Zay məhsul satmaqları bir yana... .....                     Rektorun yer dəyişdirən UZUN ƏLLƏRİ... .....                     Yollarımızı çirkinləşdirən AYNA... .....                     Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə .....                     Ermənistanda türk partiyası yaradılacaq .....                     Bəşər Əsəd bu halda həbs olunacaq .....                     Bakı üçün tarixi şans yarandı: bu əraziyə girəcək .....                     Xəbərdarlıq: Vəziyyət hər an dəyişə bilər .....                     BMT Təhlükəsizlik Şurası Suriya ilə bağlı bəyanat yayıb .....                     "Xahiş edirəm, bu söhbətə son qoyun" .....                     “Ölkə tam xaos içindədir”, amma... .....                     Azərbaycanda 18 illik audit şirkəti .....                     Azərbaycanda beton şirkəti bağlanır .....                     “Müəllimlərə şokolad” trendinin arxasında nələri axtardıq? .....                     Əsədin devrilməsindən sonra hər kəs bu qadını axtarır .....                     Ərdoğanın "Sarı gəlin" mesajı ünvanına çatıb .....                     Azərbaycanda hərbi xidmət müddəti AZALDILIR? .....                     Məktəblərin birləşdirilməsinə ekspertlərin REAKSİYASI: .....                     Dili topuq vuran ABŞ səfirliyi... .....                     İTV tənqidə cavab verdi, Osman Gündüz isə sübut etdi ki... .....                     Azərbaycanlı məktəblidən uğurlu nəticə .....                     Moskvadan İrəvana qəribə ismarıc: .....                     İLLƏR SONRA ORTAYA ÇIXAN ŞOK GERÇƏKLƏR .....                     Sülhü gecikdirən tələblər, yoxsa geosiyasi eyforiya: .....                     “Qanun qüvvəyə mindikdən sonra 30 yaşdan yuxarı heç kim orduya çağırılmayacaq" .....                     Gürcüstanda nə baş verir? .....                     Baş həkimin 1,6 milyonluq cinayət işi .....                     Qazimizin iş yerini dağıdanlar GERİ ÇƏKİLƏSİ OLDU .....                     Ağadadaş Ağayevin səhhəti pisləşdi .....                     Narkoloji Mərkəzin direktoru hansı qanun pozuntularına yol verib? .....                     Paşinyan Fransanın yeni baş nazirini .....                     NATO-ya Rusiya ilə müharibəyə hazırlaşmaq təklif olunur .....                     Sahibkarların kart “sirrini” Vergi Xidməti belə öyrənirmiş .....                     Rusiyalı generalı biz öldürməmişik .....                     Əsədin “insan qəssabxanası”na girən BMT nümayəndəsi ağladı .....                     Niderland səfirinin şərti sərhədimizdə özünü göstərməsi növbəti təxribatdır .....                     3 uşaq atası Nərmini ölümə belə təhrik edibmiş... .....                     Hansı sahədə işləyənlər daha çox əmək haqqı alır? .....                     Tehran pulunu Moskvada gizlənən Əsəddən istəməlidir .....                     Əsədin işgəncə mərkəzindəki türk məhbusun yazdıqları GÜNDƏM OLDU .....                 

"Onlar əvvəlcə özlərinə baxsın..." - Bahəddin Həzi yazır...
Tarix: Dünən, 16:57 | Çap et
"Onlar əvvəlcə özlərinə baxsın..."
The New York Times (NYT) sensasiyalı məlumat yayıb. Sensasiyanın nədən ibarət olduğunu bir qədər sonra açıqlayacağam. Ona qədər, sadəcə, bəzi məqamları xatırlatmaq istərdim.
ABŞ başda olmaqla inkişaf etmiş Qərb dövlətləri və siyasi institutları Azərbaycanı tez-tez tənqid edirlər. Ölkədə insan haqları, seçkilər, söz azadlığı, siyasi islahatlar və sair və ilaxır haqda tənqidi hesabatlar hazırlayıb yayırlar. Bu hesabatlarda çox geniş yer tutan başqa bir mövzu da var: məhkəmələr.

Xüsusilə, son illər Qərb institutları Azərbaycanda qanunun aliliyinin pozulduğunu, hamının qanun qarşısında bərabər olmadığını, məhkəmələrə cəmiyyətdə etimadın azaldığını və sair xüsusi vurğulayır, bu hesabatlar üzərindən təzyiq göstərirlər.

Bu, təkcə Azərbaycana münasibətdə ortaya çıxan məsələ deyil, məlum xarici dairələr, adətən, onları "eşitməyən" dövlətlərə qarşı belə metodlar tətbiq edirlər.

Ancaq obyektivliyinə beynəlxalq aləmdə, o cümlədən, ABŞ-ın özündə şübhə edilməyən Gallup mərkəzinin keçirdiyi sorğunun nəticələri hamını şoka salıb. NYT mövzuya həsr etdiyi məqalədə bu nəticələri belə şərh edib: "Gallup-ın keçirdiyi sorğunun nəticələri göstərib ki, son dörd ildə cəmiyyətdə Amerika məhkəmə sisteminə inam kəskin enib və ABŞ bu göstəriciyə görə Myanma, Suriya və Venesuela ilə bir səviyyəyə düşüb. Çox az ölkə, adətən, dəhşətli qarışıqlıqdan sonra oxşar enişlərlə üzləşib. Mütəxəssislər yeni Gallup sorğusunun məlumatlarını heyrətamiz və narahatedici adlandırıblar".

Çikaqo Universitetindən hüquq professoru Tom Ginzburq da bu məlumatları heyrətamiz sayanlar sırasındadır.

O deyir: "Ali Məhkəmənin... Donald Trampa qarşı təqiblərindən sonra məhkəmə sisteminin ciddi şəkildə siyasiləşdiyinə dair fikir var".

Məhkəmədən siyasi məqsədlərlə istifadə nəticəsində "2020-2024-cü illər arasında ABŞ-da məhkəmə sisteminə inam 59 faizdən 35 faizə düşərək, 24 faiz azalıb".

Gallup-da ABŞ üzrə sosial araşdırmaların direktoru Lidiya Saad bunu "təəccüblü azalma" adlandırıb və deyib ki, belə enişlər "adətən olduqca əhəmiyyətli siyasi təlatümlərlə əlaqələndirilir."

Məqalədə yazılır ki, son iyirmi ildə sorğuda iştirak edən "160-dan çox ölkədən yalnız doqquzunda istənilən dörd il ərzində daha kəskin azalma müşahidə olunub. Bunlara Myanmanın hərbi idarəçiliyə qayıtması ilə bağlı 46 ballıq eniş, iqtisadi və siyasi qarışıqlıqlarla üzləşdiyi üçün Venesuelada 35 ballıq eniş və vətəndaş müharibəsinin ilk mərhələlərində Suriyada 28 ballıq eniş daxildir".

Başqa inkişaf etmiş ölkələrdə bu göstərici ortalama 55 faizdir; ABŞ-dan 20 faiz çox!

Məqalədə yazılır ki, 2023-cü ildə ABŞ cəmiyyətin məhkəmələrə olan inamına görə 92-ci yerdə idi (42 faiz). Həmin rəqəm ötən il Küveytdə, Sinqapurda, Norveçdə, Danimarkada, İsveçrədə 85 faiz olmuşdu. ABŞ-dakından iki dəfə çox! Bu il ərzində isə həmin inam 35 faizə enib.

Professor Ginzburq bunu "instutisional etimadın eroziyası" adlandırıb.

Belə məlum olur ki, bu sorğu ABŞ prezidenti Cozef Baydenin öz oğlu Hanter Baydeni əfv etməsinə qədər keçirilib. Heç şübhəsiz ki, həmin qərardan sonra bu ölkədə məhkəmələrə ictimai etimad daha da aşağı düşmüş olar.

Amma prezident Baydenin qanunsuz silah saxlamaqda və külli miqdarda vergi qaçaqçılığında ittiham edilən oğlunu bağışlayaraq məsuliyyətdən yayındırması tabuta vurulan son mismar olub. Çünki sorğu nəticələri göstərir ki, professor Ginzburqun dediyi o "institusional eroziya" son dörd ildə sürət yığıb.

Diqqət etdinizsə, Gallup öz hesabatında 2020-2024-cü illəri göstərib. Bunun bir ili Donald Trampın hakimiyyətdə olduğu son ildir. Qalan illər isə Co Baydenin hakimiyyət dövrüdür. Beləliklə, Bayden prezident kimi öz səlahiyyət müddətində təkcə elə məhkəmələrdəki ədalətsizliklərə görə ABŞ kimi superdövləti Myanma, Suriya və Venesuela kimi ölkələrin səviyyəsinə endirib. Yəni qüdrətli Amerikanı özünün rişxəndlə "petrostate" adlandırdıqlarının gününə salıb. Həm də bütün bu dörd il ərzində başqa dövlətlərə, o cümlədən, öz vəziyyətində, özündən daha yaxşı və daha pis məhkəmələri olan ölkələrə qanunun aliliyi, ədalət mühakiməsi və hüquqi vicdan barədə "mühazirə" oxuyub.

Bu cür hal təkcə məhkəmələrə aid deyil, başqa sferalarda da var. Ən qəribəsi odur ki, bəzi böyük dövlətlər birbaşa, yaxud əllərində alət etdikləri beynəlxalq siyasi institutlar, hüquq-müdafiə təşkilatları, media vasitəsilə başqa ölkələri tənqid edirlər. Onlara ən kiçik qüsurları belə bağışlamırlar: aramsız olaraq, amansız formalarda qınayırlar, pisləyirlər. Ürəkləri soyumur, hətta sanksiya da qoyurlar. Sonra məlum olur ki, sən demə, elə özlərində daha çox qüsur varmış. Həm də NYT-dakı ifadə ilə desək, "heyrətamiz dərəcədə" çox!

Bax, belə yerdə deyiblər: "Onlar əvvəlcə özlərinə baxsın"...

Bahəddin Həzi, bizimyol.info









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zay məhsul satmaqları bir yana... - GİLEY
Bu gün, 08:35
Rektorun yer dəyişdirən UZUN ƏLLƏRİ... - İLGİNC İDDİALAR
Bu gün, 08:26
Yollarımızı çirkinləşdirən AYNA... - ETİRAZ
Bu gün, 08:21
Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib
Bu gün, 07:55
Ermənistanda türk partiyası yaradılacaq – Çaxoyan
Bu gün, 07:14
Bəşər Əsəd bu halda həbs olunacaq - Azərbaycanlı siyasətçidən ilginc açıqlama
Bu gün, 07:11
Bakı üçün tarixi şans yarandı: bu əraziyə girəcək - Melkonyan
Bu gün, 07:09
Xəbərdarlıq: Vəziyyət hər an dəyişə bilər – Genişmiqyaslı müharibə riski qalır
Bu gün, 06:18
BMT Təhlükəsizlik Şurası Suriya ilə bağlı bəyanat yayıb
Bu gün, 06:14
"Xahiş edirəm, bu söhbətə son qoyun"
Bu gün, 00:48
“Ölkə tam xaos içindədir”, amma... - Suriyalıların gələcək ümidi
Bu gün, 00:34
Azərbaycanda 18 illik audit şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
Azərbaycanda beton şirkəti bağlanır
Bu gün, 00:02
“Müəllimlərə şokolad” trendinin arxasında nələri axtardıq? - Əslində, necə olmalı idi?
Dünən, 22:51
Əsədin devrilməsindən sonra hər kəs bu qadını axtarır - FOTO
Dünən, 22:49
Ərdoğanın "Sarı gəlin" mesajı ünvanına çatıb - RƏY
Dünən, 22:12
Azərbaycanda hərbi xidmət müddəti AZALDILIR? - Deputat açıqladı
Dünən, 22:08
Məktəblərin birləşdirilməsinə ekspertlərin REAKSİYASI: - Bu problemlərə yol açacaq...
Dünən, 22:06
Dili topuq vuran ABŞ səfirliyi... rəsmən İZ AZDIRIR...
Dünən, 19:48
İTV tənqidə cavab verdi, Osman Gündüz isə sübut etdi ki... - QALMAQAL
Dünən, 19:19
Azərbaycanlı məktəblidən uğurlu nəticə - FOTO
Dünən, 19:13
Moskvadan İrəvana qəribə ismarıc: - xahiş, təhdid, yoxsa...
Dünən, 19:10
İLLƏR SONRA ORTAYA ÇIXAN ŞOK GERÇƏKLƏR - İlham Rəhimovla Rəbiyyət Aslanovanın evliliyi niyə cəmi 6 ay sürdü?
Dünən, 19:02
Sülhü gecikdirən tələblər, yoxsa geosiyasi eyforiya: - hərbi toqquşma ehtimalı aktualdır
Dünən, 19:00
“Qanun qüvvəyə mindikdən sonra 30 yaşdan yuxarı heç kim orduya çağırılmayacaq" - Ramaldanov
Dünən, 18:58
Gürcüstanda nə baş verir? – ABŞ və Aİ geri çəkilir
Dünən, 18:04
Baş həkimin 1,6 milyonluq cinayət işi - "Deyirdi, müayinəyə ehtiyac yoxdur..."
Dünən, 18:02
Qazimizin iş yerini dağıdanlar GERİ ÇƏKİLƏSİ OLDU - dəyən zərəri ÖDƏYƏCƏKLƏR...
Dünən, 17:59
Ağadadaş Ağayevin səhhəti pisləşdi - məhkəməsi təxirə salındı
Dünən, 17:55
Narkoloji Mərkəzin direktoru hansı qanun pozuntularına yol verib? - CƏRİMƏLƏNDİ
Dünən, 17:50
Paşinyan Fransanın yeni baş nazirini Ermənistana dəvət etdi
Dünən, 17:42
NATO-ya Rusiya ilə müharibəyə hazırlaşmaq təklif olunur
Dünən, 17:40
Sahibkarların kart “sirrini” Vergi Xidməti belə öyrənirmiş – Sabiq nazir detalları açdı
Dünən, 17:37
Rusiyalı generalı biz öldürməmişik - Podolyak
Dünən, 17:34
Əsədin “insan qəssabxanası”na girən BMT nümayəndəsi ağladı - FOTO
Dünən, 17:26
Niderland səfirinin şərti sərhədimizdə özünü göstərməsi növbəti təxribatdır -ŞƏRH
Dünən, 17:22
3 uşaq atası Nərmini ölümə belə təhrik edibmiş... - DETALLAR
Dünən, 17:16
Hansı sahədə işləyənlər daha çox əmək haqqı alır? - SİYAHI
Dünən, 17:13
Tehran pulunu Moskvada gizlənən Əsəddən istəməlidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:10
Əsədin işgəncə mərkəzindəki türk məhbusun yazdıqları GÜNDƏM OLDU - İLGİNC GÖRÜNTÜ
Dünən, 17:07
Azərbaycanda 3 sığorta vasitəçisinin lisenziyasının qüvvəsi dayandırılıb
Dünən, 17:01
Bakı Hindistan silahları almaq istəyir? – Hind nəşrinin qəribə iddiası və reallıq
Dünən, 16:58
"Onlar əvvəlcə özlərinə baxsın..." - Bahəddin Həzi yazır...
Dünən, 16:57
Əsədin devrilməsi: İrəvana və Bakıya təsirləri - GƏLİŞMƏ
Dünən, 16:55
Naxçıvanda İSX-nin direktoru cərimələndi iş məhkəməlik oldu - TƏFƏRRÜAT
Dünən, 16:54
“Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan karbohidrogenlərin həcmi açıqlanıb
Dünən, 16:52
“Şokolad trendi” ilə bağlı FİKİR AYRILIĞI – Müəllimə SEVGİ, adına XƏLƏL, yoxsa ƏYLƏNCƏ?
Dünən, 16:31
Azərbaycanda müəllim şagirdi stulla döydü - VİDEO
Dünən, 16:29
"Ölkənin valyuta ehtiyatları tükənir" - Suriyanın Baş naziri
Dünən, 16:26
Suriyalı ermənilər İrəvana axışırlar: - Daha bir qrup gəldi
Dünən, 16:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru