Milli Qəhrəman Salatın Əsgərovanın anım günüdür .....                     "Ali təhsilli qızıma xadimə işi təklif olunur" .....                     Paşinyan Qərbi Azərbaycana qayıdışdan imtina edə bilməyəcək... ÇÜNKİ... .....                     “Cəmi 2 ay 170 manat aliment ödəyən biri ata sayıla bilərmi?” .....                     Azərbaycanda dövlət müəssisəsində kütləvi ixtisar: 100-ə yaxın əməkdaş işdən çıxarıldı .....                     ATƏT-in yeni sədri Kiyevdə Zelenski ilə görüşüb .....                     Vətəndaş AZƏRİQAZ-dan narazılıq edir .....                     Dələduzlar tərəfindən 100 minlərlə vətəndaş aldadılıb: İşə düzəltmə agentlikləri ləğv olunmalıdır .....                     Tıxacda “boğulan” Bakı: “Yol infrastrukturundan kiçik məmurlara qədər...” .....                     Trampın Qrenlandiya ilə bağlı sözləri Avropada təşviş yaradıb .....                     "Bütün müraciətlərimə rədd cavabı verilir" .....                     Azərbaycanın yeni dünya vizyonu .....                     “Liv Bona Dea Hospital”-da müəmmalı ölüm işi .....                     Ermənilər sərhədimizdə daha bir dayaq məntəqəsi tikir .....                     "El üçün yox, ev üçün yaşamaq lazımdır" .....                     Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı .....                     Bu şirkət tikinti işlərindən 683 min manat .....                     Nazirlik 9 milyonluq mühafizə xidmətini bu şirkətlərdən alacaq .....                     Ağstafada polis vətəndaşa xuliqanlıqla işgəncə verən ata və oğulu ifşa edib .....                     Əliyevin mesajının şifrələri: .....                     "Bəlkə də onların daha vacib işləri var idi... Bu da bir dərsdir..." .....                     Naxçıvan gömrüyü belə talan olunurmuş .....                     "Pul xərcləməyən kişi ilə görüşməyə dəyməz, cinsəllikdən sonra..." .....                     Papikyan nələr yazıb: Bakını alacağıq, Naxçıvan, Cavax... .....                     Fransanın təlim keçdiyi əsgərlər fərarilik edirlər .....                     Tehran hakimiyyəti Amilinin səhvini düzəltməyə səy göstərir .....                     "Düşünürəm ki, bunu etsəm, nə deyərlər?.. .....                     İrandan Azərbaycana qarşı hədyan .....                     UNDP-nin Bakı ofisində milyon dollarlıq qanunsuz qrant əməliyyatları .....                     "Əhd eləmişəm Zəngəzur dəhlizi çəkilsə İrəvana gedəcəm" .....                     “Elmanado” MMC ölkədən pul çıxarmaqda ittiham edilir .....                     Prezidentdən Zəngəzur mesajı .....                     “Beer Muxtar”da alkoqollu içkilərə də .....                     Bu şirkət Zəngilanda yaşayış məntəqəsini yenidən quracaq .....                     "“Əmrahbank”la məhkəməmiz davam edir..." .....                     Azərbaycan və Türkiyənin maraqları Suriyada da üst-üstə düşür .....                     Tural Abbaslı 150 manatlıq ayaqqabı geyinir, digər siyasətçilər isə... .....                     Müğənni Samir Bağırov cinsiyyətini DƏYİŞİB? .....                     Nazir 16 ildir rəis işləyən polkovniki işdən çıxardı .....                     Dollar satışı niyə artıb? .....                 

Makron ona görə qəzəblidir ki... - İNCƏLƏMƏ
Tarix: Dünən, 10:11 | Çap et
Makron ona görə qəzəblidir ki...
Fransa prezidentinin Azərbaycana qarşı səsləndirdiyi növbəti əsassız iddiaları və real faktları təhrif edən təxribat dolu açıqlamaları qəbuledilməzdir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat katibi Ayxan Hacızadə Fransa Prezidentinin səfirlər konfransında Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları barədə medianın sualına cavabında deyib.

Qeyd olunub ki, özünü beynəlxalq hüququn müdafiəçisi kimi təqdim edən Fransa heç zaman Azərbaycana münasibətdə beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasını, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətini, kütləvi qırğınları və insanlıq əleyhinə cinayətləri heç zaman tənqid etməyib: "Fransa tərəfinə bir daha xatırlatmaq istərdik ki, Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həyata keçirdiyi haqq-ədalət müharibəsi yalnız Ermənistan işğalına son qoymaq məqsədilə aparılıb. Bölgədə sülh üçün real şərait yarandığı bir dönəmdə, Azərbaycanın öz əraziləri üzərində suverenliyini sual altına qoyan, Ermənistanı revanşizmə hazırlayan, bu ölkənin geniş şəkildə silahlanmasını həyata keçirən Fransanın bu kimi təhrikçi açıqlamalarını qətiyyətlə pisləyirik. Fransanın məkrli neo-kolonial siyasətinin təzahürü olan dənizaşırı ərazilərində apardığı uğursuz fəaliyyətin səbəblərinin Azərbaycan üzərinə yönləndirilməsi isə Fransanın yanlış siyasətindən xəbər verir. Digər ölkələri təqsirləndirmək əvəzinə, Fransanın səriştəsiz xarici siyasətindən dərs çıxarması daha faydalı olardı. Fransadan sülhə xidmət etməyən və regionda sabitliyi pozan addımlarına son qoymağı tələb edirik". Qeyd edək ki, 6 yanvar 2025-ci il tarixində Fransa Prezidenti Emmanuel Makron səfirlər konfransında çıxışı zamanı bildirib ki, “Ermənistana münasibətdə Rusiya müttəfiqlik əlaqələrinə dəyişiklik edərək, Azərbaycanın fəaliyyətini dəstəkləyib”. O həmçinin qeyd edib ki, “Fransanın özü son aylarda bir çox dənizaşırı ərazilərində, xüsusilə də Yeni Kaledoniyada Azərbaycan tərəfindən qəbuledilməz müdaxilələrlə hücumlara məruz qalıb. Bizim beynəlxalq hüququ və Ermənistanı müdafiə etdiyimizi anlamayan Azərbaycan bununla məsələni həll etdiyini düşünür”. Fransa ilə Azərbaycan arasındakı münasibətlər uzun müddətdir gərgindir. Bunun əsas səbəbi Makron hakimiyyətinin Cənubi Qafqaza və Azərbaycana qeyri- obyektiv yanaşmasıdır. Ən bariz nümunəsi kimi İkinci Qarabağ müharibəsi dövründə Yelisey sarayının ortaya qoyduğu münasibəti göstərə bilərik. Digər tərəfdən, bu gün rəsmi Bakı özünün uğurlu xarici siyasəti nəticəsində regionda və dünyada yeni reallıq yaradıb. Paris bu reallığı qəbul etmək istəmir. Yelisey sarayı bütün imkanları ilə regiona daxil olmaq istəyir. Bunun üçün bölgənin ən zəif bəndi olan Ermənistandan istifadə edilir.

Politoloq Elçin Xalidbəyli "Sherg.az"a açıqlamasında deyib ki, Emmanuel Makron Fransanın Paşinyanıdır, yəni eyni ağılda, eyni dərrakədədirlər. Ekspertə görə, hər iki şəxs öz ölkələrini, eyni davranışla, eyni təfəkkürlə dağıtmaqla, çökdürməklə məşğuldurlar:

"Makronun "Rusiyanın Ermənistanı dəstəkləməyərək Azərbaycanı dəstəklədiyini" iddia etməsi absurd, mənasız bir iddiadır. Rusiya müstəqillik dövrünün əvvəlindən Ermənistana hər cür dəstəyi verib. Rus ordusu Azərbaycana qarşı Ermənistan tərəfdən vuruşub, Azərbaycan torpaqlarının işğalında iştirak edib. Rusiya Ermənistan ordusunu hər cür silahla silahlandırıb. Sadəcə, 44 günlük savaş dövründə Rusiya Ermənistana birbaşa dəstək verə bilmədi. Düzdür, savaş ərəfəsində Rusiya Ermənistana silah göndərirdi. Ancaq birbaşa açıq dəstək verə bilmədi. Çünki Azərbaycan artıq güclü, özünü müdafiə etməyi bacaran və hər kəsə yerini göstərmək imkanında olan bir dövlət idi. Ona görə də Rusiya Azərbaycanla münasibətləri həddindən artıq korlamaq cəsarət etmədi. Kənardan savaşı müşahidə etmək məcburiyyətində qaldı. Makronun iddiaları ona görə absurddur ki, guya Fransa beynəlxalq hüquq və Ermənistanı müdafiə edir. Beynəlxalq hüquq Ermənistanın tərəfində deyil ki, erməniləri beynəlxalq hüquqla müdafiə etmək mümkün olsun. 44 günlük savaşda müharibə Azərbaycan ərazilərində gedirdi. Azərbaycan beynəlxalq hüququn tanıdığı ərazilərini bərpa edirdi. Yəni bütün bunlar onu göstərir ki, Makron qeyri-ciddi və absurd, məntiqsiz yanaşma ilə bu məsələyə münasibət bildirib. Digər tərəfdən, Azərbaycanı Fransanın daxili işlərinə qarışmaqda ittiham etməsi də olduqca gülməli iddiadır".

E.Xalidbəyli vurğulayıb ki, Makron beynəlxalq hüquqdan danışır, amma nəzərə almır ki, hüquqda müstəmləkəçilik bəşəri cinayət hesab olunur: "Fransa isə Hollandiya ilə yanaşı, hazırda bu bəşəri cinayətlə, yeni müstəmləkəçiliklə hələ də məşğul olan iki dövlətdən biridir. Fransa hələ də bəzi ölkələri, eyni zamanda xalqları istismar edir, zorakılıqla məşğul olur. Həmin xalqlara qarşı xalqların azad və sərbəst yaşamaq hüquqlarını tapdalayır. Azərbaycan da beynəlxalq hüquq normalarına uyğun şəkildə Fransanın müstəmləkəçilik siyasətinə etiraz edir. Bu, Fransanın daxili işlərinə qarışmaq anlamı daşımır. Azərbaycan doğru olanı edir, beynəlxalq hüququn tələblərini yerinə yetirir. Bu baxımdan Makronun Azərbaycanı Fransanın daxili işlərinə qarışması ilə bağlı ittihamı məntiqsiz və gülməli bir iddiadır".
Siyasi şərhçi bəyan edib ki, əslində, Makronu Azərbaycanla bağlı qəzəbləndirən əsas məsələ ondan ibarətdir ki, Fransanın Azərbaycana gücü çatmır. Azərbaycan Fransanın maraqları çərçivəsində xarici siyasət yürütməkdən imtina edir və haqlı olaraq imtina edir. Azərbaycan Fransa ilə bərabərhüquqlu münasibətlər qurmağa üstünlük verir və öz xarici siyasətində Fransanın maraqlarını nəzərə almağa qətiyyən ehtiyac duymur. Fransa isə özünü hələ də "böyük dövlət", "nəhəng dövlət" hesab etdiyindən Azərbaycanın xarici siyasətindən qıcıqlanır, qəzəblənir. Ona görə də Azərbaycanı hədəfə alır. Bakı Fransanı Cənubi Qafqaza buraxmaq niyyətində olmadığını qətiyyən gizlətmir. Azərbaycanın razılığı olmadan Fransa Cənubi Qafqazda yerləşmək şansına malik olmadığını anlayır. Bütün bunlar onu göstərir ki, Fransa ermənipərəst mövqeyində həm də qisasçı yanaşmadan çıxış edir".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Milli Qəhrəman Salatın Əsgərovanın anım günüdür
Bu gün, 01:11
"Ali təhsilli qızıma xadimə işi təklif olunur" - BU NƏDİ BELƏ?
Bu gün, 00:59
Paşinyan Qərbi Azərbaycana qayıdışdan imtina edə bilməyəcək... ÇÜNKİ... - Öhdəliyi var...
Bu gün, 00:55
“Cəmi 2 ay 170 manat aliment ödəyən biri ata sayıla bilərmi?” - QARADAĞ SAKİNİ NƏVƏSİNİN QƏYYUMLUĞUNUN ONA VERİLMƏMƏSİNDƏN ŞİKAYƏTÇİDİR
Bu gün, 00:53
Azərbaycanda dövlət müəssisəsində kütləvi ixtisar: 100-ə yaxın əməkdaş işdən çıxarıldı - HƏLƏ DAVAM EDƏCƏK...
Bu gün, 00:51
ATƏT-in yeni sədri Kiyevdə Zelenski ilə görüşüb
Bu gün, 00:49
Vətəndaş AZƏRİQAZ-dan narazılıq edir - MÜRACİƏT
Bu gün, 00:47
Dələduzlar tərəfindən 100 minlərlə vətəndaş aldadılıb: İşə düzəltmə agentlikləri ləğv olunmalıdır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:40
Tıxacda “boğulan” Bakı: “Yol infrastrukturundan kiçik məmurlara qədər...” - NƏ ETMƏLİ?
Bu gün, 00:34
Trampın Qrenlandiya ilə bağlı sözləri Avropada təşviş yaradıb - Bild
Bu gün, 00:31
"Bütün müraciətlərimə rədd cavabı verilir" - GİLEY
Bu gün, 00:29
Azərbaycanın yeni dünya vizyonu - İNCƏLƏMƏ
Bu gün, 00:21
“Liv Bona Dea Hospital”-da müəmmalı ölüm işi - Abbasəli Abbasəliyev Şahini səhv müalicə etdi
Bu gün, 00:19
Ermənilər sərhədimizdə daha bir dayaq məntəqəsi tikir - "Bez Tormozov"
Bu gün, 00:17
"El üçün yox, ev üçün yaşamaq lazımdır"
Bu gün, 00:14
Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
Bu gün, 00:10
Bu şirkət tikinti işlərindən 683 min manat - QAZANC GÖTÜRƏCƏK
Bu gün, 00:05
Nazirlik 9 milyonluq mühafizə xidmətini bu şirkətlərdən alacaq – MƏBLƏĞLƏR
Bu gün, 00:02
Ağstafada polis vətəndaşa xuliqanlıqla işgəncə verən ata və oğulu ifşa edib - FOTO
Dünən, 23:05
Əliyevin mesajının şifrələri: - Zəngəzur dəhlizinin önəmi...
Dünən, 23:00
"Bəlkə də onların daha vacib işləri var idi... Bu da bir dərsdir..." - İlkin Həsəni KİMLƏRİ QINADI?
Dünən, 22:58
Naxçıvan gömrüyü belə talan olunurmuş - CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB OLUNAN SABİQ SƏDR AÇIQLADI
Dünən, 22:55
"Pul xərcləməyən kişi ilə görüşməyə dəyməz, cinsəllikdən sonra..." - Məşhur psixoloqdan ŞOK AÇIQLAMALAR
Dünən, 22:38
Papikyan nələr yazıb: Bakını alacağıq, Naxçıvan, Cavax... - VİDEO
Dünən, 22:31
Fransanın təlim keçdiyi əsgərlər fərarilik edirlər - Poroşenko
Dünən, 20:18
Tehran hakimiyyəti Amilinin səhvini düzəltməyə səy göstərir - ALINACAQMI?
Dünən, 20:14
"Düşünürəm ki, bunu etsəm, nə deyərlər?.. - Uşaqlarım var axı.."
Dünən, 19:59
İrandan Azərbaycana qarşı hədyan – Əmr oradan verilib
Dünən, 19:51
UNDP-nin Bakı ofisində milyon dollarlıq qanunsuz qrant əməliyyatları - İFŞA
Dünən, 19:49
"Əhd eləmişəm Zəngəzur dəhlizi çəkilsə İrəvana gedəcəm" - Zərdüşt Əlizadə
Dünən, 19:02
“Elmanado” MMC ölkədən pul çıxarmaqda ittiham edilir - DETALLAR
Dünən, 19:00
Prezidentdən Zəngəzur mesajı - “Bu bəyanatın arxasında güc dayanır"
Dünən, 18:58
“Beer Muxtar”da alkoqollu içkilərə də HARAM QATIRLAR...
Dünən, 18:09
Bu şirkət Zəngilanda yaşayış məntəqəsini yenidən quracaq - 19 MİLYON QAZANACAQ
Dünən, 18:05
"“Əmrahbank”la məhkəməmiz davam edir..." - QALMAQAL
Dünən, 18:01
Azərbaycan və Türkiyənin maraqları Suriyada da üst-üstə düşür - ŞƏRH
Dünən, 17:58
Tural Abbaslı 150 manatlıq ayaqqabı geyinir, digər siyasətçilər isə... - SORĞU
Dünən, 17:57
Müğənni Samir Bağırov cinsiyyətini DƏYİŞİB? - özündən AÇIQLAMA
Dünən, 17:52
Nazir 16 ildir rəis işləyən polkovniki işdən çıxardı - ƏMR
Dünən, 17:47
Dollar satışı niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:44
Almatıdan Antalyaya uçan təyyarə Aktauda təcili eniş edib
Dünən, 17:42
Vəzifəli şəxsi maşın vurub öldürdü - FOTO
Dünən, 17:40
Azərbaycanda hərbi xidmət müddəti 6 ay olur? - AÇIQLANDI
Dünən, 17:39
Vardanyanı hansı cəza gözləyir? - AÇIQLAMA
Dünən, 17:35
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağının tarixi dəyişdi - YENİ TARİX
Dünən, 17:30
Müşfiq Həşimov həbsdə ÖLDÜ
Dünən, 17:22
Raqif Abbasovun məhkəməsi başladı - DETALLAR
Dünən, 17:17
“Həyatı boyu pul yemərəm, mən ancaq pulu saymışam” - MƏHKƏMƏ
Dünən, 17:16
Hacı İbrahim Nehrəmlinin şirkəti MƏHKƏMƏ QARŞISINDA
Dünən, 17:09
Partiyalar bələdiyyə seçkilərinə neçə namizədlə qatılacaq? – SORĞU
Dünən, 17:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru