Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Nazir 16 ildir rəis işləyən polkovniki işdən çıxardı
Nazir 16 ildir rəis işləyən polkovniki işdən çıxardıDünən, 17:47 |
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin rəisi Dədəş Ataşov vəzifəsindən azad edilib. "DİA-AZ" "qaynarinfo"ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə daxili xidmət polkovniki Ataşov Dədəş Əlbağış oğlu işdən çıxarıb. Onun yerinə Talıbzadə Füzuli Yusif oğlu təyin olunub. Qeyd edək ki, Dədəş Ataşov 2008-ci ildən İmişli Rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsində çalışıb. Geri qayıt |