“Report” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.
"Yanvarın 8-də Almatı-Antalya marşrutu üzrə KC915 reysini yerinə yetirən “Airbus A321” tipli təyyarə yerli vaxtla saat 8:35-də hava limanından havaya qalxıb. Təyyarə texniki səbəbdən Aktau hava limanına ştat rejimində eniş edib. Buna səbəb əsas çənin yanacaq sisteminin qoruyucu klapanının nasazlığı olub", - məlumatda bildirilib.
Məlumata görə, Almatıdan ehtiyat hissəsinin gətirilməsinin zəruriliyi ilə əlaqədar reys yanvarın 9-u saat 9:20-yə təyin edilib.
"Sərnişinlər yeməklə təmin olunub və mehmanxanaya yerləşdirilib. Antalyadakı sərnişinlərlə də bağlı analoji tədbirlər görülür", - aviaşirkət bildirir.