Ana dilimizə YERSİZ ATALIQ QAYĞISI... .....                     Pezeşkian Kazanda Paşinyanla görüşüb .....                     `Azəriqaz`da AYRISEÇKİLİK... .....                     İrəvanın SÜLH PƏRDƏSİ .....                     Ermənistan tələsir, Azərbaycan səbirlə davranır .....                     Əkilən ağac və kollar paytaxta xüsusi gözəllik verəcək .....                     Əhali dərmanları pulsuz alacaq: Qanuna dəyişiklik nəyi dəyişəcək? .....                     "Azərkontrakt"da Ləğvetmə Komissiyası yaradılır .....                     TRAMP DA SƏRSƏMLƏDİ: `ARTSAX`dan danışdı... .....                     Köçəryan və Sərkisyan açıqlamışdı, Paşinyan isə gizlədir .....                     "Yoldaşım dedi, get Hindistana, qayıtmaq istəyəndə dedi, gəlmə..." .....                     Bu günlərdə iş və dərs olmayacaq .....                     “Qala Həyat” rəqiblərlə yarışa davam gətirə bilmir .....                     "Xaçmaz düşmədi yadınıza?" .....                     Rövşən Rüstəmovun başı cəncəldən açılmır... .....                     ADAU-da köhnəyə RƏHMƏT OXUYURLAR... .....                     "Avtobus zolaqları yol kənarındakı sahibkarlıq obyektlərini bankrot edir .....                     KAPİTAL BANK müştərinin başına OYUN AÇDI .....                     Ankaradakı terror KİM(LƏR)İN işinə yarayır... .....                     Ağadadaş Ağayevlə “Medera Hospital” şərəf, ləyaqət və nüfuz davası aparır .....                     Direktor xadimə ilə RƏQABƏTDƏ... .....                     Devalvasiya olarsa, manatın əvvəlcə 15-20 faiz dəyər itirəcəyi gözlənilir .....                     Onlarda yerli... bizdə isə miqrant... .....                     Paşinyandan SÜLH açıqlaması... .....                     Erməni hiyləsinə uyan Avropa Parlamenti: Azərbaycana qarşı qətnamənin arxasındakı adlar .....                     Prezident İlham Əliyevin BRICS-də iştirakı Azərbaycanın qlobal gücə çevrildiyindən xəbər verir .....                     Fulser Bakıya qarşı şəbəkəni ifşa etdi .....                     Müharibədən 7 ay əvvəl Əliyevə bunu niyə dedin?! .....                     "Sən düşəndə bilirsən ki, dostların kimdi..." .....                     Baydenin tələb etdiyi “kreativlik və güzəşt” nə deməkdir? .....                     Köhnə ideyaya qayıdış: NATO qoşunları Ukraynaya göndərilsin! .....                     Dövlət qurumu İKT malları aldı .....                     Nazirliyin 1,5 milyonluq tenderinin qalibi .....                     Ölkəmizdə diplomları tanınmayan universitetlərin siyahısı .....                     Ərdoğan Rusiya səfərini yarıda qoyaraq Türkiyəyə qayıdır .....                     O tunelin sifarişçisi Cavid Qurbanovdur: məsuliyyət daşıyırmı? .....                     Zəngəzur məsələsində çox dirəşirik: gərək yoxdur .....                     "Dedilər, get başqa işlə məşğul ol, Azərbaycanda kino var?" .....                     Elxan Baxışovun rəhbəri olduğu idarənin vergi borcu üzə çıxdı .....                     “ABŞ həqiqətən sülhün tərəfdarı olsaydı...” .....                 

Baydenin tələb etdiyi “kreativlik və güzəşt” nə deməkdir? - AKTUAL
Tarix: Bu gün, 06:56 | Çap et
Baydenin tələb etdiyi “kreativlik və güzəşt” nə deməkdir?
ABŞ Prezidenti Co Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə məktubu həm ABŞ-Azərbaycan, həm də Azərbaycan-Ermənistan münasibətləri baxımından yeni hadisədir.

Qeyd edək ki, son aylarda rəsmi Bakı, daha dəqiqi, ölkə başçısı ABŞ ilə münasibətlərin, yumşaq desək, qaydasında olmadığını göstərən açıqlamalar vermişdi. Hətta yeni seçilmiş Milli Məclis də bu münasibətləri müzakirə etmiş, deputatlar “ABŞ ilə imzalanmış bütün sazişlərin ləğvi” kimi təkliflər də səsləndirmişdilər. Odur ki, ABŞ liderinin məktubu, ardınca da köməkçisinin xüsusi tapşırıqla Bakıya səfəri və Prezident İlham Əliyevlə görüşü iki ölkənin münasibətlərində yeni mərhələnin işartısı sayıla bilər.

O ki qaldı Azərbaycanla Ermənistan arasındakı münasibətlərə, məktubda Bayden bildirib ki, bu münasibətlərin normallaşdırılmasına xidmət edəcək sülh sazişinin yekunlaşdırılması istiqamətində ölkələrin əldə etdiyi davamlı tərəqqidən məmnundur. “Sizi əmin etmək istəyirəm ki, ABŞ əsrlər boyu davam edən münaqişəyə nəhayət son qoyacaq Azərbaycan ilə Ermənistan arasında dayanıqlı və ləyaqətli sülhün əldə edilməsinə dəstək verməyə hazırdır” – Co Bayden qeyd edir.

ABŞ Prezidenti daha sonra bildirir: “Bildiyiniz kimi, sülh sazişinin razılaşdırılmamış bəndlərinə dair işin yekunlaşdırılması hər iki tərəfdən kreativlik və güzəşt tələb edəcək. Lakin əminəm ki, bu imkandan yararlanmağa davam edəcəksiniz. Mən Sizi cari ildə sazişi yekunlaşdırmağa dəvət edirəm”.

Xatırladaq ki, ABŞ-də prezident seçkilərinin keçirilməsinə sayılı günlər qalıb. Maraqlıdır, ABŞ həqiqətən səmimi şəkildə sülh sazişinin imzalanmasını istəyir, yoxsa bu məsələ qarşıdakı prezident seçkilərində piar kimi istifadə oluna bilər?

Daha bir məqam – bu ilin martında Böyük Britaniyanın o vaxtkı Baş naziri Rişi Sunak da XI Qlobal Bakı Forumu ilə bağlı Azərbaycan rəhbərliyinə göndərdiyi məktubda COP29-a qədər sülh müqaviləsinin imzalanmasını arzuladıqlarını bildirmişdi.

Ümumiyyətlə, qərb ölkələrini və ABŞ-ni tələsdirən nədir? Və ABŞ Prezidentinin məktubundakı “hər iki tərəfdən kreativlik və güzəştlər tələb edir” ifadəsi nəyə işarədir?

Mövzu ilə bağlı Pressklub.az-a danışan hüquqşünas Fuad Ağayevin sözlərinə görə, hər bir dövlət, xüsusi ilə ABŞ kimi böyük dövlət bu cüt münaqişələrlə bağlı sülh müqaviləsinin bağlanmasına öz prizmaları və mənafeləri baxımından yanaşırlar: “Noyabrın 5-də ABŞ-də prezident seçkilərdi. Burada söhbət hazırkı administrasiyanın namizədi olan Kamala Harrisin qələbəsinə hansısa bir töhfə verilməsindən gedir. Əlbəttə, Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanmasını ABŞ-nin pozitivinə yaza bilsələr, bunun seçkilərə həlledici təsiri olmayacaq, amma Kamala Harrisin perspektivini bir qədər yaxşılaşdıracaq”.

Digər müsahibimiz, REAL Partiyasının sədri Natiq Cəfərli isə deyir ki, ABŞ-də seçki marafonu, demək olar, bitmək üzrədir. Ona görə də bu, seçkiyə hesablanmış addım ola bilməz və mümkün də deyil: “Bu, seçkidən sonrakı dövrə hesablanmış addımdır. ABŞ-də Demokratlar Partiyası çox istərdi ki, Kamala Harris qalib gələrsə, xarici siyasətlə bağlı ciddi addımı Azərbaycan və Ermənistan arasında bağlanacaq sülh müqaviləsi ilə atsın. ABŞ bunu çox israrla istəyə bilər, amma bu, seçki məsələsi ilə bağlı deyil. Hətta 2 həftəyə müqavilə də imzalanası deyil və Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı hansısa bir addımın atılması seçkilərin taleyinə təsir etməyəcək”.

N.Cəfərlinin fikrincə, qərbdən gələn açıqlamalar onu deməyə əsas verir ki, sazişlə bağlı çox ciddi işlər gedir. Ola bilər ki, COP29 zamanı bir sürpriz də olsun. COP29 ABŞ seçkilərindən sonradı, yəni seçkilərin nəticələri artıq bilinəcək. Məsələn, COP29 zamanı sürpriz irəliləmələr, Ermənistan nümayəndə heyətinin gəlişi, çərçivə sazişlərinin imzalanması kimi məsələlər ola bilər.

“Güzəştlər məsələsinə gəldikdə, güman ki, qarşılıqlı güzəştlər deyəndə Azərbaycanın konstitusiya islahatları tələbi var. Haqlı tələbdir. Konstitusiyada ərazi iddiaları olmamalıdır. Ola bilər ki, bunun ertələnməsi və Ermənistanın da bu öhdəliyi götürməsi məsələsi qarşılıqlı güzəşt kimi qəbul oluna bilər” – Natiq Cəfərli deyir.

Politoloq Xaqani Cəfərli isə qeyd edir ki, Baydenin Əliyevə məktubu daha çox Vaşinqtonun Cənubi Qafqaz siyasətinin fəlsəfəsini əks etdirir. Bunu Baydenin “Sülh sazişi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, bütün regionu transformasiya edəcək” - fikrindən aydın görmək olur.

“Ona görə də Vaşinqton sülh sazişinin ən qısa müddətdə imzalanmasını istəyir. ABŞ-nin ən yaxın müttəfiq olan Böyük Britaniyanın siyasi dairələrinin də sülh müqaviləsinin ən qısa zamanda imzalanmasında israr etmələri, bu hadisənin bütün regionu transformasiya edəcəyi ilə bağlıdır. Qərbdə hesab edirlər ki, münaqişələr Rusiyanın postsovet respublikaları üzərində nəzarətini saxlamasının əsas təsir mexanizmidir. Bu fikir isə tam həqiqətə uyğundur. Öz fikirləri ilə Rusiyanın xarici siyasətinin müəyyənləşməsinə təsir edən Konstantin Zatulin və Andranik Miqranyanın birgə yazdıqları, 1997-ci ilin martında "Nezavisimaya qazeta"da dərc olunmuş "MDB: tarixin başlanğıcı və ya sonu. Mərhələləri dəyişmək" başlıqlı məqaləsində Rusiyanın postsovet məkanı üzərində nəzarəti saxlamasının ideoloji əsasları və bu vəzifəni həyata keçirməyin yolları göstərilmişdi” – Xaqani Cəfərli qeyd edir.

Politoloq bildirir ki, həmin məqalədə müəlliflər qeyd edirlər ki, Rusiya postsovet məkanını özünün təsir dairəsində saxlamaq üçün bütün imkanlara əl atmalı, o cümlədən, münaqişələr yaratmalı və onları idarə etməlidir. Bu məqalənin Andranik Miqranyanın Moskva Beynəlxalq Münasibətlər İnstitutundan tələbə yoldaşı olan Rusiyanın hazırkı xarici işləri Sergey Lavrovun fikirləri və istəkləri əsasında yazıldığı haqqında iddiaları da nəzərə alsaq, Cənubi Qafqazdakı münaqişələrin həllində Moskvanın maraqlı olmadığı aydın olur. Bunu Qərbdə çox aydın dərk edirlər və münaqişələrin həllinə nail olmağa çalışırlar. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması da Vaşinqton və London üçün buna görə önəmlidir.

Pressklub.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ana dilimizə YERSİZ ATALIQ QAYĞISI... - AXI NİYƏ?..
Bu gün, 10:24
Pezeşkian Kazanda Paşinyanla görüşüb
Bu gün, 10:17
`Azəriqaz`da AYRISEÇKİLİK... - Bəzi işçilər ezamiyyətə buraxılmır...
Bu gün, 10:16
İrəvanın SÜLH PƏRDƏSİ - NƏ İŞLƏR ÇEVRİLİR?
Bu gün, 10:08
Ermənistan tələsir, Azərbaycan səbirlə davranır - GƏLİŞMƏ
Bu gün, 09:53
Əkilən ağac və kollar paytaxta xüsusi gözəllik verəcək - FOTO
Bu gün, 09:49
Əhali dərmanları pulsuz alacaq: Qanuna dəyişiklik nəyi dəyişəcək? - AKTUAL
Bu gün, 09:45
"Azərkontrakt"da Ləğvetmə Komissiyası yaradılır - SƏRƏNCAM
Bu gün, 09:42
TRAMP DA SƏRSƏMLƏDİ: `ARTSAX`dan danışdı... - "120.000 erməni xristianı dəhşətli şəkildə təqib ediləndə..."
Bu gün, 09:37
Köçəryan və Sərkisyan açıqlamışdı, Paşinyan isə gizlədir – Zakaryan
Bu gün, 09:34
"Yoldaşım dedi, get Hindistana, qayıtmaq istəyəndə dedi, gəlmə..." - “Vətəndaş A”nın Almazı
Bu gün, 09:31
Bu günlərdə iş və dərs olmayacaq - SİYAHI
Bu gün, 09:27
“Qala Həyat” rəqiblərlə yarışa davam gətirə bilmir - Yığımları azalmaqda davam edir
Bu gün, 09:24
"Xaçmaz düşmədi yadınıza?" - Sakinlər başçıdan soruşur...
Bu gün, 09:14
Rövşən Rüstəmovun başı cəncəldən açılmır... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:05
ADAU-da köhnəyə RƏHMƏT OXUYURLAR... - İTTİHAM VAR...
Bu gün, 08:59
"Avtobus zolaqları yol kənarındakı sahibkarlıq obyektlərini bankrot edir - FAKT BUDUR!
Bu gün, 08:45
KAPİTAL BANK müştərinin başına OYUN AÇDI - Elə bil dədələrinin puludur...
Bu gün, 08:42
Ankaradakı terror KİM(LƏR)İN işinə yarayır... - İNCƏLƏMƏ
Bu gün, 08:33
Ağadadaş Ağayevlə “Medera Hospital” şərəf, ləyaqət və nüfuz davası aparır - TƏFƏRRÜAT
Bu gün, 08:25
Direktor xadimə ilə RƏQABƏTDƏ... - GİLEY
Bu gün, 08:22
Devalvasiya olarsa, manatın əvvəlcə 15-20 faiz dəyər itirəcəyi gözlənilir - Gözlənilən "gələcək"...
Bu gün, 08:18
Onlarda yerli... bizdə isə miqrant... - AXI NİYƏ?..
Bu gün, 08:12
Paşinyandan SÜLH açıqlaması... - “COP29 bizim üçün fürsətdir”
Bu gün, 08:09
Erməni hiyləsinə uyan Avropa Parlamenti: Azərbaycana qarşı qətnamənin arxasındakı adlar - NƏ ETMƏLİ?
Bu gün, 07:14
Prezident İlham Əliyevin BRICS-də iştirakı Azərbaycanın qlobal gücə çevrildiyindən xəbər verir - deputat
Bu gün, 07:09
Fulser Bakıya qarşı şəbəkəni ifşa etdi - FOTO
Bu gün, 07:04
Müharibədən 7 ay əvvəl Əliyevə bunu niyə dedin?! – Manukyandan Paşinyana sərt sual
Bu gün, 07:01
"Sən düşəndə bilirsən ki, dostların kimdi..."
Bu gün, 06:59
Baydenin tələb etdiyi “kreativlik və güzəşt” nə deməkdir? - AKTUAL
Bu gün, 06:56
Köhnə ideyaya qayıdış: NATO qoşunları Ukraynaya göndərilsin! - NƏ BAŞ VERİR?
Bu gün, 06:53
Dövlət qurumu İKT malları aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 00:05
Nazirliyin 1,5 milyonluq tenderinin qalibi - BƏLLİ OLDU
Bu gün, 00:02
Ölkəmizdə diplomları tanınmayan universitetlərin siyahısı - DİQQƏT
Dünən, 23:54
Ərdoğan Rusiya səfərini yarıda qoyaraq Türkiyəyə qayıdır - KİV
Dünən, 23:49
O tunelin sifarişçisi Cavid Qurbanovdur: məsuliyyət daşıyırmı? - İLGİNC FAKTLAR
Dünən, 23:40
Zəngəzur məsələsində çox dirəşirik: gərək yoxdur - Sukiasyan
Dünən, 23:36
"Dedilər, get başqa işlə məşğul ol, Azərbaycanda kino var?"
Dünən, 23:34
Elxan Baxışovun rəhbəri olduğu idarənin vergi borcu üzə çıxdı - DETALLAR
Dünən, 23:33
“ABŞ həqiqətən sülhün tərəfdarı olsaydı...” - deputat
Dünən, 23:28
Moskvada təlxəklərin şousu, təxribatçıların "siçan təlaşı" - Biz müttəfiqik?
Dünən, 19:02
Kredit almaq asanlaşacaq: Bəs geri ödəmək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
"COP 29 tədbirinə ev sahibliyi edən Azərbaycan... Qərbin qərəzli bəyanatlarla təzyiq göstərməsinə çoxdan hazır idi"
Dünən, 18:56
Qaya parçasının düşdüyü evin sahibəsi: - "Qardaşımın durumu ağırdır"
Dünən, 18:01
Azərbaycanın BRİCS-ə üzvlüyü geosiyasi vəziyyətin tələbidir - ŞƏRH
Dünən, 18:00
Bağçada övladına "Ketotifen" verilən ana: -"Təhdid edirlər, lakin şikayətimi geri götürməyəcəyəm"
Dünən, 17:57
Naxçıvan Ali Məclisinin iclas zalı yenidən qurulacaq
Dünən, 17:55
Həbsdəki “mahmudovçu” generalın azadlıq istəyi növbəti dəfə rədd edildi
Dünən, 17:53
Polkovnik-leytenantla FHN arasında nə baş verir? - ŞİKAYƏT VERİB
Dünən, 17:48
İcra başçısının sabiq müavininin məhkəməsi başlayıb - DETALLAR
Dünən, 17:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru