Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin rəisi Dədəş Ataşov vəzifəsindən azad edilib.
"DİA-AZ" "qaynarinfo"ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə daxili xidmət polkovniki Ataşov Dədəş Əlbağış oğlu işdən çıxarıb.
Onun yerinə Talıbzadə Füzuli Yusif oğlu təyin olunub.
Qeyd edək ki, Dədəş Ataşov 2008-ci ildən İmişli Rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsində çalışıb.