Siyavuş Novruzovun İmişlinin rəhbəri haqda dedikləri... - Elçin Rzayev niyə susur?
“Hadisə baş verib və mən İmişlinin hər iki deputatı ilə söhbət etdim. İcra başçısı rayon mərkəzindən üç kilometr aralıdadır, niyə camaatın yanına gəlmədi? Polis rəisi niyə o camaatın qabağına çıxmadı? Bir dənə prokurordan savayı başqa bir adam o camaatın qabağına çıxmadı. Bu xalqdır. İnsanları başa salmaq lazımdır. Səni orada öldürəcəkdilər?
Əksinə, qabaqlarına polis düzdülər. Bu, insanlarda qıcıq yaratdı. Bütün Azərbaycan xalqı Prezidenti dəstəkləyir, sevir. Bizim hamımızın canı Prezidentə fədadır. Amma çıx camaatın qarşısına, camaatı başa sal. Niyə camaatdan kənar qaçırsız? Nəyə görə?” Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin yaz sessiyasının ilk plenar iclasında belə deyib. “Əgər onun üzü yoxdursa camaatın qabağına çıxmağa, onda gedib ərizəsini yazıb çıxsın, evinə getsin”, - deyə o bildirib.
Qeyd edək ki, İmişlinin icra başçısı 1967-ci il təvəllüdlü Elçin Rzayevdir. O, 2018-ci ilin fevral ayından Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsini icra edib. Ondan əvvəl Yasamal RİH-in Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində işləyib. E.Rzayev əvvəllər Əmlak Məsələləri Dövlət Komitəsində də çalışıb. 2020-ci ilin mayından isə İmişlinin icra başçısıdır.
Səslənən ittihamlarla əlaqədar İmişli Rayon İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışsaq da, mümkün olmadı. İnternetdə əlaqə saxlamaq üçün yerləşdirilən heç bir nömrəyə cavab verən tapılmadı. Elçin Rzayevin isə çox güman ki, mobil nömrəsini ona yaxın olan şəxslərdən başqa kimsə bilmir...
Qeyd edək ki, S.Novruzovun bu çıxışını gecikmiş çıxış olsa da, icra başçısı ilə bağlı olan hissəsini haqlı sayanlar kifayət qədərdir. Amma S.Novruzovun çıxışı İmişlidən olan deputat Razi Nurullayevi narazı salıb. O, sosial şəbəkə səhifəsində “İmişli hadisələri ilə bağlı rayon rəhbərliyinə daxil olan şəxslərlə, o cümlədən başçı və polis rəisi ilə də söhbət etmişəm və yenə də edəcəyik, müzakirələr aparacağıq. Siyavuş Novruzovun çıxışında "İmişli deputatları ilə söhbət etmişəm, onlar mənə deyib" fikri tam olaraq kökündən yanlış idi. Sözünüzü demək istəyirsiniz, kişi kimi deyin, daha başqalarının kölgəsinə ehtiyac duymayın" yazıb. Komitə sədri isə “Razi kimdir mənim haqqımda nəsə desin, yazsın. Razinin nə dediyi, nə yazdığı mənə maraqlı deyil. Onun haqqımda nəsə yazdığını eşitmişəm, oxumamışam, vecimə də deyil. Mənə qlobal, vacib məsələlər haqqında soruşun, Razi haqqında yox!” deyib.
Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov hesab edir ki, rayon icra başçısına tənqidi haqlı sayır: “O, sıradan bir avtomobil qəzası olsaydı, insanların hadisəyə bu qədər emosional yanaşması da mümkün deyildi. Kimin günahkar olmasından asılı olmayaraq, hadisə Dövlət Yol Polisi əməkdaşı tərəfindən törədilib. Deməli, bu hadisədə dövlətin adı var. Ən azından buna görə hadisənin ilk anındaca İmişli rayonunda icra hakimiyyətinin başçısı başda olmaqla, dövlət adına kim varsa hamısı həmin hadisə yerinə gəlib, insanları sakitləşdirməyə çalışmalıydı. Bir sözlə, icra başçısı hadisə yerinə gəlməklə nümunə sərgiləməli idi. Çox təəssüf ki, bir çox rayonlarda icra hakimiyyətlərinin başçıları və onlardan nümunə götürən yerli məmurlar özlərini xalqdan ayrı tutur, insanlara yuxarıdan aşağı baxırlar”. Sabiq nazir hesab edir ki, bu idarəçilik sistemi köhnəlib və onun dəyişdirilməsi zamanı çatıb: “Azərbaycanda 86 icra başçısı fəaliyyət göstərir. Belə mötəbər vəzifəyə bu qədər adamı seçib, təyin etmək də o qədər asan məsələ deyil. Dövlət başçısı bunların hamısını yaxından tanıya bilməz, bu mümkün deyil”.
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov da S.Novruzovun dediklərinə haqq qazandırdı: “Siyavuş Novruzovun tənqidi fikirlərini və iradlarını haqlı hesab edirəm. Həqiqətən də həmin vaxt hiddətlənmiş və gərilmiş emosiyalarla hərəkət edən insanların qarşısına rayonun səlahiyyətli və məsul şəxsləri çıxsaydılar, bəlkə də hadisələr bu məcrayadək gəlməzdi. İnsanları məhz daha da qəzəbləndirən rayonun rəhbər şəxslərinin etinasızlığı və biganəliyi olub desəm yanılmaram. Azərbaycanda hər il yüzlərlə yol-nəqliyyat hadisəsi baş verir və onlarla insan bu faciənin qurbanına çevrilir. Nədən həmin qəza İmişli sakinlərində bu qədər qəzəb və etirazlar yaratdı və küçələrə çıxdılar? Həqiqətən də Siyavuş Novruzov haqlı sual qoyur, niyə rayona cavabdehlik daşıyan və Prezidentin nümayəndəsi sayılan icra başçısı Elçin Rzayev yaxında ola-ola insanların qarşısına çıxıb izahat işi aparmadı, onları sakitləşdirmədi? O, rayon sakinlərindən özünü təcrid edirsə və yaxud qorxursa, necə icra başçısı ola bilər? Fikrimcə, həmin icra başçısı da daxil, bir sıra məsul şəxslər dərhal vəzifələrindən uzaqlaşdırılmalıdır. Təəssüf ki, belə hallar bir çox rayonlar üçün xarakterikdir. Başçılar rayon sakinlərini yad və ögey hesab edir. Özləri üçün rahat şərait qurublar və biznesləri ilə məşğuldurlar. Əhalinin problemləri ilə maraqlanmırlar, heç onların qəbuluna düşmək mümkün deyil. İmişli hadisələrində oradan mandat alan deputatlar da "sinifdə qaldı". Milli Məclisdə bir dəfə də olsun məsələnin müzakirəsinə cəhd göstərilmədi. Ümumiyyətlə, ölkənin problemlərinin mütəmadi olaraq parlamentdə qaldırılması onun həll olunmasına da təsir göstərə bilər və yerli məmurlar da anlayarlar ki, diqqət mərkəzindədirlər və daha məsuliyyətli olarlar. Məncə, belə xoş olmayan mənzərənin təkrarlanmaması üçün struktur islahatlarına, fundamental dəyişimlərə ciddi zərurət var. Köhnəlmiş və öz yarıtmaz fəaliyyəti ilə insanları cana doydurmuş, inkişafa əngəl olan qurumlar ya ləğv edilməli, yaxud da yenilənməlidir. Rayon icra hakimiyyətləri də artıq dövlətə, büdcəyə və xalqa yük olduğundan onun da mövcudluğuna son qoyularaq iqtisadi rayonlar üzrə Prezidentin səlahiyyətli nümayəndəlik institutlarına verilməli, effektivliyə, mobilliyə, səmərəliliyə nail olunmalıdır". “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• USAID rəhbərliyi dəyişdirilirsə, Azərbaycanla agentlik arasında münasibətlər yenidən qurula bilər
Bu gün, 12:38 |
|
|
|
• Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: - “Pulumu qaytarın”
Bu gün, 12:34 |
|
|
|
• Qanunlar Həbibullayevin UMRUNDA DEYİL... - ÖZBAŞINA QALIB...
Bu gün, 12:30 |
|
|
|
• Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:26 |
|
|
|
• Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası LƏĞV OLUNDU
Bu gün, 12:20 |
|
|
|
• Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu
Bu gün, 12:18 |
|
|
|
• Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir! - ETİRAF
Bu gün, 12:15 |
|
|
|
• Abşeron-Xızı təhsilində yepyeni macəralar... - İTTİHAM VAR...
Bu gün, 12:11 |
|
|
|
• "Atamın vəziyyəti yaxşı deyil, danışa bilmir, əl və ayaqları işləmir" - Xalq artistinin qızı
Bu gün, 12:09 |
|
|
|
• Ermənistan futbolunda həbslər başlayır: - Qanunsuz mərc, hərbi xidmətdən yayınma...
Bu gün, 12:06 |
|
|
|
• İrəvan meriyasında əməliyyat keçirilib, saxlanılanlar var
Bu gün, 11:59 |
|
|
|
• Məşhur Məmmədova məxsus olduğu bildirilən şirkətə ətraf mühiti çirkləndirdiyinə görə yazılan protokola baxılacaq tarix açıqlandı
Bu gün, 11:55 |
|
|
|
• İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 11:50 |
|
|
|
• Paşinyan Bakıya təzyiq etməməyi xahiş edəcək - Sərkisyan
Bu gün, 11:44 |
|
|
|
• Məhkəm sistemi QAZİLƏRƏ QARŞI... - AXI NİYƏ?..
Bu gün, 11:41 |
|
|
|
• Maskın işçiləri USAID-in məxfi otağına daxil olub - “Bloomberg”
Bu gün, 11:35 |
|
|
|
• Ukrayna, Gürcüstan, Ermənistan USAID-in "demokratiyasından" əziyyət çəkib - Dövlət Dumasının sədri
Bu gün, 11:34 |
|
|
|
• Samux Rayon Mərkəzi Xəstəxanasında qəribə “alış- veriş”… - 125 min manat hara xərclənib?
Bu gün, 11:33 |
|
|
|
• İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? – Qalmaqal yaradan olay...
Bu gün, 11:24 |
|
|
|
• İki yeniyetməni zorladı, biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT
Bu gün, 11:20 |
|
|
|
• “Qumar kralı” Şəkili Yusif - Həbs edildi
Bu gün, 11:17 |
|
|
|
• "150 manatlıqsan" dedi, verilişdə QIRĞIN DÜŞDÜ - VİDEO
Bu gün, 11:16 |
|
|
|
• Naxçıvanda FHN sahibkarlara `RACON KƏSİR`... - "Tez-tez gəlib müxtəlif bəhanələrlə..."
Bu gün, 11:13 |
|
|
|
• İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:08 |
|
|
|
• Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib - Zelenski
Bu gün, 11:07 |
|
|
|
• Tramp “axmaq ölkə” statusundan qurtulmaq istəyir - İNCƏLƏMƏ
Bu gün, 10:54 |
|
|
|
• "ABŞ-dan deportasiya olunan şəxslər Azərbaycana daxil olduqdan sonra barələrində yoxlama aparıla bilər"
Bu gün, 10:48 |
|
|
|
• Pərviz Bülbülə lüks avtomobilində belə görüntüləndi - VİDEO
Bu gün, 10:43 |
|
|
|
• "Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" - ETİRAZ VAR...
Bu gün, 10:40 |
|
|
|
• Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! - Milli Qəhrəmanın ATASI
Bu gün, 10:29 |
|
|
|
• Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub - ƏMR
Bu gün, 10:26 |
|
|
|
• “Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir - DİQQƏT!
Bu gün, 10:25 |
|
|
|
• Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib
Bu gün, 10:18 |
|
|
|
• AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan faktdır – ŞƏRH
Bu gün, 10:17 |
|
|
|
• "İndi amerikalılar özləri etiraf edirlər ki..." - deputat
Bu gün, 10:16 |
|
|
|
• “ForFinance” adlı BOKT yaradıldı – 1 milyon manat nizamnamə kapitalı ilə!
Bu gün, 10:13 |
|
|
|
• Rusiyada bu gündən miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar qüvvəyə minib
Bu gün, 10:11 |
|
|
|
• Litva şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:06 |
|
|
|
• Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI - NƏ BAŞ VERİR?
Bu gün, 10:01 |
|
|
|
• Talıbovla bağlı BÖYÜK SİRR: Kürsüsü niyə BOŞ QALIB? - SƏN DEMƏ...
Bu gün, 09:56 |
|
|
|
• Günün fotosu: - Uçmağa var qanadım...
Bu gün, 09:54 |
|
|
|
• Çörəyin qiymətini ucuzlaşdırmaq mümkündür - TƏKLİF VAR...
Bu gün, 09:44 |
|
|
|
• SOCAR-ın dənizdəki bəzi işçiləri TƏXLİYYƏ OLUNDU
Bu gün, 09:37 |
|
|
|
• "Başçıya demişik... amma nə olsun..." - GİLEY
Bu gün, 09:36 |
|
|
|
• Şantaja görə həbs olunan sayt rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 09:23 |
|
|
|
• Azərbaycanı onlar ŞİKAYƏT EDİB - Elə məlumatlar AÇIQLANDI Kİ...
Bu gün, 09:19 |
|
|
|
• Ağstafada hərbçilər dəm qazından zəhərləndi
Bu gün, 09:17 |
|
|
|
• Ermənistan Azərbaycanın şərti ilə artıq razılaşıb - İNCƏLƏMƏ
Bu gün, 09:14 |
|
|
|
• Hacı Qalib SÜKUTU POZDU... - “İstəyirdilər mənə qarşı belə bir şey etsinlər”
Bu gün, 09:13 |
|
|
|
• Sərhəddəki görüntülər SÜLHÜN XƏBƏRÇİSİ DEYİL - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11 |
|
|
|
|