İrəvan ümumi yurisdiksiya məhkəməsində Ermənistan parlamentinin üzvü, “Ermənistan” blokundan olan deputat Levon Köçəryan və triatlon federasiyasının katibi Sergey Asaturovun işi üzrə məhkəmə iclası keçirilir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Levon Köçəryan 2023-cü il sentyabrın 22-də İrəvanda müxalifətin mitinqi zamanı həbs edilib.
Daha sonra o, polis əməkdaşına hücum etməkdə ittiham olunub. Həmin gün Levon Köçəryan saxlanılıb, sonra isə həbs edilib. Bir neçə aydan sonra o, yalnız deputat mandatı aldıqdan sonra azadlığa buraxılıb.
Qeyd edək ki, Levon Köçəryan keçmiş prezident, Qarabağ canisi Robert Köçəryanın oğludur.