COP29-un yerli turizmə FAYDASI... - AKTUAL
Tarix: 11-11-2024, 09:54 |
Çap et
“Dünyanın ən mötəbər tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ölkəmizin və onun liderinin böyük nüfuza malik olmasının göstəricisidir”.
Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, konfrans zamanı Azərbaycan öz zəngin mədəni irsini və təbii gözəlliklərini nümayiş etdirməklə yanaşı, ekoloji dayanıqlıq və yaşıl texnologiyaların inkişafı istiqamətində öz səylərini də dünya ictimaiyyətinə təqdim edəcək:
“COP29 konfransının Azərbaycan iqtisadiyyatına da müsbət təsirləri gözlənilir. Bu konfrans nəticəsində turizm sektoru canlanacaq. Tədbir yeni investisiyaların və texnologiyaların cəlb olunmasına şərait yaradacaq, "yaşıl enerji"nin inkişafını təşviq edəcək. Ölkəmizin beynəlxalq əlaqələri, diplomatiyadakı mövqeyi daha da möhkəmlənəcək”.
S.Salmanova ümumilikdə hesab edir ki, COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda artan gücünün və nüfuzunun növbəti təzahürü olacaq.