Rusiyadan Azərbaycana pul göndərənlərə BƏD xəbər .....                     Zelenskidən Rusiyaya: .....                     "Atəşgah Həyat” Sığorta Şirkətində yeni təyinat olub .....                     NATO 3 hissəyə bölünə bilər .....                     Sosial müavinət alanlar pensiyaya keçə bilər? .....                     NATO sammitinə hazırlıq Ukrayna məsələsinə görə dalana dirənib .....                     "Bu qədər rəzil bir bank yoxdur!" .....                     'YOL XƏTTATI' ancaq pul qazanmağı bilir .....                     Kartı bloklayırlar, ardından isə... .....                     “Caspian İnternational Hospital”da vaxtı keçmiş, dövlət qeydiyyatına alınmayan dərmanlar aşkarlandı .....                     Burda İlduzənin yox, Azərbaycan məhkəmə sisteminin TALEYİ HƏLL OLUNUR .....                     "Maşa və Ayı" Rusiyanın "yumşaq güc" alətidir.. .....                     Paşinyan Putinə görə ən yaxın adamını qurban verdi .....                     Vyana Tacikistana rədd cavabı verdi .....                     "Səyahətə təşviq edən hekayələr satmadan, turizmi inkişaf etdirmək olmaz.." .....                     Otuz ilə yaxın davam etmiş işğalın nəticələri hüquqi müstəvidə qiymətləndirilir... .....                     Londonda Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəhbəri vəfat edib .....                     "İnsan hüquqları" adı altında təzyiq? .....                     Ankara Ermənistan sərhədində işləri sürətləndirir .....                     “Azərbaycan özünü ərzaqla tam təmin edə bilər, amma idxaldan asılı vəziyyətə düşüb” .....                     Nazirliyə 12 minə işə düzəldəcəkdi, məhkəməlik oldu .....                     Türkiyədə hansı peşə sahibləri nə qədər maaş alacaq? .....                     “Ya bizi köçürün, ya da bu zibilliyi yığışdırın” .....                     Komediya ustası ilə bağlı şok detallar .....                     "Bolt" sürücülərinin yeni OYUNU .....                     350 minlik iş Hadı Rəcəblinin oğluna verildi .....                     Kılıçdaroğlu Göktaşa dəstək üçün məhkəməyə gəldi .....                     Separatçı istefa verdi: .....                     Amalın bacısı cəzanın artırılmasını istəyir: şikayət verəcək .....                     İstedaddan başqa hər şeyi fəlakət olan Fəlakətimiz .....                     "Brent" nefti 60 dollara qədər ucuzlaşa bilər .....                     Məşhur xanım sənətçiyə ağır qadağalar: .....                     Rusiyadakı çöküş: Azərbaycanlılara necə təsir edəcək? .....                     “PAŞA Kapital”da rəhbər vəzifəyə yeni təyinat .....                     Pomidor 45 qəpiyə düşdü: Bazardakı qiymət oyununun pərdəarxası .....                     Cem Yılmaz Deniz Göktaşın saxlanılmasına “səssiz etiraz” edib? .....                     Paşinyanın partiyasında Simonyan müəmması .....                     Rusiyada yanacaq böhranı elektrikli avtomobillərə tələbatı artırıb .....                     Uzun müddətdir yoxa çıxan SEPAH lideri aylar sonra belə görüntüləndi .....                     Bu qrupa yeni sədr seçildi .....                 

KƏMALƏDDİN HEYDƏROV PREZİDENT OLARSA…
Tarix: 16-09-2012, 12:25 | Çap et
KƏMALƏDDİN HEYDƏROV PREZİDENT OLARSA…

BƏSTƏKAR KAMAL NƏFƏSİMİZİ DƏ SAYĞACLA HESABLATDIRAR

DİA.AZ: - Bu dəfə Kəmaləddin Heydərovdan yazmaq istəyirəm. Hamı ondan yazır. Özü demişkən, nə vaxt ondan yazmayıblar ki... Elə istəyirəm mən də yazım ki, Kəmaləddin Heydərovun qara siyahısının yer aldığı dəftərçəyə öz adımı da salıb. Bəlkə də adım artıq oradadır. Amma ən azından bu yazımla aradakı “bəlkə”ni ləğv etmək və yerimi möhkəmlətmək istəyirəm.

O, kimə lazımdır?

İlk olaraq bu suala cavab vermək lazımdır. Hər halda Kəmaləddin Heydərovun kimlərəsə lazımdır. Ən azından şou-biznes aləminə. Faktdır ki, bu gün bəstəkar Kamalın mahnılarının əksəriyyəti hitə çevrilib. Lakin mən onun bir siyasətçi Kəmaləddin olaraq kimə lazım olduğuna aydınlıq gətirmək istəyirəm.
Bir zamanlar qolunda bərq vuran qızıl saatı ilə mərhum prezident Heydər Əliyevin də diqqətini cəlb etmişdi. Əslində Heydər Əliyev o zamankı dövlət gömrük komitəsinin sədri Kəmaləddin Heydərova işarə etmək istəyirdi ki, deyən, keyfin yaxşıdır, yaxşı qazanırsan, Allah bazar versin.
Allah da onun bazarını verirdi həqiqətən də. O, Azərbaycanın qapısında oturub ölkəyə girəndən də bac alırdı, çıxandan da. Beləcə, qısa müddət içində incəsənət aləmindən siyasi proseslərə qədəm basmış Kəmaləddin Heydərov həm də bir oliqarx kimi ölkə ictimaiyyətinin diqqətini cəlb etdi. O qədər zənginləşdi ki, hətta daha böyük pullar uğrunda mübarizə haqqında da düşündü. Onun adı dəfələrlə hakimiyyətin qara işlərində çəkilib. Bütün çirkli oyunlarda Kəmaləddin Heydərov imzaı görükməyə başlamışdı. “Pullarını” - əslində isə xalqdan taladığı pulları sağa-sola xərcləyən Kəmaləddin Heydərov hakimiyyətin bir nömrəli sponsoruna da çevrilmişdi. Beləcə, o, hakimiyyətə bir lazımlı sima obrazını özündə yaratmağa müvəffəq oldu.

Pul çox olanda, problem də çox olur

Elə Kəmaləddin Heydərovda da belə oldu. Pulu artdıqca problemləri də artdı. Çünki iştahası da eyni qayda ilə genəlirdi. Artıq ölkənin qapısında oturmaq belə istəmirdi. İstəyirdi ki, həm də siyasi proseslərə qarışsın. Çünki onsuz da siyasətin içində idi. Hansı müxalifətçi döyülürdüsə, arxasında Kəmaləddin Heydərov görükürdü. Hansı müxalifətçi ələ alınırdısa, yenə də Kəmaləddin Heydərov. Hakimiyyət yeni qəzetlər açdı və müxalifətçi yazarları zərərsizləşdirmək üçün pullar buraxdı. Məlum oldu ki, yenə də işin ortasında Kəmaləddin Heydərov var.
Bir sözlə, o zamankı gömrükbaşı həm də siyasi hakimiyyətlə müxalifət arasında az qala bir körpü rolunu oynayırdı. Amma bu körpüdə həm ölüm-itim var idi, həm də xəyanət. Yəni bu körpüdən keçəni iki aqibət gözləyirdi. Kimlər keçirmədi bu körpüdən gömrükbaşı, kimləri yola gətirmədi, kimləri yolundan çıxarmadı? Bəlkə də Kəmaləddin Heydərov bu adamların da siyahısını tutub özü üçün. Ən azından gələcəkdə, çox yaxın gələcəkdə boş-bekar qaldığı zaman memuar yazmaq üçün ona bu cür qeydlər lazım olacaq.
Pulunun artması onu başqa işlərə də müdaxilə etməyə həvəsləndirdi. Öz aləmində düşünürdü ki, əslində buna haqqı da çatır. Artıq hakimiyyətin iç işlərində də öz imzasını görmək istəyirdi. İstəyirdi ki, kiminsə çıxarılmasında, kiminsə təyinatında onun adı hallandırılsın. Heydər Əliyevin dövründə bunu bacarmasa da, İlham Əliyevin dönəmində buna nail ola bildi. Konkret olaraq keçmiş səhiyyə naziri Əli İnsanovla, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin vurularaq məhbəsə atılmasında əsas fiqur kimi birbaşa olaraq Kəmaləddin Heydərovun adı çəkildi. Onu ittiham etdilər bu işdə. Ki, bundan sonra o, az qala ölkənin idarəçiliyinin bölüşdürülşməsində iştirak edən bir şəxs kimi xarakterizə olunmağa başladı.

Əyləci basılsa da, durmadı

Amma İlham Əliyev onun əyləcini basdı. Prezident gördü ki, daha bir alternativ güc yetişir. Və özü də bu güc çox təhlükəli ola bilər. Hər halda, kimsə iddia edə bilməz ki, Kəmaləddin Heydərovun dövlət gömrük komitəsinin rəhbərliyindən çıxarılaraq fövqəladə hallar naziri postuna gətirilməsi vəzifə artımı idi? Yox, İlham Əliyev onun əyləcini basmaq üçün bu addımı atdı.
Yenə də alınmadı. Çünki onu da etiraf etmək lazımdır ki, Kəmaləddin Heydərov artıq Heydər Əliyev dönəmlərində kifayət qədər təcrübə qazanmışdı və onun malik olduğu təcrübə istənilən bir sahədə özünə gərəkən keyfiyyətin ortaya çıxa bilməsi üçün yetərli idi. Və vurulduğu zənn edilən Kəmaləddin Heydərov hələ daşı daş üstünə qoyulmayan fövqəladə hallar nazirliyini qısa müddət içində formalaşdırmağı bacarmaqla yanaşı, həm də artıq özü üçün xudmani çörək yeri də düzəldə bildi.
Yenə də onun adı hallanmaqda davam etdi. Yenə də bütün işlərin arxasında o görükürdü. Özünün möhtəşəm iqtisadi imperiyası ilə az qala ayrıca dövlətlərə belə meydan oxuyacaq səviyədədir. Bu gün Kəmaləddin Heydərov hansı sahədə yoxdur ki? Çörək, ət, süd, şirə, qaymaq, bibər, pomidor, turşu ballonu, armatur, boya, daş-qaş, bina… bir sözlə hər şey və hər şey istehsal edən Kəmaləddin Heydərovun Ermənistanda da böyük biznesi var. Ermənilərin bu barədə az qala göz yaşı ilə yazdığı cümlələri hələ də unuda bilmirəm: В«Kəmaləddin Heydərov Ermənistanın ərzaq bazarını nəzarətində saxlayır»… Saxlasın, canım, saxlasın… fəxrimizdir.
Əslində bu kimi keyfiyyətləri Kəmaləddin Heydərova “daşdan da pul çıxaran adam” imicini yaratmış olur. Həqiqətən də bu belədir. Köhnə illərin təcrübəsi ona imkan verdi ki, qısa müddət içində yanğınların söndürülməsi üçün nəzərdə tutulan və əvvəllər yalnız köpüklər gələn şlanqlardan pul axsın. Çox böyük fərasət sahibi bunu bacarardı.

Kəmaləddin Heydərov: fərasətli oğlanmı?

Bəli, bu gün ona az qala hamı fərasətli oğlan kimi baxır. Çünki olmayan yerdən pul çıxarmaqla məşğuldur. Əslində onun fərasəti heç də normal insani keyfiyyətlərlə uzlaşmır. Yəni o, ona görə fərasətlidir ki, insanların evlərini yıxmağı ustalıqla bacarır. Onun ustalığı yalnız şeytani əməllərə söykənir. O, dövlət gömrük komitəsində olduğu kimi fövqəladə hallar nazirliyində də özünə sərvət toplama yolu kimi fağır insanların talanmasını seçdi. Çünki başqa bir yol yoxdur da. Necə ki, Kəmaləddin Heydərovun qoyduğu gömrükhaqqı səbəbindən bu gün Azərbaycana gətirilən bütün malların qiyməti birə beş qiymətinə əhaliyə satılmaqdadır, eləcə də onun ən azından yeni tikililərə qoyduğu haqq səbəbindən evlərin qiyməti at belinə qalxıb.
O, yalnız qara işlərdədir və yüzə yüz bu bəledir ki, əgər hazırkı şərtlər aradan qalxarsa, Kəmaləddin Heydərov ən yaxşı halda pis bir bəstəkar kimi Azərbaycan cəmiyyətində tanına bilər. Çünki əslində o, nə hakimiyyət və nə də ki, siyasət adamı deyil. Və onun bu gün xobbi kimi baxdığı bəstəkarlıq əslində onun olmalı olduğu real sahədir. Yəni normal cəmiyyətdə, normal dövlətdə, normal ölkədə Kəmaləddin Heydərovun fərasəti yalnız mahnı bəstələmək üçün yetərli ola bilər.

Kəmaləddin Heydərov prezident olarsa...

Əslində onun gedişi ilə heç nə dəyişməyəcək. Çünki vəziyyyət heç də ondan asılı şəkildə deyil. Əgər bu gün Azərbaycanda situasiya məhz Kəmaləddin Heydərovun arzuladığı formada mövcud olsaydı, o zaman daha betər bir durum olardı. Təsəvvür edin, bir anlıq olsa da, təsəvvür edin ki, Kəmaləddin Heydərov Azərbaycanın prezidentidir. Əslində bu onun könlündən keçir. Elə bu məqsədlə partiya yaradacağı haqda məlumatlar da dolaşır. Amma təsəvvür etdikdə belə, bizim könüllərimiz bulanır. Allah o günü bizlərə göstərməsin. Yəqin ki, bu gün zarafatyana deyilən “havaya da sayğac qoyacaqlar” ifadəsi o zaman doğrula bilər, reallığa çevrilə bilər.
Çünki Kəmaləddin Heydərov hər şeyi pulla ölçüldüyü kimi, hər kəsə də yalnız pul çıxarma obyekti kimi yanaşır. Yəni o, bir nəfəri gördükdə ondan nə qədər pul əldə edə biləcəyini düşünür. Hər halda, reallıqda bu belə olmasa da, Kəmaləddin Heydərovun hal-hazırda yaratdığı təəssürat belə deməyimizə əsas verir. Ki, onun üçün ən ümdə dəyərin məhz pul olduğu haqqında düşünə bilək.

Ziddiyyətli adamın vida marşı

Amma o da gedəcək. Çünki başqa bir yolu yoxdur. Həm onun və həm də hazırkı hakimiyyətin. İstənilən halda hakimiyyət yeniləşən şərtlərə uyğunlaşdırılmalıdır. Həmin şərtlər içində belə Kəmaləddin Heydərova yer yoxdur. Ən yaxşı halda Türkiyədə səfir ola bilər. Elə adı da bu vəzifəyə çıxıb. Yazılanlara görə, vurulduqdan sonra onu qardaş ölkəyə səfir göndərəcəklər. Çünki o, Türkiyəni çox sevir.
Qeyri-rəsmi məlumatlara görə, Kəmaləddin Heydərov Türkiyə iqtisadiyyatına sərmayə qoyan ən böyük yabançı iş adamlarından biri kimi də tanınır. Onun hətta Türkiyənin millətçi kəsimi ilə də sıcaq əlaqələri var. Amma o, burada da ziddiyyətlidir. Necə ki, bir əlində qılınc, digər əlində isə not dəftərçəsi saxlamaqla mahiyyət baxımından ziddiyyətli xarakter sahibi olduğu təsəvvürünü yaradıb, eləcə də bu istiqamətdə də ziddiyyətli adam təəssüratını bağışlayır. Çünki o, necə ki, qardaş Türkiyədə bir iş adamı olaraq tanınır, eləcə də düşmən Ermənistanda da böyük sərmayədarlardan biri hesab olunur. Hətta onun Göyçə gölündə balıq vətəgələrinin olduğu da bir faktdır.
Amma o gedəcək. İlham Əliyev onu da yola salacaq. Ki, bir daha onun səbəbindən hədəfə çevrilməsin. O, gömrükdən gedəndən sonra artıq mətbuatda gömrüklə bağlı gedən yazıların sayı da azalıb. O, fövqəladə hallar nazirliyinə gəldi və yenicə qurulmasına baxmayaraq, bu nazirlik mətbuatın ən çox işlənən mövzularından biri kimi qəbul olunur. Bu isə heç də İlham Əliyev iqtidarına sərf etmir. Ona görə yox ki, bu yazılar nəyəsə təsir edir, ən azından ona görə ki, İlham Əliyevə müxalif və müstəqil mətbuata mövzu verən hansısa bir məmur lazım deyil. Elə bu səbəbin özü Kəmaləddin Heydərov üçün vida marşının çalınmasına yetərlidir. Yəqin ki, bu marşın sədaları Kəmaləddin Heydərovun sümüklərinə düşməyəcək. O nə qədər böyük musiqi duyumuna malik olsa da, vida marşı onu yalnız yerindən oynadacaq, sümüklərini oynatmayacaq.

Fəxri - DİA.AZ









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyadan Azərbaycana pul göndərənlərə BƏD xəbər - GƏLİŞMƏ
Bu gün, 08:20
Zelenskidən Rusiyaya: - Elə silahlar istehsal edəcəyik ki...
Bu gün, 08:18
"Atəşgah Həyat” Sığorta Şirkətində yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 07:20
NATO 3 hissəyə bölünə bilər - Nauseda
Bu gün, 07:16
Sosial müavinət alanlar pensiyaya keçə bilər? - AKTUAL
Bu gün, 07:15
NATO sammitinə hazırlıq Ukrayna məsələsinə görə dalana dirənib - Bloomberg
Bu gün, 07:13
"Bu qədər rəzil bir bank yoxdur!" - iş adamı OD PÜSKÜRDÜ
Bu gün, 07:00
'YOL XƏTTATI' ancaq pul qazanmağı bilir - FAKT BUDUR!
Bu gün, 06:48
Kartı bloklayırlar, ardından isə... - GİLEY
Bu gün, 06:39
“Caspian İnternational Hospital”da vaxtı keçmiş, dövlət qeydiyyatına alınmayan dərmanlar aşkarlandı - TƏFƏRRÜAT
Bu gün, 06:29
Burda İlduzənin yox, Azərbaycan məhkəmə sisteminin TALEYİ HƏLL OLUNUR - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:25
"Maşa və Ayı" Rusiyanın "yumşaq güc" alətidir.. - sadəcə cizgi filmi deyil
Bu gün, 06:18
Paşinyan Putinə görə ən yaxın adamını qurban verdi – Türkiyə detalı da diqqətdə
Bu gün, 06:13
Vyana Tacikistana rədd cavabı verdi - BUNA GÖRƏ...
Bu gün, 06:08
"Səyahətə təşviq edən hekayələr satmadan, turizmi inkişaf etdirmək olmaz.." - Natiq Cəfərli
Bu gün, 06:04
Otuz ilə yaxın davam etmiş işğalın nəticələri hüquqi müstəvidə qiymətləndirilir... - İNCƏLƏMƏ
Bu gün, 05:35
Londonda Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəhbəri vəfat edib
Dünən, 17:45
"İnsan hüquqları" adı altında təzyiq? - Bakıya "şərt" qoyanlara sərt CAVAB
Dünən, 17:42
Ankara Ermənistan sərhədində işləri sürətləndirir
Dünən, 17:01
“Azərbaycan özünü ərzaqla tam təmin edə bilər, amma idxaldan asılı vəziyyətə düşüb” - FAKT BUDUR
Dünən, 16:58
Nazirliyə 12 minə işə düzəldəcəkdi, məhkəməlik oldu - TƏFƏRRÜAT
Dünən, 16:55
Türkiyədə hansı peşə sahibləri nə qədər maaş alacaq? - SİYAHI
Dünən, 16:53
“Ya bizi köçürün, ya da bu zibilliyi yığışdırın” - ETİRAZ VAR...
Dünən, 16:49
Komediya ustası ilə bağlı şok detallar - Atası terrorçu olub, terror aktı törədib
Dünən, 16:34
"Bolt" sürücülərinin yeni OYUNU - Sərnişinlər niyə sifarişi ləğv etməyə məcbur edilir?
Dünən, 16:26
350 minlik iş Hadı Rəcəblinin oğluna verildi - DETALLAR
Dünən, 16:19
Kılıçdaroğlu Göktaşa dəstək üçün məhkəməyə gəldi
Dünən, 16:15
Separatçı istefa verdi: - Danelyan qondarma “parlament”dən getdi
Dünən, 16:11
Amalın bacısı cəzanın artırılmasını istəyir: şikayət verəcək – VİDEO
Dünən, 15:58
İstedaddan başqa hər şeyi fəlakət olan Fəlakətimiz - Saffari yazır…
Dünən, 15:54
"Brent" nefti 60 dollara qədər ucuzlaşa bilər
Dünən, 15:51
Məşhur xanım sənətçiyə ağır qadağalar: - "O olar, bu olmaz..."
Dünən, 15:49
Rusiyadakı çöküş: Azərbaycanlılara necə təsir edəcək? - AKTUAL
Dünən, 15:44
“PAŞA Kapital”da rəhbər vəzifəyə yeni təyinat - DOSYE
Dünən, 15:42
Pomidor 45 qəpiyə düşdü: Bazardakı qiymət oyununun pərdəarxası - Ekspert deyir ki...
Dünən, 15:38
Cem Yılmaz Deniz Göktaşın saxlanılmasına “səssiz etiraz” edib?
Dünən, 15:33
Paşinyanın partiyasında Simonyan müəmması - politoloqdan ilginc təhlil
Dünən, 15:24
Rusiyada yanacaq böhranı elektrikli avtomobillərə tələbatı artırıb - “Reuters”
Dünən, 14:56
Uzun müddətdir yoxa çıxan SEPAH lideri aylar sonra belə görüntüləndi - FOTO
Dünən, 14:55
Bu qrupa yeni sədr seçildi
Dünən, 14:49
BDU yarımçıq qalan tikinti işlərinə 1,1 milyon manat vəsait ayırdı - DETALLAR
Dünən, 14:47
“Nar” Gəncədə tələbələr üçün marketinq və karyera təlimləri təşkil etdi - DİQQƏT
Dünən, 14:46
Müctəba Xameneyi sağdır? - Tabutlar bir-bir sayıldı
Dünən, 13:40
Rusiyada Putinin reytinqi kəskin azaldı
Dünən, 13:38
"Havalandırma yox, kondisioner yox... dustaq nə etməlidir?!" - NARAZILIQ VAR...
Dünən, 13:31
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 13:20
Süleyman Nemətov "general-leytenant" oldu
Dünən, 13:18
Natiq Şirinov məhkəmədə qalib gəldi: - 35 min manat təzminat ödəniləcək
Dünən, 13:11
Birlikdə kirayədə qaldığı yoldaşını qətlə yetirən şəxs HAKIM QARŞISINDA
Dünən, 13:10
Əməkdar artist əməliyyat olundu - Son durumu açıqlandı
Dünən, 13:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru