Zay məhsul satmaqları bir yana... .....                     Rektorun yer dəyişdirən UZUN ƏLLƏRİ... .....                     Yollarımızı çirkinləşdirən AYNA... .....                     Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə .....                     Ermənistanda türk partiyası yaradılacaq .....                     Bəşər Əsəd bu halda həbs olunacaq .....                     Bakı üçün tarixi şans yarandı: bu əraziyə girəcək .....                     Xəbərdarlıq: Vəziyyət hər an dəyişə bilər .....                     BMT Təhlükəsizlik Şurası Suriya ilə bağlı bəyanat yayıb .....                     "Xahiş edirəm, bu söhbətə son qoyun" .....                     “Ölkə tam xaos içindədir”, amma... .....                     Azərbaycanda 18 illik audit şirkəti .....                     Azərbaycanda beton şirkəti bağlanır .....                     “Müəllimlərə şokolad” trendinin arxasında nələri axtardıq? .....                     Əsədin devrilməsindən sonra hər kəs bu qadını axtarır .....                     Ərdoğanın "Sarı gəlin" mesajı ünvanına çatıb .....                     Azərbaycanda hərbi xidmət müddəti AZALDILIR? .....                     Məktəblərin birləşdirilməsinə ekspertlərin REAKSİYASI: .....                     Dili topuq vuran ABŞ səfirliyi... .....                     İTV tənqidə cavab verdi, Osman Gündüz isə sübut etdi ki... .....                     Azərbaycanlı məktəblidən uğurlu nəticə .....                     Moskvadan İrəvana qəribə ismarıc: .....                     İLLƏR SONRA ORTAYA ÇIXAN ŞOK GERÇƏKLƏR .....                     Sülhü gecikdirən tələblər, yoxsa geosiyasi eyforiya: .....                     “Qanun qüvvəyə mindikdən sonra 30 yaşdan yuxarı heç kim orduya çağırılmayacaq" .....                     Gürcüstanda nə baş verir? .....                     Baş həkimin 1,6 milyonluq cinayət işi .....                     Qazimizin iş yerini dağıdanlar GERİ ÇƏKİLƏSİ OLDU .....                     Ağadadaş Ağayevin səhhəti pisləşdi .....                     Narkoloji Mərkəzin direktoru hansı qanun pozuntularına yol verib? .....                     Paşinyan Fransanın yeni baş nazirini .....                     NATO-ya Rusiya ilə müharibəyə hazırlaşmaq təklif olunur .....                     Sahibkarların kart “sirrini” Vergi Xidməti belə öyrənirmiş .....                     Rusiyalı generalı biz öldürməmişik .....                     Əsədin “insan qəssabxanası”na girən BMT nümayəndəsi ağladı .....                     Niderland səfirinin şərti sərhədimizdə özünü göstərməsi növbəti təxribatdır .....                     3 uşaq atası Nərmini ölümə belə təhrik edibmiş... .....                     Hansı sahədə işləyənlər daha çox əmək haqqı alır? .....                     Tehran pulunu Moskvada gizlənən Əsəddən istəməlidir .....                     Əsədin işgəncə mərkəzindəki türk məhbusun yazdıqları GÜNDƏM OLDU .....                 

İLLƏR SONRA ORTAYA ÇIXAN ŞOK GERÇƏKLƏR - İlham Rəhimovla Rəbiyyət Aslanovanın evliliyi niyə cəmi 6 ay sürdü?
Tarix: Dünən, 19:02 | Çap et
İLLƏR SONRA ORTAYA ÇIXAN ŞOK GERÇƏKLƏR
Və yaxud bunun “siyasi evlilik” kimi təqdim olunması kimlərin marağına xidmət edirdi?

I YAZI

İstənilən ölkədə siyasi evliliklər hər zaman olub. Xüsusilə də qeyri-demokratik, avtoritar rejimlərdə bu, belə desək, daha çox “dəbə” çevrilir. Çünki xalqın maraqlarına zidd fəaliyyət göstərən, addımbaşı qanunları tapdalayan məmurlar özlərini bu cür siyasi evliliklərlə “qarant” altına almağa çalışırlar.

Bir zamanlar Azərbaycanda da oxşar mənzərə mövcud idi. Hər halda, “qudalar hakimiyyəti” deyimi səbəbsiz yerə ortaya çıxmamışdı. Elə indinin özündə də bir-biri ilə quda olan, bu və ya digər şəkildə qohumluq əlaqəsi quran məmurların sayı az deyil. Zaman-zaman bu haqda informasiyalar mətbuata da “ayaq açır”. Amma bəzi hallarda mətbuatın siyasi çalar qatdığı elə evliliklər də var ki, bunlar sadəcə, məlumatsızlıqdan, yaxud məqsədli şəkildə ötürülən dezinformasiyalardan qaynaqlanır. Necə ki, vaxtilə sabiq deputat, Milli Məclisin İnsan Hüquqları Komitəsinin keçmiş sədri Rəbiyyət Aslanova ilə cəmiyyətdə Putinin dostu kimi tanınan iş adamı İlham Rəhimovun nikah masasına əyləşmələri də “siyasi evlilik” kimi təqdim olunurdu.

Məsələn, özlərini “ciddi media” kimi təqdim edən bəzi nəşrlər yazırdı ki, guya, Rəbiyyət Aslanova təxminən 60 yaşında İlham Rəhimovun evlilik təklifinə oğlunu siyasi kariyerasının zirvəsinə daşımaq məqsədilə “hə” demişdi. Guya, xanım Aslanova “çiçəyi burnunda” həyat yoldaşı vasitəsilə həmin dönəmdə Prezident Administrasiyasında mühüm vəzifədə çalışan oğlunu Rusiya prezidenti Valdimir Putinlə görüşdürmək və onun dəstəyi ilə daha böyük vəzifələrə təyin etdirmək fikrində olub. Bu səbəbdən də, Elnur Aslanovun gələcək siyasi karyerası üçün bütün qınaqları göz önünə alaraq İlham Rəhimovla nikaha girməyə razılaşıb. Obrazlı desək, o, İlham Rəhimovu oğlu üçün Kremlin qapılarını açan bir açar kimi əldə etmək istəyib.

Həta o dönəmdə bəzi mətbu oraqanlar yazırdı ki, evləndikdən az sonra Rəbiyyət Aslanova İlham Rəhimovdan israrla onu və oğlunu Putinlə tanış etməyi xahiş edib. Qarşı tərəf isə ümumi tədbirlərin birində yeni həyat yoldaşını ayaqüstü Putinə təqdim edib. Ancaq xanım Aslanova belə ayaqüstü təqdimatdan razı qalmayıb, çünki daha yaxın tanışlıq üçün "ailəvi bir görüş” arzusunda olub. Lakin evlilikləri qısa sürdüyündən İ.Rəhimov həyat yoldaşının bu istəyini reallaşdıra bilməyib.

Əlbəttə, bu iddialar ya jurnalist təxəyyülünün məhsulu, ya da məqsədli şəkildə ortaya atılmış, həqiqəti əks etdirməyən informasiyalar idi. Üstəlik, bu məlumatların yalan olduğu bu gün ortaya çıxmayıb, cütlüyün 6 aylıq uğursuz evlilik müddəti başa çatdıqdan qısa müddət sonra bu, hər kəsə bəlli idi. Lakin bu evliliyin niyə uğursuz olmasının, kifayət qədər ciddi iki insanın qısa müddət sonra nə üçün ayrılmaq qərarına gəlməsinin gerçək səbəbləri hələ də cəmiyyətdə çox az insana bəllidir. Odur ki, biz yazımızda ölkə mətbuatının uzun müddət müzakirəsində olan və “siyasi evlilik” kimi təqdim olunan bu nikahın nə üçün qısa müddət sonra ayrılıqla nəticələndiyini açmağa çalışacağıq.

Öncə onu qeyd edək ki, mətbuatın yazdığının əksinə olaraq, bu evlilik Rəbiyyət Aslanovanın təşəbbüsü ilə baş tutmayıb. Doğrudur, tərəflər arasında sonradan evliliyə qədər gedib çıxan ünsiyyətin tarixi çox da əvvələ gedib çıxmır. Yəni bu yaxınlıq evlilikdən bir neçə ay əvvəl - 2012-ci ilin fevralında İlham Rəhimovun "Cinayətkarlıq və cəza” kitabının BDU-da təşkil olunan təqdimat mərasimi zamanı yaranıb. Belə ki, bu tədbirdən sonra İ.Rəhimov “kitabını yumaq” üçün BDU-nun müəllimi olan tanıdığı xanımı və universitetin kafedra müdiri R.Aslanovanı restorana dəvət edib. İkinci bu təklifdən imtina etsə də, ortaq tanışları və rəfiqəsi olan həmin xanımın israr etməsindən sonra razılaşmağa məcbur olub. Beləliklə, onlarla birgə daha 2-3 qadın da İlham Rəhimova məxsus "Aristokrat” restoranına gediblər. Sonralar bu qonaqlılar daha məhdud çərçivədə, ancaq R.Aslanova və rəfiqəsinin iştirakı ilə keçirilməyə başlayıb. Burada da əsas təşəbbüskar İ.Rəhimov olsa da, üzdə olan “təşkilatçı” xanım Aslanovanın rəfiqəsi olub.

Belə ziyafətlərin birində İlham Rəhimov rəsm əsərlərinə böyük maraq göstərməsindən, hətta kolleksiyasında bir sıra nadir nüsxələr olduğundan bəhs edib. Bu zaman BDU-nun müəllimi olan xanım, guya, həmin əsərlərin onun çox marağını çəkdiyini və görmək istədiyini deyib. Nəticədə, İ. Rəhimov xanımları restoranın üstündəki evinə dəvət edərək, bahalı rəsm əsərlərini onlara nümayiş etdirib.

Beləliklə, bir neçə aylıq "tanışlıqdan” sonra İlham Rəhimov məhz Rəbiyyət Aslanovanın yaxın rəfiqəsi olan həmin müəllimənin təhriki ilə xanım deputata evlilik təklif edib və dərhal olmsa da, müəyyən müddət sonra razılıq alıb. Əlbəttə, R.Aslanovanın İ.Rəhimovun evlilik təklifinə dərhal “hə” deməməsinin əsasən iki səbəbi olub. Birincisi, 60 yaşda evlənməsinin Prezident Administrasiyasında çalışan oğlunun siyasi kariyerasını zərbə altında qloya biləcəyindən ehtiyat edib. İkincisi isə, həmin dönəmdə İlham Rəhimovun adı həmyerlisi olan bir müğənni ilə hallanır, hətta onların öz aralarında vətəndaş nigahı bağladıqları bildirilirdi.

Xanım deputat bütün bu narahatçılıqlarını rəfiqəsinə də danışmış, hətta İ.Rəhimovun təklifinə “yox” deyəcəyini söyləmişdi. Bu söhbətdən bir gün sonra rəfiqəsi R.Aslanova ilə görüşərək, narahat olduğu məqamlarla bağlı üstüörtülü İlham müəllimlə söhbət etdiyini, qarşı tərəfin bu iddiaları yalanladığını və bu haqda onun özü ilə danışmaq istədiyini bildirib. Nəhayət, bu məsələ yemək süfrəsi arasında üçlükdə müzakirə olunub və İ.Rəhimov sözügedən müğənni – Ruhiyyə Əliyeva ilə ciddi yaxınlığının olmadığını deyib. Hətta etiraf edib ki, onunla bir neçə dəfə ötəri münasibətdə olub və bundan irəliyə gedən heç bir yaxınlıq da ola bilməz.

Beləliklə, İlham Rəhimov rəfiqəsinin də dəstəyi ilə xanım deputatın “saqqızını oğurlamağı” bacarıb. Amma onların evlilliyi üçün əsasə maneə hələ ortada olduğundan, Rəbiyyə Aslanova bu təklifi övladları ilə məsləhətləşdikdən sonra qərar verəcəyini bildirib.

R.Aslanova elə həmin gün İlham Rəhimovun evlilik təklifi haqda Elnur Aslanov da daxil olmaqla, 3 övladına məlumat verib. Görünür, Putinin dostu, kifayət qədər kapitala sahib olan nüfuzlu iş adamı ilə evliliyə ailədə ciddi qarşı çıxan olmadığından, Rəbiyyət xanım İlham müəllimin təklifinə “hə” deyib. Ən maraqlısı isə odur ki, İ.Rəhimov çox yox, cəmi bir həftə sonra onunla nigah masasına oturub.

İLLƏR SONRA ORTAYA ÇIXAN ŞOK GERÇƏKLƏR

Çox məşhur bir deyim var: “Məhəbbət yaşa baxmır”. Təxminən 60 yaşında evlilik haqda qərar verən cütlük ömürlərinin qalanını birgə yaşayacaqlarına şübhə etməyiblər. Çünki qısa müddətdə aralarında “sevgi bağı” yaranıb. Əlbəttə, bu sözlərim kimlər üçünsə bəlağətli görünə bilər, amma yaxınları yaxşı bilir ki, bu evlilik onların həyatında böyük dönüş yaradıb. Məsələn, ilk baxışdan tərəddüd etsələr də, sonradan analarını xoşbəxt görmək R.Aslanovanın övladlarını da məmnun edib. Bu səbəbdən də, onlar İlham Rəhimova çox böyük sayqı ilə yanaşıb, onu tez-tez evlərinə dəvət edib, bir növ, qaynayıb-qarışıblar. Təsadüfi deyil ki, R.Aslanovadan ayrıldıqdan qısa müddət sonra İ.Rəhimovun özü də bu haqda açıqlama verib: “Milli Məclisin deputatı, professor Rəbiyyət xanım Aslanova cəmiyyətimizdə kifayət qədər tanınmış, ziyalı bir xanımdır. Uzun illərdir tanıyıram, ona və övladlarına həmişə böyük hörmətim olub, indi də var...”

Lakin, təəssüf ki, bu xoşbəxtlik cəmi 6 ay çəkib. İ.Rəhimovun bəlkə də keçmiş səhvlərindən qaynaqlanan aldığı bir xəbər onunla yanaşı, yenicə ailə qurduğu R.Aslanovanın həyatını alt-üst edib.

Bəs, o xəbər nə idi? Bütün bunlarla bağlı növbəti sayımızda daha ətraflı məlumat verəcəyik. Bizi izləyin.

G.Ə.

Redaksiyadan: Bu yazı hazırda Avropada yaşayan və müəyyən səbəblərdən adını tam olaraq açıqlamayan xanım jurnalist tərəfindən qələmə alınıb. Yazıda qeyd olunan fikirlərlə bağlı maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Hurriyyet.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zay məhsul satmaqları bir yana... - GİLEY
Bu gün, 08:35
Rektorun yer dəyişdirən UZUN ƏLLƏRİ... - İLGİNC İDDİALAR
Bu gün, 08:26
Yollarımızı çirkinləşdirən AYNA... - ETİRAZ
Bu gün, 08:21
Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib
Bu gün, 07:55
Ermənistanda türk partiyası yaradılacaq – Çaxoyan
Bu gün, 07:14
Bəşər Əsəd bu halda həbs olunacaq - Azərbaycanlı siyasətçidən ilginc açıqlama
Bu gün, 07:11
Bakı üçün tarixi şans yarandı: bu əraziyə girəcək - Melkonyan
Bu gün, 07:09
Xəbərdarlıq: Vəziyyət hər an dəyişə bilər – Genişmiqyaslı müharibə riski qalır
Bu gün, 06:18
BMT Təhlükəsizlik Şurası Suriya ilə bağlı bəyanat yayıb
Bu gün, 06:14
"Xahiş edirəm, bu söhbətə son qoyun"
Bu gün, 00:48
“Ölkə tam xaos içindədir”, amma... - Suriyalıların gələcək ümidi
Bu gün, 00:34
Azərbaycanda 18 illik audit şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
Azərbaycanda beton şirkəti bağlanır
Bu gün, 00:02
“Müəllimlərə şokolad” trendinin arxasında nələri axtardıq? - Əslində, necə olmalı idi?
Dünən, 22:51
Əsədin devrilməsindən sonra hər kəs bu qadını axtarır - FOTO
Dünən, 22:49
Ərdoğanın "Sarı gəlin" mesajı ünvanına çatıb - RƏY
Dünən, 22:12
Azərbaycanda hərbi xidmət müddəti AZALDILIR? - Deputat açıqladı
Dünən, 22:08
Məktəblərin birləşdirilməsinə ekspertlərin REAKSİYASI: - Bu problemlərə yol açacaq...
Dünən, 22:06
Dili topuq vuran ABŞ səfirliyi... rəsmən İZ AZDIRIR...
Dünən, 19:48
İTV tənqidə cavab verdi, Osman Gündüz isə sübut etdi ki... - QALMAQAL
Dünən, 19:19
Azərbaycanlı məktəblidən uğurlu nəticə - FOTO
Dünən, 19:13
Moskvadan İrəvana qəribə ismarıc: - xahiş, təhdid, yoxsa...
Dünən, 19:10
İLLƏR SONRA ORTAYA ÇIXAN ŞOK GERÇƏKLƏR - İlham Rəhimovla Rəbiyyət Aslanovanın evliliyi niyə cəmi 6 ay sürdü?
Dünən, 19:02
Sülhü gecikdirən tələblər, yoxsa geosiyasi eyforiya: - hərbi toqquşma ehtimalı aktualdır
Dünən, 19:00
“Qanun qüvvəyə mindikdən sonra 30 yaşdan yuxarı heç kim orduya çağırılmayacaq" - Ramaldanov
Dünən, 18:58
Gürcüstanda nə baş verir? – ABŞ və Aİ geri çəkilir
Dünən, 18:04
Baş həkimin 1,6 milyonluq cinayət işi - "Deyirdi, müayinəyə ehtiyac yoxdur..."
Dünən, 18:02
Qazimizin iş yerini dağıdanlar GERİ ÇƏKİLƏSİ OLDU - dəyən zərəri ÖDƏYƏCƏKLƏR...
Dünən, 17:59
Ağadadaş Ağayevin səhhəti pisləşdi - məhkəməsi təxirə salındı
Dünən, 17:55
Narkoloji Mərkəzin direktoru hansı qanun pozuntularına yol verib? - CƏRİMƏLƏNDİ
Dünən, 17:50
Paşinyan Fransanın yeni baş nazirini Ermənistana dəvət etdi
Dünən, 17:42
NATO-ya Rusiya ilə müharibəyə hazırlaşmaq təklif olunur
Dünən, 17:40
Sahibkarların kart “sirrini” Vergi Xidməti belə öyrənirmiş – Sabiq nazir detalları açdı
Dünən, 17:37
Rusiyalı generalı biz öldürməmişik - Podolyak
Dünən, 17:34
Əsədin “insan qəssabxanası”na girən BMT nümayəndəsi ağladı - FOTO
Dünən, 17:26
Niderland səfirinin şərti sərhədimizdə özünü göstərməsi növbəti təxribatdır -ŞƏRH
Dünən, 17:22
3 uşaq atası Nərmini ölümə belə təhrik edibmiş... - DETALLAR
Dünən, 17:16
Hansı sahədə işləyənlər daha çox əmək haqqı alır? - SİYAHI
Dünən, 17:13
Tehran pulunu Moskvada gizlənən Əsəddən istəməlidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:10
Əsədin işgəncə mərkəzindəki türk məhbusun yazdıqları GÜNDƏM OLDU - İLGİNC GÖRÜNTÜ
Dünən, 17:07
Azərbaycanda 3 sığorta vasitəçisinin lisenziyasının qüvvəsi dayandırılıb
Dünən, 17:01
Bakı Hindistan silahları almaq istəyir? – Hind nəşrinin qəribə iddiası və reallıq
Dünən, 16:58
"Onlar əvvəlcə özlərinə baxsın..." - Bahəddin Həzi yazır...
Dünən, 16:57
Əsədin devrilməsi: İrəvana və Bakıya təsirləri - GƏLİŞMƏ
Dünən, 16:55
Naxçıvanda İSX-nin direktoru cərimələndi iş məhkəməlik oldu - TƏFƏRRÜAT
Dünən, 16:54
“Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan karbohidrogenlərin həcmi açıqlanıb
Dünən, 16:52
“Şokolad trendi” ilə bağlı FİKİR AYRILIĞI – Müəllimə SEVGİ, adına XƏLƏL, yoxsa ƏYLƏNCƏ?
Dünən, 16:31
Azərbaycanda müəllim şagirdi stulla döydü - VİDEO
Dünən, 16:29
"Ölkənin valyuta ehtiyatları tükənir" - Suriyanın Baş naziri
Dünən, 16:26
Suriyalı ermənilər İrəvana axışırlar: - Daha bir qrup gəldi
Dünən, 16:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru