Rusiya Prezidentinin üzrxahlığından sonra aviaqəzanın necə baş verdiyinə aydınlıq gətirilməlidir .....                     Gürcüstana verilən qaz xətti bu kənddən keçir... AMMA KƏNDİN ÖZÜNDƏ QAZ YOXDUR... .....                     AZAL təyyarəsinin vurulması təsdiq edir ki... .....                     “Artıq azərbaycanlılar Rusiyada qalmaq üçün daha çox düşünəcəklər” .....                     Vardanyanı hansı cəza gözləyir: ittihamlar ədalətli və ağırdır .....                     Mülayim qərb küləyi əsəcək .....                     "Kadirovun qəhrəman kimi təltif etdiyi şəxs Azərbaycan dövləti üçün cinayətkardır" .....                     BURDA da BAHALAŞMA var: `Belə şey olarmı?` .....                     Məzahir Pənahov növbəti dəfə MSK sədri olmayacaq? .....                     "Kanal 13”ün əməkdaşı Şamo Eminov azadlığa buraxılıb .....                     Milli Məclis yanında Toponimiya Komissiyasının tərkibi dəyişdi .....                     Ermənistanda yeni partiya yaradılıb .....                     "TikTok" həbsləri Naxçıvana da SIÇRADI .....                     Bu il Azərbaycanda referendum keçiriləcək? .....                     2025-ci il üçün əsas plan: Dəhliz bu şərtlə açılacaq .....                     Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin .....                     Ruslar AZAL-a və terror qurbanlarına nə zaman PUL ÖDƏYƏCƏK? .....                     İldırımzadə qardaşları Bakıya icra başçısı təyin etdiriblər .....                     Moskva-İrəvan reysi duman səbəbindən Tiflisdə eniş edib .....                     Gürcüstanın altıncı Prezidenti Mixeil Kavelaşvili and içib .....                     Xızıda məktəb direktorunun meyiti tapılıb .....                     “Azərkosmos”un 11 ayda ixracdan əldə etdiyi gəlirlər azalıb .....                     Trampın yeni il mesajı NƏ ANLAM DAŞIYIR? .....                     Atam həmişə deyirdi ki, mən hər kəsin həyatına görə məsuliyyət daşıyıram .....                     Xanım sahibkar xaricə 50 milyon dollarlıq ixrac edib .....                     Rusiya XİN-dən Bakının bəyanatına reaksiya .....                     Rusiyanın bəzi aviaşirkətləri .....                     "Günahkarlar tapılacaq və cəzalandırılacaq" .....                     "Təəssüf ki, heyət yerə siqnal göndərəndə Mahaçqala və Qroznı hava limanı təyyarəni qəbul etməyib" .....                     "AZAL dünyanın ən etibarlı aviaşirkətlərindən biridir" .....                     İşəgötürən bu halda tam maddi məsuliyyət daşıyır... .....                     Biri tikib YEYİR... biri də söküb YEYİR... .....                     Sabiq məmurlar 1 milyonluq mənimsəmədə ittiham edilirlər .....                     “Təəssüf ki, bizim faciəmiz məhz Rusiyada gedən bu proseslər fonunda baş verdi" .....                     TƏBİB Cəlilabad Mərkəzi Xəstəxanasında həkimin xəstəni döyməsinə münasibət bildirib .....                     Milli Məclisin bugünkü son plenar iclasının gündəliyi dəyişib .....                     Bu rayon Adil Vəliyevin əlində əsir-yesir qalıb... .....                     "Bir uşağın aylıq təminatı üçün 246 manat çox azdır" .....                     Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb .....                     KƏRƏ YAĞI MAFİYASI İŞ BAŞINDA: yeni bahalaşma dalğası... .....                 

Bakı "qara qutu"nu necə açdı: - Əliyevin qətiyyəti geopolitik böhranı blokladı
Tarix: Dünən, 21:08 | Çap et
Bakı "qara qutu"nu necə açdı:
Rusiya prezidenti Vladimir Putinin Azərbaycan lideri İlham Əliyevə zəng edərək, üzrxahlıq etməsi baş verən hadisəyə münasibətdə və iki ölkənin strateji tərəfdaşlığı baxımından, doğru addımdır... Halbuki, bu, qətiyyən yetərli deyil, çünki rəsmi Bakı haqlı olaraq, Kremldən həm də bu hadisənin baş verməsində günahkar olanların cəzalandırılmasını və kompensasiyanın ödənməsini də gözləyir...
Azərbaycan və Rusiya arasında müttəfiqlik fəaliyyəti barədə bəyannamə mövcuddur. Ancaq Kremlin son davranışları Rusiyanın Azərbaycana münasibətdə müttəfiqlik fəaliyyəti içərisində olduğunu qətiyyən biruzə vermir. Əksinə, hazırda Rusiya Azərbaycanla müttəfiqlik münasibətinə sarsıdıcı zərbə xarakteri daşıyan addımlar atır. Və Azərbaycan dövlətinin bütün bunlara müşahidəçi qalacağı isə qətiyyən inandırıcı görünmür.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiyanın Qroznı şəhəri üzərində "qəza"ya uğraması iki ölkə arasındakı münasibətlərdə siyası çatların qabarıq şəkildə ortaya çıxmasına səbəb olub. Üstəlik, bunun əsas günahı və siyasi məsuliyyəti məhz Rusiyanın üzərinə düşür. Çünki Azərbaycanın sərnişin təyyarəsinin "qəza"ya uğraması ilə bağlı hadisənin ətrafında kifayət qədər müəmmalı məqamlar mövcuddur. Və bu müəmmalı məqamlara aydınlıq gətirilməsi də məhz Rusiyanın beynəlxalq hüquq normaları çərçivəsində borcudur.

Məsələ ondadır ki, Azərbaycanın sərnişin təyyarəsinə Rusiyanın Qroznı şəhərində eniş icazəsi verilməyib. "Zədələnmiş" sərnişin təyyarəsi əvvəlcə Rusiyanın Mahaçqala hava limanına yönləndirib, ancaq eniş icazəsi verilməyib. Bunun ardınca daha yaxın məsafədə hava limanları olsa da, Azərbaycanın sərnişin təyyarəsi daha uzaq məsafəli Qazaxıstanın Aktau şəhərinə yönləndirilib. Və ən böyük müəmma da məhz burada ortaya çıxır.

Rusiya hava nəqliyyatı dispetçerlərinin bu davranışlarında hansı məqsədlər güdülüb? Bu sualın cavabı artıq məlumdur və Aktau şəhərində yerə çırpılmış sərnişin təyyarəsinə baxış zamanı hətta "qara qutu"dakı məlumatlara ehtiyac duyulmadan kənar müdaxilənin olduğu dəqiqləşib. Yəni artıq heç kim şübhə etmir ki, rusiyalı dispetçerlər sərnişin təyyarəsinə Qroznıda eniş icazəsi verməyəndə hava layneri Rusiya hava hücumundan müdafiə sisteminin hücumuna məruz qalıbmış. Sərnişin təyyarəsinin gövdəsində Rusiyanın "Pantsir-S" raketinin açdığı dəliklər mövcuddur. Və bu, məhz Qroznı şəhəri üzərində baş verib.

Təbii ki, Rusiya hərbi-siyasi dairələri, eləcə də, Qroznıdakı yerli strukturlar bundan ciddi şəkildə narahat olaraq, tez-tələsik baş verən beynəlxalq cinayətin izlərini itirmək barədə düşünüblər. İnsanların xilas edilməsi əvəzinə sərnişin təyyarəsi ən təhlükəli variant üzrə Xəzər dənizi üzərindən Aktauya yönəldilib və naviqasiya sistemi də məqsədli şəkildə sıradan çıxarılıb. Yəni, pilotların baş verən hadisə barədə həqiqəti Bakıya ötürmə imkanları bloklanıb, sərnişin təyyarəsinin Xəzər dənizində batırılması ilə beynəlxalq cinayətin izlərini itirmək məqsədi güdülüb.

Ancaq pilotların yüksək peşəkarlığı sayəsində Rusiyada bu məkrli oyunu quranların planı pozulub. Çünki quru ərzində yerə çırpılan təyyarəyə qeyri-peşəkar baxış belə, raket zərbələrinin izlərini ayırd etmək imkanı verir. Üstəlik, sağ qalan sərnişinlər də raket zərbələrini təsdiqləyən açıqlamalar verirlər. AZAL-dan verilən açıqlamada sərnişin təyyarəsinin kənar müdaxilə ucbatından qəzaya uğradığının qabardılması da bu baxımdan, böyük önəm daşıyır.

Görünən ondan ibarətdir ki, rəsmi Bakı bu məsələdə qətiyyətli və prinsipial mövqe tutmaqdan qətiyyən çəkinmədi. Azərbaycanın rəsmi dairələri Rusiyanın sərnişin təyyarəsinin Qroznı üzərində raketlə vurulması ilə hadisəyə dərhal adekvat reaksiya verdilər. Əvvəlcə baş verən hadisə barədə real məlumatlar yerli və ictimaiyyətə operativ şəkildə çatdırılmasına nail olundu. Və bununla da, törədilən hadisənin günahını "quş sürüsü"nün yükləyib, ört-basdır edilməsinə imkan verilmədi.

Digər maraqlı məqamlardan biri odur ki, Kreml bu hadisəyə münasibətdə sükunətini qorumağa çalışsa da, Çeçenistan rəhbəri Ramzan Kadırov əvvəlcə Azərbaycana kompensasiya təklif etdi. Ardınca isə Qroznı üzərində vurulmuş sərnişin təyyarəsi ilə bağlı Çeçenistan ərazisində matəm elan etdi. Və bu, baş verən hadisə ilə bağlı Qroznıda müəyyən narahatlığın olduğunu göstərirdi.

Ona görə də, müəyyən mənada, Azərbaycanın sərnişin təyyarəsinin vurulması ilə bağlı müəmmaların toplandığı əsl "qara qutu"nun məhz Qroznıda olduğunu da ehtimal etmək mümkündür. Ancaq Qroznıdan gələn kompensasiya təklifini geri çevirən rəsmi Bakının və xüsusilə də, Prezident İlham Əliyevin qətiyyətli, prinsipial və çevik addımları bu "qara quru"nun uzun müddət qapalı qalmasına imkan vermədi. Və artıq bir çoxlarına baş verən hadisənin arxasında gizlənən bəzi sirlərin nələrdən ibarət ola biləcəyi böyük ölçüdə aydındır.

İndi Kremlin israrlı sükunətinin əsas səbəbinin Qroznıdakı "qara qutu" ilə bağlı ola biləcəyinə o qədər də böyük şübhə yeri qalmayıb. Halbuki, ABŞ-ın sərnişin təyyarəsinin vurulma əlamətlərini ifadə edən məlumatlara malik olmasını bəyanlaması, eyni zamanda, Türkiyənin və Braziliyanın öz ekspertlərini Aktauya göndərməsi həqiqətlərin ört-basdır edilməsinə yönəlik cəhdləri boşa çıxardı. Hətta rəsmi Astana belə, "quş sürüsü" ilə bağlı versiyanın Rusiyaya aid olduğunu qabartmaqla, Kremlin narrativlərindən imtina etdi. Və nəhayət, Qazaxıstan prezidenti Tokayev araşdırmanın obyektiv şəkildə aparılacağını bəyanladı.

Ona görə də, Kreml üçün seçim etmək ehtiyacı yaranmış oldu. Belə ki, Rusiya siyasi dairələri ya sərnişin təyyarəsinin "quş sürüsü" ucbatından qəzaya uğradığını iddia edərək, Azərbaycanla pozitiv münasibətləri risk altına atacaqdı. Ya da bunun əksinə, Azərbaycan kimi önəmli strateji tərəfdaşı itirməmək üçün baş verənlərin arxasındakı həqiqəti etiraf edəcəkdi. Üstəlik, Sergey Markov, Pavel Felqenqauer və s. kimi rusiyalı ekspertlər reallığın gizlədilməsinin mümkün olmadığını, Kremlin əvvəl-axır əsl həqiqəti etiraf edərək, Azərbaycandan üzr istəməsini tövsiyyə edirdilər.

Maraqlıdır ki, sərnişin təyyarəsinin "qara qutu"su hələ araşdırılmasa da, rəsmi Bakı baş verən hadisənin "qara qutu"sunu açmağa artıq nail olub və bununla da demək olar ki, yeni bir geopolitik böhran təhlükəsini böyük ölçüdə bloklayıb. Çünki Rusiya prezidenti Vladimir Putin Azərbaycan lideri İlham Əliyevə artıq zəng edib və üzrxahlıq edib. Bu, baş verən hadisəyə münasibətdə ən doğru addımdır. Həm də beynəlxalq praktikaya tamamilə uyğundur.

Halbuki, bu, qətiyyən yetərli deyil. Çünki rəsmi Bakı Kremldən həm də bu hadisənin baş verməsində günahkar olanların cəzalandırılmasını və kompensasiyanın ödənməsini də gözləyir. Və rəsmi Bakı hadisənin ümumi "qara qutu"sunu artıq açdığından, Kremlin araşdırmanın sonunu gözləməsinə qətiyyən ehtiyac qalmayıb.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya Prezidentinin üzrxahlığından sonra aviaqəzanın necə baş verdiyinə aydınlıq gətirilməlidir - "Haber Global"
Bu gün, 13:30
Gürcüstana verilən qaz xətti bu kənddən keçir... AMMA KƏNDİN ÖZÜNDƏ QAZ YOXDUR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 13:28
AZAL təyyarəsinin vurulması təsdiq edir ki... - Davidov
Bu gün, 13:15
“Artıq azərbaycanlılar Rusiyada qalmaq üçün daha çox düşünəcəklər” - deputat
Bu gün, 13:13
Vardanyanı hansı cəza gözləyir: ittihamlar ədalətli və ağırdır - TƏFƏRRÜAT
Bu gün, 13:05
Mülayim qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:55
"Kadirovun qəhrəman kimi təltif etdiyi şəxs Azərbaycan dövləti üçün cinayətkardır" - FAKT BUDUR!
Bu gün, 12:53
BURDA da BAHALAŞMA var: `Belə şey olarmı?` - BU NƏDİ BELƏ?..
Bu gün, 12:49
Məzahir Pənahov növbəti dəfə MSK sədri olmayacaq? - AÇIQLAMA
Bu gün, 12:41
"Kanal 13”ün əməkdaşı Şamo Eminov azadlığa buraxılıb - Vəkil açıqladı
Bu gün, 12:33
Milli Məclis yanında Toponimiya Komissiyasının tərkibi dəyişdi
Bu gün, 12:32
Ermənistanda yeni partiya yaradılıb - KİV
Bu gün, 12:29
"TikTok" həbsləri Naxçıvana da SIÇRADI - 10 min manat mükafat vəd edirmişlər...
Bu gün, 12:22
Bu il Azərbaycanda referendum keçiriləcək? – Sərəncamın pərdəarxası
Bu gün, 12:20
2025-ci il üçün əsas plan: Dəhliz bu şərtlə açılacaq - GƏLİŞMƏ
Bu gün, 12:17
Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasimində iştirak edib
Bu gün, 12:16
Ruslar AZAL-a və terror qurbanlarına nə zaman PUL ÖDƏYƏCƏK? - Rusiyalı ekspertdən AÇIQLAMA
Bu gün, 12:14
İldırımzadə qardaşları Bakıya icra başçısı təyin etdiriblər - Yarım milyonluq cinayət işi
Bu gün, 12:12
Moskva-İrəvan reysi duman səbəbindən Tiflisdə eniş edib
Bu gün, 12:09
Gürcüstanın altıncı Prezidenti Mixeil Kavelaşvili and içib - Köhnə prezident isə...
Bu gün, 12:08
Xızıda məktəb direktorunun meyiti tapılıb - AÇIQLAMA
Bu gün, 12:05
“Azərkosmos”un 11 ayda ixracdan əldə etdiyi gəlirlər azalıb
Bu gün, 11:46
Trampın yeni il mesajı NƏ ANLAM DAŞIYIR? - Görünəni odur ki...
Bu gün, 11:45
Atam həmişə deyirdi ki, mən hər kəsin həyatına görə məsuliyyət daşıyıram - Pilot Iqor Kşnyakinin qızı
Bu gün, 11:43
Xanım sahibkar xaricə 50 milyon dollarlıq ixrac edib - SİYAHI
Bu gün, 11:41
Rusiya XİN-dən Bakının bəyanatına reaksiya
Bu gün, 11:39
Rusiyanın bəzi aviaşirkətləri Azərbaycana reyslərini ləğv edib
Bu gün, 11:38
"Günahkarlar tapılacaq və cəzalandırılacaq" - AZAL-ın vitse-prezidenti
Bu gün, 11:29
"Təəssüf ki, heyət yerə siqnal göndərəndə Mahaçqala və Qroznı hava limanı təyyarəni qəbul etməyib" - AZAL prezidenti
Bu gün, 11:26
"AZAL dünyanın ən etibarlı aviaşirkətlərindən biridir" - Rəşad Nəbiyev
Bu gün, 11:24
İşəgötürən bu halda tam maddi məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 11:21
Biri tikib YEYİR... biri də söküb YEYİR... - ETİRAZ VAR...
Bu gün, 11:11
Sabiq məmurlar 1 milyonluq mənimsəmədə ittiham edilirlər - TƏFƏRRÜAT
Bu gün, 10:51
“Təəssüf ki, bizim faciəmiz məhz Rusiyada gedən bu proseslər fonunda baş verdi" - ŞƏRH
Bu gün, 10:48
TƏBİB Cəlilabad Mərkəzi Xəstəxanasında həkimin xəstəni döyməsinə münasibət bildirib
Bu gün, 10:45
Milli Məclisin bugünkü son plenar iclasının gündəliyi dəyişib
Bu gün, 10:39
Bu rayon Adil Vəliyevin əlində əsir-yesir qalıb... - FAKT BUDUR!
Bu gün, 10:38
"Bir uşağın aylıq təminatı üçün 246 manat çox azdır" - AKTUAL
Bu gün, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb
Bu gün, 10:26
KƏRƏ YAĞI MAFİYASI İŞ BAŞINDA: yeni bahalaşma dalğası... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:24
Üç ərazinin adı çəkildi, vəziyyət qarışdı: - Dünya üçün kritik ANONS
Bu gün, 10:19
Putinin üzr istəməsi: bu, başlanğıcdır, sonra... - Naumov
Bu gün, 10:17
Cənubi Koreyada bütün uçuşlar ləğv edilib
Bu gün, 10:15
Ekipaj üzvlərinin cənazələri vida mərasimi üçün hava limanına gətirildi - VİDEO
Bu gün, 09:52
Bankdan yox... işçidən NARAZILIQ - MÜRACİƏT
Bu gün, 09:47
Azərbaycanda yeddigünlük bayram tətili başlayır - Sabahdan
Bu gün, 09:42
Əgər rəhbərlik belə göstəriş verməyibsə... - GİLEY
Bu gün, 09:41
Qara fəhlənin QARA DÜNYASI: 4-cü ildir ki, eyni maaşa işləyəcəyik... - NARAZILIQ VAR...
Bu gün, 09:27
Vardanyan ömürlük həbs edilə bilər - DETALLAR
Bu gün, 09:14
Rusiya ABŞ ilə silahlara nəzarət üzrə heç bir danışıqlar aparmayacaq - Lavrov
Bu gün, 09:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru