USAİD-in ləğvi Ermənistanı yasa boğub - GÖRÜNƏNİ BUDUR
64 il əvvəl yaradılan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) bu dövr ərzində olduqca təhlükəli bir fəaliyyətlə məşğul olması ilə bağlı üzə çıxan çoxsaylı faktlar dünya boyu xüsusi maraqla izlənməkdədir. Çünki bu vaxta qədər USAİD-in destruktiv fəaliyyəti ilə bağlı dünyada deyilənlərə ABŞ-da məhəl qoyulmurdu. Amma artıq vəziyyət radikal şəkildə dəyişib. Baş verənləri diqqətlə analiz edən yeni ABŞ hakimiyyətinin gəldiyi nəticə budur ki, USAİD-in fəaliyyəti Amerikanın özünü də ciddi nüfuz və maliyyə itkisinə məruz qoyub. Elə bu səbəbdən onun işinin dayandırılması məqsədilə prezident Donald Tramp komandasının atdığı addımlar ABŞ cəmiyyətində hansısa ciddi etirazlarla qarşılanmır. Konqresdə əks mövqe sərgiləyən Demokratların təmsilçilərinin etirazları isə çətin ki, hansısa fərqli mənzərənin ortaya çıxmasına səbəb olsun.
Hadisələrin gedişi göstərir ki, USAİD-in ləğvi prosesi qaçılmazdır və bunu şərtləndirən başlıca səbəb qurumun yaradılarkən qarşısında qoyduğu məqsədlər xaricində göstərdiyi zərərli fəaliyyətdir. Həmin fəaliyyət ABŞ üçün də çoxsaylı problemlər yaradıb, on milyardlarla dolların “göyə sovrulmasına” səbəb olub. Bu mənada təsadüfi deyil ki, ABŞ Prezidenti Donald Tramp USAİD-i “radikal dəlilər dəstəsi” kimi qiymətləndirib. ABŞ-da Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentini idarə edən İlon Mask isə USAİD-in “cinayət yuvası” olduğunu bəyan edib: “Məlum oldu ki, bu, içində qurd olan alma deyil. Bu, top şəklində qurd yığınıdır. Bundan qurtulmalısan. Onu düzəltmək mümkün deyil”. ABŞ vətəndaşlarına müraciətində İlon Mask deyib: “USAİD-in sizin vergi vəsaitlərinizdən istifadə edərək milyonlarla insanın ölümünə səbəb olan COVİD-19 da daxil olmaqla, biosilah tədqiqatlarını maliyyələşdirdiyini bilirdinizmi?” Bəzi Respublikaçı qanunvericilər də təxminən 120 ölkədə fəaliyyət göstərən USAİD-in fəaliyyətini sərt tənqid ediblər. ABŞ Dövlət Departamentinin məsələ ilə bağlı bəyanatında deyilir ki, USAİD Amerikanın xaricdəki maraqlarını məsuliyyətlə irəlilətmək kimi ilkin missiyasından çoxdan uzaqlaşıb: “İndi aydın olub ki, USAİD-in maliyyələşdirməsinin əhəmiyyətli bir hissəsi ABŞ-ın əsas milli maraqlarına xidmət etmir”.
Tramp administrasiyası mövcud vəziyyətdə USAİD-i Dövlət Departamenti ilə birləşdirməyi düşünür. Artıq dövlət katibi Marko Rubio müvəqqəti olaraq USAİD-in inzibatçısı vəzifəsinin icrasına başlayıb. Bu, qurumun ləğv edilərək Dövlət Departamentinə birləşdirilməsi üçün müvafiq zəminin hazırlanması və USAİD-in tezliklə tarixə qovuşacağı deməkdir. Xatırlatmaq yerinə düşərdi ki, USAİD 1961-ci ildə ABŞ-ın bütün xarici yardım proqramlarını bir müstəqil agentlikdə birləşdirmək üçün ovaxtkı prezident Con Kennedinin təklif etdiyi Konqres aktı ilə yaradılıb. USAİD formal şəkildə müstəqil olub, belə ki, təşkilat prezidentə, dövlət katibinə və Milli Təhlükəsizlik Şurasına hesabat verir.
Qurumun işçi heyətinin sayı 10 min nəfərdən çoxdur və onların üçdə ikisi ABŞ-ın xaricindədir. Təşkilat hər il böyük büdcəni idarə edib və maliyyə Konqres tərəfindən ayrılıb. USAİD-ə bu il üçün federal büdcədən 31 milyard dollar ayırılması nəzərdə tutulub. Amma artıq fəaliyyəti ilə bağlı yaranan yeni reallıqlar fonunda qurum bu vəsaiti istifadə edə bilməyəcək. Bu hal Cənubi Qafqaza da təsirsiz ötüşməyəcək. Düzdür, Azərbaycanda sözügedən təşkilatın fəaliyyəti daha əvvəl dayandırılıb. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ötən ay Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşdən sonra keçirilən birgə brifinqdə bunun səbəbini də izah edib. Nazir bildirib ki, USAİD-in ölkəmizə yardımları ABŞ-ın mənafeyi üçün edilirdi: “Buna görə də biz ABŞ-la sazişlərə xitam verilməsini, USAİD-in layihələrinin dayandırılmasını tələb etdik. Onlar isə bunun dayandırılmasını istəmirdilər. Ona görə də biz bundan sonra yazılı təkliflərimizi ABŞ tərəfinə göndərdik və müzakirələr aparıldı. Biz bir daha şahid olduq ki, USAİD-in yardımları xoşniyyətli deyil. Ona görə də ölkəmizə qarşı qərəzli və zərərli siyasi xətt tutan USAİD-in fəaliyyəti 2024-cü il iyunun 1-dən etibarən de-yure dayandırılıb”. USAİD-in Azərbaycana qarşı kəskin düşmən münasibəti onun sonuncu direktoru Samanta Pauerin fəaliyyətində özünü daha qabarıq şəkildə göstərib. Bu şəxsin separatçı və terrorçu fəaliyyətinə görə Azərbaycan məhkəməsində istintaqı davam etdirilən Ruben Vardanyanla əlaqələri heç kimə sirr deyil. Pauer Vardanyana bağlı “Avropa Mükafatı Komitəsi”nin üzvüdür. Ümumiyyətlə, bu xanımın qərəzli xarakterə malik anti-Azərbaycan fəaliyyəti daim özünü qabarıq şəkildə büruzə verib.
Qonşu Gürcüstan üçün də USAİD-in fəaliyyəti zərərli xarakterə malik olub. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili açıq mətnə bildirir ki, USAİD Gürcüstan-ABŞ dostluğunu gücləndirmək əvəzinə, hələ də düzəldilməyən bəzi ciddi səhvlərə yol verib. O, xüsusilə 2020-ci ildə keçirilən seçkilərdən sonra baş verən hadisələri xatırladaraq bildirib ki, USAİD tərəfindən maliyyələşdirilən ISFED adlı QHT saxta nəticələr yayıb və seçkilərin saxtalaşdırıldığını iddia edib. Lakin sonradan “Gürcü Arzusu” Partiyası saxtakarlığı ifşa edib və ISFED də bunu etiraf edib. Papuaşvili qeyd edib ki, USAİD-in yerli nümayəndəsi Adam Şmidt ISFED məlumatlarının audit edildiyini və heç bir səhvin olmadığını deyərək həm Gürcüstan hökumətini, həm də xalqı aldadıb. O, həmçinin həmin dövrdə ABŞ-ın Gürcüstandakı səfirini də ittiham edərək səfirin böyük ehtimalla məsələdən xəbərdar olmasına baxmayaraq, susduğunu bildirib. Spiker xatırladıb ki, ISFED bu gün də xarici maliyyə dəstəyi ilə Gürcüstanda fəaliyyətini davam etdirir və 2024-cü il seçkilərinin saxtalaşdırıldığını iddia edir. Ancaq nəticələri açıqlamır, çünki həmin nəticələr Mərkəzi Seçki Komissiyasının rəqəmləri ilə uyğun gəlir. Parlament sədri bu nəticələrin USAİD-in təzyiqi ilə gizlədildiyi barədə əsaslı şübhələrinin olduğunu bildirib.
Ermənistana gəlincə, bu ölkə digər xarici subyektlərdən olduğu kimi USAİD-dən gələn tapşırıqları da can-başla icra edib. Hətta bu səbəbdən ötən ilin sonunda USAİD Ermənistana maliyyə yardımının həcmini 120 milyon dollardan 250 milyon dollara qədər artırmaq qərarına gəldiyini bildirib. Lakin USAİD-in zərərli fəaliyyəti fonunda onun ABŞ hakimiyyəti tərəfindən ləğvi prosesinin başlaması Ermənistanı bu havayı Amerika pullarından məhrum edəcək. Elə bu səbəbdəndir ki, USAİD-lə bağlı baş verənlər Ermənistanda böyük narahatlıq və təəssüflə izlənilir. Çünki ölkə əsas xarici hamilərindən və sponsorlarından birini itirir. Bununla belə, görünən odur ki, Tramp administrasiyası USAİD-in ləğvində israrlıdır və Konqresdə Respublikaçıların üstünlüyü bu məsələdə ABŞ prezidentinin istədiyi nəticəyə daha tez nail olmasına imkan verəcək.
MTM Analitik Qrup - musavat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Maskın işçiləri USAID-in məxfi otağına daxil olub - “Bloomberg”
Bu gün, 11:35 |
|
|
|
• Ukrayna, Gürcüstan, Ermənistan USAID-in "demokratiyasından" əziyyət çəkib - Dövlət Dumasının sədri
Bu gün, 11:34 |
|
|
|
• Samux Rayon Mərkəzi Xəstəxanasında qəribə “alış- veriş”… - 125 min manat hara xərclənib?
Bu gün, 11:33 |
|
|
|
• İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? – Qalmaqal yaradan olay...
Bu gün, 11:24 |
|
|
|
• İki yeniyetməni zorladı, biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT
Bu gün, 11:20 |
|
|
|
• “Qumar kralı” Şəkili Yusif - Həbs edildi
Bu gün, 11:17 |
|
|
|
• "150 manatlıqsan" dedi, verilişdə QIRĞIN DÜŞDÜ - VİDEO
Bu gün, 11:16 |
|
|
|
• Naxçıvanda FHN sahibkarlara `RACON KƏSİR`... - "Tez-tez gəlib müxtəlif bəhanələrlə..."
Bu gün, 11:13 |
|
|
|
• İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:08 |
|
|
|
• Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib - Zelenski
Bu gün, 11:07 |
|
|
|
• Tramp “axmaq ölkə” statusundan qurtulmaq istəyir - İNCƏLƏMƏ
Bu gün, 10:54 |
|
|
|
• "ABŞ-dan deportasiya olunan şəxslər Azərbaycana daxil olduqdan sonra barələrində yoxlama aparıla bilər"
Bu gün, 10:48 |
|
|
|
• Pərviz Bülbülə lüks avtomobilində belə görüntüləndi - VİDEO
Bu gün, 10:43 |
|
|
|
• "Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" - ETİRAZ VAR...
Bu gün, 10:40 |
|
|
|
• Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! - Milli Qəhrəmanın ATASI
Bu gün, 10:29 |
|
|
|
• Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub - ƏMR
Bu gün, 10:26 |
|
|
|
• “Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir - DİQQƏT!
Bu gün, 10:25 |
|
|
|
• Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib
Bu gün, 10:18 |
|
|
|
• AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan faktdır – ŞƏRH
Bu gün, 10:17 |
|
|
|
• "İndi amerikalılar özləri etiraf edirlər ki..." - deputat
Bu gün, 10:16 |
|
|
|
• “ForFinance” adlı BOKT yaradıldı – 1 milyon manat nizamnamə kapitalı ilə!
Bu gün, 10:13 |
|
|
|
• Rusiyada bu gündən miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar qüvvəyə minib
Bu gün, 10:11 |
|
|
|
• Litva şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:06 |
|
|
|
• Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI - NƏ BAŞ VERİR?
Bu gün, 10:01 |
|
|
|
• Talıbovla bağlı BÖYÜK SİRR: Kürsüsü niyə BOŞ QALIB? - SƏN DEMƏ...
Bu gün, 09:56 |
|
|
|
• Günün fotosu: - Uçmağa var qanadım...
Bu gün, 09:54 |
|
|
|
• Çörəyin qiymətini ucuzlaşdırmaq mümkündür - TƏKLİF VAR...
Bu gün, 09:44 |
|
|
|
• SOCAR-ın dənizdəki bəzi işçiləri TƏXLİYYƏ OLUNDU
Bu gün, 09:37 |
|
|
|
• "Başçıya demişik... amma nə olsun..." - GİLEY
Bu gün, 09:36 |
|
|
|
• Şantaja görə həbs olunan sayt rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 09:23 |
|
|
|
• Azərbaycanı onlar ŞİKAYƏT EDİB - Elə məlumatlar AÇIQLANDI Kİ...
Bu gün, 09:19 |
|
|
|
• Ağstafada hərbçilər dəm qazından zəhərləndi
Bu gün, 09:17 |
|
|
|
• Ermənistan Azərbaycanın şərti ilə artıq razılaşıb - İNCƏLƏMƏ
Bu gün, 09:14 |
|
|
|
• Hacı Qalib SÜKUTU POZDU... - “İstəyirdilər mənə qarşı belə bir şey etsinlər”
Bu gün, 09:13 |
|
|
|
• Sərhəddəki görüntülər SÜLHÜN XƏBƏRÇİSİ DEYİL - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11 |
|
|
|
• “Rus evi” elə USAİD-in bir formasıdır... - BAĞLAMAQ ÇƏTİNDİRMİ?
Bu gün, 09:08 |
|
|
|
• Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
Bu gün, 09:05 |
|
|
|
• Rusiya ilə görüşdə ilk bu ərazini tələb edəcəyik - Zelenski
Bu gün, 09:01 |
|
|
|
• Siyavuş Novruzovun İmişlinin rəhbəri haqda dedikləri... - Elçin Rzayev niyə susur?
Bu gün, 08:59 |
|
|
|
• Jurnalist Şəmşad Ağa saxlanılıb - BU İTTİHAMLA...
Bu gün, 08:53 |
|
|
|
• USAİD-in ləğvi Ermənistanı yasa boğub - GÖRÜNƏNİ BUDUR
Bu gün, 08:49 |
|
|
|
• "Əslində, bu, Donald Trampa səs verməyənləri də ciddi narahat edən məsələlərdən biridir" - Zaur Bayramlı
Bu gün, 08:40 |
|
|
|
• “Nə təhsilimizə davam edə bilirik, nə də işləyə…” - Tanınmayan diplom problemi
Bu gün, 08:38 |
|
|
|
• Qazaxlar ruslara elə `PAS ÖTÜRDÜLƏR Kİ...` - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:36 |
|
|
|
• "Əlilliyi ləğv olunan işçi nə əlilliyini bərpa edə bilir, nə də..." - AKTUAL
Bu gün, 08:30 |
|
|
|
• AZƏRİQAZ rəhbərliyi buraları YOXLAMAQ İSTƏSƏ... - "Hər şeyin yerli-yerində araşdırılmasına..."
Bu gün, 08:26 |
|
|
|
• Türkiyə-Ermənistan sərhədi açılır -ŞƏRH
Bu gün, 07:21 |
|
|
|
• "Bunu təşviq edəcək dövlət proqramları olmalıdır..." - ÇAĞIRIŞ
Bu gün, 07:17 |
|
|
|
• Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
Bu gün, 06:34 |
|
|
|
• Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budur – "Ucuz başa gəlir"
Bu gün, 06:30 |
|
|
|
|