyalı deputat müttəfiq hesab etdiyi ölkəyə gedə bilmir. Çünki Zatulin baş nazir Nikol Paşinyanı da hədəf seçib. Zatulinin növbəti sayıqlamalarına gəldikdə, bircə həqiqəti söyləyib, bəli, biz Rusiyanı heç zaman Azərbaycanın həqiqi müttəfiqi saymamışıq. Bu necə müttəfiqdir ki, Azərbaycan torpaqlarının işğalında erməni separatçılarına dəstək verib, Xocalı soyqırımında iştirak edib, Ermənistanı ölkəmizə qarşı silahlandırıb?! Rusiya ilə strateji müttəfiqlik haqqında sənəd bizə sadəcə ona görə lazım idi ki, Qarabağda separatizmə son qoymaqda Moskva bizə mane olmasın və hərbi kontingentini ölkəmizdən çıxarsın. Hər ikisinə nail olduq. Zatulin deyib ki, Azərbaycan Rusiyanın deyil, Türkiyənin strateji müttəfiqidir. Ayrı necə olmalıydı ki?”

Analitikin sözlərinə görə, Zatulinin “məntiqindən” belə çıxır ki, Rusiya Qarabağın Azərbaycanın nəzarətə götürülməsinə və enerji resurslarının dünya bazarlarına çıxarılmasına əngəl olmamaqla böyük “fədakarlıq” edib: “Bu, imperiya təfəkkürüdür. Bunlar Azərbaycan və digər qonşu dövlətlərin müstəqilliyini və müstəqil seçimlərini qəbul etmirlər. Zatulin Kremlə Azərbaycana qarşı cavab tədbirləri görməyə çağırış edib. Sərnişin təyyarəmizi raketlə vurmaları, vətəndaşlarımızı öldürmələri bəs deyil, ortada üzrxahlıq və kompensasiyanın ödənməsi də yoxdur, hələ bizə qarşı nəsə tədbir görmək istəyirlər. Nə edəcəkləri bəllidir. Rusiyada çalışan azərbaycanlıları sıxışdıracaq və kənd təssərrüfatı məhsullarımızı qəbul etməyəcəklər. Hər ikisinə hazır olmalı və müvafiq tədbirlər görməliyik”.

Siyasi şərhçi Aydın Quliyev isə qeyd etdi ki, 44 günlük müharibədən sonra Kreml başbilənlərinin lazımi nəticəni çıxaracaqlarına böyük ümidlər var idi: “Çıxarmadılar. Ötən il hətta Rusiya Xarici İşlər Nazirliyi bəyan etdi ki, Cənubi Qafqaz siyasətimizin necə olacağını müzakirə edirik. Haradadır bəs nəticə? Hanı "Yeni Cənubi Qafqaz konsepsiyası"? Nəticə elə bu idi deyəsən ki, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaqla səhvə yol verdi? Azərbaycan Prezidentinin bu sözlərinin arxasında on illər sonraya hesabladığınız cinayət planlarını başa düşməyəcəyini sandılar. Həmin anlarda anlamadılar ki, 200 il müttəfiq sayaraq minlərlə azərbaycanlını öldürtdükləri ermənilər Rusiyaya nə plan hazırlayıb. Ruslar “ətraf rayonları verək, qardaşımız İrəvanla birlikdə hələ 10 illər boyu İlham Əliyevə və Azərbaycana Qarabağ kartı ilə təzyiq göstərərik” deyə planlar cızanda Paşinyan ruslara zərbəni vurdu - okeanın o tərəfindəki havadarlarının köməyi ilə 2022-ci ildə bəyan etdi ki, “Qarabağ Azərbaycandır!”

Başa düşülür ki, bu, rusların qurduğu oyuna böyük zərbə oldu, düz 200 illik planlarını zibilxanaya atdı. Ancaq Paşinyan onlara bu zərbəni vurmaqda haqlı idi... Çünki Rusiya "çörəyini sahibini tanımayan itin qabağına atmışdı"".

A.Quliyevin fikrincə, Rusiyanın əli baltalı Ukraynda olduğu bir vəziyyətdə, nəinki Ermənistanı Azərbaycanla sülhə məcbur etmədi, Zəngəzur dəhlizini açmağa da vadar edə bilmədi, əksinə, pərdəarxası qeyri-səmimi oyunları davam etdirdi: “Təyyarəmizi vurdu, Zatulin kimi qanmazları İlham Əliyevin üstünə saldı. Hansı haqla? Azərbaycan Prezidenti 2022-ci ilin fevralında Rusiya ilə strateji bəyannamə imzalayanda Rusiyaya Rusiyanın qədrini bilmədiyi "kart-blanş" verdi. İndi bütün sübutlar ortada ikən təyyarəmizi vurduqlarını niyə etiraf etmirlər?! Belə müttəfiqlik olur? Üstəlik, zatulinlərə, tolstoylara “Azərbaycanı vurun” əmri vermək nə deməkdir?! Dünyada təklənmək bəlkə də Rusiya üçün müəyyən çıxış şansları saxlayırdı. Regionda təklənməyin isə çıxışı yoxdur".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sinonimlər: Ramiz Mehdiyev – Rusiya, Ramiz Mehdiyev - “5-ci kolon”... - BU FAKTDIR...
Bu gün, 16:53
Uşaqları ölümə sürükləyən oyunlardan necə qoruyaq? - AKTUAL
Bu gün, 16:49
Həsən Şeyx Mahmud bu gün Azərbaycana GƏLİR
Bu gün, 16:43
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 16:39
Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!! - Bu nə TƏLAŞ... bu nə HƏYƏCAN?..
Bu gün, 16:35
Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır - RƏSMİ
Bu gün, 16:31
Azərbaycanda yeni yaranmış şirkət sərmayəsini 1,3 milyon manat azaldır
Bu gün, 16:28
Ömürlük məhkum həbsxanada özünü öldürdü
Bu gün, 16:23
Tiflis İsveçi Gürcüstanda "Maydan" təşkil etməyə cəhddə günahlandırıb
Bu gün, 16:19
MÜHÜM POSTDA DƏYİŞİKLİK GÖZLƏNİLİR... - İDDİA
Bu gün, 16:18
“Əks halda ana canlı yayımda intihar edəcək” - Kəmalə Ağazadə hədələndi
Bu gün, 16:11
Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır
Bu gün, 16:08
Həkimlərə saxta sertifikatları kim verib? - Həbsxana gözləyən məmurlar
Bu gün, 16:06
“Ona necə inanmağıma özüm də mat qalmışam...”
Bu gün, 15:38
Rəşad Dağlı əfv sərəncamına düşə bilər - Detallar AÇIQLANDI
Bu gün, 15:25
Hərbi qulluqçularımız "AMAN-25" təlimində uğurla iştirak edir - VİDEO
Bu gün, 15:20
Ermənilərlə NECƏ DİL TAPAQ?.. - AKTUAL
Bu gün, 15:14
Bakı-İrəvan sülhü: Makron “tam dəstək” verir - İLGİNC
Bu gün, 15:08
Adı kütləvi təcavüzdə hallanan “McDonald's”ın satışları azaldı
Bu gün, 15:02
Azərbaycanda fəaliyyətimizi dayandırmaq üçün tədbirlər görürük - "Rus evi"
Bu gün, 14:58
Öz “ayağına” güllə atan Rusiya – “Türk NATO-su” zərurətə çevrilir
Bu gün, 14:51
Aeroport yolunda maşınları saxladıb 50 manat istəyir: "Qazi"dir - VİDEO
Bu gün, 14:48
Rosaviasiya İsrailə gecə uçuşlarına qoyulan qadağanı uzadıb - KİV
Bu gün, 14:43
Lənkəranın icra başçısı ona sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını bildirib - MƏHKƏMƏ
Bu gün, 14:10
“Nə Tramp, nə Zelenski! – Son sözü xalq deyəcək”
Bu gün, 14:02
İndi növbə saxta diş həkimlərinindir... - Texniklər necə stomatoloji xidmət göstərir?
Bu gün, 14:00
Sülh müqaviləsi Rusiya ərazisində imzalanmayacaq - BU QƏTİDİR!
Bu gün, 13:58
Atası müstəntiqi öldürüb Azərbaycana qaçırdı, oğlu da polisi döydü - HADİSƏ ANI
Bu gün, 13:12
Rusiya şəbəkəsinin üzvü olan Elçin Həsənovun əmlaklarının siyahısı - FOTOLAR
Bu gün, 13:10
"Mənəm e, Paşinyan": - Nikolun Vaşinqton və Paris rəzaləti
Bu gün, 13:05
Bakıda “Rus evi”nin yerləşdiyi binadakı lövhə və yazılar sökülür - FOTO
Bu gün, 13:03
Vəzifələrini itirsələr də, milyonluq sərvətləri kimi yekəxanalıqları da yerindədir... - MƏMMƏDYAROV KİMƏ “QARINAĞRISI” VERİR?
Bu gün, 13:00
Jurnalistlərə qadağa qoyuldu – məhkəmə portalından senzura…
Bu gün, 12:56
“Rus Evi” loqosundan istifadə etməklə saxta məlumat hazırlanması ilə bağlı açıqlama yayıb - "Bu saxta məlumatlara..."
Bu gün, 12:53
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:49
ABŞ Ukraynada sülh planı üzərində işi dayandırıb - “The Telegraph”
Bu gün, 12:48
Saleh Məmmədova yeni müavin təyin edildi - BUNDAN SONRA...
Bu gün, 12:42
Simonyan Putini ittiham etdi
Bu gün, 12:39
Paşinyan elə bilir ki, Əliyev bunu görmür? - Verdyan
Bu gün, 12:36
“Azərbaycan ilə münasibətlərin gərginləşməsi Rusiyadan qaynaqlanır” - ONA GÖRƏ DƏ...
Bu gün, 12:31
Hərbi qulluqçularımız "Qış təlimi-2025"-i uğurla başa vurub - VİDEO
Bu gün, 12:25
Dünya ağalığına nail olmuş liberal-qlobalist diktatura artıq çökür - ŞƏRH
Bu gün, 12:21
Ali Məhkəmə həbsdə olan sabiq tabor komandiri barədə qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:14
Azərbaycanda artıq fəxri adlar VERİLMİR
Bu gün, 12:10
AZAL təyyarəsinin vurulması – “Putin Sezarın bu məşhur sözünü deməlidir”
Bu gün, 12:05
Çətin ki, Ermənistan Azərbaycanla danışıqlarda Rusiyanın vasitəçilik səylərini qəbul etsin - Alen Simonyan
Bu gün, 12:02
Nevzorov Bakını təhqir edən Valuyevə nələr dedi... - "Ola bilsin ki, Valuyev açıq qalan 380V naqilin üstündə çox uzun müddət oturub"
Bu gün, 12:00
DSX-nin hərbçisi faciəli şəkildə öldü - FOTO
Bu gün, 11:57
“Vüqar Novruzovun işi şəkil çəkdirib icranın saytında yaydırmaqdır“ - maləsəf... BU FAKTDIR...
Bu gün, 11:52
“Rus evi”nin Azərbaycanı yaxın günlərdə tərk etməsi doğru olar - deputat
Bu gün, 11:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru