Paşinyanın qadınlarla bağlı qərarı etiraz yaratdı
Ermənistan Baş naziri Nikol Paşinyanın dövlətin əsas postlarına qadınları təyin etməsi ölkədə etirazla qarşılanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə erməni jurnalist Suzanna Simonyan sosial mediada yazıb.
“Həbsxana rəisi qadın, ədliyyə naziri qadın, daxili işlər naziri qadın, baş prokuror qadın, ombudsman qadın, Xarici Kəşfiyyat İdarəsinin rəisi qadın… Qaldı müdafiə nazirinin qadın olması, vəssalam. Dövləti qadınlaşdırırıq? Sizcə, bu normaldır?”, - jurnalist belə qeyd edib.
Xatırladaq ki, Paşinyan son olaraq bu gün Penitensiar Xidmətin rəhbəri vəzifəsinə qadın təyin edib. Həmin posta Tsovinar Tadevosyan gətirilib.