Qaya parçasının düşdüyü evin sahibəsi: .....                     Azərbaycanın BRİCS-ə üzvlüyü geosiyasi vəziyyətin tələbidir .....                     Bağçada övladına "Ketotifen" verilən ana: .....                     Naxçıvan Ali Məclisinin iclas zalı yenidən qurulacaq .....                     Həbsdəki “mahmudovçu” generalın azadlıq istəyi .....                     Polkovnik-leytenantla FHN arasında nə baş verir? .....                     İcra başçısının sabiq müavininin məhkəməsi başlayıb .....                     "Sinfidə 30-40 şagird varsa, keyfiyyətdən söhbət gedə bilməz" .....                     “Su altında qalan Sabunçu tuneli ilə bağlı dəfələrlə müvafiq qurumlara müraciət etmişdik” .....                     BRİKS ölkələri G7-ni geridə qoyub: .....                     Ehtiram Hüseynov işdən çıxdı .....                     Sabunçuda camaat ŞİKAYƏTÇİDİR... .....                     Leyla Əliyevanın təşəbbüsü ilə “Yer kürəsi uşaqların gözü ilə” beynəlxalq fotomüsabiqəsi keçirilir. .....                     Sabunçuda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanılıb .....                     Məsuliyyətsiz sürücülər sığorta şirkətlərinə .....                     “Leş qarağaları kimi üstümə yığışdılar, utanırlar?” .....                     Aktyorla xanımının qətlinin .....                     “Bizə çatanda deyirlər, camaatın anası, bacısı baxır, ayıb deyil?” .....                     15 il həbs cəzası alan iş adamı və digərləri .....                     Ərdoğan - Putin anlaşması nəyi dəyişəcək? .....                     Terrorçuların sülh müqaviləsiylə əlaqələndirilməsinin heç bir məntiqi izahı yoxdur .....                     AP-nin Azərbaycana qarşı qərəzli mövqeyi nəyə hesablanıb? .....                     Gürcü hərbi attaşe Papikyanla görüşdü .....                     Azərbaycan müdafiə nazirinin Qırğızıstana rəsmi səfəri davam edir .....                     Tanınmış vəkil komaya düşdü .....                     "MİDA" Binəqədidə inşa olunan yaşayış kompleksi üçün .....                     Bakıda 5 milyonluq mənzil .....                     İrəvan sərhəd sənədini niyə tələsik təsdiqlədi: .....                     Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən zabitinə hökm oxunub .....                     ATA QAZİ... OĞUL QAZİ... ikisi də İŞSİZ, DURUM AĞIR... .....                     Göyüşov və oğlu haqda yeni məlumatlar: .....                     Pulu Elman Rüstəmov “yeyib”, vətəndaşın mülkü əlindən alınır .....                     Mövlam Şıxəliyevlə dövlət qurumu arasında pensiya qalmaqalı .....                     Biləsuvarın keçmiş icra başçısı HƏBSDƏN BURAXILA BİLƏR .....                     Məmur korrupsiyaya yol versə, lakin kimlərəsə kömək etsə, onun adı "çörəkverən kişi" qalır... .....                     Sabunçuda iki nəfərin ölümünə səbəb olan tuneli tikən şirkətdən AÇIQLAMA .....                     Azərbaycan Mərkəzi Bankı .....                     Bütün ermənilərin katolikosu Bakıya gələ bilər .....                     Əvvəl sevindi, bir neçə dəqiqə sonra isə həbsə getdi .....                     Qiymətləndiricilərin peşə bacarığı səviyyəsinin yüksəldilməsi məqsədilə növbəti kurs keçirilib .....                 

Göyüşov və oğlu haqda yeni məlumatlar: - Milyonluq layihələr, qaranlıq tenderlər, xaricə daşınan sərvət…
Tarix: Bu gün, 15:52 | Çap et
Göyüşov və oğlu haqda yeni məlumatlar:
Bakıya yağan intensiv yağış bir çox məsələləri yenidən gün işığına çıxardı. İctimai diqqət daha çox bu istiqamətə yönəlib: Niyə tunellərdə, küçələrdə sular bu qədər yığılır? Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə deyib ki, işlər görülərkən qüsurlara yol verilib. O, bu məsələlərin araşdırılacağını bildirib.

Təəssüf ki, bu yağıntı faciə ilə nəticələndi. Sabunçu rayonu ərazisindəki tuneldə iki nəfər boğularaq öldü.

Məlumata görə, tuneli tikən “Körpü Bina Tikinti” MMC-dir. MMC-nin direktoru Xəlil Göyüşovla bağlı mediada məlumatlar yayılıb. Bildirilir ki, onun oğlu Ramiz Göyüşov bir neçə il əvvəl Almaniyanın Hamburq şəhərində 40 milyon avro dəyərindəki ARENA OTELini (AGO Park Hotel Betriebs GmbH, Hamburg) alıb.

Bu məlumat təsdiqlənsə, ata-oğul Göyüşovların fəaliyyətləri araşdırıla bilərmi? Bu fakt hüquq mühafizə orqanlarının araşdırmasına səbəb olarmı?

Globalinfo.az-ın suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuz qeyd edib ki, bir çox media orqanlarında yağış sularının toplanması nəticəsində “qanlı göl”ə çevrilən Sabunçu tunelinin 2019-cu ildə inşa edildiyini göstərilir:

“Halbuki, bu faciəvi hadisəyə obyektiv qiymət vermək üçün “Körpü Bina Tikinti” MMC-nin təsis olunduğu gündən aldığı sonuncu layihəyə qədər geniş zaman kəsimini incələmək lazımdır. Əks halda, hadisəni düzgün analiz etmək, onun arxasında kimlərin dayandığını ortaya çıxarmaq olmaz. “Körpü Bina Tikinti” MMC-nin rəsmi səhifəsində bu barədə deyilir: “25 ildən artıqdır ki, Azərbaycanda və digər ölkələrdə avtomobil yollarının salınması ilə məşğul oluruq”. Doğrusu, 2001-ci ildə təsis olunan bir şirkətin 2024-cü ilə qədər keçən 23 il ərzində necə 25 illik yol salınması təcrübəsindən danışması mənim üçün də qaranlıqdır. Ümid edirəm ki, onun fəaliyyətini araşdıracağını gözlədiyim istintaq orqanları bu qaranlıq məsələyə də işıq tutacaq. Şirkətin özü barədə “tarixöncəsi” əfsanələr uydurmasına baxmayaraq, onun barəsində bilinən bir həqiqət var. “Körpü Bina Tikinti” MMC 2001-ci ildə təsis olunub və 2004-cü ildən milyonluq layihələr almağa başlayıb.

Bəs 2004-cü il tarixi sizə nəyisə xatırladırmı? Yəqin ki, keçmiş MTN-nin rəhbəri Eldar Mahmudovun da məhz həmin tarixdə vəzifəyə gətirildiyini bilməmiş olmazsınız. O Eldar Mahmudov ki, Azərbaycanın demək olar bütün iş adamlarını soymaqla məşğul idi. Onun dövründə cəmi bir neçə şirkət parladı ki, bunlardan biri də “Körpü Bina Tikinti” MMC-dir. İddialara görə, şirkətin təsisçisi Xəlil Göyüşov “MTN işi”ndə ən çox adı hallanan və hazırda xaricə sığınan “Akula Akif”in adamı olub. Böyük tenderlərin “udulmasını” və icra hakimiyyətləri ilə bazarlıqları Çovdarov həyata keçirsə də, vəsaitlərin nağdlaşdırılaraq mənimsənilməsi “Akula Akif”in nəzarətində olub. Onun əsas pulyığanı və donoru isə Xəlil Göyüşov idi. Sözsüz ki, bu qədər güclü arxası olan və mənimsədiyi milyonlarla vəsaiti öz “patron”ları ilə bölüşən Xəlil Göyüşov həyata keçirdiyi tikintiləri başdansovdu həyata keçirməli idi. Və yığdığı pulları isə Azərbaycanda saxlaya bilməzdi. Çünki bir gün Bakıya leysan yağanda onun bütün icraatları ortaya çıxacaq və qanunsuz yolla mənimsədikləri əlindən alınacaqdı”.

O ki qaldı Xəlil Göyüşovun oğlu Ramizə, Heydər Oğuzun fikrincə, atasının gül balası hələ Bakıda olarkən lüks həyatı və israfçılığı ilə gözə batırdı:

“Hətta mətbuatda gedən yazılarda Ramiz Göyüşovun əsgərlikdə ola-ola Bakının ən bahalı restoranlarında dostları ilə kef məclisi qurduğundan danışılırdı. Haqqında başqa-başqa məlumatlar da yayımlanırdı. İndi də onun sorağı Almaniyanın Hamburq şəhərindən gəlir. Təbii ki, əsgərliyini belə bar-restoranlarda keçirən bir gəncdən başqa nəsə gözləmək olmazdı. Açığını deyim ki, mən bu məsələdə nə Xəlil Göyüşovu, nə də onun atasının “gül balasını” günahlandırıram. Onlar hələ də azadlıqdadırsa, deməli, ölkəmizin hüquq-mühafizə orqanları işlərini düzgün qurmayıblar. Ümid edirəm ki, heç olmasa, leysan faciəsindən sonra müvafiq qurumlar öz səhvlərini düzəldər, yollarımızı çaya, körpü altı tunellərimizi “qanlı göllər”ə çevirənlərin hamısı və onların himayədarları məsuliyyətə cəlb olunar”.

Sabunçu rayonu, Asəf Əsədullayev küçəsində yerləşən tunelin tikintisinə 2019-cu ildə başlanılıb. Tunelin sifarişçisi “Azərbaycan Dəmir Yolları” QSC, tikinti işlərini aparan isə “Körpü Bina Tikinti” MMC olub. Tunelin açılışı 2020-ci ilin martın 13-də baş tutub. Açılış mərasimində qırmızı lenti “Azərbaycan Dəmir Yolları”nın ozamankı sədri Cavid Qurbanovun müavini Zaman Novruzov kəsib.

Tunelin uzunluğu 388 metr, hündürlüyü 5,5 metr, eni isə 13,5 metrdir. Qapalı hissənin uzunluğu isə 68 metrə bərabərdir.

4 il əvvəl açılış mərasimində verilən məlumata görə, yağış və qrunt sularının kənarlaşdırılması məqsədilə nasosxana tikilib. Bunun üçün 3 nasos, bundan əlavə də 100 kilovatlıq transformator və generator quraşdırılıb. Amma görünən və real mənzərə onu deməyə əsas verir ki, ötən gecəki hadisə zamanı nə üç nasos, nə 100 kilovatlıq transformator, nə də generator işə yarayıb.

Sabunçu rayonu ərazisində bu şirkətin daha öncə tikdiyi başqa bir tuneli də su basmış, o zaman da bir neçə avtomobil suyun altında qalaraq yararsız vəziyyətə düşmüşdü.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qaya parçasının düşdüyü evin sahibəsi: - "Qardaşımın durumu ağırdır"
Bu gün, 18:01
Azərbaycanın BRİCS-ə üzvlüyü geosiyasi vəziyyətin tələbidir - ŞƏRH
Bu gün, 18:00
Bağçada övladına "Ketotifen" verilən ana: -"Təhdid edirlər, lakin şikayətimi geri götürməyəcəyəm"
Bu gün, 17:57
Naxçıvan Ali Məclisinin iclas zalı yenidən qurulacaq
Bu gün, 17:55
Həbsdəki “mahmudovçu” generalın azadlıq istəyi növbəti dəfə rədd edildi
Bu gün, 17:53
Polkovnik-leytenantla FHN arasında nə baş verir? - ŞİKAYƏT VERİB
Bu gün, 17:48
İcra başçısının sabiq müavininin məhkəməsi başlayıb - DETALLAR
Bu gün, 17:47
"Sinfidə 30-40 şagird varsa, keyfiyyətdən söhbət gedə bilməz" - Ekspert danışır...
Bu gün, 17:44
“Su altında qalan Sabunçu tuneli ilə bağlı dəfələrlə müvafiq qurumlara müraciət etmişdik” – Fazil Mustafa
Bu gün, 17:41
BRİKS ölkələri G7-ni geridə qoyub: - Putin elə rəqəmlər səsləndirdi ki...
Bu gün, 17:40
Ehtiram Hüseynov işdən çıxdı - AÇIQLAMA
Bu gün, 17:38
Sabunçuda camaat ŞİKAYƏTÇİDİR... - İcra başçısı isə deyir ki...
Bu gün, 17:30
Leyla Əliyevanın təşəbbüsü ilə “Yer kürəsi uşaqların gözü ilə” beynəlxalq fotomüsabiqəsi keçirilir. - FOTO
Bu gün, 17:18
Sabunçuda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanılıb - FOTO, VİDEO
Bu gün, 17:15
Məsuliyyətsiz sürücülər sığorta şirkətlərinə - 93 MİLYON MANAT ZƏRƏR VURUBLAR
Bu gün, 17:12
“Leş qarağaları kimi üstümə yığışdılar, utanırlar?” - Mətanət İsgəndərli
Bu gün, 17:06
Aktyorla xanımının qətlinin TƏFƏRRÜATI
Bu gün, 17:02
“Bizə çatanda deyirlər, camaatın anası, bacısı baxır, ayıb deyil?” - Ülvidən onu QINAYANLARA
Bu gün, 16:59
15 il həbs cəzası alan iş adamı və digərləri Ali Məhkəməyə üz tutdu
Bu gün, 16:57
Ərdoğan - Putin anlaşması nəyi dəyişəcək? - AKTUAL
Bu gün, 16:53
Terrorçuların sülh müqaviləsiylə əlaqələndirilməsinin heç bir məntiqi izahı yoxdur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 16:41
AP-nin Azərbaycana qarşı qərəzli mövqeyi nəyə hesablanıb? - Millət vəkili detallı danışdı
Bu gün, 16:29
Gürcü hərbi attaşe Papikyanla görüşdü
Bu gün, 16:28
Azərbaycan müdafiə nazirinin Qırğızıstana rəsmi səfəri davam edir
Bu gün, 16:25
Tanınmış vəkil komaya düşdü - hazırda reanimasiyadadır
Bu gün, 16:22
"MİDA" Binəqədidə inşa olunan yaşayış kompleksi üçün 1,4 milyon xərcləyəcək
Bu gün, 16:20
Bakıda 5 milyonluq mənzil – Orada kim yaşayır?
Bu gün, 16:11
İrəvan sərhəd sənədini niyə tələsik təsdiqlədi: - Bakıdan nə istəyirlər?
Bu gün, 16:07
Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən zabitinə hökm oxunub - 8 il...
Bu gün, 16:04
ATA QAZİ... OĞUL QAZİ... ikisi də İŞSİZ, DURUM AĞIR... - MÜRACİƏT
Bu gün, 15:59
Göyüşov və oğlu haqda yeni məlumatlar: - Milyonluq layihələr, qaranlıq tenderlər, xaricə daşınan sərvət…
Bu gün, 15:52
Pulu Elman Rüstəmov “yeyib”, vətəndaşın mülkü əlindən alınır - NONSENS MƏHKƏMƏ İŞİ
Bu gün, 15:43
Mövlam Şıxəliyevlə dövlət qurumu arasında pensiya qalmaqalı - TƏFƏRRÜAT
Bu gün, 15:40
Biləsuvarın keçmiş icra başçısı HƏBSDƏN BURAXILA BİLƏR - BUNA GÖRƏ...
Bu gün, 15:38
Məmur korrupsiyaya yol versə, lakin kimlərəsə kömək etsə, onun adı "çörəkverən kişi" qalır... - NİYƏ BELƏDİR?
Bu gün, 15:33
Sabunçuda iki nəfərin ölümünə səbəb olan tuneli tikən şirkətdən AÇIQLAMA - Günah sifarişi verəndədir
Bu gün, 15:26
Azərbaycan Mərkəzi Bankı "Cüzdan"a lisenziya verib
Bu gün, 15:21
Bütün ermənilərin katolikosu Bakıya gələ bilər - KİV
Bu gün, 15:19
Əvvəl sevindi, bir neçə dəqiqə sonra isə həbsə getdi - TƏFƏRRÜAT
Bu gün, 15:08
Qiymətləndiricilərin peşə bacarığı səviyyəsinin yüksəldilməsi məqsədilə növbəti kurs keçirilib - FOTO
Bu gün, 15:03
Zaqatalalı “Dadaş”, “Silvestr” və lənkəranlı avtoritetlər – Azərbaycan MAFİYASI NECƏ YARANDI?
Bu gün, 15:00
Ramiz Mehdiyevin kürəkəni hüquqdan sui-istifadə edir – Yenə məhkəməni təxirə saldırdı
Bu gün, 14:54
Gözətçi "Kapital Bank"a kredit almağa getdi - 200 manat cərimələndi
Bu gün, 14:48
İcra başçısının oğlu 1 milyon manat vergini ödəməmək üçün Azərbaycandan qaçdı - TƏFƏRRÜAT
Bu gün, 14:46
Ana məktəbli övladına ayaqqabı belə ala bilmir... - GİLEY
Bu gün, 14:32
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 14:21
Qarabağ belə azad edilib: - Ermənistan rəsmi şəkildə etiraf etdi
Bu gün, 14:17
Ora da Azərbaycanındır, geri çəkilməliyik - Simonyan
Bu gün, 14:15
HƏMAS-ın Siyasi Bürosunun sədr müavini Moskvada səfərdədir
Bu gün, 14:14
Dillər Universitetində satışda VƏZİFƏLƏR VAR... - İLGİNC İDDİA
Bu gün, 14:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru