Kremlin Zəngəzur dəhlizi marağı... .....                     Qarabağ Dirçəliş Fondu sığortaçı seçdi .....                     AZAL aviabiletlərin onlayn geri qaytarılması xidmətini istifadəyə verib .....                     Dövlət Xidməti 6 milyonluq tenderinin .....                     İki oğlu şəhid olan ananın GÖZÜ YOLDA QALIB .....                     Qatilə çevrilən Sabunçu tüneli ilə bağlı İLGİNC FAKTLAR... .....                     Ermənistandakı həmkarlarımızın müstəqilliyindən narahatıq .....                     “Görün, Amerika nə günə qalıb ki, dövlət başçılığına iki belə yararsız namizədi var?” .....                     Hacı Şahinin məzarı yeniləndi .....                     “Bakcell” UNEC-də keçirilən İnnovasiya Həftəsinin əsas tərəfdaşıdır .....                     "Son iki gündə yağan yağışlar daha çox suların cəmləşdiyi və sistemin zəif yerlərini göstərdi" .....                     44 saylı notariusun adı saxtakarlıqda keçir .....                     Klinikaların analiz davası: Niyə bir-birilərinə etibar etmirlər? .....                     “Dərmanlar bahadır, pulsuz verilməli olan dərmanlar apteklərdə tapılmır” .....                     Neftçilərin daşınmasında GƏMİ PROBLEMİ... .....                     COP29 ərəfəsində Azərbaycanda kəskin qiymət artımı olacaq? .....                     Azərbaycanda bu yağ qadağan edilir? .....                     Sabunçuda 2 şəxsin öldüyü tuneli Cavid Qurbanov inşa etdirib…. .....                     "Melissa Group" tikinti şirkətinin özbaşınalığı .....                     “Baydenin mövqeyi ölkəmizə qarşı təxribatçı davranışların üstündən xətt çəkdi” .....                     "Xəstəliyimi bilsəydilər çox üzülərdilər, bilməsələr yaxşıdı" .....                     Postunu tərk etməkdə olan ABŞ lideri Azərbaycana nə demək istəyir? .....                     dia-az.site-da TEXNİKİ FASİLƏ .....                     Hərbçimiz odlu silahdan açılmış atəş nəticəsində həlak oldu .....                     Xaricdən gətirilən 1 ədəd arının qiyməti 16 dollardan 3 dollara düşüb .....                     Fərqanə Qasımova tənqidlərə belə reaksiya verdi .....                     Ermənistan yarımçıq sülh müqaviləsi layihəsini parlamentə çıxarır .....                     Gürcüstanda keçiriləcək parlament seçkiləri... .....                     İmkanlı şəxsləri intim görüntüləri ilə şantaj edənlərlərlə bağlı .....                     Zəngəzur erməniləri ilə bağlı ŞÜBHƏLİ RƏQƏM... .....                     Ermənistan təzyiqlərə tab gətirə bilməz .....                     "Bu gün də Ramiz Mehdiyev və onun ətrafı "Rolls-Royce"da, "Maybach"da gəzirlər, nə üçün?" .....                     Vaşinqton Azərbaycan kimi müttəfiqini, tərəfdaşını itirməkdən çəkinir .....                     Anti-Bakı dairələrin COP29 sancısı .....                     Sovet dövründən qalma problem... .....                     Sabirabadda fermerlər SAHİBSİZ QALIB... .....                     ABŞ rəsmisi Bakıdan əliboş qayıdacaq .....                     BRİCS bizə NƏ VERƏ BİLƏR? .....                     Sülhdən sonra "kiçik savaş" .....                     Nehrəm qəsəbəsində məktəbəqədər təhsil müəssisəsi tikiləcək .....                 

Postunu tərk etməkdə olan ABŞ lideri Azərbaycana nə demək istəyir? - Okeanın o tayından göndərilən sirli məktub
Tarix: Bu gün, 01:12 | Çap et
 Postunu tərk etməkdə olan ABŞ lideri Azərbaycana nə demək istəyir?

Birləşmiş Ştatlar bu ilin sonuna qədər Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasında israrlıdır. Ağ Ev, Dövlət Departamenti mövcud diplomatik, siyasi imkanlardan maksimum istifadə etməklə bu hədəfinə nail olmağa çalışır. Görünən odur ki, oktyabrın 7-8-də Moskvada Rusiya Prezidenti Vladimir Putinin səylərinə rəğmən liderlərin iştirakı ilə üçtərəfli görüşün baş tutmaması da rəsmi Vaşinqtonu xeyli ümidləndirib. Bir daha aydın oldu ki, sülh prosesi Moskvanın diktəsi altında deyil və tərəflərin iradəsi həlledicidir.

Prezident Co Baydenin Bakıya göndərdiyi xüsusi köməkçisi, Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenterin əsas missiyası bununla bağlı idi.

Karpenter Prezidenti İlham Əliyevlə və Xarici işlər naziri Ceyhun Bayramovla görüşüb, həmçinin Baydenin şəxsi məktubunu Prezidentə çatdırıb.

Görüşlər haqda rəsmi məlumatda bildirilir ki, həm prezidentlə, həm də xarici işlər naziri ilə əsas müzakirə mövzusu Azərbaycan-Ermənistanla sülh sazişi ilə bağlı danışıqların cari vəziyyəti, perspektivlər, Azərbaycan və ABŞ arasında ikitərəfli və regional məsələlər olub.

Rəsmi məlumatdan aydınlaşır ki, Azərbaycan lideri Baydenin xüsusi elçisi ilə söhbətdə Bakının bir cümlədən ibarət olan əsas sülh şərtini təkrarlayıb: Ermənistan konstitusiyasına dəyişiklik edərək Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır. Prezident vurğulayıb ki, bu tələbə əməl olunarsa, Azərbaycan prosesi irəli aparmaq üçün ciddi səylər göstərəcək.

Maykl Karpenter isə Ağ Evin mesajlarını belə sıralayıb:

ABŞ Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını dəstəkləyir, hazırkı şəraiti sülh üçün tarixi imkan hesab edir;

Sülh müqaviləsinin imzalanması regional əməkdaşlıq üçün geniş imkanlar yaradacaq, ABŞ bu prosesin irəli aparılmasına qəti dəstək vəd edir.

Beləliklə, ABŞ və Azərbaycan arasında sülhün vacibliyi ilə bağlı ortaq qənaət olsa da, konkret qərarların verilməsi ilə bağlı fikir ayrılığı var. Bakının Ermənistan konstitusiyasında dəyişiklər tələbi ilə bağlı Vaşinqtonun mövqeyi aydın deyil. Ümumiyyətlə, bu istiqamətdə ABŞ rəsmiləri ilə Ermənistan rəhbərliyi arasında danışıqların aparılıb-aparılmadığı da açıqlanmır. Prezident Baydenin Azərbaycan Prezidentinə məktub göndərməsi Ağ Evin sülhlə bağlı əsas gözləntilərinin Bakıdan olduğunu aydınlaşdırır. Sözügedən məktub sülh prosesi, Azərbaycan-ABŞ münasibətlərinin gələcəyinə dair ciddi mesajlarla doludur. Birləşmiş Ştatlar Prezidenti bir neçə məqama diqqət çəkib:

“İki ölkə arasında münasibətlərin normallaşdırılmasına xidmət edəcək sülh sazişinin yekunlaşdırılması istiqamətində ölkənizin və Ermənistanın əldə etdiyi davamlı tərəqqidən məmnunam. Sizi əmin etmək istəyirəm ki, ABŞ əsrlər boyu davam edən münaqişəyə nəhayət son qoyacaq Azərbaycan ilə Ermənistan arasında dayanıqlı və ləyaqətli sülhün əldə edilməsinə dəstək verməyə hazırdır;

Sülh sazişi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, bütün regionu transformasiya edəcək, Avropa və Mərkəzi Asiya arasında daha çox ticarətə, sərmayə qoyuluşuna və bağlılığa xidmət göstərək;

Dünyanın diqqəti COP29 ilə bağlı Bakıya yönəldiyi bir vaxtda qlobal ictimaiyyətə sülhə sadiqliyinizi nümayiş etdirmək üçün misilsiz imkana maliksiniz;

Bildiyiniz kimi, sülh sazişinin razılaşdırılmamış bəndlərinə dair işin yekunlaşdırılması hər iki tərəfdən kreativlik və güzəşt tələb edəcək. Lakin əminəm ki, bu imkandan yararlanmağa davam edəcəksiniz. Mən Sizi cari ildə sazişi yekunlaşdırmağa dəvət edirəm;

Mənim administrasiyam sülhə yol açacaq cəsarətli təşəbbüslərin irəli sürülməsinə hazırdır;

Xüsusi köməkçim Maykl Karpenter atmağa hazır olduğumuz müəyyən addımlarla bağlı Sizi məlumatlandıracaq və Ermənistanla müzakirələrə dair Sizin mövqeyinizi öyrənəcək;

Ümid edirəm ki, birgə firavanlıq və ümumi xeyir naminə regiona dair yeni kursun seçilməsi üçün bu fürsətdən yararlanacaqsınız".

Əvvəla, ABŞ liderinin məktubunun məğzi ilin sonuna qədər Ermənistanla sülh sazişinin imzalanmasına çağırışdan ibarətdir. Məlumdur ki, Bayden administrasiyası gələn ilin yanvarın 20-dək hakimiyyətdədir, onu ya Kamala Harrisinin yeni kabineti, yaxud respublikaçı Donald Tramp əvəzləyəcək. Prezident məhz onun dövründə sülh sazişinin imzalanmasına çalışır. Bu, həm də seçkiqabağı dövrdə ABŞ siyasətində təsiredici gücə malik olan erməni lobbisinin tam dəstəyini əldə etmək cəhdidir.

İkinci mühüm məqam ABŞ-nin Cənubi Qafqazla bağlı planlarında sülh sazişinin mühüm yer tutmasıdır. Bayden yazır ki, Azərbaycan-Ermənistan razılaşması regionun transformasiyası, Avropa ilə Asiya arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcək. Bu, nəqliyyat dəhlizlərində Azərbaycanın önəmli roluna işarədir, gələcəkdə Birləşmiş Ştatlar və onun Avropadan olan müttəfiqləri məhz Azərbaycan üzərindən keçən ticarət dəhlizlərinin inkişafını dəstəkləyəcək, beləliklə Rusiyanın regionda rolu zəifləyəcək, Çinin artan iqtisadi təzyiqləri neytrallaşdırılacaq.

ABŞ lideri Azərbaycanı yeni kurs seçməyə və Birləşmiş Ştatların ona tam dəstəyini vəd edir. Şübhəsiz ki, bu, tədricən Rusiyadan uzaqlaşmaq və Avroatlantik məkana inteqrasiyanı nəzərdə tutur.

Məktubda önəmli məqamlardan biri sülh sazişi üçün qarşılıqlı güzəştlərin vacibliyi barədədir. Görünür, Bayden administrasiyası rəsmi Bakının Ermənistan konstitusiyasının dəyişdirlməsi barədə mövqeyinin korrektə edilməsini istəyir. Bununla yanaşı, İrəvanın əvəzinə güzəştlər vəd edir. Bu təkliflərin nədən ibarət olmasını Maykl Karpenter İlham Əliyevlə söhbətdə bildirib, amma onun mahiyyəti ictimaiyyət üçün açıq deyil.

Baydenin məktubunda daha iki vacib məqam ondan ibarətdir ki, ABŞ Azərbaycanın ərazi bütövlüyü və suverenliyini qəbul edir və prosesin bu çərçivədə aparılacağını qeyd edir. Yəni, əldə olunacaq razılaşmalarda Bakının qırmızı xətləri qorunacaq. İkincisi, ABŞ mürəkkəb danışıqlarda istifadə etdiyi əsas alətlərdən biri - iqtisadi, maliyyə yardımının da göstəriləcəyini anons edir. Yəni, əgər saziş Qərbin vasitəçiliyi ilə olacaqsa, həm Azərbaycana, həm Ermənistana, xüsusi ilə 30 illik işğal dövründə dağıdılmış Azərbaycan ərazilərinə Birləşmiş Ştatların irimiqyaslı maliyyə yardımları yönəldilə bilər.

Sonda onu vurğulayaq ki, Prezident Co Baydenin COP29 beynəlxalq iqlim konfransını sülh razılaşması ilə əlaqələndirməsi ikibaşlı yozula bilər. Ağ Ev razılaşma olarsa, tədbirin yüksək səviyyədə keçməsinə dəstək vəd edir. Sülh olmasa, dəstək də olmayacaq və hətta əksi də ola bilər...

Azərbaycanın bu məktubda qeyd olunan mesajlar, təkliflər haqda mövqeyi bir müddət sonra məlum olacaq. Gürcüstanda 26 oktyabr seçkiləri, ardınca 5 noyabrda ABŞ-də baş tutacaq seçkilərdə kimin qalib olması Bakı üçün strateji qərarların verilməsində əsas rol oynayacaq. Bütün bunlardan əvvəl isə Kazanda BRICS sammiti var. 22 ölkə başçısının iştirak edəcəyi beynəlxalq tədbirdə Azərbaycanın təşkilata üzvlük məsələsinə baxılacaq. İkitərəfli görüşlər də olacaq. Azərbaycan ictimaiyyətini isə Əliyev-Putin, Əliyev-Si Cinpin və Əliyev-Ərdoğan görüşlərində veriləcək mesajlar daha çox maraqlandırır...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kremlin Zəngəzur dəhlizi marağı... - AKTUAL
Bu gün, 03:10
Qarabağ Dirçəliş Fondu sığortaçı seçdi - QALİB ŞİRKƏT
Bu gün, 03:06
AZAL aviabiletlərin onlayn geri qaytarılması xidmətini istifadəyə verib - DİQQƏT
Bu gün, 03:04
Dövlət Xidməti 6 milyonluq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 03:00
İki oğlu şəhid olan ananın GÖZÜ YOLDA QALIB - Nazirlik SÖZ VERSƏ DƏ...
Bu gün, 02:54
Qatilə çevrilən Sabunçu tüneli ilə bağlı İLGİNC FAKTLAR... - FOTO
Bu gün, 02:45
Ermənistandakı həmkarlarımızın müstəqilliyindən narahatıq - Avropa Hakimlər İttifaqı
Bu gün, 02:30
“Görün, Amerika nə günə qalıb ki, dövlət başçılığına iki belə yararsız namizədi var?” - Etibar Məmmədov
Bu gün, 02:15
Hacı Şahinin məzarı yeniləndi - FOTO
Bu gün, 02:09
“Bakcell” UNEC-də keçirilən İnnovasiya Həftəsinin əsas tərəfdaşıdır
Bu gün, 02:06
"Son iki gündə yağan yağışlar daha çox suların cəmləşdiyi və sistemin zəif yerlərini göstərdi" - deputat
Bu gün, 02:03
44 saylı notariusun adı saxtakarlıqda keçir - Ədliyyə Nazirliyi isə deyir ki...
Bu gün, 02:00
Klinikaların analiz davası: Niyə bir-birilərinə etibar etmirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:56
“Dərmanlar bahadır, pulsuz verilməli olan dərmanlar apteklərdə tapılmır” - AXI NİYƏ?..
Bu gün, 01:51
Neftçilərin daşınmasında GƏMİ PROBLEMİ... - NARAZILIQ VAR...
Bu gün, 01:46
COP29 ərəfəsində Azərbaycanda kəskin qiymət artımı olacaq? - AÇIQLAMA
Bu gün, 01:40
Azərbaycanda bu yağ qadağan edilir? - İLGİNC
Bu gün, 01:36
Sabunçuda 2 şəxsin öldüyü tuneli Cavid Qurbanov inşa etdirib…. - Zaman Novruzov açılışda
Bu gün, 01:30
"Melissa Group" tikinti şirkətinin özbaşınalığı - : Vətəndaşın razılığı olmadan mənzil sökülə bilərmi?
Bu gün, 01:25
“Baydenin mövqeyi ölkəmizə qarşı təxribatçı davranışların üstündən xətt çəkdi” - deputat
Bu gün, 01:22
"Xəstəliyimi bilsəydilər çox üzülərdilər, bilməsələr yaxşıdı" - VİDEO
Bu gün, 01:19
Postunu tərk etməkdə olan ABŞ lideri Azərbaycana nə demək istəyir? - Okeanın o tayından göndərilən sirli məktub
Bu gün, 01:12
dia-az.site-da TEXNİKİ FASİLƏ - NƏZƏRƏ ALIN!
Dünən, 19:39
Hərbçimiz odlu silahdan açılmış atəş nəticəsində həlak oldu - TƏFƏRRÜAT
Dünən, 10:29
Xaricdən gətirilən 1 ədəd arının qiyməti 16 dollardan 3 dollara düşüb
Dünən, 10:27
Fərqanə Qasımova tənqidlərə belə reaksiya verdi - FOTO
Dünən, 10:25
Ermənistan yarımçıq sülh müqaviləsi layihəsini parlamentə çıxarır - Azərbaycanın mövqeyi
Dünən, 10:11
Gürcüstanda keçiriləcək parlament seçkiləri... “olum, ya ölüm” seçkilərinə çevrilməkdədir
Dünən, 10:07
İmkanlı şəxsləri intim görüntüləri ilə şantaj edənlərlərlə bağlı QƏRAR
Dünən, 10:00
Zəngəzur erməniləri ilə bağlı ŞÜBHƏLİ RƏQƏM... - “Past”
Dünən, 09:57
Ermənistan təzyiqlərə tab gətirə bilməz - ƏGƏR...
Dünən, 09:54
"Bu gün də Ramiz Mehdiyev və onun ətrafı "Rolls-Royce"da, "Maybach"da gəzirlər, nə üçün?" - Aslan İsmayılov SORUŞUR
Dünən, 09:51
Vaşinqton Azərbaycan kimi müttəfiqini, tərəfdaşını itirməkdən çəkinir - deputat
Dünən, 09:44
Anti-Bakı dairələrin COP29 sancısı - vətəndaş cəmiyyəti etiraza qalxdı
Dünən, 09:42
Sovet dövründən qalma problem... - BU NƏDİ BELƏ?
Dünən, 09:38
Sabirabadda fermerlər SAHİBSİZ QALIB... - Göyçayda da DURUM EYNİDİR...
Dünən, 09:34
ABŞ rəsmisi Bakıdan əliboş qayıdacaq - GÖRÜNƏNİ BUDUR...
Dünən, 09:27
BRİCS bizə NƏ VERƏ BİLƏR? - AKTUAL
Dünən, 09:22
Sülhdən sonra "kiçik savaş" - “B” planı açıqlandı
Dünən, 09:11
Nehrəm qəsəbəsində məktəbəqədər təhsil müəssisəsi tikiləcək
Dünən, 09:01
Kritik an çatdı: Tehran vurulsa... - “domino effekti” Azərbaycana nə vəd edir...
Dünən, 08:59
Toyuq ətinin qiyməti niyə bahadır? - MÖHTƏKİRLİK, YOXSA?..
Dünən, 08:53
İran indi də BTC-nin bağlanmasına israr edir - AXI NİYƏ?..
Dünən, 08:50
“20 min dollarımızı “yedilər”, nəticəsi isə sıfırdır” - Azərbaycan vətəndaşı Türkiyənin “A life Park” hospitalından şikayətçidir
Dünən, 08:48
AQTA-dan sahibkarlara PUL TƏLƏSİ... - GİLEY
Dünən, 08:45
"Biz hələ çox konsertlər verəcəyik..."
Dünən, 08:40
İran "təhlükəsizlik çəmbəri" yaradır - İNCƏLƏMƏ
Dünən, 06:50
İlk dəfə deyil ki ERMƏNİ ŞƏRİ İLƏ ÜZ-ÜZƏYİK... - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:48
"İrandan Azərbaycana ancaq nifrət, narkotik gəlir" - deputat
Dünən, 06:44
Perspektivdəki sülh sazişi: Hamıya hava və su kimi lazımdır - NƏ ETMƏLİ?
Dünən, 06:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru