Yeni il ərəfəsində quş əti bahalaşıb? .....                     Mesajlar düz hədəfə dəyib və Makronu dəli edib .....                     Anasına baxdığına görə qonşusunu və onun dayısını bıçaqlayan şəxslə bağlı QƏRAR .....                     “Kontakt Home” müştəriyə yenə xarab məhsul satdı .....                     Rusiya qapısı azərbaycanlıların üzünə bağlanır? .....                     Bakıda nə planlaşdırılır? .....                     Azad edilmiş ərazilərdə müasir idman infrastruktları yaradılır .....                     Bu həftə bələdiyyə seçkiləri ilə əlaqədar .....                     "Məhkəmə qərarını yerinə yetirməyə borcludurlar..." .....                     Sülh sərhəddə imzalanacaq - Dəhliz bu qayda ilə açılmalıdır... .....                     Son qərar üçün AZ VAXT QALDI .....                     Dünyanın bölüşdürülməsində biz də varıq! .....                     Marneulideə ibtidai haqqlarımız TƏMİN OLUNDU .....                     COP29 əleyhinə total hücum kampaniyasını təşkil edənlər faş olub... .....                     AZƏRİQAZ MÖCÜZƏSİ: Evinə TULLAN KEÇ... .....                     “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur” .....                     "Məşədi Dadaş"ın imamına sui-qəsd təşkil etməkdə təqsirləndirilən şəxsə .....                     "Aqronom küskün həyat tərzi yaşayır..." .....                     “Mayası nominalından 8-10 dəfə baha olan qəpik kimə lazımdır?” .....                     Bu gün idmançılarımız Müzəffər Azərbaycan xalqını təmsil edirlər .....                     Azərbaycanla münasibətlərdə Tramp üçün geri dönüşü çətin olacaq vəziyyət yaratmaq istəyirlər .....                     BONA DEA HOSPİTAL-da peyvəndi RED BULL soyuducusunda saxlayırlar... .....                     FHN şefinin ŞÜBHƏLİ TENDER oyunu .....                     "Bu heç şeytanın da ağlına gəlməzdi..." .....                     Paşinyan MDB-nin qeyri-rəsmi sammitində iştirak etməyəcək .....                     Naxçıvan eli səndən narazıdır, cənab CANİŞİN .....                     Bu ifadə generalın sonunu gətirə bilər .....                     Tiktokda əxlaqsızlıq təbliği… .....                     "Gəncə-Quşçuluq" ASC də dövlətə borclu imiş... .....                     Nazirlik Sevinc İsgəndərovadan 262 min manata ofis icarəyə götürüb .....                     Əhali arasında yayılan dəhşətli 'VİRUS'... .....                     Mərkəzi bankın 3 qəpiklik ŞOUSU .....                     “Bakı Abadlıq Xidməti MMC” AYRILAN PULLARI YEYİB? .....                     İran elitası silkələnir: Pezeşkian istefa verir? .....                     Qanuna tabe olub, qanunsuzluqla üzləşən vətəndaş problemi necə həll edə bilər? .....                     İrəvanda Qarabağ mübahisəsi: yenidən günahkar axtarışında .....                     DSMF ödənişi və minimum pensiya kapitalı artır: Bu zərərli qanunlar ləğv edilsin... .....                     Zəngəzur dəhlizi ilə bağlı müzakirələr davam edir .....                     5 dəqiqəyə 20 minin xərclənməsi... .....                     Azərbaycan da `D-8` üçün ASAN YEM DEYİL... .....                 

İrəvanın SÜLH PƏRDƏSİ - NƏ İŞLƏR ÇEVRİLİR?
Tarix: 24-10-2024, 10:08 | Çap et
İrəvanın SÜLH PƏRDƏSİ
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə çağırışlar artdıqca, İrəvan öz ənənəvi siyasətinə sadiq qalaraq, pozucu davranışlar, utopik bəyanatlar verir. Ermənistan sülh müqaviləsinə nail olmaq üçün gərəkən işləri görmək - konstitusiyasını dəyişmək və absurd iddialarından əl çəkmək əvəzinə, müxtəlif ikibaşlı, bəhanə görünən açıqlamalar tirajlayır.

Maraqlısı budur ki, indi də Ermənistan sülh müaviləsinin baş tutmamasına görə daşnakları önə verir. “Armen Rüstəmyan və onun partiyası (Daşnaksütyun - red.) sülh prosesini tamamilə pozmaq istəyir, hətta bunu heç gizlətmirlər”. Bunu oktyabrın 22-də jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan deyib. “Mən nə Azərbaycanın, nə Rusiyanın, nə Türkiyənin, nə də başqa bir ölkənin məntiqinə görə davranmıram. Qarşı tərəfin istəyib-istəməməsindən asılı olmayaraq, biz çıxış yollarını tapmağa və irəliləməyə çalışacağıq”, - deyə erməni spiker qəribə cümlələr işlədib.

Oktyabrın 23-də Ermənistan parlamenti Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında Dövlət Sərhədinin Demarkasiyası üzrə Dövlət Komissiyası arasında “Dövlət sərhədinin demarkasiyası və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın birgə fəaliyyəti haqqında” reqlamenti ratifikasiya edib. Bildirilir ki, səsvermədə yalnız hakim “Mülki Müqavilə” partiyasından olan deputatlar iştirak edib. Parlament müxalifəti isə səsverməyə qatılmayıb.

Əvvəlcədən də bildirilmişdi ki, Ermənistanın “Hayastan” parlament fraksiyası Milli Assambleyanın Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası prosesinin müzakirə ediləcəyi iclasda iştirak etməyəcək. Bəyanatında deyilirdi ki, “Fraksiya prosesi konstitusiyaya zidd və milli-dövlət maraqlarına zidd hesab edir, Ermənistanın ərazi bütövlüyünə, təhlükəsizliyinə və suverenliyinə xələl gətirən ciddi təhdidlər ehtiva edir, həm beynəlxalq hüquqa, həm də milli qanunvericiliyə ziddir”.

Əslində daşnakların, gün-gündən baş qaldıran yeni revanşistlərin mövqeyi bəllidir, onlar bəlli dairələrdən, həmçinin erməni kilsəsindən və diasporundan aldıqları təlimat əsasında sülhə qarşı çıxırlar. Amma Nikol Paşinyan hakimiyyətinin də sülh bəyanatlarının arxasında gizlənib, revanşizmə meydan verməsi, Baqrat Qalstanyanın başıpozuq dəstəsi ilə hətta parlament müzakirələrinin aparılmasına şərait yaratması, ölkənin yenidən silahlandırılması istqamətində Qərb çevrələri ilə əməkdaşlığı davam etdirməsi, həmçinin Azərbaycanın əsas şərtlərini icra etmək əvəzinə, söz oyunlarından əl çəkməməsi faktiki olaraq rəsmi İrəvanın pozuculuq niyyətlərindən xəbər verir. Bir neçə gün əvvəl Azərbaycanla sülhün imzalanması üçün heç bir maneənin olmadığını iddia edən Alen Simonyan daha sonra iftira dolu mövqelər sərgilməyə başladı. Beləliklə, Paşinyan komandası sülhə doğru bir addım irəli, üç addım geri atır.

Yeri gəlmişkən, Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşünün Kazanda, BRİCS toplantısı çərçivəsində keçirilə biləcəyinə dair gözləntilər var. Artıq Azərbaycan Prezidenti Kazanda səfərdədir. Ermənistanın baş naziri Nikol Paşinyan isə bu gün, 24 otyabrda Kazana yola düşəcək. Musava.com bu barədə erməni mediasına istinadən bildirir. Məlumata görə, Ermənistanın baş naziri BRİCS+ formatında sammitin ikinci hissəsində iştirak edəcək. ABŞ prezidenti Baydenin sülhə çağırışla Bakı və İrəvana məktub yollamasından sonra görüşün baş tutub-tutmayacağı, yaxud keçiriləcəyi halda hansısa irəliləyişin əldə olunacağı barədə öncədən proqnoz vermək çox çətindir. Xüsusilə də Ermənistanın destruktiv mövqeyi və yarımçıq sülhü imzalamaq cəhdləri nəticə barədə nikbinliyə əsas vermir.

Ölkə konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını saxlayan hakimiyyətin imza atdığı yarımçıq sülhlə əbədi sülhə nail olmaq mümkünsüzdür, bunu ekspertlərimiz də əminliklə bildirir. Beləliklə, rəsmi İrəvanın indi də məsuliyyəti daşnakların üzərinə atmaq cəhdi Ermənistanın bir dövlət olaraq aciz durumda olmasından xəbər verir, yoxsa bu, sadəcə, bəhanədir? Ekspertlər bu gəlişmələri, İrəvandan verilən ikibaşlı bəyanatları necə dəyərləndirir?

Deputat Sahib Alıyev “Yeni Müsavat”a bildirdi ki, Alen Simonyanın Rustamyan haqda dedikləri həqiqətdir, amma yarımçıq həqiqətdir: “Çünki təkcə Ermənistandakı daşnaklar yox, ABŞ və Fransadakı daha çox daşnakların yer aldığı hay diasporları da qəti şəkildə bu regionda sülh istəmirlər. Çünki o halda yerləşdikləri ölkələrdə geosiyasi alət olaraq heç bir dəyərləri qalmır. Ancaq məsələ burasındadır ki, nə qədər sülh göyərçini kimi görünməyə çalışsalar da, simonyanlar rustamyanlardan çox da fərqlənmirlər”. S.Alıyevin sözlərinə görə, sadəcə, daşnaklara qəti şəkildə sülhə qarşı çıxmalarını tapşıranlar onlara da “sülh göyərçini” kimi özlərini təqdim etmələrini, amma bu yöndə həlledici addım atmamalarını tapşırıblar: “Baxın, Ermənistan rəhbərliyindəkilər özləri də etiraf edirlər ki, kənar güclər məsələyə qarışanda sülh danışıqları heç də irəliləmir. Yaxşı, onda onlara nə mane olur ki, Azərbaycanın təklifinə "hə" deyərək Minsk Qrupunun buraxılması məsələsini onlar da qaldırsın və beləliklə, kənar güclərin yersiz müdaxilələrinin qarşısı alınsın? Deyirlər ki, guya konstitusiya dəyişiklikləri üçün xeyli vaxt tələb olunur. Bu ki hər hansı hazırlıq tələb etmir. Günü sabah bizimlə birgə Minsk Qrupunun buraxılması tələbini irəli sürə bilər, bununla da Azərbaycana qarşı torpaq iddiaları olmadığını sözdə deyil, əməldə də göstərərlər. Ancaq göründüyü kimi, bunu etmirlər, çünki bir daha vurğulayıram, bu baxımdan daşnaklardan çox da fərqlənmirlər".

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, siyasi ekspert Tural İsmayılov təsdiqlədi ki, bu gün doğrudan da Ermənistanın siyasi institutları ilə erməni cəmiyyəti arasında böyük qopmalar mövcuddur: “Sözügedən məsələ ilə bağlı təkcə Ermənistan hakimiyyətində deyil, eyni zamanda ölkənin ictimai-siyasi həyatında təmsil olunan bütün hərəkatlar və partiyalarla erməni cəmiyyəti arasında ciddi çöküş yaşanır. Faktiki olaraq bu, Ermənistan cəmiyyətinin dövlətə olan inam və etimadını yoxa çıxardır. Bütün bunların hamısı erməni cəmiyyətində ümidsizliyə və aqressiv ambisiyalara səbəb olur”. T.İsmayılovun fikrincə, Ermənistan cəmiyyətindəki ideoloji boşluq, dövlətçiliyin olmaması müxtəlif xarici güc faktorlarının cəmiyyət içərisində ideoloji iş aparmasına gətirib çıxarır: “Belə olan halda Rusiya və Qərb təbliğat mediası Ermənistan daxilində çox fəal şəkildə öz təsir rıçaqlarından istifadə etməyə səy göstərir. Qərb özünün ideoloji maraqlarını Ermənistanda həyata keçirməyə cəhd edir. Eyni zamanda hələ də Rusiyanın güclü təsiri altında olan Ermənistanda vətəndaş cəmiyyətləri və media mövcuddur. Bütün bunlar isə erməni cəmiyyətinin ağlasığmaz təxəyyüllərə sürüklənməsinə səbəb olur. Ermənistan cəmiyyətində keçirilən rəy sorğuları da göstərir ki, xalqın bütövlükdə Ermənistandakı dövlət idarəetməsinə və ayrı-ayrı siyasi institutlara inam sıfırın altındadır”.

Politoloq Məhəmməd Əsədullazadənin də deyilən fikirlərə əlavəsi var: “Ermənistan tərəfindən verilən açıqlamalara fikir versək, həm parlament sədri, həm də baş nazir müsbət açıqlama verir. Bir neçə saatdan sonra isə tamam ziddiyyətli bir mövqe ortaya qoyulur. Reallıqda Ermənistan tərəfi silahlanır, hərbi təlimlər keçirir, hücum silahları alır. Həm də sülhü pozmaq istəyən tərəfin Daşnaksütyun Partiyası olduğu vurğulanır. Hakimiyyətdə olan daşnaklar deyil, Nikol Paşinyan və onun partiyasıdır. Daşnaklar daim sülhün əleyhinə olub. Belə çıxır ki, Ermənistan hökuməti daşnaklardan çəkinir?!”

Politoloq əmindir ki, bu, manevrdir və sülhdən yayınmaq cəhdidir: “Nikol Paşinyan ortaya siyasi iradə qoymalıdır. Azərbaycan siyasi iradəsini ortaya qoyub. Ermənistandan gələn ikibaşlı bayanatlar isə sülhü gecikdirir. İlk növbədə Zəngəzur dəhlizi ilə bağlı razılaşmaya gəlməlidirlər. Həm də qanunvericilik aktlarından Azərbaycana qarşı ərazi iddialarını çıxarmalıdırlar. Bunu da etmədilər”. M.Əsədullazadənin sözlərinə görə, əslində Paşinyan müxalifətdən qorxmur, çünki müxalifət zəifləyib: “ABŞ prezidenti Baydenin məktubu əslində Ermənistana aiddir. Çünki sülhün tez əldə edilməsi üçün sülhə mane olan məsələlər Ermənistan tərəfindədir. Onlara əməl edilsin. Yoxsa ütülü açıqlamalara da ehtiyac yoxdur. Konkret olaraq Ermənistanla Azərbaycan arasında ikitərəfli danışıqlar müstəvidə müəyyən irəliləyişlər var. Bunu rəsmi Bakı həyata keçirir. Cənab prezident İlham Əliyev burada tam obyektiv və beynəlxalq hüquqa söykənən siyasətə ortaya qoyub. Amma Nikol Paşinyan hər gün açıqlamalar verməklə məşğuldur. Əsas real işlər görmək lazımdır. Bunu da Ermənistan görməyə çətinlik çəkir. Bütün təlimatları Paris və Ağ Evdən alır. Düşünürəm ki, əldə edilən razılaşmaların davamı olaraq qarşı tərəf yerdə qalan bəndləri yerinə yetirsə, ilin axırına kimi sülh müqaviləsi bağlana bilər”.

Sülhün imzalanması ilə bağlı fikirlər haçalansa da, ən uyğunu gözləməkdir. Yeri gəlmişkən, A.Simonyan 2023-cü ildə də ilin sonunadək sülhün imzalana biləcəyini əminliklə söyləyirdi...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yeni il ərəfəsində quş əti bahalaşıb? - AÇIQLAMA
Bu gün, 10:04
Mesajlar düz hədəfə dəyib və Makronu dəli edib - FAKT BUDUR!
Bu gün, 10:02
Anasına baxdığına görə qonşusunu və onun dayısını bıçaqlayan şəxslə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 09:58
“Kontakt Home” müştəriyə yenə xarab məhsul satdı - ETİRAZ VAR...
Bu gün, 09:57
Rusiya qapısı azərbaycanlıların üzünə bağlanır? - NƏ BAŞ VERİR?
Bu gün, 09:54
Bakıda nə planlaşdırılır? – Gərginlik artır: Savaşa onlar göndərilir
Bu gün, 09:41
Azad edilmiş ərazilərdə müasir idman infrastruktları yaradılır - ŞƏRH
Bu gün, 09:32
Bu həftə bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq
Bu gün, 09:30
"Məhkəmə qərarını yerinə yetirməyə borcludurlar..." - Ekspert danışır...
Bu gün, 09:29
Sülh sərhəddə imzalanacaq - Dəhliz bu qayda ilə açılmalıdır... - AKTUAL
Bu gün, 09:25
Son qərar üçün AZ VAXT QALDI - Bir neçə aya gerçəkləşə bilər
Bu gün, 09:23
Dünyanın bölüşdürülməsində biz də varıq! – İlk dəfə
Bu gün, 09:22
Marneulideə ibtidai haqqlarımız TƏMİN OLUNDU - FOTOFAKT
Bu gün, 09:20
COP29 əleyhinə total hücum kampaniyasını təşkil edənlər faş olub... - məşhur adlar, şirkətlər..; cavabımız nə olmalıdır?
Bu gün, 09:14
AZƏRİQAZ MÖCÜZƏSİ: Evinə TULLAN KEÇ... - "600 manat rüşvət istəyirlər..."
Bu gün, 09:10
“Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur” - Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir
Bu gün, 09:06
"Məşədi Dadaş"ın imamına sui-qəsd təşkil etməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 09:01
"Aqronom küskün həyat tərzi yaşayır..." - Şəhid anasından PREZİDENTƏ MÜRACİƏT
Bu gün, 09:00
“Mayası nominalından 8-10 dəfə baha olan qəpik kimə lazımdır?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:56
Bu gün idmançılarımız Müzəffər Azərbaycan xalqını təmsil edirlər - İsrafil Kərimovun yazısı
Bu gün, 08:51
Azərbaycanla münasibətlərdə Tramp üçün geri dönüşü çətin olacaq vəziyyət yaratmaq istəyirlər - FAKT BUDUR!
Bu gün, 08:50
BONA DEA HOSPİTAL-da peyvəndi RED BULL soyuducusunda saxlayırlar... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:48
FHN şefinin ŞÜBHƏLİ TENDER oyunu - BU NƏDİ BELƏ?..
Bu gün, 08:37
"Bu heç şeytanın da ağlına gəlməzdi..." - GİLEY
Bu gün, 08:32
Paşinyan MDB-nin qeyri-rəsmi sammitində iştirak etməyəcək - camaata xəstəlik keçirə bilər, deyə...
Bu gün, 08:25
Naxçıvan eli səndən narazıdır, cənab CANİŞİN - BU DA BELƏ...
Bu gün, 08:24
Bu ifadə generalın sonunu gətirə bilər - Polkovnik məhkəmədə elə faktlar açdı ki…
Bu gün, 07:07
Tiktokda əxlaqsızlıq təbliği… – Xalq şairi çağırış etdi
Bu gün, 07:01
"Gəncə-Quşçuluq" ASC də dövlətə borclu imiş... - FOTO
Bu gün, 06:56
Nazirlik Sevinc İsgəndərovadan 262 min manata ofis icarəyə götürüb - TƏFƏRRÜAT
Bu gün, 06:51
Əhali arasında yayılan dəhşətli 'VİRUS'... - Azərbaycan üçün böyük TƏHLÜKƏ
Bu gün, 06:48
Mərkəzi bankın 3 qəpiklik ŞOUSU - baha başa oturdu....
Bu gün, 06:40
“Bakı Abadlıq Xidməti MMC” AYRILAN PULLARI YEYİB? - NARAZILIQ VAR
Bu gün, 06:36
İran elitası silkələnir: Pezeşkian istefa verir? – Son durum
Bu gün, 06:22
Qanuna tabe olub, qanunsuzluqla üzləşən vətəndaş problemi necə həll edə bilər? - NƏ ETMƏLİ?
Bu gün, 00:14
İrəvanda Qarabağ mübahisəsi: yenidən günahkar axtarışında - GƏLİŞMƏ
Bu gün, 00:11
DSMF ödənişi və minimum pensiya kapitalı artır: Bu zərərli qanunlar ləğv edilsin... - ÇAĞIRIŞ
Dünən, 23:27
Zəngəzur dəhlizi ilə bağlı müzakirələr davam edir - Uraloğlu
Dünən, 23:24
5 dəqiqəyə 20 minin xərclənməsi... - “TikTok”da çirkli pullar necə yuyulur?
Dünən, 20:27
Azərbaycan da `D-8` üçün ASAN YEM DEYİL... - FAKT BUDUR!
Dünən, 19:00
Deputat: “ABŞ səfirliyinin qərəzli fikirləri diplomatiyaya ziddir”
Dünən, 18:58
Minimum əməkhaqqı ARTIRILDI - "1000 manat da ola bilər amma..."
Dünən, 18:05
Azərbaycan üzən məzənnə rejiminə KEÇİR? - Dolların kursu və manatın məzənnəsi isə...
Dünən, 18:00
"Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasına müstəqil üzv təyin edilib
Dünən, 17:58
“Serdar Ortac canlı yayında məni dinləyib ağladı” - VİDEO
Dünən, 17:16
Bundan sonra utanıb siçan deşiyinə girsinlər – Fürsətdir!
Dünən, 17:09
Fransanın yerini hansı dövlət tutub? - İNCƏLƏMƏ
Dünən, 17:04
Söyüş, əxlaqsızlıq, narkotikin təbliği: Azərbaycanda TikTok bağlanacaq? - NƏ ETMƏLİ?
Dünən, 17:02
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-yə 20 milyon manat ayrılıb - SƏRƏNCAM
Dünən, 16:58
Azərbaycanın Belarusdakı hərbi attaşelik aparatının nümayəndələri Polotsk Kadet Məktəbində olub
Dünən, 16:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru