Bakı Gömrüyündən yükləri sürətlə çıxan "şirkət"lərə kimlər dəstək durur? .....                     Gəncə təhsilini elə batırıblar ki... .....                     Zay məhsul satmaqları bir yana... .....                     Rektorun yer dəyişdirən UZUN ƏLLƏRİ... .....                     Yollarımızı çirkinləşdirən AYNA... .....                     Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə .....                     Ermənistanda türk partiyası yaradılacaq .....                     Bəşər Əsəd bu halda həbs olunacaq .....                     Bakı üçün tarixi şans yarandı: bu əraziyə girəcək .....                     Xəbərdarlıq: Vəziyyət hər an dəyişə bilər .....                     BMT Təhlükəsizlik Şurası Suriya ilə bağlı bəyanat yayıb .....                     "Xahiş edirəm, bu söhbətə son qoyun" .....                     “Ölkə tam xaos içindədir”, amma... .....                     Azərbaycanda 18 illik audit şirkəti .....                     Azərbaycanda beton şirkəti bağlanır .....                     “Müəllimlərə şokolad” trendinin arxasında nələri axtardıq? .....                     Əsədin devrilməsindən sonra hər kəs bu qadını axtarır .....                     Ərdoğanın "Sarı gəlin" mesajı ünvanına çatıb .....                     Azərbaycanda hərbi xidmət müddəti AZALDILIR? .....                     Məktəblərin birləşdirilməsinə ekspertlərin REAKSİYASI: .....                     Dili topuq vuran ABŞ səfirliyi... .....                     İTV tənqidə cavab verdi, Osman Gündüz isə sübut etdi ki... .....                     Azərbaycanlı məktəblidən uğurlu nəticə .....                     Moskvadan İrəvana qəribə ismarıc: .....                     İLLƏR SONRA ORTAYA ÇIXAN ŞOK GERÇƏKLƏR .....                     Sülhü gecikdirən tələblər, yoxsa geosiyasi eyforiya: .....                     “Qanun qüvvəyə mindikdən sonra 30 yaşdan yuxarı heç kim orduya çağırılmayacaq" .....                     Gürcüstanda nə baş verir? .....                     Baş həkimin 1,6 milyonluq cinayət işi .....                     Qazimizin iş yerini dağıdanlar GERİ ÇƏKİLƏSİ OLDU .....                     Ağadadaş Ağayevin səhhəti pisləşdi .....                     Narkoloji Mərkəzin direktoru hansı qanun pozuntularına yol verib? .....                     Paşinyan Fransanın yeni baş nazirini .....                     NATO-ya Rusiya ilə müharibəyə hazırlaşmaq təklif olunur .....                     Sahibkarların kart “sirrini” Vergi Xidməti belə öyrənirmiş .....                     Rusiyalı generalı biz öldürməmişik .....                     Əsədin “insan qəssabxanası”na girən BMT nümayəndəsi ağladı .....                     Niderland səfirinin şərti sərhədimizdə özünü göstərməsi növbəti təxribatdır .....                     3 uşaq atası Nərmini ölümə belə təhrik edibmiş... .....                     Hansı sahədə işləyənlər daha çox əmək haqqı alır? .....                 

“Müəllimlərə şokolad” trendinin arxasında nələri axtardıq? - Əslində, necə olmalı idi?
Tarix: Dünən, 22:51 | Çap et
“Müəllimlərə şokolad” trendinin arxasında nələri axtardıq?
Əvvəlcə trend haqqında

Bir neçə gün, daha doğrusu, az qala, bir neçə həftədir ki, sosial şəbəkələrdə yayılan eyni mövzulu, eyni formatlı videoları–şagird-tələbələrin müəllimlərinə maraqlı tərzdə şokolad hədiyyə etmələrini yəqin ki, hamımız izləmişik. Artıq ikinci həftədir ki, əsas təhsil trendinə çevrilmiş bu tipli videolarla bağlı fikirlər əvvəlinci gündən ta bu ana qədər heç də birmənalı olmadı. Şagirdlər tərəfindən müəllimin fikrinin yayındırılaraq əlinə şokoladların qoyulması “olay”ı müxtəlif aspektdən dəyərləndirildi. İş o yerə çatdı ki, məsələyə “məktəb daxilində korrupsiya, rüşvət” mexanizmi kimi də yanaşanlar oldu. Amma nə bu trendin, nə də onunla bağlı yanaşmaların bu qədər şişirdilməsinə, ona lazımından artıq yer ayrılmasına, xüsusi diqqət və maraq obyektinə çevrilməsinə qəti ehtiyac yox idi...

...Proses ümumilikdə təhsil faktı da hesab olunmamalı, sadəcə, eyni mühit daxilindəki insanların bir-birinə olan rəğbətinin təsviri kimi dəyərləndirilməli idi. Vəssalam! Amma trendin öz missiya, məzmun sərhədlərindən nisbətən kənara çıxması, onunla bağlı fərqli yanaşmalara da səbəb oldu. Hər bir halda, şagirdlərin müəlliminə maraqlı formada şokolad, şirniyyat hədiyyə edərək, bunu videoya çəkməsi prosesinə qətiyyən rüşvət prizmasından qiymət vermək olmaz! Bu, ən azından etik norma hesab edilməz. Çünki izlənilən video materialların demək olar ki, hamısında bu təşəbbüsün məhz şagird-tələbələr tərəfindən gəldiyini, müəllimin situasiyadan xəbərsizliyi açıq-aşkar hiss olunur...

Bir-iki mənfi məqam...

Dünyanın bir çox ölkələrində məktəb, universitet, ümumiyyətlə, istənilən tədris müəssisəsi daxilində hazırlanmış minlərlə videolar, oyunlar, əyləncə və istirahət məqsədli səhnəciklərin sonradan trendə çevrildiyini və dünyanın müxtəlif ölkələrində izlənildiyini görmüşük. Bizim məktəblərdə də şagirdlərin qoşulduğu bu trend əslində xaricdən keçən əyləncəli motivdir. Amma əsaslı fərq nədir?- Məktəb mühiti, dərs prosesi ilə əlaqəli olan bir göstərici (məsələn, bizlərdə şokolad hədiyyəsi) heç vaxt təhsilin üzərinə qalxmamalı, onu ikinci plana salaraq əsas müzakirə predmeti, diqqət-maraq obyekti olmamalıdır. Əksinə, həmin göstəri təhsil, tədris prosesi üçün vacib bir element, xüsusi bir naxış rolunu oynamalı, öz təsir şəbəkəsini genişləndirdikcə bunu təhsil-tədris adına da xərcləməlidir. Dünya məktəblərində (həmçinin, universitetlərində) hətta bağçalarında belə bu kimi göstərilərin əsas funksiyası tədris prosesinə maraq və sevgini artıran element rolunu oynamaqdır. Bu səbəbdən trendə çevrilmiş göstərilər həm də təbliğat videoları kimi yüksək faydalılığı ilə də fərqlənmişlər.

Bizdə isə şagird-tələbə məramının nə qədər xoş olmasından asılı olmayaraq prosesin tədris elementi deyil, onu kölgədə qoyan mexanizmə çevrilməsi arzuolunmaz hal kimi dəyərləndirilməlidir.

İkinci mənfi hal, məsələnin ifrata varılmasıdır. Trendə çevrilən hər hansı olay əslində piar texnologiyası ilə idarə edilməli və o yayım, təbliğat hadisəsi qabaqcadan müəyyən edilmiş zaman və kəmiyyət göstəriciləri ilə idarə edilməlidir. Burada isə təəssüf ki, ifrata varılma faktoru prosesin təbiilik və səmimiyyətini də kölgədə qoymuş oldu... İnanırıq ki, təhsillə, təhsil müəssisəsi ilə əlaqəli yaranacaq başqa trendlərin sağlam iş funksionallığını artırmaq üçün zəruri addımlar atılacaqdır.
Məktəblə bağlı trendə çevrilən videolar necə olmalı?

Bununla bağlı dünya təcrübəsindən bir neçə maraqlı nümunələri qeyd etmək olar. Amma trendə çevrilən videoların bir missiyası da onların təhsildə müsbət motivasiya, ab-hava yaratmaqla yanaşı, həm də sonrakı prosesə əməli surətdə, praktiki şəkildə töhfə verməsidir. “Müəllimə şokolad hədiyyəsi”ndə müsbət emosiya və ab-hava var. Bəzilərində bu ifrat süniliklə müşahidə olunsa da, ümumilikdə xoş məramdan doğan motivasiyalılığın olduğunu deyə bilərik. Amma təhsillə əlaqəli trendlərin funksionallığı təkcə bununla bitmir. Bu tipli “roliklər”, videoya köçürülən rol oyunları tədris prosesinin sonrakı müsbət inkişaf dinamikasına da təsir gücünü saxlamalıdır. Burada təkcə duyğusal deyil, eyni zamanda, pedaqoji, intellektual meyar da öz əksini tapmalıdır. Sözün qısası, burada, formatla bərabər, pedaqoji dəyərə xidmət edən məzmun da ciddi mövqe sahibi olmalıdır. Dünya məktəblərində yaranmış maraqlı trend videoların məznunu əsasən aşağıdakı metodlardan ibarət olur:

-Əyləncəli və interaktiv elmi təcrübələrin əks olunduğu trend videolar;
-Şagird-tələbələrin mühəndislik bacarıqlarını və innovativ yanaşmalarını əks etdirən trend videolar;
-Şagird-tələbələri tənqidi və yaradıcı düşünməyə təşviq edən rol oyunlarının əks olunduğu populyar videolar;
-Kimya və fizikaya aid olan təcrübələri – kimyəvi reaksiya, prinsiplərin həllini əks etdirən videolar; (bu videolar həm də mütləq əyləndirici xüsusiyyətinə görə də fərqlənməlidir)
-Zehni-psixoloji sağlamlığa xidmət edən, sosial emosional öyrənməyə təşviq edən videolar; (Bu videolar daha çox müxtəlif hekayə, animasiyalar, bədii vasitələrlə təsvirlər əsasında hazırlanır və şagird-tələbələrə öz yaşantılarını daha təbii anlamağa, empatiya qurmağa yardımçı olur.)
-Əhəmiyyətli tarixi hadisələri və ya mədəni təcrübələri əhatə edən, yalnız məktəb kollektivi sayəsində ərsəyə gələn qısa videolar. Bu kimi videolar şagirdlərə tarixlə bağlı bilgiləri daha təbii, əyləncəli şəkildə, vizual effektlərlə təlqin etmək gücündədir. Bu tip videoların trendə çevrilməsinin də əsas səbəblərindən biri məhz budur.
Nümunələrdən də göründüyü kimi, dünya məktəblərində trendə çevrilən populyar videoların məzmunu və mövzunu artıq tam fərqlidir. Artıq sinif otağına müəllimlə yumruq salamlaşması edərək daxil olma, müəllimə “gözlərinizi yumub əlinizi aça bilərsizmi?” deyəndən sonra ovcuna şokolad yerləşdirmə kimi məsələlər tamamilə köhnə yanaşmalardır. Əsl təhsil trendlərini yaratmaq istəyiriksə, o zaman yuxarıda sadalanan məzmunlardan hər hansı birini sınaya bilərik.
Şagirdlərə, müəllimlərə, elə hər birimizə də bu kimi işlərdə uğurlar.

Elmin Nuri
Təhsil məsələləri üzrə tədqiqatçı
Moderator.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı Gömrüyündən yükləri sürətlə çıxan "şirkət"lərə kimlər dəstək durur? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:52
Gəncə təhsilini elə batırıblar ki... - İTTİHAM VAR...
Bu gün, 08:49
Zay məhsul satmaqları bir yana... - GİLEY
Bu gün, 08:35
Rektorun yer dəyişdirən UZUN ƏLLƏRİ... - İLGİNC İDDİALAR
Bu gün, 08:26
Yollarımızı çirkinləşdirən AYNA... - ETİRAZ
Bu gün, 08:21
Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib
Bu gün, 07:55
Ermənistanda türk partiyası yaradılacaq – Çaxoyan
Bu gün, 07:14
Bəşər Əsəd bu halda həbs olunacaq - Azərbaycanlı siyasətçidən ilginc açıqlama
Bu gün, 07:11
Bakı üçün tarixi şans yarandı: bu əraziyə girəcək - Melkonyan
Bu gün, 07:09
Xəbərdarlıq: Vəziyyət hər an dəyişə bilər – Genişmiqyaslı müharibə riski qalır
Bu gün, 06:18
BMT Təhlükəsizlik Şurası Suriya ilə bağlı bəyanat yayıb
Bu gün, 06:14
"Xahiş edirəm, bu söhbətə son qoyun"
Bu gün, 00:48
“Ölkə tam xaos içindədir”, amma... - Suriyalıların gələcək ümidi
Bu gün, 00:34
Azərbaycanda 18 illik audit şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
Azərbaycanda beton şirkəti bağlanır
Bu gün, 00:02
“Müəllimlərə şokolad” trendinin arxasında nələri axtardıq? - Əslində, necə olmalı idi?
Dünən, 22:51
Əsədin devrilməsindən sonra hər kəs bu qadını axtarır - FOTO
Dünən, 22:49
Ərdoğanın "Sarı gəlin" mesajı ünvanına çatıb - RƏY
Dünən, 22:12
Azərbaycanda hərbi xidmət müddəti AZALDILIR? - Deputat açıqladı
Dünən, 22:08
Məktəblərin birləşdirilməsinə ekspertlərin REAKSİYASI: - Bu problemlərə yol açacaq...
Dünən, 22:06
Dili topuq vuran ABŞ səfirliyi... rəsmən İZ AZDIRIR...
Dünən, 19:48
İTV tənqidə cavab verdi, Osman Gündüz isə sübut etdi ki... - QALMAQAL
Dünən, 19:19
Azərbaycanlı məktəblidən uğurlu nəticə - FOTO
Dünən, 19:13
Moskvadan İrəvana qəribə ismarıc: - xahiş, təhdid, yoxsa...
Dünən, 19:10
İLLƏR SONRA ORTAYA ÇIXAN ŞOK GERÇƏKLƏR - İlham Rəhimovla Rəbiyyət Aslanovanın evliliyi niyə cəmi 6 ay sürdü?
Dünən, 19:02
Sülhü gecikdirən tələblər, yoxsa geosiyasi eyforiya: - hərbi toqquşma ehtimalı aktualdır
Dünən, 19:00
“Qanun qüvvəyə mindikdən sonra 30 yaşdan yuxarı heç kim orduya çağırılmayacaq" - Ramaldanov
Dünən, 18:58
Gürcüstanda nə baş verir? – ABŞ və Aİ geri çəkilir
Dünən, 18:04
Baş həkimin 1,6 milyonluq cinayət işi - "Deyirdi, müayinəyə ehtiyac yoxdur..."
Dünən, 18:02
Qazimizin iş yerini dağıdanlar GERİ ÇƏKİLƏSİ OLDU - dəyən zərəri ÖDƏYƏCƏKLƏR...
Dünən, 17:59
Ağadadaş Ağayevin səhhəti pisləşdi - məhkəməsi təxirə salındı
Dünən, 17:55
Narkoloji Mərkəzin direktoru hansı qanun pozuntularına yol verib? - CƏRİMƏLƏNDİ
Dünən, 17:50
Paşinyan Fransanın yeni baş nazirini Ermənistana dəvət etdi
Dünən, 17:42
NATO-ya Rusiya ilə müharibəyə hazırlaşmaq təklif olunur
Dünən, 17:40
Sahibkarların kart “sirrini” Vergi Xidməti belə öyrənirmiş – Sabiq nazir detalları açdı
Dünən, 17:37
Rusiyalı generalı biz öldürməmişik - Podolyak
Dünən, 17:34
Əsədin “insan qəssabxanası”na girən BMT nümayəndəsi ağladı - FOTO
Dünən, 17:26
Niderland səfirinin şərti sərhədimizdə özünü göstərməsi növbəti təxribatdır -ŞƏRH
Dünən, 17:22
3 uşaq atası Nərmini ölümə belə təhrik edibmiş... - DETALLAR
Dünən, 17:16
Hansı sahədə işləyənlər daha çox əmək haqqı alır? - SİYAHI
Dünən, 17:13
Tehran pulunu Moskvada gizlənən Əsəddən istəməlidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:10
Əsədin işgəncə mərkəzindəki türk məhbusun yazdıqları GÜNDƏM OLDU - İLGİNC GÖRÜNTÜ
Dünən, 17:07
Azərbaycanda 3 sığorta vasitəçisinin lisenziyasının qüvvəsi dayandırılıb
Dünən, 17:01
Bakı Hindistan silahları almaq istəyir? – Hind nəşrinin qəribə iddiası və reallıq
Dünən, 16:58
"Onlar əvvəlcə özlərinə baxsın..." - Bahəddin Həzi yazır...
Dünən, 16:57
Əsədin devrilməsi: İrəvana və Bakıya təsirləri - GƏLİŞMƏ
Dünən, 16:55
Naxçıvanda İSX-nin direktoru cərimələndi iş məhkəməlik oldu - TƏFƏRRÜAT
Dünən, 16:54
“Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan karbohidrogenlərin həcmi açıqlanıb
Dünən, 16:52
“Şokolad trendi” ilə bağlı FİKİR AYRILIĞI – Müəllimə SEVGİ, adına XƏLƏL, yoxsa ƏYLƏNCƏ?
Dünən, 16:31
Azərbaycanda müəllim şagirdi stulla döydü - VİDEO
Dünən, 16:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru