Vardanyanı hansı cəza gözləyir? .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağının tarixi dəyişdi .....                     Müşfiq Həşimov .....                     Raqif Abbasovun məhkəməsi başladı .....                     “Həyatı boyu pul yemərəm, mən ancaq pulu saymışam” .....                     Hacı İbrahim Nehrəmlinin şirkəti .....                     Partiyalar bələdiyyə seçkilərinə neçə namizədlə qatılacaq? .....                     Adil Əliyev də KÖHNƏ YOLU GEDİR... .....                     Mirzoyan Qarabağdan köçən ermənilərin geri qayıdacağına .....                     Mirzoyan Hakan Fidanla telefon danışığının təfərrüatlarını açıqlayıb .....                     AZƏRİQAZ ÇİLƏSİ: `Soyuğa görə məcbur olub Bakıya qayıtdıq...` .....                     Avropa Azərbaycandan hidrogen almağa hazırdırmı? .....                     Tarif Şurası əsasnaməsinə zidd hərəkətlərə yol verir .....                     Gəncə Dövlət Filarmoniyasının binası çökür: Xəbərdarlıq edildi .....                     MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinin .....                     Ramazan ayında Qədr gecələrinin vaxtları məlum olub .....                     Azərbaycan gəmiləri İranın sifarişi ilə həbs edilib? .....                     Vladimir Karasevin sərsəmləmələrinə rusiyalı politoloqdan .....                     Makron özünü "yeni Napoleon" zənn edir .....                     Bakıdan Tehrana açıq mesajlar və tələb: İndi “top” İran tərəfdədir .....                     Hüseyn Əsgərov vəzifəsindən azad edildi .....                     "Instagram"da tanış olduğu həmyaşıdını öldürənə 19 İL HƏBS TƏLƏBİ .....                     “RRM TƏMİR-TİKİNTİ” MMC-yə bir ay arzinə milyonlarla manat dəyəri olan dörd müqavilə bağlamağa şəraiti kimlər yaradıb .....                     Ermənistan yenidən müharibə istəyir .....                     Dünyanın məşhur jurnalı “Forbes” Veysəloğlu Şirkətlər Qrupundan yazdı .....                     Xəstə uşaqların 1 milyon qanpulu hansı “böyük adam”ın cibindədir? .....                     "Caspian Marine Services B.V.” gəmilərinin saxlanılmasına dair açıqlama yayıb .....                     Provkasiyon fotosessiya onları bir araya gətirdi .....                     Amiliyə Qırğızıstandan da ETİRAZ GƏLDİ .....                     Bakı 107 illik sənədi masaya gətirə bilər .....                     Qeyri-rəsmi yaşadığı qadına karxana bağışlayan başçı kimdir? .....                     Binanı sökən şirkət intihara cəhd edən qadınla RAZILAŞDI .....                     Aİ missiyası Azərbaycanla sərhədin tam delimitasiyasına qədər monitorinqi davam etdirəcək .....                     Xalq artisti Ağadadaş Ağayev balta atdığı mühafizəçi ilə barışıb .....                     Azərbaycanda hemofiliyalı xəstə müalicədən imtina etdi .....                     Azərbaycan əleyhinə konsensus bitəcəkmi? .....                     Ermənistanın himayədarı İrandır .....                     Gədəbəy İcra Hakimiyyəti 139 minlik tenderdən məhrum edildi .....                     "Adil Əliyev bizi çağırıb dedi ki..." .....                     Deputatlar Həcc ziyarətində .....                 

Tehranın Zəngəzur qorxusu: - Pərdə arxasındakı 4 SƏBƏB
Tarix: Dünən, 13:05 | Çap et
Tehranın Zəngəzur qorxusu:
İran Zəngəzur dəhlizi məsələsində Türkiyə ilə hesablaşmaq məcburiyyətində ola bilər.

İran nümayində heyəti bu yaxınlarda Türkiyəyə səfər edəcək. Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayil Bəqayi jurnalistlərə açıqlamasında bildirib ki, İran nümayəndə heyəti Türkiyəyə səfər çərçivəsində ikitərəfli münasibətlər və regional məsələlərlə yanaşı, Zəngəzur dəhlizi barədə də müzakirələr aparacaq.

Bəqayi bəyan edib ki, Zəngəzur dəhlizi ilə bağlı məsələ İranla Türkiyə arasında texniki xarakter daşıyır və siyasi kontekstdə qiymətləndiriləcək. Bəqayi İranın bu məsələdə mövqeyinin dəyişməz olduğunu bildirib: “İran nəqliyyat sahəsində əməkdaşlığın genişlənməsini alqışladığını bildirərək, ölkələrin suveren hüquqlarına hörmətin zəruriliyini vurğulayıb”.

İran XİN rəsmisi əlavə edib ki, müzakirələrin nəticələri həm regional nəqliyyat layihələri, həm də Azərbaycan-Türkiyə-İran əməkdaşlığı baxımından mühüm əhəmiyyət kəsb edir. Xüsusilə vurğulamaq lazımdır ki, Cənubi Qafqaz regionu həm Türkiyə, həm də İranın xarici siyasət gündəmində və strategiyasında xüsusi əhəmiyyət daşıyır.

Hər iki ölkənin bu regiona baxış bucaqları fərqlidir. Düzdür, Ankara və Tehran, eləcə də Moskva Cənubi Qafqazda proseslərin region ölkələri tərəfindən nizamlanmasının tərəfdarıdırlar, amma bu regionla bağlı bir çox məsələlərdə maraqları hər zaman toqquşub.

Böyük ehtimalla, bundan sonra da maraqların toqquşması davam edəcək. Zəngəzur dəhlizi məsələsinə gəlincə, Türkiyə bu dəhlizə öz iqtisadi maraqları baxımından müsbət, İran isə mənfi baxır. Ankara Zəngəzur dəhlizini onun geosiyasi və geoiqtisadi güc mərkəzinə çevrilməsinə yol açacaq amil, Tehran isə öz təhlükəsizliyinə təhdid kimi görür.

Ümumiyyətlə, bir sıra səbəblərdən dolayı Türkiyə və İranın Zəngəzur dəhlizi məsələsində ortaq məxrəcə gəlməsi qeyri-mümkündür.

Birincisi, Zəngəzur dəhlizinin açılacağı təqdirdə Türkiyə Cənubi Qafqazda siyasi, iqtisadi və hərbi cəhətdən daha da möhkəmlənəcək, geosiyasi və geostrateji güc mərkəzinə çevriləcək.

Eyni zamanda, Türkiyə Cənubi Qafqaz və Xəzər dənizi üzərindən Mərkəzi Asiyaya çıxış imkanları əldə edəcək. Bununla da Ankaranın bu böyük regionda geosiyasi və geoiqtisadi imkanlarının artmasına münasib şərait yaranacaq. Hətta Türkiyənin Çinlə daha yaxın təmasları olacaq.

İkincisi, Zəngəzur dəhlizi vahid Türk dünyasının formalaşmasına yol açacaq. Bu dəhliz sayəsində Türkiyə, Azərbaycan və Mərkəzi Asiya ölkələri - Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan arasında iqtisadi-siyasi birlik, o cümlədən enerji və nəqliyyat kommunikasiya xətləri təmin olunacaq. İran hakimiyyəti hər iki amili özünün regional və təhlükəsizlik maraqları üçün qəbuledilməz sayır.

İranın hərbi-siyasi dairələrində hesab edirlər ki, Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsi və vahid Türk dünyasının formalaşması ölkə daxilində Azərbaycan türklərinin sıx məskunlaşdığı ərazilərə təsir göstərəcək. Onların düşüncələrinə görə, bu, Azərbaycan türkləri arasında milli dövlətçilik məfkurəsinin geniş şəkildə yayılmasına səbəb ola bilər.

Üçüncüsü, Zəngəzur dəhlizinin açılması Avropa ilə Asiyanı və Cənubi Qafqaz ilə Mərkəzi Asiyanı birləşdirən “Orta Dəhliz”in tam şəkildə reallaşmasına gətirib çıxaracaq. Bu dəhliz sahəsində nəinki Türk ölkələri, hətta Avropa ilə Çin arasında münasib və sərfəli nəqliyyat- kommunikasiya xətlərinin qurulması mümkündür.

Rusiya üzərindən Çin ilə Avropanı birləşdirən şimal yolunun fəaliyyətinin dayanması, Cənubi-şərqi Asiya və İran üzərindən keçən cənub yolun təhlükəli şəraitdə olması və Hind okeanı ilə Yaxın Şərqi birləşdirən yolun açılması ehtimalının aşağı olmasını əsas gətirməklə “Orta Dəhliz”in həyata keçməsini mümkün hesab etmək olar.

Belə demək mümkündürsə, “Orta Dəhliz” Qərb, Türkiyə, Mərkəzi Asiya ölkələri və Çinin maraqlarına tam cavab verir. Qısa zamanda və müəyyən miqdarda maliyyə sərf etməklə bu dəhliz üzərindən həm Qərbə, həm də Şərqə mal və məhsul tədarük etmək istisna deyil. Belə olacağı təqdirdə Çinin “Bir yol, Bir kəmər” strateji layihəsinin Cənub yolunun fəaliyyəti məhdudlaşacaq və tam güc “Orta Dəhliz”ə veriləcək. Bu da İranın milyardlarla vəsait itirməsi deməkdir. Bu amil də İran hakimiyyəti ciddi şəkildə narahat edir.

Dördüncüsü, İran rəhbərliyində belə bir qorxu var ki, Zəngəzəur dəhlizinin reallaşması İranın Avropaya gedən yolunu bağlayacaq. Halbuki bu, çox absurd görünür. Çünki Cənubi Qafqaz həm Şimal-Cənub, həm də Qərb-Şərq qovşağının mərkəzinə çevrilib. Bütün bunlarla yanaşı, Tehran, həmçinin hesab edir ki, Zəngəzur dəhlizi NATO-nun da Cənubi Qafqazda güclənməsinə imkan yaradacaq.

Sözsüz ki, bütün bu səbəblərə görə İran hakimiyyəti Zəngəzur dəhlizinin reallaşmasına hər vəchlə mane olmaqda davam edəcək.

Yaxın zamanda Tehranın öz niyyətindən əl çəkəcəyi inandırıcı görünmür. Tehran Ermənistanı Azərbaycan və Türkiyə ilə bu məsələni müzakirə etməkdən çəkinməyə vadar edəcək və hər vasitə ilə maneə yaradacaq. Amma İran nə qədər cəhd etsə də, öz məqsədinə və amalına nail ola bilməyəcək. Azərbaycan və Türkiyə bu məsələdə də qalib çıxacaq. Ermənistanın isə Bakı və Ankaranın şərtlərinə boyun əyməkdən başqa çarəsi olmayacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vardanyanı hansı cəza gözləyir? - AÇIQLAMA
Bu gün, 17:35
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağının tarixi dəyişdi - YENİ TARİX
Bu gün, 17:30
Müşfiq Həşimov həbsdə ÖLDÜ
Bu gün, 17:22
Raqif Abbasovun məhkəməsi başladı - DETALLAR
Bu gün, 17:17
“Həyatı boyu pul yemərəm, mən ancaq pulu saymışam” - MƏHKƏMƏ
Bu gün, 17:16
Hacı İbrahim Nehrəmlinin şirkəti MƏHKƏMƏ QARŞISINDA
Bu gün, 17:09
Partiyalar bələdiyyə seçkilərinə neçə namizədlə qatılacaq? – SORĞU
Bu gün, 17:06
Adil Əliyev də KÖHNƏ YOLU GEDİR... - İTTİHAM VAR...
Bu gün, 17:03
Mirzoyan Qarabağdan köçən ermənilərin geri qayıdacağına İNANMIR
Bu gün, 16:56
Mirzoyan Hakan Fidanla telefon danışığının təfərrüatlarını açıqlayıb - “news.am”
Bu gün, 16:53
AZƏRİQAZ ÇİLƏSİ: `Soyuğa görə məcbur olub Bakıya qayıtdıq...` - NARAZILIQ VAR...
Bu gün, 16:51
Avropa Azərbaycandan hidrogen almağa hazırdırmı? – Rusiyalı ekspertin fikri
Bu gün, 16:48
Tarif Şurası əsasnaməsinə zidd hərəkətlərə yol verir - AXI NİYƏ?..
Bu gün, 16:46
Gəncə Dövlət Filarmoniyasının binası çökür: Xəbərdarlıq edildi - FOTOLAR
Bu gün, 16:43
MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Bu gün, 16:40
Ramazan ayında Qədr gecələrinin vaxtları məlum olub - DİQQƏT!
Bu gün, 16:39
Azərbaycan gəmiləri İranın sifarişi ilə həbs edilib? - İDDİA
Bu gün, 16:36
Vladimir Karasevin sərsəmləmələrinə rusiyalı politoloqdan SƏRT CAVAB
Bu gün, 16:27
Makron özünü "yeni Napoleon" zənn edir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 16:24
Bakıdan Tehrana açıq mesajlar və tələb: İndi “top” İran tərəfdədir - BUNDAN SONRA...
Bu gün, 16:19
Hüseyn Əsgərov vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 16:16
"Instagram"da tanış olduğu həmyaşıdını öldürənə 19 İL HƏBS TƏLƏBİ - VİDEO
Bu gün, 16:14
“RRM TƏMİR-TİKİNTİ” MMC-yə bir ay arzinə milyonlarla manat dəyəri olan dörd müqavilə bağlamağa şəraiti kimlər yaradıb - İLGİNC FAKTLAR...
Bu gün, 16:10
Ermənistan yenidən müharibə istəyir - Azərbaycan hazırlıq görməlidir
Bu gün, 16:08
Dünyanın məşhur jurnalı “Forbes” Veysəloğlu Şirkətlər Qrupundan yazdı
Bu gün, 16:05
Xəstə uşaqların 1 milyon qanpulu hansı “böyük adam”ın cibindədir? - DETALLAR
Bu gün, 15:32
"Caspian Marine Services B.V.” gəmilərinin saxlanılmasına dair açıqlama yayıb - MƏTN
Bu gün, 15:26
Provkasiyon fotosessiya onları bir araya gətirdi - FOTO
Bu gün, 15:20
Amiliyə Qırğızıstandan da ETİRAZ GƏLDİ - "Onun fikri nədir?"
Bu gün, 15:17
Bakı 107 illik sənədi masaya gətirə bilər – Tramp da təkzib etmir…
Bu gün, 15:01
Qeyri-rəsmi yaşadığı qadına karxana bağışlayan başçı kimdir? - İLGİNC
Bu gün, 14:57
Binanı sökən şirkət intihara cəhd edən qadınla RAZILAŞDI - TƏFƏRRÜAT
Bu gün, 14:55
Aİ missiyası Azərbaycanla sərhədin tam delimitasiyasına qədər monitorinqi davam etdirəcək - Ermənistan XİN
Bu gün, 14:51
Xalq artisti Ağadadaş Ağayev balta atdığı mühafizəçi ilə barışıb - FOTO
Bu gün, 14:50
Azərbaycanda hemofiliyalı xəstə müalicədən imtina etdi - Rəsmi açıqlamada nə deyilir
Bu gün, 14:10
Azərbaycan əleyhinə konsensus bitəcəkmi? - Bahəddin Həzi yazır...
Bu gün, 14:02
Ermənistanın himayədarı İrandır - BUNA GÖRƏ DƏ...
Bu gün, 14:00
Gədəbəy İcra Hakimiyyəti 139 minlik tenderdən məhrum edildi
Bu gün, 13:58
"Adil Əliyev bizi çağırıb dedi ki..." - DSX mayoru davadan DANIŞDI
Bu gün, 13:06
Deputatlar Həcc ziyarətində - VİDEO
Bu gün, 13:03
Cərimələrin artımı nə üçün bütün qanun pozuntularına aid edilmir? - AÇIQLAMA
Bu gün, 13:01
“Qara qutu” niyə Azərbaycana gətirilmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:59
Ömrünü kirayələrdə keçirdi, xərçəngin qurbanı oldu: - Novruz Qartalın ANIM GÜNÜDÜR
Bu gün, 12:57
"Facebook" fakt-yoxlamanı və senzuranı dayandırır - "Dezo" çoxalacaq?
Bu gün, 12:54
Ermənistan Azərbaycana sülh sazişi layihəsinin iki bəndi ilə bağlı təkliflər göndərib
Bu gün, 12:49
Tiktoker "Nurdan" həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 12:47
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:43
Baş prokurorluqda YENİ TƏYİNATLAR - ƏMR
Bu gün, 12:40
Eritreyadakı gəmilərdə heyət üzvlərindən 18 nəfər Azərbaycan vətəndaşıdır, XİN məsələni nəzarətə götürüb
Bu gün, 12:33
"Juninyonun cibindən bir milyon ödəyəcəyi yalan xəbər idi" - "Qarabağ" rəsmisi
Bu gün, 12:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru