Müharibə riski artır: 3 maddə razılaşmadan çıxarılıb... .....                     “Azera Holdinq”də yeni təyinat .....                     Vahid Ələkbərovun sərvətinin dəyəri açıqlandı .....                     "Elmar Qasımov maaşlarımızı gecikdirirdi, pulları həyat yoldaşının adına yazırdı" .....                     Tanınmış aktrisa bacısını itirdi .....                     Əlillik dərəcəsi ala bilmir, müalicəsi üçün BÖYRƏYİNİ SATIR... .....                     Yens Stoltenberq NATO-nun Baş katibi vəzifəsini tərk edib .....                     Zay məhsulu satmaları bir yana... .....                     Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi .....                     İranla Ermənistan ticarət mübadiləsi haqqında saziş imzalayıb .....                     “Gümrü-Qars dəmir yolu...” .....                     Bakı şəhər DYP-dən MÜHÜM TƏDBİR .....                     Burada təhsildən daha çox puldan danışılır... .....                     Ermənistanın ədliyyə naziri istefa verib .....                     KOBİA “sevimli şirkətinə” bu dəfə 286 min manat ayıracaq .....                     “Unibank” faiz bataqlığıdır, məndən 3 min manata 8 min manat faiz istədilər” .....                     Yasamalda abadlıq işlərini həyata keçirən Ramil adlı şəxs kimdir? .....                     Bu gün AŞPA-da yeni "erməni şousu" başlanır .....                     "Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təliminin açılış mərasimi keçirilib .....                     KAPİTAL BANK müştəriləri belə risqə atır... .....                     Hər il kitab yeniləməklə nə qədər PUL SİLİRSİNİZ? .....                     İşçi ilə bağlanmış Əmək müqaviləsi aşağıdakı yolla ləğv edilə bilər .....                     Pənah Hüseyn niyə istefa vermədi? .....                     Bu şirkət nizamnamə kapitalını yenə azaltdı .....                     “BazarStore”da yeni təyinat .....                     Bələdiyyə sədri müəllim kimi işə götürülür, 15-20 ilin müəllimləri isə... .....                     "Böyüklü-kiçikli məmurlar milyonları, milyardları dağıdırlar" .....                     Bıçaqlanan məktəb direktoru ilə katibə arasında .....                     23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən .....                     Məhkəmə sabiq deputata qarşı dələduzluq etdiyi üçün həbs olunan .....                     "Bu məkanda doğru sözü danışmağa, yazmağa imkan tanımırlar..." .....                     Nazir rektorun oğluna yeni vəzifə verdi .....                     Mişustini İrəvana aparan DAHA BİR SƏBƏB .....                     İsrailin bu hücumda iki cari hədəfi var... .....                     Naxçıvanda `Xan` gedib... `Canişin` gəlib... .....                     "Gah deyirlər olacaq, gah da deyirlər, mümkün deyil" .....                     5 yerə bölünəcək İrandan BİZƏ PAY VARMI? .....                     Aşıq Ələsgərin heykəli tənqid olundu .....                     ADB dəmir yollarının rəqəmsallaşdırılması üçün .....                     BRİCS-ə üzvlük müraciətindən nə xəbər? .....                 

5 yerə bölünəcək İrandan BİZƏ PAY VARMI? - HAZIR OLMALIYIQ...
Tarix: Bu gün, 09:28 | Çap et
5 yerə bölünəcək İrandan BİZƏ PAY VARMI?
Politoloq Oqtay Qasımov İran-İsrail gərginliyi ətrafında baş verənlərlə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- İsrail “Hizbullah” terror təşkilatının lideri Həsən Nəsrullahı, demək olar ki, bu strukturun rəhbərliyini məhv elədi. İsrailin bu addımı hansı gəlişmələrə yol açacaq, bu proses “Hizbullah”ı tamamilə bitirəcək gedişatdırmı?

- Ötən ilin oktyabrında HƏMAS-ın İsrailə hücumundan sonra Baş nazir Benyamin Netanyahu bəyan elədi ki, HƏMAS-ı hərbi cəhətdən məhv etməyi qarşılarına məqsəd qoyublar. Demək olar ki, məsələni böyük ölçüdə həll edilib. HƏMAS-ın hərbi qanadının dörddə üçü sıradan çıxarılıb. Amma bu o demək deyil ki, HƏMAS tam şəkildə bitirilib. Eyni şeyləri “Hizbullah” üçün də demək olar.

Bəli, hər iki təşkilatın rəhbərləri artıq aradan götürülüb – İsmayıl Haniyə Tehranda, Həsən Nəsrullah da Beyrutda sıradan çıxarılıb. Bu, hər iki təşkilatın gücünə ciddi təsir edəcək. Çünki hər iki lider uzun müddətdir təşkilatlara rəhbərlik edirdi, xarizmatik keyfiyyətlərə malik idilər, beynəlxalq səviyyədə tanınırdılar. İndi onların yerlərinə keçəcək şəxslərin bu durumu tam şəkildə bərpa etmələri mümkün deyil.

Artıq bunu “Əl-Qaidə”nin timsalında görmüşük. Təxminən 11 il öncə Üsamə bin Laden ABŞ tərəfindən zərərsizləşdirildikdən sonra onun yerinə keçən Ayman əl-Zəvahiri təşkilatın gücünü bərpa edə bilmədi.

Son iki ayda baş verənlər onu göstərir ki, İsrail qarşısına qoyduğu məqsədləri ardıcıl şəkildə həyata keçirir. İsrail İranın onu mühasirəyə almaq taktikasına qarşı əks tədbirlər görməklə, bu təhdidləri aradan qaldırmağı hədəfləyib. Bu istiqamətdə ciddi addımlar atılır. Hədəflər təkcə “Hizbullah” və HƏMAS yox, Yəməndəki husi qruplaşması – “Ənsarallah”dır. Artıq husilərin qərargahları və logistik mərkəzləri bombardmanla sıradan çıxarılıb.

Hazırda hadisələr İsrailin müəyyən etdiyi istiqamətlərdə cərəyan edir. Amma bu o demək deyil ki, liderlərinin aradan götürülməsi ilə o təşkilalar bitdi. Əlbəttə, baş verənlər onların güclərinə ciddi təsirlər edəcək, zəiflədəcək, amma hələlik tam şəkildə sıradan çıxarmaq mümkün olmayacaq.

Həmin təşkilatların arxasında duran dövlətlər var, xüsusilə də İran. Əslində, Tehran son dövrlərdə ciddi çağırışlarla üz-üzədir. İran indi özünüqoruma instinkti ilə hərəkət etməklə proseslərin onun ərazisinə keçməsinin qarşısını almaq istəyir. Bu səbəbdən də, İran HƏMAS və “Hizbullah” liderlərinin öldürülməsinə nəzəri reaksiyalar versə də, hələlik İsrailə qarşı konkret cavab tədbirləri həyata keçirməsi imkansız görünür, ehtimal çox aşağıdır. Çünki belə bir hal baş verərsə, bu, İran üçün ciddi nəticələrə səbəb ola bilər.

İsrail baş naziri bir neçə gün öncə BMT tribunasında açıq mətnlə İrana xəbərdarlıq etdi. Hesab edirəm ki, İran bundan müəyyən nəticələr çıxarmağa məcburdur, əks halda, İsrail və ona dəstək verən beynəlxalq koalisiya ilə üz-üzə qala bilər.

- İsrailin növbəti hədəfi İranın dini-siyasi-hərbi rəhbərliyi və ya bu rejimin seçilmiş təmsilçiləri ola bilərmi? Qərb mediasında bununla bağlı da müəyyən iddialar dolaşır.

- Hesab eləmirəm ki, bu, yaxın dövrdə baş verəcək. Əlbəttə, İran yenə də hansısa formada Yaxın Şərqdə baş verən proseslərə müdaxilə, yaxud İsrailə qarşı hərəkət eləməyə çalışacaqsa, bu, onun üçün ağır nəticələrə gətirə bilər. Bu durumda İsrailin İranın hərbi-siyasi rəhbərliyinə qarşı hansısa əməliyyatlar keçirməsi mümkündür.

Əslində, son bir ildə atdığı addımlar göstərdi ki, İsrail ona qarşı yönəlmiş təhdidlərə qarşı sərt tədbirlər görmək iqtidarındadır və bu addımlardan heç vaxt geri çəkilməyəcək. Tehranın hərbi rəhbərliyinə daxil olan şəxsin (SEPAH generalı Abbas Nilforuşan) Nəsrullahlar birlikdə vurulması da göstərir ki, İrandan kənarda olan və İsrailə təhdid təşkil edən istənilən obyekt İsrail üçün hədəf sayılacaq. İsrail bunu apreldə Suriya, ardınca da Livanda həyata keçirdi. Ehtiyac olacaqsa, Yəməndə də bu tədbirlərə baş vurulacaq.

Qənaətimə görə, İran daxilində o zaman belə tədbirlər görülə bilər ki, artıq Tehran açıq şəkildə münaqişəyə qoşulsun. İsrail də özünümüdafiə hüququndan istifadə edib, bu addımları ata bilər. Baş verənlər göstərir ki, İsrailin bunun üçün gücü və imkanları var.

- Olayın İran Prezidenti Məsud Pezeşkianın ABŞ səfərindən sonra baş verməsi də maraqlı ehtimalları gündəmə gətirib. İddialardan biri odur ki, koordinatlar İrandan ötürülüb. Yəni mümkün ABŞ-İran anlaşmasından danışılır. Pezeşkianın özü də bu kontekstə yaxın maraqlı bir açıqlama verdi, onun sözlərinə görə, ABŞ və Avropa dövlətləri İranın HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinə cavab verməməsi müqabilində atəşkəs vəd etmişdi. Nə baş verir?

- Həmişə bağlı qapılar arxasında İranla Qərb arasında sövdələşmələr olub, danışıqlar aparılıb. Bu, istisna deyil. Hələ dörd il öncə ABŞ-ın o zamankı prezidenti Donald Tramp Qasım Süleymaninin öldürülməsindən sonra demişdi ki, İranla müəyyən təmaslar olub və ona tövsiyyə edilib ki, cavab tədbirləri görsün, amma Amerika tərəfində zərər verəcək səviyyədə olmasın. Haniyənin öldürülməsindən sonra Qərbdən verilən açıqlamalar və İranı təmkinli olmağa çağıran mesajlar da, həmin danışıqlar və ya sövdələşmələrin nəticəsidir.

Nəsrullahın koordinatlarının İrandan ötürülməsi iddiasına gəlincə, bu ehtimal o qədər də yüksək deyil. Çünki İsrail kəşfiyyatı dünyanın ən ciddi kəşfiyyatlarından biridir, onların əlləri dünyanın istənilən nöqtəsinə çata bilir. Mən MOSSAD-ın imkanları şişirtmək niyyətində deyiləm, amma gücünü də qəbul etmək lazımdır.

Nəsrullahın ölümündən əvvəl peycerlər və digər rabitə vasitələrinin kiber üsullarla partladılması nəticəsində 4 mindən çox insan yaralanmışdı. Bu, məsələdə İsrail kəşfiyyatı kifayət qədər yüksək peşəkarlıq nümayiş etdirdi. Yəni “Hizbullah”ın rabitə sisteminə daxil olaraq, avadanlıqlarına partlayıcılar yerləşdirə bilib. Belə bir gücü olan dövlətin Nəsrullahın yerini müəyyən etmək üçün ciddi problemi olmamalıdıydı. Özü bunu həyata keçirə bildi.

İstisna etmirəm ki, “Hizbullah” daxilində İsrail kəşfiyyatı ilə əlaqəli olan şəxslər var. Bu baxımdan, koordinatların İrandan ötürülməsi ehtimalını yüksək hesab etmirəm. Düzdür, belə bir fikir var ki, İran özünü qorumaq və proseslərin daxilinə keçməsinin qarşısını almaq naminə proksilərini xərcləməyə məcburdur, amma bunu da yüksək ehtimal saymıram.

Məncə, Pezeşkianın açıqlaması da İran daxilinə hesablanmış mesaj və xəbərdarlıqdır ki, əgər ölkə daxilində hansısa böhran yaşansa, o zaman İran dörd-beş yerə parçalana bilər.

- Yaxın Şərqdəki proksilərinin məhv edilməsi İranın təhlükəsizliyinə necə təsir göstərəcək?

- Düşünmürəm ki, bunun İranın təhlükəsizliyi ilə əlaqəsi var. İran sadəcə dini rejim qurulduqdan sonra, 1980-ci illərdə Livanda baş verən vətəndaş müharibəsi nəticəsində “Hizbullah”ın yaradılmasına iştirak elədi və onu özünün əlaltısına çevirdi. Əslində, İran bundan sonra Yaxın Şərqdə özünə bağlı qüvvələr yetişdirməklə İsrailə savaş açdı. Yəni bölgədə İranın təhlükəsizliyinə təhdid yarada biləcək bir qüvvə yox idi, kimsə onun dağılması və ya münaqişəyə cəlb etmək niyyətində deyildi. İranın özü din pərdəsi altında bütün qonşularına qarşı, xüsusən də Yaxın Şərqdə eksponsionist siyasət aparmaq cəhdlər elədi. Proksilər də buna xidmət edirdi.

Hazırda bu proksilərin bölgədən çıxarılmasında bir sıra dövlətlərin də maraqları var. Xüsusən ərəb dövlətlərinin davranışlarına baxdıqda bunu görə bilərik. Baxın, İsrailə hücum ötən ilin sentyabrında G-7-nin Dehlidə keçirilən sammitindən sonra başladı. Həmin tədbirdə Hindistan-Yaxın Şərq-Avropa nəqliyyat dəhlizinin (IMEC) açılması razılaşdırılmışdı. İran bu dəhlizdən kənarda qalır.

Tehran buna mane olmaq üçün Yaxın Şərqdə gərginliyi artırdı, savaşa səbəb oldu. Bu projedə maraqları olan İordaniya və Səudiyyə Ərəbistanı kimi ərəb dövlətləri də bunu gördülər, buna görə baş verənlərə aktiv şəkildə müdaxilə eləmirlər.

Proksilərə gəlincə, bu, İranın eksponsionist siyasəti və ya bölgədə “Şiə hilalı” yaratmaq planına daxil idi. İranı Aralıq dənizinə bağlayacaq zolağın yaradılmasından söhbət gedirdi. İranın Suriya, Livan və İraqdakı proksi qüvvələrindən yararlanaraq, Aralıq dənizinə çıxmaq istəyirdi. Bununla həm də İsraili təzyiq altında saxlamaq niyyəti güdürdü. Bu da nə İsrail, nə də onun müttəfiqlərini qane edirdi, buna görə də əks tədbirlər görməli idilər.

Məncə, hazırda baş verənləri Yaxın Şərqin yenidən dizayn edilməsi kimi də dəyərləndirmək mümkündür.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müharibə riski artır: 3 maddə razılaşmadan çıxarılıb... - Proses pozuldu
Bu gün, 12:14
“Azera Holdinq”də yeni təyinat - FOTO
Bu gün, 12:11
Vahid Ələkbərovun sərvətinin dəyəri açıqlandı
Bu gün, 12:08
"Elmar Qasımov maaşlarımızı gecikdirirdi, pulları həyat yoldaşının adına yazırdı" - Sığorta şirkətinin direktorunun məhkəməsi
Bu gün, 12:03
Tanınmış aktrisa bacısını itirdi
Bu gün, 12:01
Əlillik dərəcəsi ala bilmir, müalicəsi üçün BÖYRƏYİNİ SATIR... - "...qanunsuz olaraq imtina cavabı verilir"
Bu gün, 11:59
Yens Stoltenberq NATO-nun Baş katibi vəzifəsini tərk edib
Bu gün, 11:46
Zay məhsulu satmaları bir yana... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 11:42
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi - MƏQALƏ
Bu gün, 11:29
İranla Ermənistan ticarət mübadiləsi haqqında saziş imzalayıb
Bu gün, 11:28
“Gümrü-Qars dəmir yolu...” - Erməni nazirin müavini
Bu gün, 11:27
Bakı şəhər DYP-dən MÜHÜM TƏDBİR - FOTO
Bu gün, 11:24
Burada təhsildən daha çox puldan danışılır... - Və yaxud Əmrullayevin YIXDIĞI EV...
Bu gün, 11:21
Ermənistanın ədliyyə naziri istefa verib - KİV
Bu gün, 11:15
KOBİA “sevimli şirkətinə” bu dəfə 286 min manat ayıracaq - DETALLAR
Bu gün, 11:10
“Unibank” faiz bataqlığıdır, məndən 3 min manata 8 min manat faiz istədilər” - NARAZILIQ VAR...
Bu gün, 11:04
Yasamalda abadlıq işlərini həyata keçirən Ramil adlı şəxs kimdir? - “Ay xanım, siz kimsiniz, məni niyə narahat edirsiniz?”
Bu gün, 11:01
Bu gün AŞPA-da yeni "erməni şousu" başlanır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:54
"Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təliminin açılış mərasimi keçirilib
Bu gün, 10:40
KAPİTAL BANK müştəriləri belə risqə atır... - BU DA FAKT!!!
Bu gün, 10:39
Hər il kitab yeniləməklə nə qədər PUL SİLİRSİNİZ? - ETİRAZ VAR...
Bu gün, 10:30
İşçi ilə bağlanmış Əmək müqaviləsi aşağıdakı yolla ləğv edilə bilər - Ekspert danışır...
Bu gün, 10:19
Pənah Hüseyn niyə istefa vermədi? - Özü açıqladı
Bu gün, 10:16
Bu şirkət nizamnamə kapitalını yenə azaltdı - bu dəfə 1,2 milyon manat vəsait geri çəkildi
Bu gün, 10:14
“BazarStore”da yeni təyinat - FOTO
Bu gün, 10:14
Bələdiyyə sədri müəllim kimi işə götürülür, 15-20 ilin müəllimləri isə... - NARAZILIQ VAR...
Bu gün, 10:06
"Böyüklü-kiçikli məmurlar milyonları, milyardları dağıdırlar" - REAKSİYA
Bu gün, 10:01
Bıçaqlanan məktəb direktoru ilə katibə arasında məhkəmə çəkişməsi davam edir
Bu gün, 09:58
23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar barədə qərar açıqlanıb
Bu gün, 09:57
Məhkəmə sabiq deputata qarşı dələduzluq etdiyi üçün həbs olunan iş adamının şirkəti ilə bağlı qərar verdi
Bu gün, 09:56
"Bu məkanda doğru sözü danışmağa, yazmağa imkan tanımırlar..." - deputat
Bu gün, 09:54
Nazir rektorun oğluna yeni vəzifə verdi - ƏMR
Bu gün, 09:50
Mişustini İrəvana aparan DAHA BİR SƏBƏB - AKTUAL
Bu gün, 09:46
İsrailin bu hücumda iki cari hədəfi var... - İNCƏLƏMƏ
Bu gün, 09:44
Naxçıvanda `Xan` gedib... `Canişin` gəlib... - DƏYİŞƏN HEÇ NƏ YOXDUR...
Bu gün, 09:42
"Gah deyirlər olacaq, gah da deyirlər, mümkün deyil" - GİLEY
Bu gün, 09:33
5 yerə bölünəcək İrandan BİZƏ PAY VARMI? - HAZIR OLMALIYIQ...
Bu gün, 09:28
Aşıq Ələsgərin heykəli tənqid olundu - Müəllifin cavabı...
Bu gün, 09:26
ADB dəmir yollarının rəqəmsallaşdırılması üçün Azərbaycana 47 milyon ABŞ dolları ayırır
Bu gün, 09:25
BRİCS-ə üzvlük müraciətindən nə xəbər? - prosedurların ikisi keçilib, sonra...
Bu gün, 09:24
“Bank Respublika”nın uğursuz yatırımı - Şirkətin biznesi sürətlə əriyir
Bu gün, 09:22
Kəsilən pensiya və pulsuzluğun yaratdığı ailə faciəsi - TƏFƏRRÜAT
Bu gün, 09:21
Göyçayda fermerlər ÇƏTİN DURUMDA - "Bir budaqda üç nar var, üçü də çürükdür..."
Bu gün, 09:19
Xeyir mənşəcə yalandır! - Aqşin Yenisey yazır...
Bu gün, 09:14
Hindistan Ermənistana ballistik raket satmağa hazırlaşır
Bu gün, 09:08
"Azərbaycan da hazır olsun!..." - Qonşuluqda qalanan TONQAL
Bu gün, 09:05
Dəmir Yollarında NƏ BAŞ VERİR? - İşçilərə TƏZYİQ OLUNUR?
Bu gün, 09:02
Aşıq Ələsgər irsi yaddaşlara əbədi həkk olunub - İsrafil Kərimovun yazısı
Bu gün, 08:54
“Nar” Beynəlxalq Jest Dili həftəsi çərçivəsində sağlamlıq imkanları məhdud şagirdlərlə görüşüb
Bu gün, 08:50
"Əgər bu sənətə qazanc gözü ilə baxsaydım..." - VİDEO
Bu gün, 07:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru