Hərbçimiz odlu silahdan açılmış atəş nəticəsində həlak oldu .....                     Xaricdən gətirilən 1 ədəd arının qiyməti 16 dollardan 3 dollara düşüb .....                     Fərqanə Qasımova tənqidlərə belə reaksiya verdi .....                     Ermənistan yarımçıq sülh müqaviləsi layihəsini parlamentə çıxarır .....                     Gürcüstanda keçiriləcək parlament seçkiləri... .....                     İmkanlı şəxsləri intim görüntüləri ilə şantaj edənlərlərlə bağlı .....                     Zəngəzur erməniləri ilə bağlı ŞÜBHƏLİ RƏQƏM... .....                     Ermənistan təzyiqlərə tab gətirə bilməz .....                     "Bu gün də Ramiz Mehdiyev və onun ətrafı "Rolls-Royce"da, "Maybach"da gəzirlər, nə üçün?" .....                     Vaşinqton Azərbaycan kimi müttəfiqini, tərəfdaşını itirməkdən çəkinir .....                     Anti-Bakı dairələrin COP29 sancısı .....                     Sovet dövründən qalma problem... .....                     Sabirabadda fermerlər SAHİBSİZ QALIB... .....                     ABŞ rəsmisi Bakıdan əliboş qayıdacaq .....                     BRİCS bizə NƏ VERƏ BİLƏR? .....                     Sülhdən sonra "kiçik savaş" .....                     Nehrəm qəsəbəsində məktəbəqədər təhsil müəssisəsi tikiləcək .....                     Kritik an çatdı: Tehran vurulsa... .....                     Toyuq ətinin qiyməti niyə bahadır? .....                     İran indi də BTC-nin bağlanmasına israr edir .....                     “20 min dollarımızı “yedilər”, nəticəsi isə sıfırdır” .....                     AQTA-dan sahibkarlara PUL TƏLƏSİ... .....                     "Biz hələ çox konsertlər verəcəyik..." .....                     İran "təhlükəsizlik çəmbəri" yaradır .....                     İlk dəfə deyil ki ERMƏNİ ŞƏRİ İLƏ ÜZ-ÜZƏYİK... .....                     "İrandan Azərbaycana ancaq nifrət, narkotik gəlir" .....                     Perspektivdəki sülh sazişi: Hamıya hava və su kimi lazımdır .....                     Beş bəndlik “Qələbə planı” və ya Zelenskinin şüarlar toplusu .....                     Rusiya şirkəti Azərbaycan bazarından gedir .....                     Azərbaycanda 10 min manat sərmayəsi olan şirkət .....                     “Paşinyan Zəngəzur dəhlizini Ankaranın nəzarətinə verəcək” .....                     "Ermənistan sadəcə Qərbdən maddi və hərbi dəstək almaq üçün çalışır" .....                     İllərdir mənzilinə çıxarış ala bilməyən sakinin bilmədikləri: .....                     Uşaqların gözündə gecə qorxusu: .....                     Taleh Qaraşov Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib .....                     General-mayor işdən çıxarıldı .....                     İran və İsrail KİV-nin səhifələrindən “qan damır” .....                     Avrointeqrasiyanın "seçkili" qurbanları .....                     Böyük şəhər bələdiyyələrinin yaradılması nəyi dəyişə bilər? .....                     Moldovada keçirilən referendumun ilkin nəticələri .....                 

Ermənistan yarımçıq sülh müqaviləsi layihəsini parlamentə çıxarır - Azərbaycanın mövqeyi
Tarix: Bu gün, 10:11 | Çap et
Ermənistan yarımçıq sülh müqaviləsi layihəsini parlamentə çıxarır
Ötən həftə Türkiyədə 3+3 formatında Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistan XİN rəhbərlərinin (Gürcüstan xaric) ikinci sammiti baş tutdu. İstanbulda keçirilən zirvə görüşündə, gözlənildiyi kimi, əsas müzakirə mövzularından biri Bakı və İrəvan arasında sülh müqaviləsinin tezləşdirilıməsi ilə bağlı oldu.

Təəssüf ki, Ermənistan yenə sözü ilə əməli uyğun gəlməyən tərəf kimi yadda qaldı. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, nazir Ararat Mirzoyan İstanbulda sülh bəyanatları verdiyi gün Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Edvard Asryan ABŞ-da, Pentaqonda amerikalı həmkarı, general Çarlz Braunla görüş keçirirdi. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, görüşdə tərəflər müdafiə sahəsində Ermənistan-ABŞ əməkdaşlığını müzakirə edib. ABŞ-ın Baş Qərargah rəisi söyləyib ki, ölkəsi Ermənistan Silahlı Qüvvələrinin transformasiyası və islahatlarına dəstəyi davam etdirəcək. Həmçinin birgə tədbirlərin davamlılığı müzakirə edilib.

Belə olan surətdə İrəvanın sülh sənədi ilə bağlı səmimiliyinə necə inanaq? Bu səbəbə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ötən həftə Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində “Ermənistanın sülh prosesindəki mövqeyinə şübhə ilə yanaşırıq” deməkdə tam haqlıdır.

Xəbər verildiyi kimi, o, Ermənistanın Almaniyadakı səfirinin “Azərbaycanla sülh sazişi lap elə gələn birinci gün imzalana bilər” ifadəsini qeyri-real və aldatma xarakterli bir açıqlama kimi dəyərləndirib. Əmirbəyovun sözlərinə görə, hazırkı sülh sazişi layihəsində hələ də ciddi və tam həllini tapmamış problemlər mövcuddur. O, Ermənistanın bu prosesdə beynəlxalq ictimaiyyəti yanıldaraq, konstruktiv addımlar atdığı görüntüsünü yaratmağa çalışdığını vurğulayıb: “Əslində isə Ermənistan prosesin irəliləməsini gecikdirir və sülh danışıqlarını dalana dirəyir. Ən böyük problem də Ermənistanın hələ də öz konstitusiyasında Azərbaycan torpaqlarına qarşı ərazi iddialarını saxlamasıdır”.

Əmirbəyov həmçinin deyib ki, Ermənistanın müttəfiqləri tərəfindən aldığı hərbi və diplomatik dəstək nəticəsində İrəvanın sülhə meylliliyi daha da azalıb.

Prezident İlham Əliyev isə oktyabrın 21-də ABŞ prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenteri qəbul edərkən deyib ki, sülh müqaviləsinin və onun əsasını təşkil edən beş prinsipin təşəbbüskarının məhz Azərbaycandır. Dövlət başçısı vurğulayıb ki, ölkəmiz regional sülh gündəliyini dəstəkləyir.

Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanın sülh müqaviləsinin mətni üzrə son təkliflərini 70 gündən sonra göndərməsi bu ölkənin prosesin irəli aparılması niyyəti ilə bağlı müəyyən suallar doğurur. Ermənistanın konstitusional əsasda Azərbaycana qarşı ərazi iddialarının sülh müqaviləsinin imzalanması yolunda başlıca maneə olduğunu bildirən Prezident İlham Əliyev ölkəmizin prosesin irəli aparılması üçün bundan sonra da qəti addımlarını davam etdirəcəyini vurğuladı.

Bu arada Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, Bakı ilə İrəvan arasında sülh sazişi ilə bağlı sənəd bu həftə Ermənistan parlamentinə təqdim ediləcək. Məqsəd nədir? İrəvan yarımçıq sülh sənədi layihəsini ictimailəşdirməklə nəyə nail olmaq istəyir? Bu Bakıya qarşı şantaj deyil ki? Azərbaycan tərəfinin də eyni addımı atması mümkünmü?

Ədalət Partiyasının sədr müavini, siyasi şərhçi Mütəllim Rəhimli “Yeni Müsavat”a bildirdi ki, hazırkı situasiya Ermənistan sülh müqaviləsini imzalamağa tələsdiyi təsirini göstərir, lakin Azərbaycan tərəfi daha təmkinli yanaşır. Bu da başa düşüləndir. Ermənistan əslində yarımçıq sülh sənədi imzalanmasını istəyir. Azərbaycan isə sülh müqaviləsinə gələcəkdə iki ölkə arasında və bütövlükdə regionda normal münasibətlərin yaranması, daimi sülhün, sabitliyin qorunmasının təminatı kimi yanaşır: “Ona görə də Azərbaycan haqlı olaraq hesab edir ki, sülh müqaviləsində ikimənalı fikir, razılaşdırılmayan bənd qalmamalıdır. Bu olmadan Azərbaycan hansısa yarımçıq sənədi parlamentin və ictimaiyyətin müzakirəsinə çıxarmağı məqbul saymır. Ermənistan isə beynəlxalq aləmə özünü sülhsevər ölkə kimi göstərməyə çalışır. Halbuki bu ölkə Azərbaycanın 20 faiz torpaqlarını 30 il müddətində işğal altında saxlayıb. Ermənistanın sülhlə bağlı bu cür tələsik addımları müəyyən şübhələr də yaradır. Belə ki, o gələcəkdə torpaq iddiası və münaqişələr üçün rəsmi dövlət sənədlərində müəyyən əsasları qoruyub saxlamağa və ortada razılaşdırılmamış konfliktli situasiyaların mövcudluğuna çalışır. Təbii ki, sülh müqaviləsinin detalları tam razılaşdırılmalıdır. Bundan sonra ictimaiyyətin müzakirəsinə təqdim olunmalıdır. Xalqımız əmin olmalıdır ki, Ermənistan bir daha müharibə, işğal, ərazi iddiaları kimi ideoloji təbliğat aparmayacaq, hər hansı dövlətin forpostu kimi çıxış etməyəcək. İmzalanacaq sülh müqaviləsi, sadəcə, kağız üzərində bir razılaşma olmamalıdır, hər bir bəndi işlək, məsuliyyət və öhdəlik yaradan canlı sistemə çevrilməlidir. COP29 qabağı Ermənistanın sülh müqaviləsi ilə bağlı təkidli çağırışları onun səmimiliyinə kölgə salır. Çünki bu ölkənin rəhbərliyi hesab edir ki, Azərbaycana beynəlxalq təzyiqi təşkil edərək istəklərinə nail ola bilərlər. Amma bu əbəsdir. Azərbaycan xalqı Qazağın 3 kəndinin geri qaytarılması, Naxçıvanın Kərki kəndinin aqibətinin müəyyənləşdirilməsi, Ermənistandan dədə-baba torpaqlarından qovulan 300 mindən çox insanın taleyinə aydınlıq gətirilməsi kimi praktik məsələlərin həllini görmək istəyir”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hərbçimiz odlu silahdan açılmış atəş nəticəsində həlak oldu - TƏFƏRRÜAT
Bu gün, 10:29
Xaricdən gətirilən 1 ədəd arının qiyməti 16 dollardan 3 dollara düşüb
Bu gün, 10:27
Fərqanə Qasımova tənqidlərə belə reaksiya verdi - FOTO
Bu gün, 10:25
Ermənistan yarımçıq sülh müqaviləsi layihəsini parlamentə çıxarır - Azərbaycanın mövqeyi
Bu gün, 10:11
Gürcüstanda keçiriləcək parlament seçkiləri... “olum, ya ölüm” seçkilərinə çevrilməkdədir
Bu gün, 10:07
İmkanlı şəxsləri intim görüntüləri ilə şantaj edənlərlərlə bağlı QƏRAR
Bu gün, 10:00
Zəngəzur erməniləri ilə bağlı ŞÜBHƏLİ RƏQƏM... - “Past”
Bu gün, 09:57
Ermənistan təzyiqlərə tab gətirə bilməz - ƏGƏR...
Bu gün, 09:54
"Bu gün də Ramiz Mehdiyev və onun ətrafı "Rolls-Royce"da, "Maybach"da gəzirlər, nə üçün?" - Aslan İsmayılov SORUŞUR
Bu gün, 09:51
Vaşinqton Azərbaycan kimi müttəfiqini, tərəfdaşını itirməkdən çəkinir - deputat
Bu gün, 09:44
Anti-Bakı dairələrin COP29 sancısı - vətəndaş cəmiyyəti etiraza qalxdı
Bu gün, 09:42
Sovet dövründən qalma problem... - BU NƏDİ BELƏ?
Bu gün, 09:38
Sabirabadda fermerlər SAHİBSİZ QALIB... - Göyçayda da DURUM EYNİDİR...
Bu gün, 09:34
ABŞ rəsmisi Bakıdan əliboş qayıdacaq - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 09:27
BRİCS bizə NƏ VERƏ BİLƏR? - AKTUAL
Bu gün, 09:22
Sülhdən sonra "kiçik savaş" - “B” planı açıqlandı
Bu gün, 09:11
Nehrəm qəsəbəsində məktəbəqədər təhsil müəssisəsi tikiləcək
Bu gün, 09:01
Kritik an çatdı: Tehran vurulsa... - “domino effekti” Azərbaycana nə vəd edir...
Bu gün, 08:59
Toyuq ətinin qiyməti niyə bahadır? - MÖHTƏKİRLİK, YOXSA?..
Bu gün, 08:53
İran indi də BTC-nin bağlanmasına israr edir - AXI NİYƏ?..
Bu gün, 08:50
“20 min dollarımızı “yedilər”, nəticəsi isə sıfırdır” - Azərbaycan vətəndaşı Türkiyənin “A life Park” hospitalından şikayətçidir
Bu gün, 08:48
AQTA-dan sahibkarlara PUL TƏLƏSİ... - GİLEY
Bu gün, 08:45
"Biz hələ çox konsertlər verəcəyik..."
Bu gün, 08:40
İran "təhlükəsizlik çəmbəri" yaradır - İNCƏLƏMƏ
Bu gün, 06:50
İlk dəfə deyil ki ERMƏNİ ŞƏRİ İLƏ ÜZ-ÜZƏYİK... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:48
"İrandan Azərbaycana ancaq nifrət, narkotik gəlir" - deputat
Bu gün, 06:44
Perspektivdəki sülh sazişi: Hamıya hava və su kimi lazımdır - NƏ ETMƏLİ?
Bu gün, 06:39
Beş bəndlik “Qələbə planı” və ya Zelenskinin şüarlar toplusu - NƏ BAŞ VERİR?
Bu gün, 06:36
Rusiya şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 00:05
Azərbaycanda 10 min manat sərmayəsi olan şirkət - LƏĞV OLUNUR
Bu gün, 00:02
“Paşinyan Zəngəzur dəhlizini Ankaranın nəzarətinə verəcək” - KİV
Dünən, 19:02
"Ermənistan sadəcə Qərbdən maddi və hərbi dəstək almaq üçün çalışır" - "Bulanıq suda balıq tutmaq"...
Dünən, 19:00
İllərdir mənzilinə çıxarış ala bilməyən sakinin bilmədikləri: - “Rəy verilməlidir”
Dünən, 18:58
Uşaqların gözündə gecə qorxusu: -ruslar necə pasifist ola bilərlər?
Dünən, 18:56
Taleh Qaraşov Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib
Dünən, 18:45
General-mayor işdən çıxarıldı - ƏMR
Dünən, 18:42
İran və İsrail KİV-nin səhifələrindən “qan damır” - Bu gün...
Dünən, 18:40
Avrointeqrasiyanın "seçkili" qurbanları - NƏ BAŞ VERİR?
Dünən, 18:37
Böyük şəhər bələdiyyələrinin yaradılması nəyi dəyişə bilər? - AÇIQLAMA
Dünən, 18:35
Moldovada keçirilən referendumun ilkin nəticələri
Dünən, 18:31
326 milyonluq qaçaqmalçılıq... - O pullar ölkədən necə çıxarılıb?
Dünən, 18:25
Nazirin nəzərindən yayınanlar... - Ümid edək ki yayınıblar...
Dünən, 18:17
326 milyon manat həcmində qaçaqmalçılıq edən dəstənin məhkəmə prosesi keçirilir
Dünən, 18:13
Çingiz Mehdiyev məhkəməyə əsa ilə gəldi - FOTO
Dünən, 18:10
Ağadadaş Ağayevin məhkəməsi başlayır
Dünən, 18:09
Baydenin Əliyevə məktubunda gözdən qaçan məqam – “Yazarkən düşünüb ki…”
Dünən, 18:01
Fərqanə həbsdə olan həyat yoldaşı haqda: - "Övladlarımın atası həmişə..."
Dünən, 17:59
Şirkət ləğv edilərək “Gloria Palace” MTK-ya qoşulur
Dünən, 17:56
Azərbaycanda 3,7 milyon manata teatr binası tikilir
Dünən, 17:53
Məktəblərdə din tədris olunacaq? – “Tələyə düşməmək üçün...”
Dünən, 17:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru