İran "təhlükəsizlik çəmbəri" yaradır .....                     İlk dəfə deyil ki ERMƏNİ ŞƏRİ İLƏ ÜZ-ÜZƏYİK... .....                     "İrandan Azərbaycana ancaq nifrət, narkotik gəlir" .....                     Perspektivdəki sülh sazişi: Hamıya hava və su kimi lazımdır .....                     Beş bəndlik “Qələbə planı” və ya Zelenskinin şüarlar toplusu .....                     Rusiya şirkəti Azərbaycan bazarından gedir .....                     Azərbaycanda 10 min manat sərmayəsi olan şirkət .....                     “Paşinyan Zəngəzur dəhlizini Ankaranın nəzarətinə verəcək” .....                     "Ermənistan sadəcə Qərbdən maddi və hərbi dəstək almaq üçün çalışır" .....                     İllərdir mənzilinə çıxarış ala bilməyən sakinin bilmədikləri: .....                     Uşaqların gözündə gecə qorxusu: .....                     Taleh Qaraşov Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib .....                     General-mayor işdən çıxarıldı .....                     İran və İsrail KİV-nin səhifələrindən “qan damır” .....                     Avrointeqrasiyanın "seçkili" qurbanları .....                     Böyük şəhər bələdiyyələrinin yaradılması nəyi dəyişə bilər? .....                     Moldovada keçirilən referendumun ilkin nəticələri .....                     326 milyonluq qaçaqmalçılıq... .....                     Nazirin nəzərindən yayınanlar... .....                     326 milyon manat həcmində qaçaqmalçılıq edən dəstənin .....                     Çingiz Mehdiyev məhkəməyə əsa ilə gəldi .....                     Ağadadaş Ağayevin məhkəməsi başlayır .....                     Baydenin Əliyevə məktubunda gözdən qaçan məqam .....                     Fərqanə həbsdə olan həyat yoldaşı haqda: .....                     Şirkət ləğv edilərək “Gloria Palace” MTK-ya qoşulur .....                     Azərbaycanda 3,7 milyon manata teatr binası tikilir .....                     Məktəblərdə din tədris olunacaq? .....                     İsrail casusluqda şübhəli bilinən 7 Azərbaycanəsilli vətəndaşını həbs etdi .....                     İrəvan yeni savaşın vaxtını təyin edib: .....                     Rusiyaya tətbiq edilən sanksiyalar Avropa İttifaqında cəbhələşmə yaradır .....                     Gömrük Komitəsi 59 min manata güllər alır .....                     Xankəndidə daşınar və daşınmaz əmlak qiymətləndirilir .....                     UNEC-də yeni təyinat: .....                     Şirkət ləğv edilərək “Gloria Palace” MTK-ya qoşulur .....                     Üzeyir Rəhimovdan qalmaqallı verilişə şərh .....                     Yeni Kaledoniya: yanlış qərara kimlər, niyə sevinir? .....                     Azərbaycan və Ermənistan sülhünə mane olan dövlət hansıdır? .....                     Alkoqollu içkilərdən yalnız arağın .....                     “Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə bir çox hədəflərə və məqsədlərə nail olacaq” .....                     MN-in sabiq şöbə rəisi ilə bağlı hökmdən verilən apellyasiya protesti üzrə .....                 

Perspektivdəki sülh sazişi: Hamıya hava və su kimi lazımdır - NƏ ETMƏLİ?
Tarix: Bu gün, 06:39 | Çap et
Perspektivdəki sülh sazişi: Hamıya hava və su kimi lazımdır
Ermənistan hakimiyyətinin bəzi nümayəndələrinin bəyanatları onu deməyə əsas verir ki, Paşinyan Əliyevin təzyiqi altında növbəti güzəştlərə gedib, eləcə də sülh müqaviləsinin digər bəndləri ilə bağlı razılıq əldə olunub. Bu barədə “Hraparak” qəzeti yazır.

“Ermənistan parlamentin spikeri Alen Simonyan Cenevrədə çıxışı zamanı bildirib ki, Ermənistan və Azərbaycan sülh müqaviləsi üzrə razılığa gəlmək ərəfəsindədirlər: “Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, bu gün biz 16 bənd üzrə razılığa gəlmişik”. Simonyan Bakıya da müraciət edib: “Biz Azərbaycanı siyasi iradə nümayiş etdirməyə, mümkün olanı reallaşdırmaq üçün bizə qoşulmağa və fürsətdən istifadə etməyə dəvət edirik. Ermənistan günü bu gün sülh müqaviləsini imzalamağa hazırdır”.

Maraqlıdır ki, Nikol Paşinyan təxminən iki həftə əvvəl parlamentdə keçirilən hökumət saatında çıxışı zamanı sazişin 17 bəndindən 13-ü ətrafında razılaşmadan danışıb. O, razılaşdırılmış 13 bəndin dərc edilməsi ilə bağlı diplomatik etika probleminin olduğunu deyib.

Ermənistan parlamentinin Xarici Əlaqələr üzrə Daimi Komitəsinin sədri Sarkis Xandanyan da müsahibəsində bildirib ki, Paşinyan Əliyevə xarici işlər nazirlərinin iki günlük görüşünü keçirməyi təklif edib. Bu görüşdə sülh müqaviləsinin hələ razılaşdırılmayam 1-2 bəndi razılaşdırılmalıdır, bundan sonra liderlər Bakıda keçiriləcək COP29-a kimi onu imzalamalıdırlar. Xatırladaq ki, “Vətəndaş müqaviləsi” partiyasının üzvlərinin bu bəyanatlarından cəmi bir gün əvvəl Əliyev növbəti dəfə xəbərdarlıqla çıxış edərək, qismən razılaşdırılmış sülh müqaviləsini imzalamayacağını bildirmişdi”, - nəşr qeyd edir.

Eyni zamanda, Birləşmiş Ştatlar bəyanat verərək, Azərbaycan və Ermənistan arasında mümkün sülh sazişini “heç zaman BMT-nin COP29 iqlim konfransı ilə əlaqələndirmədiyini” bildirib.

Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə deyib: “Biz hələ bir neçə ay əvvəl Azərbaycan və Ermənistan arasında sülh görmək istəyirdik və sülh sazişinin imzalanmasında təkid edirdik. Lakin bu, ABŞ-dan deyil, iki tərəfdən asılıdır”.

Ötən ay Nyu-Yorkda Bakı ilə İrəvan arasında danışıqlar bərpa edilib. Bu zaman rəsmi Bakı “siyasi problemləri aradan qaldırmağa” çağırıb. Öz növbəsində, Ermənistan tərəfi bəyan edib ki, həll olunmamış məsələlər olsa da, sülh sazişini COP29-a qədər imzalamaq mümkündür.

Ermənistan prezidenti Vaaqn Xaçaturyan keçən həftə “COP29-a sazişi imzalamaq yaxşı olardı” deyib.

Bununla belə, ötən həftə “TV Berlin” telekanalına müsahibə verən Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İrəvanın “günü sabah” sülh sazişi imzalamağa hazır olduğuna şübhə ilə yanaşdığını bildirib.

ABŞ dövlət katibi Antoni Blinken ötən ay Nyu-Yorkda nazirlərin üçtərəfli görüşü zamanı hər iki ölkəni sülh sazişini “mümkün qədər tez” imzalamağa çağırıb.

Beləliklə, hansı nəticəyə gəlmək olar? Tərəflər sülh müqaviləsini imzalamağa reallıqda nə dərəcədə yaxındırlar? İndiki şəraitdə bu kimə daha çox lazımdır - Bakıya, yoxsa İrəvana?

Rusiyalı siyasi ekspert Yeqor Kuroptev (Tbilisi) fikirlərini Pressklub.az-la bölüşüb.

“Hesab edirəm ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi hər iki ölkə, eləcə də, sözsüz ki, regionun bütün digər dövlətləri üçün faydalıdır”, - o bildirib. - “İndi müharibədən sonrakı (Rusiyanın Ukraynaya qarşı müharibəsi) proseslərə hazırlıq kontekstində Kremlin regiondakı rolu güclənəcək. Region ölkələri bu məqama nə qədər müstəqil və başqa problemlərlə yüklənməmiş şəkildə yetişsələr, Moskva ilə çətin danışıqlar zamanı manevr üçün bir o qədər geniş imkanlar əldə edəcəklər”.

