“Zəngəzur dəhlizinə razılıq BU TARİXDƏ verilib” - İDDİA
Tarix: 10-12-2024, 16:57 |
Çap et
“Sünik vasitəsilə dəhlizin təmin edilməsinə dair razılaşmalar çoxdan, hətta 44 günlük müharibədən əvvəl əldə olunub”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu iddia yerli politoloq Alen Gevondyan tərəfindən irəli sürülüb.
“İndiki baş nazir və onun kiçik komandası 2018-ci ildə hakimiyyətə gətiriləndə əsas razılaşma nöqtələrindən biri dəhliz məsələsi idi. Bu müqavilə bu gün də qüvvədədir, heç nə dəyişməyib. Problem başqadır - 9 noyabr 2020-ci il tarixli bəyanatda açıq şəkildə Rusiya Federasiyası FTX-nin iki nəzarət-buraxılış məntəqəsi olmalı olduğu yazılıb”, - deyə o qeyd edib.
Alen Gevondyanın sözlərinə görə, dəhlizlə bağlı bir neçə ssenari var ki, onlardan biri də güc yolu ilə açılmasıdır. Erməni ekspert Yeni il şənlikləri zamanı atəşkəsin pozulacağını da istisna etməyib.