![Tanqo iki nəfərlik rəqsdir Tanqo iki nəfərlik rəqsdir](https://dia-az.info/uploads/posts/2025-02/thumbs/1739243960_tramp.jpg)
Amerika lideri Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırıb.
Teleqraf xəbər verir ki, suallarının çoxu Ukrayna münaqişəsinin həlli ilə bağlı olub.
Prezident bildirib ki, hazırda qruplar səviyyəsində danışıqlar aparılır.
O deyib ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir, lakin “tanqo üçün iki nəfər lazımdır” .
Tramp Rusiya lideri ilə telefon danışığı ilə bağlı suala birbaşa cavab verməyib. Bununla belə, o qeyd edib ki, mümkün olsa, razılaşma əldə etmək istərdi.