O, qeyd edib ki, bu halda danışıqlar Putin Rusiyası ilə iqtisadi əməkdaşlığın gücləndirilməsinə müstəvisinə keçəcək və biz artıq Bakı və Ankaranın Moskva və Çin tərəfindən anti-Qərb ittifaqı kimi irəli sürülən BRICS-ə müraciətini görürük.

“Kremlin digər ehtimal tələbi İrəvanın demokratik Qərb ölkələri ilə fəal əməkdaşlığı tamamilə dayandırması olacaq. Məsələn, Gürcüstanın indiki hakimiyyəti seçkilər ərəfəsində faktiki olaraq belə bir addım ataraq, nümayişkaranə şəkildə Kremli seçdi. Ermənistan indi Putin rejimindən tam asılılığa və onun total nəzarət cəhdinə qayıtmamaq üçün oxşar aqibətdən qaçmağa çalışır. Bu reallıqlara əsaslanaraq, sülh müqaviləsinin imzalanması indi hər kəs üçün faydalıdır və onun mümkün qədər tez imzalanması lazımdır. Çünki ABŞ-da keçiriləcək seçkilər, BRICS formatının inkişafı və əgər Ukrayna qərar verərsə, Rusiya ilə mümkün sülh danışıqları o qədər də uzaq bir perspektiv deyil. Bütün bu böyük proseslər Cənubi Qafqaz ölkələrinə ciddi təsir göstərəcək və təhlükəsizliyin gücləndirilməsini gecikdirmək olmaz. Bakı ilə İrəvan arasında sülh sazişi də məhz təhlükəsizliyin gücləndirilməsidir”, - Kuroptev hesab edir.

Pressklub.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran "təhlükəsizlik çəmbəri" yaradır - İNCƏLƏMƏ
Bu gün, 06:50
İlk dəfə deyil ki ERMƏNİ ŞƏRİ İLƏ ÜZ-ÜZƏYİK... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:48
"İrandan Azərbaycana ancaq nifrət, narkotik gəlir" - deputat
Bu gün, 06:44
Perspektivdəki sülh sazişi: Hamıya hava və su kimi lazımdır - NƏ ETMƏLİ?
Bu gün, 06:39
Beş bəndlik “Qələbə planı” və ya Zelenskinin şüarlar toplusu - NƏ BAŞ VERİR?
Bu gün, 06:36
Rusiya şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 00:05
Azərbaycanda 10 min manat sərmayəsi olan şirkət - LƏĞV OLUNUR
Bu gün, 00:02
“Paşinyan Zəngəzur dəhlizini Ankaranın nəzarətinə verəcək” - KİV
Dünən, 19:02
"Ermənistan sadəcə Qərbdən maddi və hərbi dəstək almaq üçün çalışır" - "Bulanıq suda balıq tutmaq"...
Dünən, 19:00
İllərdir mənzilinə çıxarış ala bilməyən sakinin bilmədikləri: - “Rəy verilməlidir”
Dünən, 18:58
Uşaqların gözündə gecə qorxusu: -ruslar necə pasifist ola bilərlər?
Dünən, 18:56
Taleh Qaraşov Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib
Dünən, 18:45
General-mayor işdən çıxarıldı - ƏMR
Dünən, 18:42
İran və İsrail KİV-nin səhifələrindən “qan damır” - Bu gün...
Dünən, 18:40
Avrointeqrasiyanın "seçkili" qurbanları - NƏ BAŞ VERİR?
Dünən, 18:37
Böyük şəhər bələdiyyələrinin yaradılması nəyi dəyişə bilər? - AÇIQLAMA
Dünən, 18:35
Moldovada keçirilən referendumun ilkin nəticələri
Dünən, 18:31
326 milyonluq qaçaqmalçılıq... - O pullar ölkədən necə çıxarılıb?
Dünən, 18:25
Nazirin nəzərindən yayınanlar... - Ümid edək ki yayınıblar...
Dünən, 18:17
326 milyon manat həcmində qaçaqmalçılıq edən dəstənin məhkəmə prosesi keçirilir
Dünən, 18:13
Çingiz Mehdiyev məhkəməyə əsa ilə gəldi - FOTO
Dünən, 18:10
Ağadadaş Ağayevin məhkəməsi başlayır
Dünən, 18:09
Baydenin Əliyevə məktubunda gözdən qaçan məqam – “Yazarkən düşünüb ki…”
Dünən, 18:01
Fərqanə həbsdə olan həyat yoldaşı haqda: - "Övladlarımın atası həmişə..."
Dünən, 17:59
Şirkət ləğv edilərək “Gloria Palace” MTK-ya qoşulur
Dünən, 17:56
Azərbaycanda 3,7 milyon manata teatr binası tikilir
Dünən, 17:53
Məktəblərdə din tədris olunacaq? – “Tələyə düşməmək üçün...”
Dünən, 17:27
İsrail casusluqda şübhəli bilinən 7 Azərbaycanəsilli vətəndaşını həbs etdi
Dünən, 17:22
İrəvan yeni savaşın vaxtını təyin edib: - ABŞ və Qərbin Gürcüstandan verəcəyi işarəni gözləyir
Dünən, 17:20
Rusiyaya tətbiq edilən sanksiyalar Avropa İttifaqında cəbhələşmə yaradır - ŞƏRH
Dünən, 17:13
Gömrük Komitəsi 59 min manata güllər alır
Dünən, 17:07
Xankəndidə daşınar və daşınmaz əmlak qiymətləndirilir
Dünən, 17:04
UNEC-də yeni təyinat: - professora yüksək vəzifə verildi
Dünən, 16:59
Şirkət ləğv edilərək “Gloria Palace” MTK-ya qoşulur
Dünən, 16:49
Üzeyir Rəhimovdan qalmaqallı verilişə şərh - "Cəhalətlə savaşmaq çətindir, amma şərəflidir"
Dünən, 16:44
Yeni Kaledoniya: yanlış qərara kimlər, niyə sevinir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:33
Azərbaycan və Ermənistan sülhünə mane olan dövlət hansıdır? - Simonyanın açıqlaması
Dünən, 16:29
Alkoqollu içkilərdən yalnız arağın minimum qiyməti müəyyənləşəcək
Dünən, 16:22
“Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə bir çox hədəflərə və məqsədlərə nail olacaq” - deputat
Dünən, 16:20
MN-in sabiq şöbə rəisi ilə bağlı hökmdən verilən apellyasiya protesti üzrə MƏHKƏMƏ BAŞLAYIB
Dünən, 16:12
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu geri çağırıldı - SƏRƏNCAM
Dünən, 16:11
“Fransa Azərbaycanı açıq şəkildə təxribata çəkir” - FAKT BUDUR!
Dünən, 16:08
AYNA sabiq nazirin yeznəsi ilə anlaşdı... - “CASPEL” tenderi uddu
Dünən, 16:07
Fransada ermənipərəst deputat vergidən yayınmaqda ittiham olunur
Dünən, 16:02
Aqil Ələsgərdən FETÖ rəhbərinin ölümünə REAKSİYA - “Yeni Gülən ilə təşkilatlanmağa davam edəcəklər”
Dünən, 15:59
Putindən Azərbaycanla bağlı möhtəşəm qərar – Sürpriz şəxs kimdir?
Dünən, 15:56
Mənsum İbrahimov "TikTok"da yayılan videosu haqda: - "Mən şou adamı deyiləm"
Dünən, 15:54
Rus ordusu Donetskdə Ukraynanın müdafiəsini yarıb - FOTOLAR
Dünən, 15:51
Azərbaycanda televiziya kanalı yüksək məbləğdə cərimələndi - TƏFƏRRÜAT
Dünən, 15:47
Deputatlar Zurabişvilinin impiçmentinə dair növbəti dəfə məhkəməyə müraciət edəcək
Dünən, 15:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru