Azərbaycanın 3 gəmisi heyətlə birgə girov götürülüb .....                     Biri-birini təkzib edən açıqlamalar: .....                     "Nikol Paşinyan Ermənistan ordusuna nəzarəti itirib, .....                     Paşinyanın qadınlarla bağlı qərarı etiraz yaratdı .....                     Sülh olmasa, müharibə başlaya bilərmi? .....                     Kiyev xaricdəki ukraynalıları geri qaytarmaq istəyir .....                     Ərini öldürüb, meyitini parçalayan qadınla bağlı ŞOK FAKTLAR .....                     Azərbaycanda dəhşət: Fəhlə betonqarışdıranın içində öldü .....                     İki ölkəni hədəf alan plan Bakıda məhv edildi .....                     “Premium Bank”a sığorta agenti fəaliyyəti lisenziyası verilib .....                     Yardımlı sakini ünvanlı sosial yardım ala bilmir .....                     Naxçıvan Dövlət Milli Dram Teatrına direktor təyin edilib .....                     Köçəryanın oğlunun işi üzrə məhkəmə iclası keçirilir .....                     Nazirin bacanağının şirkəti ilə dövlət qurumu arasında sığorta qalmaqalı .....                     Suraxanıda ağacları kəsib yerində obyekt tikirlər .....                     Moskvanın “ölüm səssizliyi”... .....                     "Putinin dövlət başçımıza iki dəfə zəng etməsi və üzr istəməsi..." .....                     Sankt-Peterburqdan Özbəkistana uçan təyyarə Moskvaya məcburi eniş edib .....                     İsrail Türkiyə ilə müharibəyə hazır olmalıdır? .....                     Türkiyə 2 min km mənzilli raket istehsal edib .....                     Bu şirkət icarə xidmətindən 1,5 milyon manat .....                     Naxçıvanda camaata NƏ YEDİRİRLƏR: BİLMƏK İSTƏYİR... .....                     Saxta həkimlərin qurbanı olanlar: Bu qadınlar ərindən xəbərsiz süni mayalanmaya gedir .....                     Qazaxıstan ədalətli araşdırmadan yayınacaqmı? .....                     Şahin Bağırov şöbə rəisini işdən çıxardı: Xidmətə müavin təyin etdi .....                     Gəncədəki Mərkəzi Qan Bankına SU DAMIR... .....                     Azərbaycanda bir sıra büdcə təşkilatlarında əməkhaqları artırılıb .....                     "Mən ailəmin çörəyindən kəsib, odun alıram" .....                     “Dedilər ki, bu qədər ödə, sizə “Əməkdar artist” adı verək" .....                     AYNA-dan qulaqardı YANAŞMA .....                     Sərhəddə atılan güllələrin üzərində hansı paytaxtların adı yazılıb? .....                     Vüqar Qurbanov onu baş həkim təyin etdi .....                     ABŞ-dan Bakıya gözlənilən məktub: .....                     Lalə Şövkətdən yeni qərar: Əvəz Temirxana qadağa qoydu .....                     Azərbaycan niyə İranda bu qədər qıcıq yaradır? .....                     “Veysəloğlu”da yeni təyinat .....                     Pentaqon “WeChat”ın tərtibatçısını Çin ordusu ilə əlaqəli olan şirkətlərin siyahısına saldı .....                     Azərbaycanda DƏHŞƏT: .....                     MN-də 143 milyon mənimsəmə faktına görə təqsirləndirilən sabiq vəzifəli şəxslər barələrindəki hökmdən apellyasiya şikayəti veriblər .....                     AQTA-da hansı ölkənin qanunları işləyir? .....                 

Yeni ildə sülh gözləntisi: ümidlər, risklər və əngəllər - İNCƏLƏMƏ
Tarix: Dünən, 10:58 | Çap et
Yeni ildə sülh gözləntisi: ümidlər, risklər və əngəllər
Ötən 2024-cü ildə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağı gözləntiləri çox idi. Analitiklərin bir çoxu 2024-cü ili “sülh ili” kimi xarakterizə edirdilər. Bu proqnozlar üçün təbii ki, əsaslar da mövcud idi. Çünki 2023-cü ilin sentyabrında Azərbaycan Ordusu Qarabağda keçirdiyi antiterror əməliyyatı ilıə suverenliyini bütün ərazilərində bərpa etdi. Qarabağda yaşayan təxminən 20 min erməninin bölgəni könüllü şəkildə tərk etməsindən sonra sülh sazişinin imzalanması üçün real şəraitin yetişdiyi düşünülürdü.

Amma sülh sazişi üçün Azərbaycan tərəfinin şərtlərinin, daha doğrusu, iki şərtinin – Ermənistan Konstitusiyasında dəyişiklik və ATƏT-in Minsk Qrupunun de-yure ləğvi üçün tərəflərin birgə müraciəti şərtinin İrəvan tərəfindən yerinə yetirilməməsi sülh müqaviləsinin imzalanmamasına zəmin yaratdı.

Artıq 2025-ci ilin ilk günlərini yaşayırıq. Bu il də yekun sülh sazişinin imzalanacağını düşünənlər mövcuddur. Amma pessimist yanaşmalar da mövcuddur.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran Azərbaycanlı politoloq, siyasi elmlər doktoru, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini Nazim Cəfərsoy deyib ki, Azərbaycan perspektivindən 2024-cü il ümidli başlamışdı:

- Qarabağ zəfərindən sonra Azərbaycan antiterror əməliyyatları ilə suverenliyini tam bərpa etmişdi. Bundan sonra Azərbaycanın önündə bir neçə əsas məqsəd var. Şübhəsiz ki, əsas məsələ Azərbaycanla Ermənistan arasında sülh sazişidir. 2023-cü ilin sentyabrındakı antiterror əməliyyatından sonra düşünülürdü ki, sülh müzakirələri 2024-cü ildə yekunlaşacaq. Bu barədə müsbət proqnozlar mövcud idi. Belə proqnozu verməyə əsas verən addımlar da mövcud idi. Məsələn, ötən il ilk dəfə Ermənistan dinc yolla Azərbaycanın ərazilərini qaytardı, orada delimitasiya və demarkasiya işləri həyata keçirildi. Söhbət Qazaxın işğaldan azad edilən dörd kəndindən və o hissədəki sərhədlərin dəqiqləşməsindən gedir. Bu, çox önəmli hadisə idi.

Eyni zamanda, Azərbaycanın Qarabağ bölgəsində 2020-ci ildə yerləşdirilmiş Rusiya sülhməramlı missiyasının taleyinin necə olacağı sualları vardı. Bir çox hallarda sülhməramlı kontingentin bölgəni tərk etməyəcəyi bildirilirdi. Amma Azərbaycan diplomatiyasının uğurlu gedişi ilə sülhməramlılar ərazidən çıxarıldı. Hətta bu proses gözlənildiyindən daha sürətli şəkildə baş verdi. Azərbaycan dövləti elə uğurlu xətt seçdi ki, sülhməramlı məsələsi birdəfəlik həll olundu. Sülhlə bağlı da bir çox uğurlu addımlar atılıb. Bəllidir ki, sülh sazişi layihəsinin demək olar ki, 85-90 faizi razılaşdırılıb. Bu, tərəflərin, yəni Bakı və İrəvanın bəyanatlarından bəlli olur. Hesab edirəm ki, 2024-cü ildən sülhlə bağlı gözləntilər tam doğrulmasa da, bu istiqamətdə müsbət addımlıar atılıb. Ümumilikdə, 2024-cü ili sülh prosesində irəliləyiş ili kimi xarakterizə etmək mümkündür.

- Artıq 2025-ci ildəyik və bu ildən sülh gözləntiləri realdırmı?

- Əlbəttə, gözləntilər çoxdur. Xüsusilə də, Azərbaycan cəmiyyətində sülh sazişi ilə bağlı gözləntilər var. Çünki Azərbaycan Ordusunun zəfəri ilə bitən müharibədən 4 ildən çox vaxt keçib. Məntiqlə hər bir müharibə sülhlə yekunlaşmalıdır. Amma mən proqnozlarda, gözləntilərdə bir qədər ehtiyyatlılğın tərəfdarıyam. Çünki pozitiv düşünməyə əngəl olan bir çox məsələlər var. Hazırkı mənzərəyə daha diqqətli, ehtiyyatlı baxılmasından yanayam. Elə nüanslar var ki, bunlar 2025-ci ildə sülh sazişinin imzalanacağına ümidləri azaldır. Baxın, Ermənistan tərəfindən sülh barədə bəyanatlar verilsə də, sürətlə silahlanır. Azərbaycan da müdafiə xərclərini hədsiz dərəcədə artırıb. Görünən odur ki, Azərbaycan dövlətinin idarəedicilərinin fikrincə, 2025-ci il həm Ermənistan faktoru baxımından, həm də regional faktorlar baxımından yetərincə riskli qiymətləndirilir. Üstəlik, riskli il olduğu fikrini dəstəkləyən başqa faktorlar da mövcuddur. Məsələn, Azərbaycanın quru sərhədlərinin açılmamasının real səbəbi təhlükəsizlik göstərilir. Bunu ölkənin birinci şəxsi bir neçə dəfə söyləyib. Addımlar onu göstərir ki, bölgədə optimist olmağa imkan tanımayan motivlər var.

Sülh sazişinin imzalanması həm də rəsmi İrəvanın atacağı addımlardan və erməni cəmiyyətinin təfəkküründə dəyişikliklərdən asılıdır. Biz özümüz-özümüzlə sülh sazişi imzalamırıq, qarşı tərəf var. Sual olunur ki, Ermənistan rəhbərliyi və erməni cəmiyyəti sülhə hazırdırmı?

- Sizcə, rəsmi İrəvan və erməni cəmiyyəti buna hazırdırmı?

- Rəsmi İrəvan hər halda sülh bəyanatları verir, müəyyən razılaşmalara hazır olduğunu bildirir. Digər tərəfdən, silahlanma həyata keçirilir ki, bu da sülhə əngəldir. Bəlkə də Ermənistanın havadarlarının təsirləri olmasa, basqıları olmasa, rəsmi İrəvanın sülh sazişinə hazır olduğunu demək mümkün olar. Demək ki, Ermənistana təsir və təzyiqlərdən çox şey asılıdır.

Erməni cəmiyyətinin sülhə hazır olduğunu isə demək mümkünsüzdür. Mən bu məsələdə o qədər də optimist deyiləm. Çünki Ermənistanın daxilində son 200 ildə formalaşmış daxili siyasi mühit, elit təbəqənin mənəzərəsi, onun cəmiyyətə təbliğatı o qədər də dəyişikliyə səbəb olmayıb. Ermənilərin canından türk əleyhdarlığı, türk düşmənçiliyi çıxa bilmir. Oradakı siyasətçilər, hansı ki, buraya Baş nazir Nikol Paşinyan da daxildir, dönüb cəmiyyətə deyəndə ki, “biz artıq öz maraqlarımızı qorumalıyıq”, oradakı erməni elitası, cəmiyyəti bundan şok keçirir. Revanşist, ya revanşist olmayan olsun, sayları az, yaxud çox olsun, fərqi yoxdur, bir tərəfdən katakalizm içərisinə girir. Çünki indiyədək onun anladığı Ermənistan, onun xəyalındakı Ermənistan reallığa uyğun olmayan, yalan üzərində qurulmuş Ermənistandır. Təsəvvür edin ki, bir anda cəmiyyətə 200 ildir inandığı dövlətin əslində mif olduğunu, reallığın başqa olduğunu deyirsən. Təbii ki, bu cəmiyyət şoka düşəcək. Reallığı anlaması, dərk etməsi və buna uyğunlaşması erməni cəmiyyəti üçün üçün elə də asan deyil. Ona görə də 2025-ci ildə sülhün əldə olunması sualına birmənalı cavab vermək çətindir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanın 3 gəmisi heyətlə birgə girov götürülüb - VİDEO
Bu gün, 22:36
Biri-birini təkzib edən açıqlamalar: - İranda hakimiyyət bir nöqtədən idarə olunmur
Bu gün, 19:00
"Nikol Paşinyan Ermənistan ordusuna nəzarəti itirib, sülh müqaviləsini gündəlikdən çıxartmağa çalışır"
Bu gün, 18:58
Paşinyanın qadınlarla bağlı qərarı etiraz yaratdı
Bu gün, 18:09
Sülh olmasa, müharibə başlaya bilərmi? - ŞƏRH
Bu gün, 18:08
Kiyev xaricdəki ukraynalıları geri qaytarmaq istəyir
Bu gün, 18:01
Ərini öldürüb, meyitini parçalayan qadınla bağlı ŞOK FAKTLAR - VİDEO
Bu gün, 17:56
Azərbaycanda dəhşət: Fəhlə betonqarışdıranın içində öldü - "İş düzgün araşdırılmır"
Bu gün, 17:52
İki ölkəni hədəf alan plan Bakıda məhv edildi – Qafqazda yeni təhlükə
Bu gün, 17:48
“Premium Bank”a sığorta agenti fəaliyyəti lisenziyası verilib
Bu gün, 17:45
Yardımlı sakini ünvanlı sosial yardım ala bilmir - nazirlikdən xahiş edir
Bu gün, 17:36
Naxçıvan Dövlət Milli Dram Teatrına direktor təyin edilib - FOTO
Bu gün, 17:35
Köçəryanın oğlunun işi üzrə məhkəmə iclası keçirilir
Bu gün, 17:23
Nazirin bacanağının şirkəti ilə dövlət qurumu arasında sığorta qalmaqalı - TƏFƏRRÜAT
Bu gün, 17:21
Suraxanıda ağacları kəsib yerində obyekt tikirlər - BU DA BU...
Bu gün, 17:16
Moskvanın “ölüm səssizliyi”... DAVAM EDİR!
Bu gün, 17:10
"Putinin dövlət başçımıza iki dəfə zəng etməsi və üzr istəməsi..." - deputat
Bu gün, 17:06
Sankt-Peterburqdan Özbəkistana uçan təyyarə Moskvaya məcburi eniş edib
Bu gün, 17:00
İsrail Türkiyə ilə müharibəyə hazır olmalıdır? - AKTUAL
Bu gün, 16:45
Türkiyə 2 min km mənzilli raket istehsal edib - Ərdoğan
Bu gün, 16:40
Bu şirkət icarə xidmətindən 1,5 milyon manat – QAZANACAQ
Bu gün, 16:36
Naxçıvanda camaata NƏ YEDİRİRLƏR: BİLMƏK İSTƏYİR... - "...camaat da məcbur qalıb keyfiyyətsiz çörək alır"
Bu gün, 16:30
Saxta həkimlərin qurbanı olanlar: Bu qadınlar ərindən xəbərsiz süni mayalanmaya gedir - BU NƏDİ BELƏ?..
Bu gün, 16:26
Qazaxıstan ədalətli araşdırmadan yayınacaqmı? - SUAL BUDUR... BU!
Bu gün, 16:17
Şahin Bağırov şöbə rəisini işdən çıxardı: Xidmətə müavin təyin etdi - FOTO
Bu gün, 16:13
Gəncədəki Mərkəzi Qan Bankına SU DAMIR... - VİDEO
Bu gün, 16:08
Azərbaycanda bir sıra büdcə təşkilatlarında əməkhaqları artırılıb - SİYAHI
Bu gün, 16:03
"Mən ailəmin çörəyindən kəsib, odun alıram" - NARAZILIQ VAR...
Bu gün, 16:01
“Dedilər ki, bu qədər ödə, sizə “Əməkdar artist” adı verək" - İTTİHAM VAR...
Bu gün, 15:55
AYNA-dan qulaqardı YANAŞMA – “Təkliflər versəm də, nəzərə almadılar”
Bu gün, 15:52
Sərhəddə atılan güllələrin üzərində hansı paytaxtların adı yazılıb? - Ermənistan hücuma keçdi
Bu gün, 15:49
Vüqar Qurbanov onu baş həkim təyin etdi - ƏMR
Bu gün, 15:47
ABŞ-dan Bakıya gözlənilən məktub: - Əliyev 13 gün sonra Vaşinqtona gedəcək?
Bu gün, 15:28
Lalə Şövkətdən yeni qərar: Əvəz Temirxana qadağa qoydu - AÇIQLAMA
Bu gün, 15:26
Azərbaycan niyə İranda bu qədər qıcıq yaradır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:24
“Veysəloğlu”da yeni təyinat - ƏMR
Bu gün, 15:22
Pentaqon “WeChat”ın tərtibatçısını Çin ordusu ilə əlaqəli olan şirkətlərin siyahısına saldı - “Reuters”
Bu gün, 15:22
Azərbaycanda DƏHŞƏT: - Qollarını doğradı, sonra özünü asdı
Bu gün, 15:15
MN-də 143 milyon mənimsəmə faktına görə təqsirləndirilən sabiq vəzifəli şəxslər barələrindəki hökmdən apellyasiya şikayəti veriblər - DETALLAR
Bu gün, 15:13
AQTA-da hansı ölkənin qanunları işləyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:08
Ukraynaya Belarusu müharibəyə sürükləmək əmri verilib - Lukaşenko
Bu gün, 15:02
BRICS-in Kazan sammiti narahatedici siqnaldır - Fransa XİN
Bu gün, 15:01
İran-Azərbaycan münasibətləri niyə gərginləşib? - AKTUAL
Bu gün, 14:02
Tehran Zəngəzur dəhlizi problemini Türkiyəyə "aparır" - RƏY
Bu gün, 14:00
“Unibank”da səhmdarların növbədənkənar yığıncağı keçiriləcək
Bu gün, 13:58
Tehranın Zəngəzur qorxusu: - Pərdə arxasındakı 4 SƏBƏB
Bu gün, 13:05
Bakı Tbilsi və İrəvandan daha ucuz şəhərdir - “Numbeo”
Bu gün, 13:02
Bu quruma yeni mətbuat katibi təyin edildi
Bu gün, 13:00
Qaziyə məxsus tikilidə uçqun: - Külli miqdarda zərər dəydi
Bu gün, 12:56
“Vecon Consultıng” illik hesabat açıqladı – Qiymətləndirmə şirkəti ötən ili uğurla başa vurub
Bu gün, 12:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru